Telekanallardakı biabırçılığa nəhayət, son qoyulacaq - GÖZLƏNTİ
Tarix: 13-03-2024, 09:18 | Çap et
Bir neçə gün əvvəl ATV, "Xəzər", ARB və "Space" telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Manset.az xəbər verir ki, telekanal rəhbərlərinin iştirakı ilə keçirilən iclasda tv-kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq. Tv-kanallardakı mövcud duruma rəsmi dairələr müdaxilə etmək qərarına gəlib və keçirilən görüş də bunun nəticəsidir. Prezident Aparatı səviyyəsində töhmət alan tv-kanallar necə, bu görüşdən nəticə çıxaracaqmı?
“Tv-lər islah olunmalıdır” Televiziya mütəxəssisi, professor Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında “məsələnin bu dərəcədə kəskinləşməsi onu göstərir ki, bu cür bayağı, düşük şoulara nə “aşağılar” dözür, nə də “yuxarılar”, söylədi: - Ona görə də tədbirlərin görülməsi vacibdir. Tədbirlər ona görə vacibdir ki, televiziyanın auditoriyası çox genişdir, onun geniş kütləyə böyük təsiri var. Şəxsi problemlərin az qala milli məsələ səviyyəsinə qaldırılması, ailə məsələlərinin şou səviyyəsinə gətirilərək müzakirəsi, min illərlə formalaşmış dəyərlərin məhvini sükutla qarşılamaq olmaz. Verilişləri bağlamaq, açmaq, cərimə etmək işin inzibati tərəfidir. Televiziyaları da anlamaq lazımdır. Onlar belə ucuz şoulara reklam əldə etmək, reytinq qazanmaq üçün də əl atır. Amma normal şoular eləmək mümkündür. 10-20 il əvvələ qayıdıb o dövrdə hazırlanan tok-şouların portretini götürmək olar. Baxsalar, ictimai əhəmiyyət daşıyan məsələlərin efirdə necə səviyyəli bir şəkildə işıqlandırıldığını görəcəklər. Həmin verilişlərin heç birində insan taleyi şəxsi problemlər kontekstində şəxsiyyətin alçaldılması, tapdanması fonunda verilmirdi. Belə hallar yox idi o verilişlərdə. TV-lər 1 seqment üzərində dayanmır. Burada həm xəbər, həm ciddi müzakirələr, ictimai-sosial proqramlar, uşaq verilişləri, həm də əyləncə verilişləri hazırlanmalıdır. Tv-lərin fəaliyyəti çoxşaxəli olmalıdır və müxtəlif auditoriyaya məzmuna uyğun verilişlər çatdırılmalıdır. Əsas, ciddi problemləri şou vasitəsilə tamaşaçıya çatdırmaq yolverilməzdir. Bu cür verilişlər islah olunmalıdır. Ucuz şou, sensasiya, ssenariləşdirilmiş oyun epizodlarından imtina edilməlidir. Əlbəttə, bu, peşəkar yanaşma, peşəkar rejissura və yüksək estetik zövq tələb edir. Hesab edirəm ki, özəl telekanallara müəyyən müddət maliyyə yardımı göstərilməlidir ki, düşük şoular əvəzinə səviyyəli proqramlar hazırlasınlar.
Cəmiyyətin yarasına çevrilmiş proqramlar Telekanallardakı biabırçılığa rəsmi qaydada etiraz bildirilməsi, ictimaiyyətin ürəyincədir. Nəhayət, telekanallar rəzillikdən bəlkə əl çəkər. Cəmiyyətdə yaraya çevrilmiş bu problem illərdir daim gündəmdə idi. Bir müddət əvvəl, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Ceyran Əzizova sosial şəbəkə üzərindən paylaşım edərək rəsmi dairələri tv-kanallardakı rüsvayçılığa son qoymağa çağırış etmişdi. C.Əzizova məlum müraciətində qeyd edirdi ki, dünyanın heç bir kanalında belə küçə ağzıyla danışıb onu-bunu hədələyən ekspertlərə rast gəlinmir: “Bu ancaq bizdədir. Bizim millət budurmu? Deyil. Amma və lakin şounun xatirinə övladlarımızın əsəbini pozan, nəvələrimizin tərbiyəsinə təsir edən dəvətsiz qonaqlarımıza “evimizə gəlməyin”, deməyin vaxtıdır. Bunların üzündən televizorları söndürmüşük, açmırıq”. C.Əzizova cənab Prezidentə müraciət edərək bu biabırçılığa son qoymasını xahiş edirdi: “İşinizin çoxluğunun fərqindəyəm. Amma bizə sizdən kömək istəməkdən başqa yol qoyulmadı. Bu şou proqramlarındakı biabırçılıqlara bir son qoyulması üçün göstəriş verməyinizi çox xahiş edirəm. Bunlar xalqın gələcəyini məhv etmək istəyirlər”. “Sherg.az"a danışan C.Əzizova qeyd etdi ki, ictimaiyyətin narazılığına Prezident Aparatı səviyyəsində reaksiya verilməsi onu sevindirir: - İctimai narazılığa diqqət göstərilir. Telekanallardan əksəriyyət narazıdır. Reytinqləri çox düşüb artıq. Daha camaat əvvəlki kimi maraqla baxmır bu cür səviyyəsiz verilişlərə. Ümid edirəm ki, Prezident Administrasiyası ciddi ölçü götürəcək. Ən azından biabırçı formatların dəyişəcəyinə ümid edirəm. Düşünürəm ki, hazırkı format dəyişəcək.
Sosial verilişlərin qurbanları artır “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da Prezident Aparatının müdaxiləsini zəruri saydığını dedi: - Hələ bir neçə il öncə həyəcan təbili çalmışdım. Sosial verilişlərdən sonra qurbana çevrilənlərlə bağlı. Çünki bir çox qadınlar vardı ki, o verilişlərdən sonra nə ailə bağları qorunub qalırdı, nə də normal iş yeri tapa bilirdilər. Kifayət qədər mənfi obrazda tanıtımları olurdu. Təklif etmişdim ki, onların sonrakı həyatı ilə bağlı bir araşdırma aparılsın. Təbii ki, mən sosial verilişlərin tam bağlanılmasını deyil, müraciət edənlərin problemlərinin işıqlandırılmasında insan haqları, məxfilik, şəxsiyyətin toxunulmazlığının tətbiqinin əhəmiyyətli bir meyar kimi qorunması və nəzarəti təqdir edirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
• Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38 |
|
|
|
• "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33 |
|
|
|
• Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27 |
|
|
|
• Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22 |
|
|
|
• Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... - Nəzarət orqanının rəhbərinə layihələr verilir
Bu gün, 07:14 |
|
|
|
• Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... - İLGİNC FAKTLAR
Bu gün, 07:06 |
|
|
|
• Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan
Bu gün, 07:02 |
|
|
|
• İran hər baxımdan "kritik durumda" - GƏLİŞMƏ
Bu gün, 06:56 |
|
|
|
|