Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                 

"“Azərbaycan” şeirimi hamı Səməd Vurğunun şeirindən sonra ən yaxşı şeir kimi qiymətləndirir"
Tarix: 12-03-2024, 09:06 | Çap et
"“Azərbaycan” şeirimi hamı Səməd Vurğunun şeirindən sonra ən yaxşı şeir kimi qiymətləndirir"
diaaz.space şair Vüqar Əhmədin kult.az-a müsahibəni təqdim edir:

- Deyirlər, professor olmaq üçün AzTV-dən ayrılmısınız. Dəqiq səbəb budur?

- Mən əvvəl üç yerdə işləyirdim. İyirmi ilə yaxın AzTV-də rəhbər vəzifədə olmuşam. Sonra redaksiyamız “Ədəbi Dram”la birləşdi. Yarımştat Elmlər Akademiyasında, yarımştat da Müəllimlər İnstitutunda işləyirdim. Filologiya elmlər doktoru idim. Rektorumuz dedi, mən səni professor keçirdə bilmərəm, gərək, bütöv ştata keçəsən. Ərizəmi yazıb, AzTV-dən çıxdım. Rektor isə yaxşı mənada məni aldatdı. Sən demə, olarmış işləmək, amma mənim kimi kadrı tam ştat istəyirmiş. Elə AzTV-dən çıxmaq da ürəyimdən idi. Rəhbərlik dəyişmişdi, mühit o deyildi.

- Bəs indi necə, peşmansınız?

- Peşmanlıq deməzdim. Artıq yaşım keçib, cavan olsaydım, hazırki komanda ilə işləyərdim AzTV-də.

- Üç işdə işləmək çətin deyildi bir şair üçün?

- Şair işləməmişəm ki! Hərəsində öz işim olub. Onda uşaqlar da balaca idi, üç yerdən bir yerin maaşını alırdım, çatmırdı. Yenə yaxşıydı ki, dərsliklərim, kitablarım satılırdı, oradan da bir az gəlir gəlirdi. Rəsulzadə haqda romanımdan yaxşı pul qazandım. Ordan-burdan qonorarla da birtəhər dolanırdım.

- Vüqar müəllim, indiyə qədər nə qədər şeir yazmış olarsınız? Sizin haqqınızda sosial şəbəkədə bəziləri yazır ki, hər gün şeir yazır…

- Mən çox şeir yazmamışam axı. Deyirlər də. Bəlkə 500 sözümə mahnım var. Bizim elə xalq şairlərimiz var ki, onların on cild şeiri var. Bir söz var e, “az yazıram, saz yazıram”. Dəqiq bilmirəm, bəlkə, 800-1000 şeir olar.

- Düşünürsünüz ki, bir şair üçün min şeir azdır?

- Yox, siz nə danışırsız? Əvvəla, təqribi dedim. Oturub şeirlərimi sayım? Amma bir dəfə sizin xətrinizə sayaram. Camaatın on min, iyirmi min şeiri var. Bəlkə də 600 şeirim olar - 40 illik yaradıcılıq üçün çox azdır. Daim elmi fəaliyyətlə də məşğul olmuşam. Ən məhsuldar dövrüm müğənni, bəstəkarla işləyəndə olub. Təbi gələndə yazıram da. Sözlərimə oxunan mahnıları eşitməmisiniz? Bütün toylarda “Balaların xətrinə” oxunur, “Şuşanın dağları, başı vüqarlı” - Şuşada belə oxundu. “Azərbaycan” şeirimi hamı Səməd Vurğunun şeirindən sonra ən yaxşı şeir kimi qiymətləndirir.

- Sizə “nəğməkar şair” deyirlər. Hiss edirsiniz ki, “nəğməkar şair”i alçaltmaq, zəif göstərmək üçün deyirlər?

- Mən “nəğməkar şair” adından imtina eləmişəm. Bu adı mənə illər öncə Əlibaba Məmmədov vermişdi. Yaşar Nuri də yaradıcılıq gecəmdə çıxış edib, o cür təqdim elədi. O vaxt üçün bu ad çox yaxşı idi. Sonra gördüm ki, tədbirə çağırırlar, iki şeirinə mahnı oxunanı da nəğməkar şair kimi təqdim edirlər. Ümumiyyətlə, şair şairdi də. Vəssalam. Daha mənə belə demirlər. İndi olur, bir də görürsən, rayondan gələn saf adamdı, görüşür, öpür, deyir, nəğməkar şairimiz, sənin nəğməli ürəyindən öpürəm. Amma alimlər, ziyalılar bilirlər ki, kiməm, nəyə qadirəm.

- Bəstəkarlardan pul almağı alver hesab elədiyinizi demişdiniz. Belə çıxır ki, alanlar alverçidir?

- Mən özüm heç vaxt almamışam, kim də alırsa, halal xoşu. Ruzini Allah verir, maaş alıram, şeir satmağı isə bacarmıram. Mən belə düşünürəm, sadəcə. Demirəm ki, etmək olmaz, amma mən etməmişəm, edə bilmirəm.

- Az qala bütün şairlər danışanda deyirlər ki, mənə paxıllıq edən çoxdur, ayağımı çəkirlər. Sizə necə, paxıllıq edirlərmi?

- Elə şey olar ki, etməsinlər? Amma mənə heç vaxt istedadlı adamlar paxıllıq etməyib. Ciddi adamlar həmişə dəstək verib, dost olmuşuq.

- Kimdir o ciddi adamlar?

- Ustad saydığım Bəxtiyar Vahabzadə, Nəbi Xəzri. Rəhmətlik Zəlimxan Yaqubla yaxşı münasibətimiz var idi. Şair Qabillə, Cabir Novruzla dost olmuşuq, alimlərimizdən İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Yaşar Qarayev, Bəkir Nəbiyev - hamısı haqqımda da yazıblar. Paxıllıq istedadsız adamların işidir. Hələ çoxdur, yadıma düşən bunlar oldu.

- İzzət Bağırova şeir yazdığınıza görə peşman deyilsiniz ki?

- Xeyr, niyə peşman olum? İzzət o vaxt ağır qəza keçirmişdi, könlü xoş olsun deyə yazmışdım.

- Xoş oldu?

- Əlbəttə. Kimə xoş olmaz ki? İki dəfə ağır əməliyyatdan sonra ayılıb ona həsr elədiyim şeiri oxuyanda sevindi. O, həm də uşaqlarımın dayısıdır. Amma bunun dəxli yoxdur, başqası da olsa, yazardım.

- Xeyli adama şeir həsr eləmisiniz. Bəs sizə də şeir həsr ediblərmi?

- Mənə heç bilirsiniz nə qədər şeir həsr olunub? Balakənli bir şair poema həsr edib. Şair Tofiq İmişli var, mənə on şeir həsr edib. Nizami Rəmzi qəzəl həsr eləmişdi, baş hərfləri də Vüqar Əhməd… Daha sonra Cabir Novruz, Nəbi Xəzri də həsr edib. Çoxdur. Özümün onları çap etməyim düzgün olmaz. Öləndən sonra övladlarım edərlər.

- Xanımlara da şeir həsr edirsiniz? Yoxsa ancaq kişi şairlərə?

- Xanımlara da şeir həsr eləmişəm. Sevgi mahnılarım var da.

- Xanımlara deyəndə, zaman-zaman sevdiklərinizi nəzərdə tuturam…

- Brilyant Dadaşova “mən gizlincə səninləyəm” oxumuşdu. Bir elmlər doktoru var, dedi, Vüqar, utanmırsan, evli adamsan, bu nədi? Dedim, bəlkə elə yoldaşıma yazmışam? İnanmadı, əsəbiləşib dedi ki, yoldaşla gizlincə görüşmürlər, sənin gəzdiyin var. Bilmədim nə deyim, bu da poeziyanı anlayan alimimiz…

- Müsahibənin sonunda mənə bir şeir həsr edə bilərsiniz? Son sözümüz o olsun…

- İndi yox, amma söz verirəm ki, sizə şeir həsr edəcəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru