Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... .....                     Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? .....                     Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir .....                     Məktəblərə internet çəkilməsi 17,5 milyon manata .....                     Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... .....                     Bakıda çəkisi 6 kq olan uşaq doğulub .....                     SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? .....                     Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib .....                     Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin .....                     Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi .....                     Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... .....                     Diplomlu işsizlər... .....                     İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb .....                     "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." .....                     "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." .....                     Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? .....                     Paşinyan sübut etməyə çalışır ki... .....                     FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... .....                     Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı .....                     "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" .....                     Arxitektura Komitəsinin nə marağı var ki... .....                     `Azercell` xaricdə də müştəriyə problem yaradır .....                     Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... .....                     Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin .....                     "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" .....                     ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım .....                     İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... .....                     Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? .....                     Aleksanyandan Vardanyanla bağlı sensasiya .....                     Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik .....                     Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır .....                     Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... .....                     Trampın Bakı səfəri baş tuta bilər... .....                     Fevralın 9-u başlayacaq .....                     Qəbul imtahanları elektron olacaq .....                     Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... .....                     ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır .....                     "Yenə mənim adımdan pul dilənir" .....                     Tanınmış iş adamı ağır qəzaya düşdü .....                 

“Rəhbər dinləyicinin istəklərini nəzərə almır” - Tanınmış aparıcı
Tarix: 3-01-2022, 08:38 | Çap et
 “Rəhbər dinləyicinin istəklərini nəzərə almır”
16 ildən artıqdır radiodan səsini eşitdiyimiz, son illər bir çox seriallarda kəndli qız obrazları ilə tanınan Aygün Akif AYNA-nın qonağı olub. DİA.AZ müsahibəni təqdim edir:

- Hər kəs bir cür, radio adlı sehirli qutuya düşür. Necə oldu 16 il öncə radio aparıcı seçildiniz? Kimsə sizi kəşf etdi, yoxsa seçim yolu ilə bu sahəyə gəldiniz?

- Mən televiziyada çalışırdım. Mənə dəfələrlə deyirdilər ki, “sənin səsin radioya uyğundur, bəlkə özünü bir sinayasan?”. Mən də cəhd elədim. “Radio Antenn”ə CV-mi göndərdim, çağırdılar. İlk iş görüşməsində səsimi bəyəndilər və işə qəbul etdilər. 1 həftə sonra efirə çıxdım. O gündən bu sehirli qutuya vuruldum. Onu da qeyd edim ki, Rafiq Hüseynov, Qulu Məhərrəmli, Aynur Kərimova və digər bir sıra məşhur diktorlardan dərs almışam.

- Bu gün radio məkanından razısınız? Yəni verilişlərdən və aparıcılardan?

- Bu gün radio məkanında dinləyici rəyi nəzərə alınmır. Hər rəhbər öz fikrini irəli sürür. Amma radionu dinləyən, reytinqini yüksəldən dinləyicilərin istəyi nəzərə alınmır. Nəticədə veriliş reytinqdən düşür. Təəssüf ki, bu gün radiolarda olan verilişlərdən razı deyiləm.

- Hazırda radiolarda demək olar ki, eyni saatlarda, eyni formatda verilişlər yayımlanır. Normal qəbul edirsiniz bunu?

- İndi həm radio, həm də TV-lər sponsor üçün çalışır. Bəlkə bundan dolayı eyniliklər olur. Ona artıq rəhbərlik qərar verməlidir. Çünki bütün verilişlər onların razılığı ilə efirdə buraxılır. Əvvəl bizim radioda 2 bəy və mənim aparıcılığımla az informasiya və bol gülüş olan “Üçü birində” adlı verilişimiz var idi. O zaman yeganə veriliş idi ki, bağlansa da, dinləyicilər bu günə kimi həmin verilişin bərpa olmasını xahiş edirdilər. Təəssüf ki, indi bu cür verilişlər yoxdur.

- İşlədiyiniz radioda bir müddət ciddi sıxıntılar oldu. Hətta dalğanı da dəyişdiniz. Amma heç bir yerə getmədiniz…

- Rəhbərliyimizi çox sevir və hörmət edirdik. Təbii ki, bu, qarşılıqlı idi. Hər zaman sadiq qaldıq.

- Dalğa dəyişəndə dinləyici itirdiniz. Əvvəlki reytinqi geri qaytarmaq çətin deyildi?

- “Üçü birində” verilişi olanda itirdiyimiz bütün dinləyicilər bizi axtarıb tapdılar. Amma veriliş bağlanandan sonra biz dinləyicilərimizi itirdik. Hətta deyərdim, çox itirdik. Təəssüf ki, dinləyici həmin verilişi çox arzulayır. Ondan sonra heç bir veriliş və aparıcı o reytinqi qazanmadı.

- Bəs sponsorları necə? Onlar da getdilər?

- Bəli. Bütün sponsorlar getdilər.

- Deməli, hazırda səhərlər aparıcısı olduğunuz verilişin əvvəlki reytinq yoxdur?

- Təəssüf ki, yox.

- Aygün Akif həm də aktrisa kimi fəaliyyət göstərir. Bir az da bundan danışaq…

- Aktrisa kimi məni rejissor Ramin Hacıyev kəşf etdi. O, “Üçü birində” verilişinin dinləyicisi idi. Sonra məni seriallarından birinə dəvət etdi. Əvvəl bacarmaram deyə tərəddüd etdim. Amma Ramin Hacıyev elə istedadlı rejissordur ki, onun çəkdiyi cizgi filminə də çəkilərəm. Məndə elə bir obraz (Tutu) yaratdı ki, bu günə kimi məni o adla cağırırlar.

- Filmlərdə adətən kəndli qız obrazını oynayırsınız. Təsadüfdür, yoxsa zərurət?

- İlk obrazımı oynayandan sonra rejissorlar məni ancaq kəndli qız obrazında görürlər (gülür – T.X.). İkinci serialdır ki, (“Baldız”) onda da kənli qız obrazını yaradıram. Özüm də rejissor olsaydım, özümə komedik bir rol verərdim. Mən pozitiv insanam. Komediya janırını sevirəm. Dostlarım həmişə zarafatla mənə deyirlər ki, “xarici seriallardan birində “Xanım xura” obrazı sənə yaraşardı”.

- Pozitiv insansınız, yoxsa pozitivliyin kölgəsində problemlərinizi gizlədirsiniz?

- Pozitivəm. Nə qədər həyatsevər olsanız, o qədər problemləriniz çox asan həll olunar. Mən neqativ olduğum an bütün hər şey dolaşır bir-birinə - sınamışam. Ona görə heç vaxt problemi dərd eləmirəm. Əksinə, onları çözmə yollarını axtarıram. Şikayət etməklə heç bir nəticə əldə etmək olmur.

- Aygün Akifin sənətdə bəxti gətirib. Bəs nədəsə bəxtsizliyi var?

- Hər şeydə bəxtim gətirib. Çox şanslı insanam. Əgər nəysə olmur və gecikirsə, demək, daha gözəli olacaq.

- Hər kəs tərəfindən sevilən, heç bir qalmaqalda adı olmayan birisiniz. Bunu necə bacarırsınız?

- Mənə gördüyüm işlər maraqlıdır. Mən kiməsə sifariş vermirəm ki, məndən bu məlumatı yaz, o məlumatı yaz. Başımı aşağı salıb işləyirəm.

- Özünü gündəmdə saxlamaq istəyənlərə münasibətiniz necədir? Aparıcılar da şou biznesdə olmalıdırlar?

- Belə hərəkətlər ilə dinləyicinin gözündən düşürlər. Dinləyicilər belə hərəkətləri sevmirlər. Onlara səmimi olan aparıcı daha doğmadır. İstəyən hər kəs bu gün şou biznesə daxil ola bilər - çox asandır. Amma öncə adı qorumaq lazımdır.

- Aygün Akif bu sahədə özünə kimi rəqib görür?

- Heç kimi. Bütün kolleqalarımı sevirəm, dinləyirəm və dostluq edirəm. Radio sahəsində DJ Yaqutu bəyənirəm. Səsi və danışığı insanı valeh edir. Mən özüm onu dinləyib çox şey öyrənirəm.

- Gözəl səsiniz var, nə əcəb, müğənni kimi fəaliyyət göstərmirsiniz?

- Çox həvəsim var oxumağa. Amma müğənni olmaq istəmirəm. Yetərincə müğənnimiz var, bir də mən olsam, səhnə aşıb-daşar (gülür – T.X.).

- Günlərin bir günü işsiz qalsanız, başqa hansı sahədə pul qazana bilərsiniz?

- Mən daha əvvəllər vergi sahəsində və bir çox sahələrdə çalışmışam. Bundan sonra da işsiz qalsam, hər hansı bir sahədə baş çıxardaram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59
Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57
Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51
Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37
Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33
Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26
SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15
Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11
Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02
Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00
Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59
Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56
İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49
"İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41
"Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28
Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26
Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25
FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20
Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18
"Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15
Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08
`Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05
Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00
Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15
"Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11
ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40
İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38
Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26
Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08
Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02
Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47
Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37
Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01
Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52
"Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46
NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43
'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22
Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20
Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08
Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru