"Parlament seçkilərinə namizədliklə bağlı jurnalistlər durmadan mənə zəng edirlər... - Demək ki, məni orada görmək istəyirlər
Tarix: 10-05-2024, 08:44 | Çap et
“Vaxtilə dahi Qara Qarayev başda olmaqla, Rəşid Behbudov, Arif Məlikov, Zeynəb Xanlarova, Cabir Novruz, Zəlimxan Yaqub xalqımızın incəsənət xadimləri olaraq parlamentdə əyləşiblər. Mənim üçün də çox fəxr, şərəf olar ki, Milli Məclisdə xalqımızı təmsil edim. Onsuz da yaradıcılığım boyu ilk gündən bu günədək hər zaman dövlətin bir əsgəri, xalqımızın fədaisi, sənətinin aşiqi olmuşam. Ömrümün sonuna qədər də belə olacaq. Bu iş insanın öz içindən gəlməlidir, sonra insan həyatda bu missiyanı yerinə yetirir. Sadəcə, millət vəkili seçiləndə isə rəsmi olaraq parlamentdə oturursan. Onsuz da, hər birimiz millət vəkillərimizin yanındayıq. Onlar da tədbirlərimizdə həmişə bizim yanımızdadırlar. Fəxr edirlər ki, bizim kimi sənətkarlar var. Deputatlarımız tədbirlərimizə gələndə bizi yenidən kəşf edirlər. Çünki tədbirlərdə yaradıcılığımızda görmədikləri daha gözəl əsərləri dinləyirlər, sanki bizi daha yaxından tanıyırlar. Bu baxımdan, çox sevinirəm ki, parlament seçkilərinə namizədliklə bağlı jurnalistlər durmadan mənə zəng edirlər. Demək ki, məni orada görmək istəyirlər”.
Bu sözləri Pravda.az-a müsahibəsidə Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib.
O bildirib ki, bəstəkar müğənni kimi onun yaradıcılığı ötən il böyük layihələr, konsertlərlə yadda qalıb: “Xalqımızın maariflənməsi üçün nəzərdə tutulmuş həmin layihələrdə mədəniyyətimizin bizə qoyub getdiyi milli irsi, ənənələri musiqi sənətinə özüməməxsus verdiyim töhvələrlə birləşdirdim. Ara-sıra böyük layihələrlə də məni efirlərdə görümüsünüz. Hazırda da bu yoldayıq. Çox sevinirəm ki, qarşıdan parlament seçkiləri gəlir. Allah Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevi xalqımızın başının tacı olaraq hər zaman var eləsin. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı Allah qorusun. Hörmətli, qayğıkeş, diqqətli millət vəkillərimizi Allah var eləsin. Seçkilərdə onlar seçiləcəklərsə, elə bu missiyanı davam etdirsinlər. Əlbəttə, Allah mənə millət vəkili olmağı qismət edərsə, bəstəkarlığımda, şairliyimdə, müğənniliyimdə, analığımda, balalığımda, dostlar arasında necə qayğıkeş olmuşamsa, parlamentdə də bu cür seçiləcəyəm. Bilinəcək ki, parlamentdə incəsənət xadimlərindən Elza Seyidcahan var. İncəsənət insanlarının hər zaman yanında olmuşam, bundan sonra parlamentdə olsam, mənim üçün şərəf olar. Kaş ki bu, həyata keçəydi. Yaşımın elə bir vaxtıdır ki, nə qocayam, nə də cavanam. Canımın sulu vaxtıdır. Yəni, tez olsaydı, deyərdim ki, bir az cahil olardım. Gec yaşda olsam, qoca olardım, deyərdim ki, məni narahat etməyin, canımla əlləşirəm. Allah göstərməsin. Bəzi millət vəkilləri var, deyirlər ki, xəstəyəm, məni narahat etməyin. Amma mənim indi, doğrudan da, ən güclü vaxtımdır. Enerjim çoxdur. Buna görə istəyərəm ki, enerjimi parlamentdə də millət vəkili kimi sübut edim, necə ki sənətimdə sübut etmişəm”.
E.Seyidcahan qarşıdan gələn parlament seçkilərinə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə bunları deyib: “Allahın işidir, bilmək olmaz. Elza Seyidcahan aysberqdir. Birdən görə bilərsiniz ki, suyun içindən aysberq olaraq çıxdı. İnanın, heç özüm də bilmirəm. Yaponların bir sözü var, “Allahı güldürmək istəyirsənsə, gələcək planlarından haqqında danış”. Həyatımda nə varsa, nə görürsünüzsə, sadəcə, çalışıb-vuruşmuşam. Öz yolumda zəhmət çəkmişəm. Hansı xoşbəxtliklərim varsa, onların hamısını Allah mənə oturduğum yerdə qismət edib. Bu gün Əməkdar artistəm, Azərbaycanın və Qırğızıstanın Bəstəkarlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Bunların heç birini mən bilmədim, oturduğum yerdə mənə şad xəbərlər gəlirdi. Əlbəttə, işim çoxdur. Fikirləşsəm, qərar versəm, Allahın köməkliyi ilə bu şərəfli yolu gedərəm. İki dəfə parlament seçkilərində iştirak etdim. Bu, mənim həyatımda ən şərəfli yollardan biridir. Mən seçkilərə qatılaraq bilmişəm ki, dislokasiya, protokol, MSK, qərargah, seçki məntəqəsi, seçicilər, müşahidəçilər, təbliğat-təşviqat kampaniyası nədir, yığıncaqları harada etmək olar, harada olmaz. Onsuz da mənim təcrübəm böyükdür. Çünki mən vaxtilə mərhum millət vəkili Qənirə Paşayeva ilə aylarla addım-addım Türk Dünyasını gəzmişəm. Bu yol Ulu Öndərimizdən bizə qalan böyük diplomatik yoldur. Ulu Öndərimizin qanı hər birimizin iliyindən axır. Musiqilərimdə hər zaman dövlətimizi təmsil etmişəm. Mənə bunu millət vəkillərimiz də həmişə deyiblər ki, “maşaAllah, özün də millət vəkilisən, elə bil kəşfiyyatçı jurnalistsən, Azərbaycanın xəbəri yoxdur ki, belə bir kəşfiyyatçı jurnalist var”. Qənirə xanımla səfərlərə gedəndə yanında iki jurnalist aparırdı ki, xəbərləri anında kompüter vasitəsilə ictimaiyyətə tez çatdırsınlar. Görürdüm ki, Qənirə xanım əsəbləşib. Deyirdi ki, xəbərləri niyə mətbuata tez çatdırmırsınız? Deyirdilər ki, “Qənirə xanım, kompüter, internet donur”. Çünki xəbərlər Qarabağla bağlı tarixi faktların dünyaya çatıdırılması ilə bağlı idi. Mən həmin məlumatları qısa, diplomatik qaydada “İnstaqram” səhifəmdə paylaşırdım. Qənirə xanım görürdü ki, saytlar artıq Bakıda bu haqda yazıblar. Qənirə xanım soruşurdu ki, bəs bu xəbərləri kim yazıb? Deyirdilər ki, Elza xanımın “İnstaqram” səhifəsindən götürüblər. Qənirə xanım da deyirdi ki, baxın, Elza xanımdan öyrənin, Azərbaycanın xəbəri yoxdur ki, kəşfiyyatçı bir jurnalist var – Elza Seyidcahan. Bu baxımdan, mən hər şeyin yerini bilən insanam. Hərdən deyirlər ki, Elza emosional insandır. Emosional olan mənim istedadımdır. Hər zaman Vətənimin tarixi faktlarını yaymağa çalışmışam, insanların könlünü necə almaq lazım olduğunu, onlara qayğı göstərməyi bilirəm. Bu bizə Ulu Öndərimizdən miras olaraq qalıb. Ötən gün 9 May - Qələbə Gününü qeyd etdik. Bizim ailəmizdə babalarımız, analarımızın əmiləri, dayıları Böyük Vətən Müharibəsində vuruşublar. Qayıda bilənlər qayıdıblar, qayıda bilməyənlər qayıtmayıblar. Mənim babam Berlinə qədər getmişdi, amma qayıtdı. Onun iki qardaşı isə qayıtmadı. Babam ölən gününə qədər ağladı, göz yaşı qurumamışdı, qardaşlarını axtarırdı. Hər birinin ruhu şad olsun. Yəni bizə də bu tərbiyə, öyüd-nəsihət elə verilib. Azərbaycan xalqı Ulu Öndərimizin qoyub getdiyi irsi, siyasi, diplomatik yolu dünya durduqca, bəşər durduqca davam etdirəcək. Biz bəstəkarlar da bunları musiqilərimizlə çatdırırıq. Mənim müəllimim Arif Məlikovun son əsəri "Əbədiyyət" simfoniyası Ulu Öndərimizə həsr olunmuşdu. Bizim əvvəlimiz, axırımız, dünənimiz, bu günümüz, sabahımız gözümüzü açandan Ulu Öndərin müdrik siyasəti ilə bağlı olub. İnanıram ki, belə də olacaq. Mənim üçün şərəf olar ki, parlamentdə dövlətimizin yolunu dəstəkləyim. Onsuz da, millət vəkili seçilməsəm də, həmişə bu yolu dəstəkləyəcəyəm. Bu, mənim amalımdır. Seçilsəm, nə xoş. Heç nə dəyişmir, təkcə kağız üzərində nəsə dəyişir. Bu gün necəyəmsə, sabah da belə olacağam. Sadəcə, deputat olsam, bir az səlahiyyətlərim artacaq. Allah özü bilən məsləhətdir. Əlbəttə, deputat olmaq istəyirəm, böyük arzumdur. Arzum olmasaydı, bu şərəfli yolu böyük çətinliklərlə iki dəfə getməzdim. Mənim bu yolda böyük zəhmətim var. Yazıçı Anar Rzayev, Fikrət Qoca da uzun illər millət vəkili olublar. Biz də bu dövrün sənətkarlarıyıq. Bizdən sonra da gənclər gəlirlər. Zeynəb Xanlarova öz sənəti ilə Sovet dövründə böyük əziyyətlərlə Azərbaycanı təmsil edirdi. Zeynəb xanıma millət vəkili kürsüsü də çox yaraşırdı. İndi millət vəkili olmasa da, yenə də başımızın tacıdır, onu çox sevirik. Azərbaycan sənətinə böyük töhfələr verib. Nümunəvi şəxsiyyətdir”.
E.Seyidcahan ümummilli lider Heydər Əliyevi anadan olmasının 101 illiyində belə yad edib: “Bu gün Ulu Öndərimizin anım günüdür. Noyabrın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəstəkarlar İttifaqının xətti ilə “İthaf” əsərimlə açılış oldu. Solist Əməkdar artist İnarə Babayevanın ifası və Cahangir Cahangirov adına xor kollektivinin, Xalq artistimiz, dirijor Fəxrəddin Kərimovun müşaiyyəti ilə həmin əsər çox bəyənildi. Ötən il - “Heydər Əliyev İli”ndə, Ulu Öndərimizin 100 illiyi ərəfəsində 4 böyük layihə həyata keçirdik. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 19 may Atatürkün anım günüdə, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində, Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında solo konsertim oldu. Hamısı Ulu Öndərimizə həsr olunmuşdu. Bu il isə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 8 Martda böyük tədbir keçirdim. Qarşıda yenə də bu illə bağlı tədbirlərim, konsertlərim gözlənilir. Səfərlərimiz də var. Yaxın zamanda səfərlərimiz haqqında da yəqin ki eşidəcəksiniz...”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
• Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29 |
|
|
|
• Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28 |
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Dünən, 15:42 |
|
|
|
|