Xəstəxanada səs-küy salan həkim .....                     Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                     Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                     Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib .....                     Aktrisa Çimnaz Sultanova vəfat edib .....                     ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: .....                     Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? .....                     “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” .....                     Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                     Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri .....                     İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb .....                     ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? .....                     ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... .....                     Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                     Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? .....                     ADSU-nun rektor əvəzi özü də tələbədir? .....                     Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir .....                 

"Maaş problemini həll etdik, maliyyə sıxıntıları..." - "Speys"in rəhbəri
Tarix: 6-10-2022, 09:37 | Çap et
 "Maaş problemini həll etdik, maliyyə sıxıntıları..."
"Space" teleradio şirkətinin rəhbəri Müşfiq Hətəmov Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Müşfiq müəllim, "Space" kanalında indi vəziyyət necədir?

- Şükür, yaxşıdır. Telekanalla bağlı nəzərdə tutduğumuz üç mərhələli anti-böhran tədbirinin birinci mərhələsini uğurla başa vurduq. Artıq ikinci mərhələyə qədəm qoymuşuq. Bu mövsümdə hədəf yeni layihələrin həyata keçirilməsi və reklam bazarında dayanıqlılığın təmin edilməsidir.

Üçüncü mərhələdə "Space" kanalının yeni konsepsiyasını elan edib, fərqli formatda efirə çıxacağıq. Çox şey ikinci mərhələni düzgün həll etməkdən asılıdır.

Bilirsiniz ki, bu gün dünyada söz audioviziual təsir vasitəsinindir. Bu da dünyanın inkişaf xətti olaraq insanların görmə və qəbul etmə şərtləri ilə dəyişir. Bunları nəzərə alıb müasir bir televiziya qurmağa çalışacağıq. Qarşımızda duran əsas məqsədlərdən biri budur.

- Yeni televiziya mövsümü başlayır. "Space"in efirində yeni layihələr və simalar görəcəyikmi?

- Bəli, efirdə bir çox yeni simalar görəcəksiniz. Təqribən 10-dan çox yeni, müxtəlif formatlı layihəmiz olacaq. İnanıram ki, bu hesaba əvvəlki illərdə olduğu kimi tamaşaçılarımızı "Space"in ətrafına cəlb edəcək.

- Siz "Space" televiziyasına rəhbər təyin edilərkən bir çox problemlər vardı. Kanalın borcu və işçilərə maaş verilməməsi kimi problemləri həll edə bildiniz?

- Əməkhaqqı problemi həll edildi. Kollektivimiz motivasiya ilə gecə-gündüz çalışır, bu, mənim üçün çox əhəmiyyətlidir. "Space" televiziyasında gözəl kollektiv var. Onlar da problemlərin həll edilməsində əllərindən gələni edirlər. Bizim uğurumuzun əsası budur. İnsanlar bizə dəstək verirlər.

- “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etdiyiniz dövrdə “Yarımçıq xatirələr”, “Nabat”, “Dolu” , “Qisas almadan ölmə, “Çölçü”, “Nar bağı” və ümumilikdə 20-yə yaxın uğurlu filmlə yadda qaldınız. İnanırsınızmı ki, “Space” kanalında da belə uğurlu layihələriniz olacaq?

- İstəyirik ki, Azərbaycanın audioviziual məkanı beynəlxalq platformalarda öz sözünü deyə bilsin. Çalışacağıq ki, "Space" televiziyası yalnız Azərbaycan daxilində deyil, öz layihələri ilə bir çox platformalarda yayımlansın.

"Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etdiyim illərdə buna nail ola bildik. Azərbaycan filmləri 50-dən çox dövlətdə nümayiş olundu və festivallarda iştirak etdi.

İndi isə bunun televiziya formatını həyata keçirəcəyik, ölkəmizi beynəlxalq platformalarda təmsil edəcəyik. Artıq danışıqlar davam edir və çalışacağıq ki, Azərbaycan dəyərlərini, həqiqətlərini dünyaya çatdıraq. Azərbaycan mədəniyyətinin daha çox işıqlandırılmasına yer verəcəyik. Fəaliyyətimizi bu istiqamətlərdə quracağıq.

- "Space" televiziyası yerli kanallarımızla rəqabət aparırmı?

- Hər şeyi zaman göstərər. "Space" televiziyası olaraq elə bir formatda meydana çıxmalıyıq ki, seçilək və rəqabət apara bilək. Bu gün televiziyalarımız arasında keyfiyyət və reklam uğrunda ciddi rəqabət gedir.

- Aparıcı Turan İbrahimov yenidən "Space səhər"lə efirə qayıtdı. Verilişin formatı "Atv səhər" ilə eyni formatdadır, yoxsa fərqlidir?

- Turan İbrahimov tanınmış və peşəkar aparıcıdır. O, sadəcə səhər proqramında aparıcı deyil, həm də peşəkarlığı ilə bizim yanımızdadır.

- İTV-yə Balakişi Qasımovun, AZTV-yə Rövşən Məmmədovun, Xəzər TV-yə Murad Dadaşovun, "Space"ə sizin gəlişiniz Azərbaycan teleməkanında nəyi dəyişdi? Sizin oxşar və fərqli cəhətləriniz nələrdir?

- Biz fərqli dünyagörüşü və həyat təcrübəsinə malik insanlarıq. Səmimiyyətimə inanın. Haqqında danışdığımız həmkarlarımın hər biri bacarıqlı və uğurlu kadrlardır. Balakişi Qasımovun İTV-yə gəlişi ilə televiziyalarda keyfiyyət uğrunda rəqabət başladı. Sonra AzTV-yə Rövşən Məmmədovun, Xəzər TV-yə Murad Dadaşovun gəlişi ilə teleməkanda aparılan uğurlu işlər göz qabağındadır. Mənim gəlişim isə hələ ki "Space" televiziyasının böhrandan çıxarılması ilə yekunlaşır.

Ətraflı
- Hansı Azərbaycan kanallarını izləyirsiniz?

- Vaxt olduqca hər birinə diqqət yetirməyə çalışıram.

- "Space" kanalında reytinq məsələsi hansı vəziyyətdədir?

- Bir müddət kanalın reytinqində yüksəliş oldu. Sonra maddi sıxıntılara görə tədricən bəzi verilişləri bağladıq. Bu da reytinqin düşməsinə səbəb oldu. Yeni mövsümdə başladığımız yeni layihələr onu göstərir ki, reytinqimiz yüksələcək.

- Televiziyanın nüfuzunu qaldıran əsas səbəblər nələrdir?

- Televiziyanın nüfuzunu qaldıran əsas məsələ yaxşı layihələrdir və ona da maliyyə lazımdır.

- Qarşıya üç mərhələ qoyduğunuzu qeyd etdiniz. Bu mərhələnin içində əsas məsələlərdən biri də texniki problemlər idi. Bu problemləri həll edə bildinizmi?

- Hələlik qismən... Bəzi texnikaları hələ də prodakşnlardan icarəyə götürürük.

- "Space" televiziyasında digər kanallardan fərqli nə etməyi düşünürsünüz?

- Onu yaxın gələcəkdə görəcəksiniz. Televiziya elə formatdır ki, orada komponentlər yerində düzgün olmayanda və ölçülməmiş kiçik addımlar atılanda çox ağır fəsadlar verə bilər. Ona görə də tədricən hərəkət etmək lazımdır.

- Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi ilə "Şuşaya salam" layihəsini təqdim etdiniz. Bu haqda məlumat verməyinizi istərdik.

- Biz bu baxımdan bir çox layihələr həyata keçiririk və bunu davam etdirəcəyik. Bilirsiniz, Prezident İlham Əliyevin Qarabağa hər gedişində yeni bir inkişaf mərhələsi görürük. Məsələn, işğaldan azad edilən torpaqlarımızda məktəblərin, su xətlərinin, gözəl binaların bünövrəsi qoyulub. Qəsəbələr salınır. Biz də bu quruculuq işlərinə dəstək olaraq çalışırıq ki, hər dəfə Qarabağa gedəndə elə bir layihə həyata keçirək, dünya görsün ki, azərbaycanlılar öz doğma yurd-yuvalarına yeni nəfəs, həyat gətirməyə qayıdıblar.

Mədəni irsimizin Qarabağda yenidən bərpası və inkişafı istiqamətində görülən işlərə "Space" kanalının töhfəsi olaraq ilk işlərdən biri martda "Yəhərlənib atlarımız" adlı layihəmizin reallaşması oldu. Bu layihə çərçivəsində Qarabağ atlarının öz doğma torpaqlarında yürüşü keçirildi. Bu layihəmizi TMB-də yayımladı.

Bununla yanaşı, kanalımızda əsgərlərimizin əl yazılarından ibarət sərgi təşkil etdik. Bilirsiniz ki, hazırda Qarabağda böyük quruculuq işləri gedir. Əsgərlərimizin yazdıqları əl yazıları silinə bilərdi. Tarixdən o yazılar silinməsin deyə biz onları toplayıb sərgi keçirdik.

Növbəti layihəmiz isə "Şuşaya salam" oldu. Layihəyə görə Mədəniyyət naziri Anar Kərimova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara və Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğluna dərin təşəkkürümü bildirirəm. Layihənin böyük bir dəyəri var, dünyada siyasətçilərlə yanaşı ziyalıların, yazıçıların da Azərbaycanın haqq işinə münasibəti özünü göstərir. Bu məni çox sevindirdi.

Qarabağla bağlı bir neçə layihəmiz startdadır ki, onları yaxın gələcəkdə həyata keçiriəcəyik. "Space"də milli musiqimizin təbliği məqsədilə yeni musiqi yarışması başlayacaq. Bu da milli dəyərlərimizin, musiqi ənənələrimizin qorunması və təbliğində mühüm yer tutacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Bu gün, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Bu gün, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Bu gün, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Bu gün, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Bu gün, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru