Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                     Sabir Rüstəmxanlı siyasətdən gedir? .....                     Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum .....                     "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib .....                     Tibb bacısı necə ginekoloq oldu? .....                 

"Bir adamın beyni, zehni, düşüncəsi “kötükləşəndən” sonra onu bərpa etmək çətin olur"
Tarix: 27-02-2024, 08:44 | Çap et
"Bir adamın beyni, zehni, düşüncəsi “kötükləşəndən” sonra onu bərpa etmək çətin olur"
Teleaparıcıların etik davranışı məsələsi yenidən gündəmə gəlib. Bu dəfə aparıcı meyxanaçıya verdiyi suallara görə sosial şəbəkələrdə tənqid olunub (Axşam.az).

Bildirilir ki, meyxanaçı Rüfət Nasosnu “Rəngarəng səhər” verilişində qonaq olub. Meyxanaçı övladlığa uşaq götürmək istəmədiyini söyləyib: “Allah insana ya yaxşısını verir, ya da ondan yaxşısını. Verər nemətdir, verməz hikmətdir”.

Proqramın aparıcısı Zaur Nəbioğlu R.Nasosnudan “Fani həyatdır, istəməzsən sən və ya xanımın dünyanızı dəyişəndə tabutunuzun, məzarınızın başında bir övlad kimi göz yaşı axıtsın”, - deyə soruşub.

Rüfət sualı cavablandırmağa çalışıb: “Heç kimin ölüsü yerdə qalmır. Bu günə kimi eşitməmişəm ki, kiminsə meyiti yerdə qalıb”. Zaur onun sözlərini “Kimsəsiz məzarlıqlar var” fikrini səsləndirərək kəsib.

Meyxanaçı isə nitqinə belə davam edib: “Elə dövrdür ki, özündən sonra vəsait qoydun səni dəfn edəcəklər. İkincisi də istəyir Vaşinqtonda, Ağ Evin qabağında, istəyir Müşfiqabaddan çıxanda, çöllükdə basdırsınlar. Əsas o biri dünyada cavab verməkdir. 46 yaşım var. İnsan arzuları ilə bilinir. İnsanı danışdır, arzusu nədirsə, o da o boydadır. Mənim ən böyük arzum ata olmaq deyil. Ən böyük arzum yaxşı övlad olmaqdır. Öz atama yaxşı övlad olmağı bacarmadım, amma anama oldum. Onun problemi yoxdur. Nə bacarıramsa, edirəm”.

Daha sonra isə aparıcı Rüfətdən “Qorxursan ananı itirməkdən”, - deyə soruşub. Meyxanaçı sualı “Kim qorxmaz ki? Ancaq həyat belədir, gərək insan özünü hər şeyə hazırlasın. Bilmək olmur, kim-kimdən əvvəl ölər”, - şəklinə cavablayıb.

Aparıcının verilişin qonağına bu cür suallar ünvanlaması sosial media izləyiciləri tərəfindən müzakirə olunub və onu buna görə tənqid ediblər. İzləyicilər Zaurun suallarını qeyri-etik kimi qiymətləndiriblər.

Qeyd edək ki, daha əvvəl “7 tamam” proqramında aparıcı Nanə Ağamalıyeva Rüfətdən niyə övladının olmadığını soruşmuşdu.

Bəs teleaparıcı efirdə qonağa etik çərçivədən kənar hansı sualları verə bilməz? Bəlkə onlara arada mütəxəssisin iştirakı ilə etik davranış kursu keçmək lazımdır? Yaxud “ustad dərsi”.

Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb. Ekspert təəssüflə qeyd edib ki, verilişlərdə bu cür hallara tez-tez rast gəlinir: “Xüsusən şou proqramlarına dəvət olunmuş qonağa sürpriz, etikadan kənar suallar verilir ki, bu da, əlbəttə, müəyyən dərəcədə narazılıq yaradır.

Prinsipcə, sual vermək bir yaradıcılıq işidir. Sualın konkret məqsədi olur, sual o məqsədlə verilir ki, ona cavab alınsın. Yox, əgər sual verməyi də şouya çevirirlərsə, artıq başqa çalarlar özünü göstərməyə başlayır.

İlk növbədə verilişə dəvət olunmuş adamın şəxsiyyətinə, ailə həyatına, açıqlanması uyğun olmayan mövzularla bağlı sual verilməsi etik deyil. Sual var ki, hər hansı mövzuya münasibət bildirmək üçündür və yaxud şəxsin uğurları və yaxud uğursuzluqları ilə bağlıdır. Ümumiyyətlə, sual verəndə müəyyənləşdirmək lazımdır ki, məqsəd nədir, siz şəxsi sənətkar kimi təqdim edirsiz, ya onun portretini çizməyə çalışırsız, ya şəxsi həyatı ilə bağlı onu verilişə dəvət etmisiniz. Təbii ki, bütün bunlarla bağlı verilişə dəvət olunan adama bilgi verilməlidir, yəni adam əvvəlcədən məlumatlı olmalıdır ki, ona hansı mövzuda suallar veriləcək. Üstəlik, adam ictimai fiqur deyilsə, cəmiyyətdə ictimai yükü yoxdursa, onun cavabdeh olmadığı, ona aid olmayan məsələlərlə bağlı sualların verilməsi etik sayılmır.

Sözün birbaşa mənasında müəyyən əxlaqi, etik nöqtələr var ki, onunla bağlı suallar verərkən düşünmək və həssas olmaq lazımdır.

İndi həmin aparıcılara nə qədər “ustad dərsi” keçirməyə çalışsaq da, düşünmək lazımdır ki, onların beyni konstruksiya olaraq artıq o cür formalaşıb. Yaxşısı odur ki, onlar əvvəl bu dərsləri keçib öyrənsinlər, sonra efirə çıxsınlar. Çünki bir adamın beyni, zehni, düşüncəsi “kötükləşəndən” sonra onu bərpa etmək çətin olur.

Çox təəssüf edirəm ki, bu tip suallar çox zaman sensasiya, qalmaqal qopartmaq xətrinə verilir və bu da hesab edirəm ki, sözün həqiqi mənasında nə aparıcıya, nə də həmin verilişə ciddi şöhrət qazandırmır".

Yazıçı-kulturoloq Aydın Xan Əbilov isə qeyd edib: “Verilişlərdə istər qonaq, ekspert, tamaşaçılar, istərsə də öz problemlərini efirə daşıyan, başqalarına yükləyən, heç nə etmədən varlanıb, bu problemini həll etmək istəyən, arvadı ilə aralarında olan gərginliyi yumşaltmaq istəyən şəxslər əgər rəva bilirlərsə, əlbəttə ki, onlara istənilən sualı vermək olar, təbii ki, müəyyən etik çərçivələri gözləmək şərti ilə.

Məlum məsələdir ki, indi aparıcılar çalışır ki, reytinq qazansınlar, çünki indi Azərbaycanda hazırda 10-a yaxın müstəqil televiziya kanalları var və etiraf edək ki, xeyli sayda maraqlı verilişlər hazırlanır, tamaşaçılar oturub onları maraqla izləyirlər, bu baxımdan artıq digər ölkələrin kanallarına o qədər də maraq göstərmirlər. Yəni artıq daha çox milli məhsula baxmağa çalışırlar. Bu zaman teleaparıcılar sosial mediada olan estetikanı televiziyalara daşıyırlar. Bu nə dərəcədə doğrudur, onu konkret olaraq demək çətindir, amma reytinq və daha çox tamaşaçı qazanmaq baxımından qəbulolunandır. Necə olur ki, tamaşaçı sosial şəbəkələrdə şit süjetlərə baxa bilir, amma televiziyada bunun mədəni formada təqdim edəndə, o saat hamı televiziyanın üzərinə düşür? Biz illərlə tamaşaçıları efirlərə qaytarmaq üçün müxtəlif formatlar təklif etdik, amma tamaşaçı bunu qəbul etdimi? Əlbəttə ki, yox. Tamaşaçı qalmaqal, dava, ekspertlər arasında gərginlik istəyir və yaxud tele-aparıcılarla gələn qonaqlar arasında beyin düşüncəsi davası, hətta konflikt istəyir. Bu baxımdan televiziyada bəzən bizə qeyri-etik görünən, amma əslində normal olan suallar verilə bilər.

Əlbəttə ki, yaxşı olardı ki, tele-aparıcılar şəxsi həyatla bağlı məsələlərə getməsinlər. Və yaxud efirdə hansısa müğənni ilə şit zarafat etmək, onu qaldırıb öpmək və yaxud bu kimi qeyri-etik hərəkət etmək düzgün deyil. Bunu etmək istəyən gedib öz evində və yaxud otellərdə etsin. Yəni, minlərlə tamaşaçının hansı ki, onların arasında uşaq, yaşlı, qoca var, bunu etmək olmaz. Dəyərlərimizi bu qədər adiləşdirmək yolverilməzdir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33
Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27
Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru