Naxçıvan Ali Məclisində yeni təyinat .....                     Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub .....                     Naxçıvanda təhsilin evini elə yıxıblar ki... .....                     "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" .....                     Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... .....                     "Bu münasibətlər zamanın sınağından keçib" .....                     Palata UNEC-də yoxlama apardı .....                     İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... .....                     KAPİTAL BANK-dan total narazılıq olsa da... .....                     Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub .....                     Prokuror gənc sevgilisini öldürən qadına .....                     Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... .....                     “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi .....                     Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb .....                     Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. .....                     ADNSU ilə bağlı qalmaqal davam edir .....                     İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi .....                     Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib .....                     Azərbaycanlı Ukraynada itkin düşdü .....                     Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” .....                     Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi .....                     Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" .....                     Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı .....                     Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... .....                     Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. .....                     Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir .....                     DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? .....                     Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək .....                     İran parlamentinin nümayəndə heyəti İrəvandadır .....                     Naxçıvanda qanun-manun hərləyən yoxdur... .....                     `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? .....                     Daha bir şirkət ölkədən pul çıxarıb .....                     Tramp Putinlə nə vaxt görüşəcək? .....                     Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər .....                     İlyas İsmayılovdan ağsaqqal məsləhəti... .....                     Rusiyadan bu torpaqları geri almaq mümkün deyil .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? .....                     Bu halda işçilərin əmək hüquqları pozulur... .....                     Müstəqillik tariximizin 20 Yanvar faciəsi .....                 

"“Azərbaycan” nəşriyyatı mənə çoxdan tanışdı" - Vəli Xramçaylı ilə söhbət...
Tarix: 29-04-2023, 08:02 | Çap et
"“Azərbaycan” nəşriyyatı mənə çoxdan tanışdı"
İki gün əvvəl şair Vəli Xramçaylı təşrif buyurmuşdu redaksiyamıza. İşin ən qızğın yeri idi. Xəbərlər üstümüzə ac canavar kimi hücum çəkir, redaktə olunmalı materiallar tökülüb qalırdı. Rutin işimiz, İP qovğası... Sözün həqiqi mənasında başımı qaşımağa vaxt yox idi. Qapı açılır, baş redaktorumuz Akif Aşırlı elə qapının ağzından dillənir:


- Ayyət, şair gəlib, biriniz müsahibə eləyin!
Açığı, işlərin çoxluğundan istədim uşaqlara yönləndirim, amma şairin baxışlarından oxudum ki, mənlə söhbətləşmək istəyir. Sən demə, doğum günü imiş. Və başladıq...
Şair, 68-i haqladınız..
- Hə, haqladım, qəribə hislər keçirirəm.
- Nəylə bağlı?
- Daha çox keçmişlə bağlı... Adı keçmiş olsa da, mənim üçün təzə-tər qalıb o xatirələr...
- Hansı xatirələr?
- Qardaşoğlu, “Azərbaycan” nəşriyyatı mənə çoxdan tanışdı. Ömrümün 40 ili tamam oldu burda.
- Hə, nəşriyyata Vəlinin ocağı da deyirlər...
- Elədi. “Şərq” qəzeti mənə doğmadı. Azərbaycanda mətbuat ənənələrini sıradan çıxmağa imkan verməyən, o prinsipləri yaşadan, qəzetçiliyin sancısını çəkən “Şərq”dir. Ümumiyyətlə, 40 il öncə gördüyüm mediadan əsər-əlamət qalmayıb.
- Nə dəyişib ki?
- Nə dəyişməyib ki?! Müasirləşdik, modernləşdik və bu dalğada çox şey itirdik. Doğrudur, qazandıqlarımız da oldu, amma itirdiklərimiz də az deyil. O dövrdə qəzetdə imzası görünmək böyük bir fəxarət idi. Amma bu gün sosial şəbəkələr və elekton KİV-lər meydana gəldi və bəzi qızıl qaydalar “çeynənildi”. Hiss edirəm ki, qəzetləri sıradan çıxarmaq istəyirlər, bəlkə də, haradasa qəzetlər sıradan çıxıb. Amma yazılı mətbuatın yerini heç bir KİV quruluşu vermir. İndi “Şərq”də bir muzey yaratmısınız.
Bu arada Baş redaktorun birinci müavini Yusif Nəzərli otaqdan çıxır:- Salam, ay şair!
Şairin cavabı: - O vaxt “Şərq”də məndən gözəl bir müsahibə götürdülər, amma sonra vermədilər. Ancaq “Şərq” bir dəyərdi.
- Şair, siz də “Ocaq” qəzeti buraxırdınız. Niyə sondürdülər “Ocaq”ınızı, heç olmasa, külü qalıbmı?
- “Ocaq”ın külü qordu, onu bir az üfürsən, dünyanı başına götürər.
- Bəs niyə üfürmürsünüz?
- Müəyyən şərtlər vardı, biz ona uyğunlaşa bilmədik. Mən “Təbiət” jurnalında çalışırdım. Onda hər şey gözəl idi. Sonra ədəbi cameəni bir araya yığmaq üçün “Ocaq”ı yaratdıq. Yaxşı da çıxırdıq. Amma sosial-siyasi şərtlər imkan vermədi və özü yavaş-yavaş söndü. İqtisadi tənəzzül etdi. Amma biz yazılı mediadan uzaq düşməklə özümüzdən, kökümüzdən qopuruq. Ot kökü üstə bitər. Düzdür, mən modern adamam, yeni medianın əleyhinə deyiləm. Zamanla ayaqlaşmaq lazımdır. Zaman nəyi diktə edirsə, ayaqlaşmalısan. Hətta bir az da zamandan qabağa getmək lap yaxşı olar, lakin kökü və kötüyü unutmaq olmaz. Hər şey özülün, kökün üstündə olanda daha yaxşı olur. Ocağı kötüklə qalayarlar, çıl-çırpı ilə yox. Çırpının istisi müvəqqətidir. Tez alışır, tez də sönür, istisinə də qızınmaq olmur. Fundamentsiz “binalar” (oxu: media orqanları) xırda təkanda uçub dağılacaq.
- Şair, mediadakı durum, aşağı-yuxarı sizə də, biz də, elə intellektual oxuculara da məlumdur. Bəlkə, ədəbi mühitdən danışaq?
- Danışaq. Deyim ki, ədəbiyyata gəldiyimə görə iki nəfərə borcluyam.
- Kimlərdir?
- Onlardan biri Vaqif Cəbrayılzadədir.
- Deyəsən, futbolçu olmaq istəmisiniz?
- Anam məni futbolçu doğmuşdu, tale gətirdi şair elədi. Mənim şairliklə işim yox idi.
- Bəs necə oldu şeir yazdınız?
- Mən də şeir yazırdım. Amma ən gözəl şeirləri qardaşım Eldar Nəsibli qələmə alırdı. Sabir Rüstəmxanlı, Çingiz Alıoğlu, Nüsrət Kəsəmənli, Eldar Nəsibli 70-ci illər ədəbiyyatının nümayəndələri idilər. Mən yazdıqlarımı gizlədirdim. Öz dünyam vardı, edib-tutduqlarımı nə anamla, nə də atamla bölüşərdim. Bir nəslin yükü, Sibirin ağrı-acısı mənim çiynimdə idi. Tale elə gətirdi ki, sonradan hüquqşünas olmaq fikrinə düşdüm. Amma partiyaçı olmadığıma görə məni o fakültəyə qəbul etmədilər. Sonra qardaşım dedi ki, bizdən prokuror olmaz, bizim nəsildə ədəbiyyat güclü olub. Canımda həm də bir dərvişlik vardı. Bir tərəfdən futbolçu olmaq istəyirdim, bir tərəfdən də içimdə bir Yunus Əmrə yaşayırdı.
- Bəs necə oldu ki, şairliyiniz üzə çıxdı?
- İki qardaş - Eldar və mən “Varovski”də erməni evində kirayədə qalırdıq. Eldarın dostları da bizdə idilər. Şeirli bir gün idi, könül söhbəti edirdilər. Onlara dedim ki, bir tələbə yoldaşım var, yaxşı şeirlər yazır. Onun şeirinin çapına köməklik edin! Amma bu mənim öz şeirim idi. Həmin dövrdə bir şeirin çap olunmağı böyük uğur idi. Şeiri səsləndirdim. Süliddin Qasımlı da məclisdə iştirak edirdi. O bəyəndi. Əlini qulağının dibinə qoyub dedi ki, bu, tələbə şeiri deyil. Professional bir şairin düşüncəsindən süzülən məhsuldur. Sonra birini də dedim. Bunu da bəyəndilər.
- Yadınızda qalıbsa, deyin biz də feyziyab olaq!


- Heç yadımdan çıxarmı?! Şeiri səsləndirir:
Hardasa dağları dağa sığınıb,
Üfüqə söykənən bir kənd yaşayır.
Hayanda olsam da, dağ cığırları
Fikrimi o yerlərə çəkir, daşıyır
İndi o yerlərdə toydu, mağardı
Dinir qara zurna bir yaz gecəsi
Hardasa vüsalın yolu ağardı
Gəldi sevənlərin bəyaz gecəsi.
Orda bir gözəlin ötdüm yanından
Dedilər nə yaman tələsir ki, bu
Hələ mürgülüdü hissi, duyğusu
Oyanıb təzədən gələsidi bu
Bunu dinlədikdən sonra bir şeir də dəməyimi istədilər.
Dedim:
Bu axşam könlümün kövrək çağıdı
Bu axşam oduna alışam gərək
Külək buludları qovub dağıdıb
Uçan buludlara qarışam gərək.
Bu axşam yanımdan qaçan dincliyim,
Görəsən dünyanın harasındadı?!
Ölən məhəbbətim, itən gəncliyim
Qaçan buludaların arasındadı.
Vaxt olub günlərim quraqlıq keçib
O günü gözünə yağım təzədən
Başımın üstündən durnalar köçüb
Başımı qaldırıb baxım təzədən.
Sıldırım yollarda bükülməz dizim
Çətin ki, əhdimi könlüm unuda
Hardasa ot basmış cığırın-izin
Yaşadım yol olmaq arzusunu da.
Bu axşam könlümün kövrək çağıdı,
Bu axşam oduna alışam gərək.
Yersiz susduqlarım məni ağrıdır
Onun da yerinə danışam gərək.
Qonaqlar gedəndən sonra Eldar dedi ki, nəyin var, mənə gətir. Eldar həm qardaşım, həm də dostum idi. Bildirdi ki, mənim şeirlərimin çap olunmasına kömək edə bilməyəcək. Söylədi ki, şeirlərini götür, Vaqif Cəbrayılzadənin yanına get, bəlkə, səni “Ulduz” jurnalıda çap eləsin. 10 şeirimi götürüb, getdim. O vaxt “Ulduz”un redaksiyası AYB-nin birinci mərtəbəsində yerləşdirdi. V.Cəbrəyılzadənin otağına daxil oldum. Onu şəxsən tanımırdım. Sözə, poeziyaya sona qədər sadiq qaldı. Öz içinə xəyanət etmədi. Vaqif dedi ki, şeirlərini oxu, görüm nə yazırsan?!
Birinci şeirimi səsləndirəndə pəncərədən çölə tullandı. Təzədən bir də otağa keçdi. İkinci şeirimi oxudum. Diqqətlə qulaq asdı. Bildirdi ki, sən mənim şairimsən.
- Hansı şeir idi?
Həsrətəm qayıdıb dönən yoluna
Əlim əllərinə uzalı qalıb.
Daha sənin adına özgə ünvana
Xatirəm könülünə yazılı qalıb.
Yox, mən istəməzdim yollar bölünə
Hər yolun özünün yolçusu varmış
Mən ümidlə yaşadım, ancaq
Onun da bir həddi-ölçüsü varmış.
Bunu oxuyanda Vaqif Cəbrayılzadə çox qəribə hiss keçirdi. Təəssüf ki, belə təmiz adamlar az yaşayırlar. Amma mən çox yaşadım.
- 68 yaş nədir ki?
- Şair üçün çoxdu. Şair üçün 50 bəsdi. İnsan fiziki olaraq 100 yaş da yaşaya bilər, amma sözün, şeirin yaşı 50-ni keçməməlidir. 50-dən o yana...(gülüb, əl uzadır).
Sonra V.Cəbrayılzadəyə bir şeir də oxudum:
Bu dünyanın yolları var
Bir-birindən seçmək olmur
Körpüsü var var bu dünyanın
Körpüsündən keçmək olmur
Məzarı var bu dünyanın.
Unudulub baş daşı da
Torpağında yatır hələ
Bir gözəlin göz yaşı da
O göz yaşı yuxuludu.
Gül iyili, gül qoxuludu,
Gəl əl vurma qorxuludu,
Su götürər bu dünyanı.
Vaqif dinləyib, qeyd elədi ki, Vəli, sən neyləmisən?
Şeirlərim “Ulduz” da çap olundu. 1980-ci ildən 1988-ci ilə kimi “Ulduz” jurnalının bir ulduz şairi vardı, o da Vəli Xramçaylı idi. Hər il şeirlərim çap olunurdu. Yusif Səmədoğlu da bu şeirlərimi oxuyub bəyənmişdi. Bundan sonra Vaqiflə mənim münasibətim yarandı. Gördüm ki, Vaqif dünyanın ən təmiz, ən saf adamıdı. O, axıra qədər pak, dür qaldı. Hətta Ramiz Rövşən də Vaqif Cəbrayılzadə kimi qala bilmədi. Əkrəmi də, Anarı da onun kimi olmadılar, ola bilmədilər. Allah Yusif Səmədoğluna rəhmət eləsin! Y.Səmədoğlu dedi ki, Vaqif, Vəli mənim şairimdi. Yusif Səmədoğlu mənim
Bu yolda nə qazandım
Qoynunda bir ozandım
Sonuna yetəmmədim
Mən getdim o uzandı
bu misralarımı “Yada düşər xatirələr” romanında epiqraf götürüb. O dövrdə Nizami Cəfərov da gənc tənqidçi idi. Nizami də bəyənirdi şeirlərimi.
Elə dünən Nizami də mənə zəng etmişdi. Kefi yuxarı idi. Dedi: - O illər...
Cavab verdim ki: - O illər var, amma Vəli Xramçaylı yoxdu.
Dostlarımın şeirlərinin “Ulduz”da işıq üzü görməsinə çalışırdım. Məsələn, Ramiz Qusarçaylı, Akif Səmədin, hətta Rüstəm Behrudinin də şeirlərinin çapına çalışmışam.
- Vurğuladınız ki, Ramiz Rövşən də təmiz qala bilmədi. Niyə qala bilmədi, ona nə və ya kim mane oldu ki? Hansı gözləntiləri doğrultmadı?
- Ramiz Rövşən şairdi. Amma adam dünən üsyan edirdi, fəxri ad istəmirdi. Amma sonra hər şeyə nail oldu (gülür). Parlament istəmirəm deyə-deyə namizədliyini irəli sürdü. Hətta “Müsavat” Partiyasına üzv oldu. Bütün şairlər öz taleyini yaşayır.
- Vaqif Səmədoğlu da “Müsavat” Partiyasının üzvü olub, elə o partiyadan da deputat seçilib. Heç onun adını çəkmirsiniz. “Qazaxşina” güc gəlir?
- Vaqif Səmədoğlunu Yusiflə müqayisə edə bilmərəm.
- Niyə, rəhmətliyin sağlığında münasibətiniz yaxşı olmayıb?
- Yox, aramızda elə dərin hadisələr yaşanmayıb. Vaqif Səmədoğlu böyük şairdir. Mən onun vəkili olmuşam. O vaxt Barat Vüsal da “Müsavat”da idi. Baratla mən Vaqifin vəkili olmuşuq. Onun necə deputat seçilməsini də bilirəm. Gəl bu barədə çox danışmayaq. Özü həyatda olsaydı, danışardıq.
- Şair və yazarların bir-birinə kini-küdurəti niyə kəsmir?
- Doğrudur, əlacları olsa, biri-birlərini zəhərləyərlər. Anarla Əkrəm illərlə dost oldular. Ad almaq üçün İsmayıl Şıxlının üstünə hücuma keçdilər. Əkrəm onu etiraf edir.
- İsmayıl Şıxlı onların hücumuna görəmi AYB sədrliyindən getdi, yoxsa başqa mətləblər vardı?
- Mən onun şahidiyəm. İsmayıl Şıxlını bezdirdilər, o da şəxsiyyətinə hörmət edən adam idi. Dedi, alın, bu da sizin AYB. Biri o vaxt mənə replika atdı ki:- AYB -ni niyə buraxdınız? Cavabım belə oldu: - Biz kreslonu vermişik, ədəbiyyatı yox. Ədəbiyyatı yenə də biz yaradırıq. İndi Əkrəmlə Anarın bir-birinə qarşı yazdıqlarını oxuyanda “ət tökürəm”. Onlara deməyə söz tapmıram.
- Akif Səmədlə bağlı da deyirlər ki, onu dostları AYB-nin qurultayında pərt ediblər. Deyəsən, siz də həmin dostların sırasında olmusunuz?
- Akif Səmədi heç kim pərt vəziyyətinə qoymayıb. Tam səmimi deyim ki, Akif qurultaydan sonra müsahibə verdi. Bir çoxu ona cavab yazdı, mən yazmadım. Onun sözündən belə anlaşılırdı ki, biz 37-ci ilin övladlarıyıq. Məsələni Akifə başqa cür izah etmişdilər. Akif istedadlı şair idi (Siqaret yandırır).
- Sizi bəzən arağa meyilli kimi təqdim edirlər. Niyə belə oldu?
- 30 yaşıma qədər nə içmişəm, nə də çəkmişəm. Amma 20 Yanvar hadisəsi ərəfəsində dözə bilmədim, o gündən başladım, bu günə qədər içirəm. 20 Yanvarda sağ qalmağıma peşman olmuşam. Bir güllə şalvarımı deşib keçmişdi. Bax, elə həmin gündən başladım.
- İndi də elə bil 50-100 vurmusunuz?
- Elə-belə.. 4 gün idi, dilimə araq dəymirdi. Araq süfrənin şahıdı.
- Araqla bağlı şeiriniz də var...
- Var, bəli.
Şeiri səsləndirir:
Hər gün yandırardım dost çırağını
Çoxdandı almıram, səs sorağını
Açıram könlümün qəm varağını
Siz indi hardasız, araq dostlarım
Yetişin son dəfə vuraq, dostlarım.
- Doğrudanmı dostlarınız araq dostları çıxdılar?
- Çox imiş araq dostlarım...
- Sizə dərviş Vəli də deyirlər...
- Ya qazi ol, ya şəhid, ya da dərviş...
Ya gərək Ramiz Rövşən kimi şair olaydım, medal alaydım, ya da dərviş olmalıydım. Mən də ikincini seçdim.
- Millət vəkili, yazıçı Aqil Abbas sizi nəşriyyatın restoranına yığırdı...
- Aqil Abbas mənim hər yubileyimi qeyd edib. Deyirlər indi bir az nasazdı..
- Aqil müəllim şair və yazıçılara “əl tutan” adamdı.
- Aqil Abbas da istəyir Səməd Vurğun olsun.
- Şair, bu cümlə başlıqdır ha (gülürük).
- Qardaşoğlu, Aqil Abbas neynəsin? Döyülən də o, söyülən də o. Aqil Abbas unikaldı.
- Şair, bayaqdan dinləyirəm, söhbəti fırladıb, ya Səməd Vurğuna, ya da başqa Qazaxdan olan şair və yazıçının üzərinə gətirirsiniz. Bəlkə “Qazaxşina” ayamasını düz yapışdırıblar?
- Nə edim ki, yaxşı şeirlər Qazaxda doğulur. Deyirəm:
Puşkini Bayronu məndən uzaqdadır, məndən uzaqda
Vidadi, Vaqif, Vurğun şeirinin
Sonuncu şairi mənəm Qazaxda.
Qazaxda məndən başqa şair axtarmayın, tapmayacaqsınız.
- Şair, iki ildən sonra 70-i haqlayırsınız. Niyə sizə də bir orden, medal, nə bilim, Əməkdar incəsənət xadimi adı verilməsin? Bəlkə özünüzü kimlərəsə göstərməlisiniz?
- Məndə olan şanslar heç kimdə olmayıb. Onun yollarını da bilirəm. Mən o yolu tutmadım. Mənzil verirdilər, götürmədim. Çünki evim vardı. Allah rəhmət eləsin Məmməd Araza. Məmməd Arazın 60 illik yubileyində Heydər Əliyevlə görüşmək üçün növbəyə durmuşdular. Hətta Zəlimxan Yaqub o yubileydə çıxış elədi.
- İndi müdriklik yaşındasınız. Sizə də heç olmasa, Əməkdar incəsənət xadimi adı verilsə, dünya dağılar?
- Verirlər versinlər! Versələr də, verməsələr də, sağ olsunlar. Ad almaq üçün də siyasi gedişlər var. Onu etməsən, ad ala bilməyəcəksən. Əksər şair siyasi gediş elədi, ad da aldı, Parlamentdə mandat da. Kəramət də, Qəşəm də siyasət işlədirlər. Oğlu söyür, atası ev alır.
- Məncə, Kəramətlə, Qəşəm Nəcəfzadəni qarışdırmayaq. Axı demokartik düşüncə, demokratik yanaşma atanın günahını balanın, balanın da günahını atanın ayağına yazmır, yazmamalıdır. Malı mala qatmayaq da...
- Düşünürəm ki, belə getsə, Kəramət axırda ata qatili olacaq.
- Belə anladım ki, Parlamentə gedən şair və yazıçılar təmiz qala bilməzlər...
- Mümkün deyil. Nətəri qala bilərlər? Siyasət qurbanı yazıq şairlər...
- Gənclərdən kimi izləyirsiniz, oxuyursunuz?
- Aqşin, Qismət, Taleh Mansur, Ramil Əhməd istedadlıdırlar. Amma mən Rauf Sufini daha çox bəyənirəm. Ondan çox şey gözləyirəm.
-Şair, qabağınıza keçəni, gözünüzə görünəni qamçılayırsınız..
-Güllələyin şairləri!


Sonda şeirlə söhbəti bağlı elan edirik:
Bu dünyanın namərdini,
Görüb tapammır mərdini
Öz icində öz dərdini,
Boldu bir Vəli, bir Vəli.

Söhbətləşdi: Ayyət ƏHMƏD
SHERG.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51
Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48
Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45
"Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42
Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40
"Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33
İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30
KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26
Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09
Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04
Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00
“Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56
Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54
Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50
ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45
Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41
Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39
Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37
Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34
Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32
Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23
Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15
Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11
Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09
DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04
Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56
İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50
Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45
`GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38
Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22
Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19
Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14
İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12
Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02
Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57
Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38
Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34
Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32
Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30
Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18
Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08
“Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04
Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru