“Heydər Əliyev evində süfrə açıb, Qara Qarayevlə Fikrət Əmirovu barışdırmışdı...”
Tarix: 10-05-2023, 09:21 | Çap et
“Mən çox şanslı və xoşbəxt insanam ki, ümummilli lider Heydər Əliyevlə görüşmək şansım olub. Mən Lissabondan müsabiqədən qayıdarkən maestro Niyazi bizi evində tanış etmişdi. Bu 1968-ci il idi. Mənim 20 yaşım var idi. “Ulu öndər və sənət adamları” mövzusunu həqiqətən də saatlarla danışmaq olar. O hər şeyi çox gözəl, dəqiq bilirdi. Bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovun arasında bir az soyuqluq var idi. O öz evində süfrə açırdı, onları dəvət edirdi, barışdırmaq istəyirdi. Çalışırdı ki, onların arasında soyuqluq olmasın. İstəyirdi ki, sözün əsl mənasında rəqabət olsun, amma düşmənçilik olmasın”.
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. Professor ümummilli liderlə görüşlərini də xatırlayıb.
“Mənim yadımdadır, 1995-ci ildə Üzeyir Hacıbəylinin 110 illiyi idi. Ulu öndər Üzeyir bəy haqda 1 saat məruzə oxudu. Kağızsız, heç bir köməkçi vasitələr olmadan. Vallah, bizdə çox nadir hallarda musiqişünaslar belə çıxış edə bilərdilər. Üzeyir bəy haqda 1 saat danışmaq çətin məsələdir. Hər dəfə xarici ölkələrə gedəndə o bizi dəvət edirdi və biz də o səfər çərçivəsində konsert proqramları verirdik. Onun məqsədi bizi dünya ölkələrinə aparıb, konsert verməklə bağlı deyildi. O istəyirdi ki, bütün dünya bilsin ki, bizim necə musiqiçilərimiz, sənətkarlarımız var. O həqiqətən də bizlərlə fəxr edirdi. Almaniyada onunla birlikdə səfərdə idik. Səfirimiz dedi ki, “gəlin ancaq Azərbaycan bəstəkarlarının mahnılarını ifa edin”. Mən də razılaşdım. Öz-özümə dedim ki, onsuz da Almaniyada Betxoveni ifa edirlər də. Konsert verdik, çox uğurla da keçdi. Konsertdən sonra ulu öndər Heydər Əliyev məni çağırıb dedi ki, “siz niyə Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib, nahaq yerə Betxovenin, Motsartın əsərlərini ifa etmədiniz”. Dedi ki, “siz sübut edə bilərdiniz ki, Almanlardan da yaxşı Betxovenin əsərlərini ifa edirsiniz”. Bu kimin ağlına gələ bilərdi? Hər bir mövzuya akademik yanaşırdı. O hər bir sahədə söhbətə hazır idi. Ulu öndər Beynəlxalq arenada Azərbaycanı tanıda biləcək istedadlı, gənc yaradıcı insanları da daim dəstəkləyirdi. Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar, eləcə də mən onun daim diqqət mərkəzində idik. 24 yaşım olanda mənə “əməkdar artist” fəxri adını verdi. Bu mənim kimi bir gənc üçün çox unudulmaz hadisə idi. Yadımdadır, lap çətin illər idi. Təxminən 1994-1995-ci illər. Ulu öndər Bakı Musiqi Akademiyasına gəlib, cavan laureatlarla görüşdü. Aclıq idi, çətin vəziyyət yaranmışdı. Bizim professorlarımızın əksəriyyəti Türkiyədə çalışmağa getmişdi. Çünki maaş az idi. Heydər Əliyev vaxt tapıb tələbələrlə görüşdü, ürək-dirək verdi. 2 musiqi aləti almışdıq. İndi biz musiqi alətləri ala bilirik, amma 1994-cü ildə vəziyyət çox pis idi. Min illər keçəcək, amma onun kimi öndər yer üzünə, hətta deyərdim ki, kainata gəlməyəcək” deyə sənətkar bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42 |
|
|
|
• Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40 |
|
|
|
• "Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38 |
|
|
|
• Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33 |
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
• Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09 |
|
|
|
• Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04 |
|
|
|
• Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00 |
|
|
|
• “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56 |
|
|
|
• Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54 |
|
|
|
• Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50 |
|
|
|
• ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49 |
|
|
|
• İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45 |
|
|
|
• Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39 |
|
|
|
• Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37 |
|
|
|
• Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34 |
|
|
|
• Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32 |
|
|
|
• Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15 |
|
|
|
• Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11 |
|
|
|
• Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09 |
|
|
|
• DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04 |
|
|
|
• Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56 |
|
|
|
• İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50 |
|
|
|
• Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45 |
|
|
|
• `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38 |
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
|