Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... .....                     Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü .....                     İran hər baxımdan "kritik durumda" .....                     Paşinyanın qəbuledilməz təklifləri... .....                     Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında .....                     "Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." .....                     "İcra başçısı evimizi ikinci dəfə dağıtdı" .....                     "Ermənistan dəhlizi xoşluqla açmasa,,," .....                     Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək .....                     Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq .....                     Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub .....                     "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb .....                     Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır .....                     Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA .....                     Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil .....                     Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır .....                     Bakıda yeni tikinti şirkəti yaradılıb .....                     “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” .....                     Xose Bernardo narkotik aludəçisidir? .....                     Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi .....                     Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib .....                     Ermənistanın yersiz ambisiyası .....                     Ermənistanda himn qalmaqalı: .....                     “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” .....                     Tiktoker Fatimə ev dustaqlığına buraxıldı .....                     Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? .....                     Ermənistan Rusiyanı və İranı necə aldatdı?! .....                     Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi .....                     "Xozeyn" ləqəbli tiktoker .....                     Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb .....                     Əhmədian əslində Ermənistana mesaj ötürur .....                     “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” .....                     Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK .....                     Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz .....                     "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı" .....                     Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir .....                     Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? .....                 

Katibə işləyəndə mənə gülürdülər… - Nigar Köçərli
Tarix: 4-05-2024, 09:01 | Çap et
Katibə işləyəndə mənə gülürdülər…
"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin Kult.az-a müsahibəsi:

- Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmisiniz. Dəqiq elmdən kitaba keçid necə baş verdi?

- Uşaqlıqdan kitaboxuyan olmuşam, “kitab qurdu” idim. 4 yaşımda artıq sərbəst oxumağa başlamışdım. 6 yaşımda isə evə yaxın olan iki kitabxananın üzvü idim. Çünki o vaxt bir kitabxana ikidən artıq kitab vermirdi. Bir sözlə, kitabın arasında böyümüşəm, gözümü açıb valideynlərimi də oxuyan görmüşəm. Həyat elə gətirdi ki, ixtisasım başqa olsa da, bu sahəyə yönəldim. Çünki bu işi daha çox sevirdim.

- Nigar xanım, konkret danışaq, kitabda pul varmı?

- Yaxşı sualdır. Ümumiyyətlə, bizim biznes sahəmiz elədir ki, bu, həm maarifçilikdir, həm də gəlirin olur. Mümkün deyil ki, bu işi sevmədən pul qazana biləsən. Olub ki, pullu adamlar kitab sektoruna girmək istəyib, amma hamısı batırıb. Mən bu işə 600 dollarla başlamışam. Düşünürəm ki, sevdiyin işin elə biznesini də qurmalısan. Burada ayıb heç nə yoxdur. Məni də bəzən tənqid edirlər ki, bu, maarifçi deyil, alverçidir. Mən isə gülürəm. Doğrusu, burada böyük pullar yoxdur. Bu işlə məşğul olub milyonçu olmaq olmaz. Amma digər mənada öz adıma deyim ki, normal qazanıram. Məsələn, səyahət edə bilirəm, övladlarım özəl məktəbdə oxuyur. Amma tutaq ki, hazırda maşınım yoxdur.

- Maşın almaq üçün pulunuz çatmır?

- Yox, elə deməzdim, istəsəm, alaram, amma onun yerinə səyahət etməyi, sağlam həyatı seçirəm və pafoslu həyat istəmirəm. Xarakterimdə sahib olduqlarımı göstərmək yoxdur, bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm. Qazandığımı daha səmərəli bölərək xərcləyirəm.

- Adətən qadın biznes-ledilər özünü göstərməyə meyilli olur…

- Bir tərəfdən demək olar ki, pulu var, alır da. Amma təəssüflər olsun ki, bizdə bu, gözdən pərdə asmaqdır. Əgər xanım hər şeyi özü qazanır, əldə edirsə, olar. Yox, onun “saxlayanı” varsa, bu pullar ona müftə gəlirsə, mənasızdır. 20 ildir bu sahədəyəm, hələ təzə-təzə insanların rəğbətini qazanıram. Əvvəl insanlar elə düşünürdü ki, bunun da saxlayanı var, ya da varlı arxa-dayağı. Amma zaman göstərdi ki, hər şey öz əziyyətimlə olur. Hər səhər hamıdan tez işdəyəm və ən sonuncu da mən gedirəm. Səyahət dediyim məsələlər də elə öz işimlə bağlıdır.

- “Azərbaycan kitab satmaq üçün unikal ölkədir” deyirsiniz. Amma bir tərəfdən də deyirlər, kitab oxuyan azdır…

- Unikallıq o barədə deyirəm ki, bizdə 4 dildə kitab oxuyurlar - türk, rus, ingilis, Azərbaycan. Dünyanın heç yerində belə şey yoxdur. Baxmayaraq ki, bizdə kitab oxuyan azdır. Müqayisə üçün deyim ki, Azərbaycanda 50 kitab mağazası var, onun 11-i bizə məxsusdur. Məsələn, Gürcüstanda isə 250 kitab mağazası var.

- Yaxşı, bəs səbəbi nədə görürsünüz oxumamaqda?

- Sizə bir söz deyim, bizdə əvvəl “Kitab oxuma, dəli olarsan”, ”Çox bilmək adamın ağlını alır” düşüncəsi var idi. Adamlar var, xaricdə təhsil alır, gəlir burada iş tapa bilmir. Tapanda da 300-400 manata. Onu görən adam heç oxuyar? Düşünəcək ki, elə oxuyan da belədirsə, daha nə oldu? Səbəblər isə ümumilikdə çoxdur.

- Bəs siz özünüz işçilərinizə işlərinə uyğun maaş verirsiniz?

- Xeyr. Əlimizdən gələn qədər hər ay müəyyən işçilərin maaşını qaldırmağa çalışırıq, həvəsləndiririk. Yüksək maaşı isə təbii olaraq verə bilmirik. Amma aşağı da vermirik. Əgər hazırki imkanlarla onlara layiq olduqları maaşı verə bilsək, qısa müddətdə müflis olarıq.

- Sosial şəbəkələrdə kitablara etdiyiniz reklamlar narazılığa da səbəb olur. Məqsədli edirsiniz?

- Bəli, bəzən məqsədli edirik. Düzdür, bir dəfə səhvən bir şey olmuşdu, dizayner qrupa atılan bir şəkli paylaşmışdı, ona görə də dəfələrlə üzr istədim. Amma digərləri normaldır. Nə olsun ki, kitab sahəsidir? Bu o deməkdir ki, əyləncəli nəsə etməyək? Tiktok kanalı açanda da dedilər, bunlar necə səviyyəsizdir. Amma indi hamı oradadır, reklam edir. Hər şeyə səviyyəsiz deməklə olmur, maraqlı olmaq lazımdır.

- Ən çox satılanların detektiv, sevgi kitabları olduğu deyilir. Düzdür?

- Belədir. Amma mən buna çox normal baxıram. Dünyada da bu proses belədir. İstəyərəm ki, bizdə hamı kitab satsın, onlar da qazansın, mən də. Mənə görə bütün ədəbiyyat gözəldir.
- Sizə görə, məsələn, detektiv bir kitabla elmi kitab arasında fərq yoxdur?

- Əlbəttə var. O, başqa məsələdir. Umberto Ekonun “Qızılgülün adı” əsəri postmodernistdir deyirlər. Amma məsələn, mən düşünürəm, o, detektivdir. Özümsə detektivi çox sevirəm. Üstəlik, bu, kitab oxumaq üçün əla janrdır. Təzə-təzə kitab oxuyanlar da məhz detektiv oxusalar, yaxşı olar.

- Bizim müəlliflər həmişə şikayət edir ki, kitablarının az satılmasının bir səbəbi də mağazalardır.

- Tamamilə haqlıdırlar. Bilirsiniz, bütün yerlərimiz icarədədir. Balaca mağazalardır, orada da rəqabət gedir. Hər kitabı önə qoymaq olmur, vallah, satılmır. Məsələn, baxıram ki, şeir kitabıdır. Bilirəm ki, az satılacaq. Mən belə olanda onlayn satmağı təklif edirəm. Amma bütün yazıçılarımız bunu istəyir ki, məni önə qoy. Bir dəfə xaricdə sual verdim ki, görüm onlarda necədir? Məlum oldu ki, kitabı necə yerləşdirməyə mağaza özü qərar verir. Yeri gəlmişkən, elə müsahibə vasitəsi ilə şad xəbər verim. Bu yaxınlarda “Port Baku” tərəfdə “Crescent Mall” adlı böyük mağazamız açılacaq, orada hamıya yer olacaq. 700 kv metrlik yerdir. Söz verirəm, orada hamının kitabını məhz qabağa qoyacam.

- Azərbaycanda bir problem də rusdillilər məsələsidir. Siz necə müşahidə edirsiniz, doğrudanmı onlar digərlərinə nisbətdə daha çox oxuyur, intellektualdırlar?

- Əslində, bu sualın özü ayrı-seçkilik yaradır: “onlar və biz”. Mən buna qarşıyam. Onsuz da xeyli ayrı-seçkiliyimiz var, heç olmasa, bu olmasın. 44 günlük müharibədə gördük ki, hamımız birik. Mən özüm rus bölməsini bitirmişəm. Təəssüflər olsun ki, öz üzərimdə işləsəm belə, Azərbaycan dilində mükəmməl danışa bilmirəm. Qızım, atam, yoldaşım Azərbaycan bölməsini bitirib, onlar dili yaxşı bilir. Qaldı sualın konkret cavabına, bəli, tənqid etsələr də, deyəcəm. Bu, faktdır. Rusdillilər daha çox kitab oxuyur. Oxucuların 60 faizini onlar təşkil edir. Bu da məncə, məktəbdən başlayır. Təhsil məsələsidir. Onu da deyim ki, hazırda ingilisdillilər yetişir. Onların oxumaq səviyyəsi də çox mükəmməldir.

- Qızınızla evdə hansı dildə danışırsınız?

- Hər iki dildə. O, azərbaycanca danışır və oxuyur, amma rus dilini də bilir. 6 yaşına kimi azərbaycanca danışa bilməsə də, mən onu məhz Azərbaycan bölməsinə qoydum və bacardı.

- Kitabların qiymətində də son illər artım müşahidə olunur. Onsuz da az kitab oxunan cəmiyyətdə qiymətin baha olması düzgündürmü?

- Doğrudur, artım var. İnsanların maaşı ilə götürsək, uyğun deyil. Amma səbəblər var. Tirajlar aşağıdır. Nəşriyyat bir kitabı 5 min tirajla buraxsa, qiyməti az olur, 500 buraxsa, baha.

- Yerli müəlliflərin kitabı niyə satılmır, yaxşı yaza bilmirlər?

- Səbəb çoxdur. Azərbaycanda heç kitab almaq mədəniyyəti də formalaşmayıb. Yazıçı-şairlər də günahkardır. Əvvəllər onlar lap çox belə edirdi ki, kitabı hədiyyə verirdilər. Bu isə zərərlidir. Kitabı hədiyyə verdiyin adam onu oxumayacaq heç, hörmət də etməyəcək. Bizdə oxunan müəlliflər də var. Məsələn, son dövrlərdə İlkin Rüstəmzadənin kitabları bestseller oldu. Müəllif özü də gərək bu prosesdə iştirak etsin, sosial olaraq aktiv olsun.

- Siz özünüz hansı tərz kitabları oxuyursunuz? Stolüstü kitabınız varmı?

- Daha çox tarixi, dedektiv deyərdim. Seçiciyəm bu məsələdə. Əgər bir kitabı oxuya bilmirsəmsə, saxlayıram, oxumuram. Hazırda “Essensializm” adlı kitabı oxuyuram. Kitabın qayəsi budur ki, az iş görməklə çox qazanmaq necə olur. Hər gün ən azı yarım saat kitab oxuyuram.

- Sizi bu sahədə uğurlu hesab etmək olar. Belə bir fikir də var ki, hər uğurlu qadının arxasında güclü bir kişi dayanır…

- Doğrusu, mən özüm özümü çox da uğurlu hesab etmirəm. Amma razıyam, belə fikirlər çoxdur, sadəcə, yanlışdır. Şəxsən məni heç kəs qabağa verməyib, arxamda dayanmayıb, nə etmişəmsə, öz gücümə eləmişəm. Bir söz deyim, mən çox yerdə işləmişəm. 4 aya ingilis dili öyrənmişəm. Bu işlərə gəlməzdən əvvəl bir şirkətdə katibə də işləmişəm, çay aparıb-gətirirdim. Amma katibə işləyəndə mənə gülürdülər. Deyirdilər, niyə bu işdə işləyirsən? Elə olub ki, ayaqyolu belə yumuşam. Karantin vaxtı idi, xadimə olmayıb, işçilərə demişəm, kitabı məndən yaxşı reklam edirsiniz, bu işi də mən görəcəm. Bir sözlə, əziyyət varsa, bəhrəsi də olur.

- Nigar xanım, bölgələrdə vəziyyət, kitab oxuyanlar varmı?

- Bölgələr, demək olar ki, kitab oxumur. O qədər azdır ki, o oxucuları tək-tək tanıyıram. Baxmayın belə gedirik, şəkil çəkdiririk, amma səmimi olsaq, o deyil. Oxumurlar. Bölgələrdə ilk növbədə kitab mağazaları olmalıdır. Şəhərdə belə oxucu azdır. Sadəcə, çalışırıq ki, bu vəziyyəti düzəldək, oxucu sayını çoxaldaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... - İLGİNC FAKTLAR
Bu gün, 07:06
Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan
Bu gün, 07:02
İran hər baxımdan "kritik durumda" - GƏLİŞMƏ
Bu gün, 06:56
Paşinyanın qəbuledilməz təklifləri... - Bəndlər üzrə İNCƏLƏMƏ
Bu gün, 06:53
Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında - “Xəyali icma”nın gerçək təsviri
Bu gün, 06:47
"Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." - Orxan Saffari
Bu gün, 06:41
"İcra başçısı evimizi ikinci dəfə dağıtdı" - Gəncə terrorunda valideynlərini itirən şəxs FƏRYAD EDİR
Bu gün, 06:37
"Ermənistan dəhlizi xoşluqla açmasa,,," - deputat
Bu gün, 06:27
Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək - İLGİNC
Bu gün, 06:22
Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12
"Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35
Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29
Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28
Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23
Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05
Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02
“Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48
Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44
Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20
Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00
Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58
“Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04
Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02
Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54
Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51
Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48
"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46
Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44
Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31
“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29
Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28
İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12
"German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru