Alooo, evlənmək istəyirəm… - BU NƏDİ BELƏ?
Tarix: 10-03-2023, 09:26 | Çap et
O qədər qəzəbliyəm bu "sosial verilişlər" adlanan iyrənc efir tamaşalarına ki, nə yazım, necə yazım hirsimi soyudum, inanın bilmirəm. Elə başlıq axtarırdım bu yazıya ki, bütün azərbaycanlı dəyərlərini bilə-bilə məhv edən, dəyərlər sistemimizi yerlə yeksan edən bu iyrənc efir tamaşalarına qəzəbimi ifadə edim. Telejurnalistika "yaradıcılığı" və efir siyasəti döşəmə səviyyəsində olan bu cür "proqramlar" elə həddə çatıb ki, inanın qarşısı alınmazsa, bir neçə ildən sonra bu ölkədə abır-həya, ar-namus anlayışları birdəfəlik ayaq altında olacaq. Bütün Ermənistanın əsrlərdir bizə qarşı apardığı terror və düşmənçilik siyasəti bizə güc gəlmədi, bu xalqı tükəndirmədi, amma efirləri zəbt edən rəzil "sosial proqramlar" mənəviyyatımızın, mənəvi dəyərlərimizin sonuna çıxacaq. Daha doğrusu, artıq sonumuza çıxıblar, bir şey də qalmayıb. Əvvəllər səviyyəli, intellektual verilişlər hazırlanırdı. Ən populyar, ən səviyyəli, centlmen və kübar APARICILAR var idi efirlərimizdə. Davud Əhmədov, Sabir Ələsgərov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Dilarə Səlim, Rafiq Hüseynov, Şərqiyyə Hüseynova, Roza Tağıyeva, Nailə İslamzadə, Tamilla Ələkbərova, Rafiq Haşımov... İndi savadı və mədəniyyəti döşəmənin altında gizlənən, tərbiyə və əxlaqını yeniyetməliyində itirən bir qrup “aparıcı” at oynadır efirlərdə. Arvadı fermada müdirlə "yatan" kişicığazı efirə çıxarıb "veriliş" şousu qurmaq telejurnalistika deyil, əsl rəzalətdir, başqa heç nə! Bir "proqram" ki, çəkinib etmədən bu xalqın yaşlılarını efirə çıxarıb rəzil edir, bilə-bilə, qəsdli şəkildə min illik ailə dəyərlərimizi gözdən salmaq üçün yüz yola baş vurur, demək, bunlar ən ağır, ən məhrəm qırmızı cizgiləri belə göz qırpmadan tapdalayıb keçə bilərlər. Elə keçirlər də! Kənddə arvadını tövlədə başqası ilə “tutanlar”, gəlininə göz qoyan binamus “qayınatalar”, 70 yaşında ər üçün alışıb yanan kaftarlar, nə bilim yüz cür bişərəf əməl sahibləri geninə-boluna reklam olunur bu efirlərdə. Sual edirəm: NƏDƏN???? 60-70 yaşlı ixtiyarları evləndirmək adı ilə "efir ulduzuna" çevirir, ələ salır, onları bir-birinə söydürür, "proqramları" bu cür təlxək şoularla doldurub bəzi qəssab, əsl dana baytar "həkimləri" reklam edirlər. Çünki əqli kəmləri ora çıxarıb şou qurmasalar, bu axmaq "verilişlərə" kimdir baxan? Diqqət edin: bu cür "proqramlarda" nə qədər oyunlar yatır. Özü də "aparıcıların" mədəniyyət və intellekt yoxsulu olması sanki bilərəkdən seçilib. Heç bir dəyərə məhəl qoymayan, bu cür oyunların dozasını daha da qaldırmaq üçün düşünülmüş "aparıcı" sürüsü... Cəmiyyəti bilə-bilə aşağı səviyyəli düşüncəyə sürükləmək, intellektual, düşündürücü efir əvəzinə, insanları manqurtlaşdıran şoular keçirmək, təhsil əvəzinə yaşlı insanların özlərini gülünc vəziyyətə saldıqları, kənd-kəsəkdə uşaqlarını evdə qoyub subay oğlanlara qoşulub qaçan gəlinləri, belələrinin dalınca studiyaya gəlib diz çökən biqeyrət "kişiləri" reklam etmək. Məqsəd? - məqsəd KİŞİLİK qürurunun, qadın ar-namusunun, müqəddəs ailə dəyərlərinin yeniyetmə və gənc nəslin gözündən salınması siyasəti, başqa heç nə. Açıq şəkildə cəmiyyəti MANQURTLAŞDIRMAQ, vəssalam! Bu "aparıcı" sürüsü böyük-kiçik bilmədən 60-70 yaşlı ixtiyarları adları ilə, ayamalarla çağırır, onlara çımxırır, əməllicə təlxək yerinə qoyur. Əslində, ən böyük günah elə özünü o rəzilliyə təslim edən ixtiyarların özlərindədir. Bu yaşda efirlərdə biabır olmaq yaraşırmı sizə? Ayaq üstündə güclə dayanırsan, 1937-ci ildəki repressiya qurbanları kimi döşünə nömrə vurub elçi daşına oturan vaxtındır? Efirə zəng edib 60-70 yaşlı qoca kişilərə elçi düşən 35-40 yaşlı qadınlar, efirdə yenidən “bal ayı” yaşamaq üçün min hoqqadan çıxan, əl-ayağı güclə tutan 70 yaşlı “baba və nənələr”. Ağsaqqal-ağbirçək yox ha, sadəcə, İXTİYAR “BABA VƏ NƏNƏLƏR”. Belələri heç vaxt ağsaqqal, ağbirçək adlana bilməzlər. Bir də onlara "ekspertlik" edən 25 - 40 yaşlarında cavanlar. Bu gənc “ekspertlərin” də şəxsi həyatı sirr dağarcığıdır. Əksəriyyəti də boşanmışlar ordusudur. Bir xalqın düşdüyü acınacaqlı fəlakətin həddinə bax! Əvvəllər cavanlara ağsaqqallar, ağbirçəklər öyüd-nəsihət verər, doğru yol göstərərdilər. Ailə dəyərlərini qorumaq üçün böyüklər irəli çıxar, gənclərin başına ağıl qoyardılar. Taleyin ironiyasına bax: indi 25-30 yaşlı gənclər 60-70 yaşlı ixtiyarlara "xeyir-dua" verirlər. Bu, gülməli deyil, bir xalq üçün istənilən soyqırımından daha dəhşətli mənzərədir. Və SONDA: Bu rəzilliklərin acı sonluğu daha betər olacaq. Allah bizi bu betərdən qorusun! Mətləb Salahov DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” - deputat
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanda bu lizinq şirkəti - LƏĞV OLUNUR
Bu gün, 18:58 |
|
|
|
• Vuçiçi kim qaza gətirmişdi? – Səbəblər aydın olur
Bu gün, 18:11 |
|
|
|
• Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...
Bu gün, 18:09 |
|
|
|
• Dünyanın ən güclü orduları: - Neçənci yerdəyik?
Bu gün, 18:05 |
|
|
|
• “Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB
Bu gün, 17:57 |
|
|
|
• Qadın onu baltalayan ərini bağışladı...
Bu gün, 17:52 |
|
|
|
• "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:46 |
|
|
|
• Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI - Qusarda DƏHŞƏT
Bu gün, 17:41 |
|
|
|
• MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu - İTTİHAM VAR...
Bu gün, 17:33 |
|
|
|
• Samir Şərifov daha bir vəzifəsini İTİRƏCƏK
Bu gün, 17:26 |
|
|
|
• Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Bu gün, 17:14 |
|
|
|
• AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb - FOTO
Bu gün, 17:12 |
|
|
|
• Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib
Bu gün, 17:07 |
|
|
|
• Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?
Bu gün, 17:02 |
|
|
|
• Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib - TASS
Bu gün, 16:59 |
|
|
|
• Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Bu gün, 16:48 |
|
|
|
• Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 16:48 |
|
|
|
• Bakıda xanım müğənni vəfat edib - FOTO
Bu gün, 16:32 |
|
|
|
• Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - Sergey Markov
Bu gün, 16:23 |
|
|
|
• “Nə qədər cəsarətli rollar oynasam da, həyat yoldaşım ilk gündən tapşırıb kı...”
Bu gün, 16:22 |
|
|
|
• Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Bu gün, 16:14 |
|
|
|
• Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq - SİYAHI
Bu gün, 16:12 |
|
|
|
• Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
Bu gün, 16:09 |
|
|
|
• Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Bu gün, 15:57 |
|
|
|
• Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 15:46 |
|
|
|
• “Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Bu gün, 15:43 |
|
|
|
• Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39 |
|
|
|
• Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37 |
|
|
|
• Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30 |
|
|
|
• 4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26 |
|
|
|
• Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24 |
|
|
|
• "İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22 |
|
|
|
• Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16 |
|
|
|
• Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14 |
|
|
|
• Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06 |
|
|
|
• "Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05 |
|
|
|
• Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02 |
|
|
|
• Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42 |
|
|
|
• “Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37 |
|
|
|
• Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31 |
|
|
|
• Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22 |
|
|
|
• Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20 |
|
|
|
• “Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15 |
|
|
|
• 3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12 |
|
|
|
• Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06 |
|
|
|
|