"Həmişə bir şeyi düşündüm: bu həsrət nə zaman bitəcək?" - Araz Elsəs
Tarix: 1-01-2022, 09:30 | Çap et
Araz Elsəs Cənubi Azərbaycanın Sulduz şəhərində doğulub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib, gənc yaşlarından milli ruhlu ozan kimi tanınıb. Siyasi sıxıntılara görə 1991-ci ildə Azərbaycanın paytaxtı Bakıya köçən ozan 1997-ci ildən Norveçdə yaşayıb, 2000-ci ildən isə İsveçdə məskunlaşıb. 1989-cu il dekabrın 31-i bütün azərbaycanlılar kimi, onun üçün də əhəmiyyətli bir tarixdir. Həm də ona görə ki, o bu tarixin canlı şahidi və onun bir parçasıdır. DİA.AZ xəbər verir ki, Türk dünyasının sevilən siması həmrəylik tarixi haqqında Sputnik Azərbaycan-a bəhs edib. Qəhrəmanımız o günlər haqda fəxr hissi ilə söz açır: "O dövrdə mən Qaradağın kəndlərində, Təbrizdə, Azərbaycanın müxtəlif yerlərində millətimizin bütövlüyünü təbliğ edənlərdən biri idim. İnanılmaz duyğular yaşadım o zamanlar. Arazın cənubundan şimala baxıb ağlamışam. Sonra tale elə gətirdi ki, 1991-92-ci illərdə şimalından cənubuna baxıb ağladım".
Ozan bu şanlı tariximizin canlı şahidi olduğuna görə özünü xoşbəxt hiss edir: "Həmişə bir şeyi düşündüm: bu həsrət nə zaman bitəcək? Bu yaxınlarda bir video qarşıma çıxdı, Arazın şimalından çəkmişdilər. Yaşlı qadınlar, kişilər Arazın o tayından bu tayına baxıb ağlayırlar. O görüntüləri sözlə ifadə etmək mümkün deyil. O günə həsr olunan mahnılar, şeirlər, bədii əsərlər yazıldı, yazılacaq da. Amma insanların yaşadığı duyğuları heç bir mahnı ilə, heç bir şeirlə çatdırmaq mümkün deyil".
Danışdıqca göz yaşlarına hakim ola bilməyən ozan bildirir ki, bəlkə də indi o vaxt etdiklərini edə bilməz: “İndi sizinlə danışa-danışa o günləri xatırladım, bir kino lenti kimi gözümün qabağından keçdi. Düşünürəm ki, indi onları edə bilmərəm. Çünki nə o güc, nə o qüvvət, nə də o dəlilik var".
Araz bəyi indi narahat edən məsələlərdən biri son illər Urmiya gölünün suyunun səviyyəsinin aşağı düşməsidir: "Gölün yerləşdiyi yerə diqqət edin. Onların dili ilə desək, Şərqi Azərbaycan və Qərbi Azərbaycanın ortasında yerləşir. Çox önəmli yerdir bizim üçün. Orada yaşayanlar da türklərdir. Çoxu da əkinçidir.
Gölün quruması böyük faciələrə yol açır. Orada yaşayan insanlar məcburən oradan köçəcəklər. Gedəcəklər Tehrana, orada küçə ticarəti ilə məşğul olacaqlar. Bu minvalla assimilyasiyaya uğrayacaqlar. Urmiya gölünün ətrafına da başqa millətlər gələcək, hansı ki, onlar bu işdən anlamazlar”.
Bakı üçün, Azərbaycan üçün darıxdığını söyləyən qəhrəmanımız yaxın zamanlarda ölkəmizə gələcəyini bildirir. Həmsöhbətimizin ən böyük arzusu Qarabağı görməkdir: “Övladlarım balacadır, amma istəyirəm ki, onlar da Vətənlərini görsünlər. Azərbaycan dilini bilirlər, Azərbaycan haqqında onlara çox danışmışam. Amma istəyirəm ki, onlar gəlib görsünlər”.
