Bakının ən bahalı müğənnisi - Rusiyada toy tutmaq niyə sərfəlidir?
Tarix: 15-10-2022, 08:16 | Çap et
DİA.AZ bildirir ki, Rusiyaya köçən müğənni Afət Fərmanqızı yaradıcılığı ilə bağlı Musavat.com-a danışıb. Müğənni Rusiyadakı toy bazarından xeyli razı qaldığını deyib. “Buradakı işim Azərbaycandakından xeyli əladır, vəziyyətimdən çox razıyam. Rusiyada müğənniyə çox yüksək səviyyədə qiymət verilir. Burada hər kəs böyük-kiçik yerini bilir. Bilsəydim, Rusiyaya çoxdan köçərdim. Qonorara gəldikdə isə Azərbaycandakı üç toyun qiymətini burada bir toydan götürmək olur”.
Bəs başqa daha hansı azərbaycanlı müğənnilər Rusiyada çörək qazanır? Afət Fərmanqızı düzmü deyir? Doğrudanmı Azərbaycanda müğənniyə az dəyər verilir? Bakıda hazırda ən bahalı toy müğənnisi kimdir?
Xatırladaq ki, bundan öncə də Rusiyaya qazanc dalınca gedən bir neçə müğənnimiz oradakı toy qiymətlərindən razılıq edib, sənətçilərə böyük dəyər verildiyini bildirmişdi. Onların arasında Rusiyada biznes quranlar da var. Məsələn, Əməkdar artist Könül Kərimova ötən il bu mövzuda açıqlama verərkən bildirmişdi ki, Rusiyadakı toylar Azərbaycandakından daha bahadır: “Hələ müğənni toyda qəşəng şabaş da yığır. Orada belə bir hörmət də var. Müğənniyə hörmət xatirinə pul da verirlər”.
Müğənni bu açıqlamasının ardından sosial şəbəkədən Moskvada biznes qurduğunu, orada xına evi açdığını bəyan etmişdi.
Müğənni Rəqsanə isə artıq uzun müddətdir ki, Rusiyada yaşayır. Sənətçi ötən il pandemiya səbəbindən Rusiyaya üz tutan həmkarlarına qısqanclıqla yanaşaraq, bir neçə dəfə qalmaqallı açıqlamalar vermiş, Rusiyaya gələn bəzi sənətçilərin “göyərti qiymətinə” toy tutduğunu və yaxud qeyri-əxlaqi hərəkətlər etdiyini bildirmişdi. Onun bu cür açıqlamaları elə həmkarları tərəfindən tənqid edilmişdi.
İki ilə yaxındır ki, oğlu ilə birlikdə Rusiyaya köçən Fədayə Laçın da bu ölkənin toy bazarına daxil olmaqla yanaşı, həm də özünə biznes quraraq, restoran açıb. Müğənni televiziya proqramlarının birinə verdiyi açıqlamasında bildirmişdi: “Əlhəm üçün restoran açdım. Dedim ki, onun da bir işi olsun. Əlhəm filoloqdur. Rusiyada öz sahəsi üzrə heç cür işləyə bilməyəcəyini düşündüm. Buna görə də biznesdən başlayaq. Əlbəttə, özüm üçün də belə məkan lazımdır, məşqlər edirəm. Məclislərimiz də, konsertlərim də burada olur”.
Eləcə də Tacir Şahmalıoğlu, Zemfira İbrahimova, Üzeyir Mehdizadə, Xəyyam Nisanov, Şəbnəm Tovuzlu, Vəfa Şərifova, Əməkdar artist Mətanət İsgəndərli, Nadir Qafarzadə pandemiya dövründə qazanc dalınca tez-tez Rusiyaya gedən sənətçilərdir.
DİA.AZ bildirir ki, bir müddət Rusiya toy bazarına qatılan müğənni Pərvin Səfərov Rusiyada sənətçilərimizin qazancı, ən bahalı müğənninin kim olması, kimlərin monopoliya yaratması haqda gizlinləri “Yeni Müsavat”a bölüşüb: “Bəli, doğrudan da Rusiyada toylarda yüksək məbləğ verirlər. Məsələn, adi Bakıda 100 manata oxuyanlar Rusiyada 3 dəfə artıq, 300 manat alır. Amma düşünməyin ki, Rusiyaya qazanc dalınca gedən kimi səni toya salırlar, bunun üçün mütləq ya çox tanınan olmalısan, ya da oradakı musiqiçilərlə əlaqədə olmalısan. Bir də ki, oradakı monopoliya məsələsi Bakıdakından daha güclüdür. Bildiyiniz kimi, mən pandemiya dövründən əvvəl ora getmişdim və pandemiya düşən kimi sənətçilərimiz ora axın etdilər. Bu zaman arada rəqabət, qisqanclıq, paxıllıq böyüdü. Xatırlayırsınızsa, müğənni Rəqsanə Bakıdan gedən müğənniləri ”gözü götürmürdü". Çünki gənc müğənnilər ondan və digərlərindən daha yaxşı qazanc əldə edirdi. Nəticədə Rəqsanə həmin müğənnilər barəsində qeyri-etik ifadələr işlətdi, bəzən isə şər-böhtan atdı.
Orada daha bir məsələ var, bəzən görürsən ki, Azərbaycanda heç cürə tanınmayan bir müğənnini elə təqdim edirlər ki, şoka düşürsən. Təbii ki, bunun üçün səni təqdim edən adamı yaxşı “görməlisən”. Yəni güclü monopoliya var. Bəzi müğənnilərimiz restoranların administratorlarına və yaxud musiqiçilərinə əvvəldən pul, şirinlik verir ki, toy olanda onu çağırsınlar. Hazırda isə Rusiya toy bazarında durğunluq var. Ora qazanc dalınca gedən, hətta biznes quran sənətçilərimiz artıq Bakıdadır, işlərini burada qurmağa başlayıblar. Məsələn, Rusiyada Fədayə Laçın kimi sənətçi indi toylara getmir, yalnız ayda 1-2 toy olar, ya olmaz. Biznesini isə artıq təhvil verib, restoranı daha yoxdur".
Pərvin Səfərov Rusiyada daha çox qazanan və tələb olunan müğənnilərin kimliyini də açıqlayıb: “Orada daha çox Gürcüstan azərbaycanlıları və yəhudilər azərbaycanlı sənətçiləri öz toylarına dəvət edirlər. Məsələn, hazırda Şəbnəm Tovuzlu, Afət Fərmanqızı, Vəfa Şərifova tələb olunan müğənnilərdir ki, onlar da demək olar ki, Gürcüstan azərbaycanlılarının toyuna gedir. Rusiyada daha çox musiqiçilərlə deyil, gərək camaatın özü ilə əlaqədə olasan. Çünki qeyd etdiyim kimi, onlar yalnız onlarla işləyən, əlaqədə olan müğənniləri çağırırlar”.
O ki, qaldı hazırda Bakıda ən bahalı toy müğənnisinin kim olmasına, hazırda müğənnilərin təxmini toy qiymətləri aşağıdakı kimi qeyd olunur. Onu da əlavə edək ki, bu qiymətlər bütöv toyun aparılmasına aiddir: Vasif Məhərrəmli - 10 min, Sevda Yəhyayeva - 9 min, Nurlan Əzizbəyli - 5 min, Brilyant Dadaşova -15 min, Tünzalə Ağayeva - 15 min, Zamiq - 10 min manat, Nuri Sərinləndirici - 16 min, Abbas Bağırov - 16 min, Faiq Ağayev - 15 min, Nadir Qafarzadə - 10 min, Xatirə İslam - 10 min, Samir Piriyev - 9 min, Xatun - 7 min manat.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Bu gün, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Bu gün, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Bu gün, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12 |
|
|
|
• ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01 |
|
|
|
• Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59 |
|
|
|
• Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57 |
|
|
|
• Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56 |
|
|
|
• Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53 |
|
|
|
• Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39 |
|
|
|
• “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35 |
|
|
|
• “PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32 |
|
|
|
• Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30 |
|
|
|
• Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24 |
|
|
|
• Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20 |
|
|
|
• Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17 |
|
|
|
• Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10 |
|
|
|
|