44 günlük müharibədən və sonda qazanılan şanlı zəfərdən söz açan həmvətənimiz bildirir ki, qələbə o taylı, bu taylı azərbaycanlıları bir daha birləşdirdi: “Azərbaycan məsələsi ilə maraqlanmayan, milli məsələləri düşünməyən Cənubda yaşayan azərbaycanlılar belə, bu müharibədə həmrəylik nümayiş etdirdilər. Xüsusən də Xudafərin körpüsü azad olunanda hər iki tərəfdə azərbaycanlılar: “Azərbaycan var olsun, istəməyən kor olsun”, - deyərək birləşdilər. Xudafərin körpüsündə dalğalanan bayrağımız cənubda yaşayan azərbaycanlılarda böyük ruh yüksəkliyi yaratdı”.
Tanınmış ozan Zəfər tariximizə də öz töhfəsini verib. Getdiyi hər ölkədə azərbaycançılığı, türkçülüyü təbliğ edən Elsəs bildirir ki, Azərbaycan mədəniyyət nümayəndələri Vətən müharibəsinə çox dəyərli əsərlər həsr etdilər: “Əvvəllər tək mən oxuyurdum, digər sənətçilərimizsə çox az hallarda Vətən, Qarabağ haqqında oxuyurdular. Amma bu müharibədən sonra onlar da birləşdilər, çox dəyərli işlər ortalığa çıxartdılar. İndi heç mənim oxumağıma ehtiyac qalmayıb. Ancaq yenə də bir neçə mahnı yazdırmışam. Yaxın zamanlarda ictimaiyyətə təqdim edəcəyəm. Təəssüf ki, müharibə vaxtı uzaqda oldum. Hadisələrin içində olmaq, o anı yaşamaq tamamilə başqa hissdir”.
Vətən həsrəti ilə yaşayan ozan yuxusunda Arazı gördüyünü söyləyir: “Yuxuda Arazı gördüm. Sanki Araz çayı mənim yaşadığım yerdən axırmış kimi… Sanki Araz hər yeri bürümüşdü. Bu həsrətdir, nə qədər ki biz həsrətlə yaşayırıq, mahnılarımda da bu həsrət yaşacaq.
Yuxumda anamı, qardaşımı, doğmalarımı görürəm. Yaxşı ki, internet var, doğmalarımızla internet vasitəsi ilə əlaqə saxlayıram. Hansısa ölkədə görüşürük. Əvvəlki kimi çətin deyil. Onda çox çətin idi. Heç şəxsiyyət vəsiqəm belə, yox idi. Azərbaycanla İran qonşudurlar. Qonşu da qonşunun sağlığını istəyər. İstəyər ki, həmişə dost olsun. Mən arzu edirəm ki, Azərbaycan İranla sülh içində yaşasın".
Araz Elsəs onu sevənlər üçün gələn il konsert verəcəyini söyləyib: "Koronavirusun yeni ştammlarına görə sərt qadağalar olmasa, çox güman ki, Qarsda, İzmirdə, İstanbulda konsertlərimiz olacaq. İstəyirəm Bakıda, Gəncədə və digər bölgələrimizdə də konsertlər verim".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY
Bu gün, 10:38 |
|
|
|
• Niyam Salami dələduzluqda ittiham olunur
Bu gün, 10:34 |
|
|
|
• O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
Bu gün, 10:29 |
|
|
|
• ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir - Rubio dövlət katibi olur
Bu gün, 10:26 |
|
|
|
• Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Bu gün, 10:23 |
|
|
|
• Öz aləmlərində Rubeni sığortalayırlar... - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• "Ərdoğandan kömək istədik" - ABŞ Dövlət katibi
Bu gün, 10:20 |
|
|
|
• Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 10:17 |
|
|
|
• "Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" - Tanınmış hüquq müdafiəçisinin qızının başına İŞ GƏLDİ
Bu gün, 10:14 |
|
|
|
• ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06 |
|
|
|
• Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59 |
|
|
|
• Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57 |
|
|
|
• Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51 |
|
|
|
• Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37 |
|
|
|
• Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33 |
|
|
|
• Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26 |
|
|
|
• SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15 |
|
|
|
• Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11 |
|
|
|
• Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02 |
|
|
|
• Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00 |
|
|
|
• Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59 |
|
|
|
• Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56 |
|
|
|
• İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49 |
|
|
|
• "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41 |
|
|
|
• "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25 |
|
|
|
• FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20 |
|
|
|
• Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18 |
|
|
|
• "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15 |
|
|
|
• Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08 |
|
|
|
• `Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05 |
|
|
|
• Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00 |
|
|
|
• Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15 |
|
|
|
• "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40 |
|
|
|
• İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38 |
|
|
|
• Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29 |
|
|
|
• Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26 |
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
|