Sənət dostlarım Prezidentə müraciət edib - Murad Rzayev
Tarix: 10-12-2021, 09:08 | Çap et
Əfsanəvi «Qarabağ bülbülləri» kollektivinin yaradıcısı və bədii rəhbəri Murad Rzayevin 75 yaşı tamam oldu. Ömrünün 50 ildən çoxunu mədəniyyətimizin, milli musiqimizin, muğamımızın inkişafına həsr edən sənətkar bu günə qədər fəxri ad almayıb. Onun bəstələdiyi “Bayatı-Şiraz” improvizasiyası Azərbaycan musiqisinin himni adlandırılır. Bu il, həm də «Qarabağ bülbülləri» kollektivinin yaranmasının 50 ili tamam olur. Hər iki yubileylə bağlı Murad Rzayevlə söhbətləşdik:
– Murad müəllim, özünüzü oxucularımıza necə təqdim edərdiniz...
– Mən – Murad Yunis oğlu Rzayev 1947-ci il dekabrın 7-də Ağdam rayonunda anadan olmuşam. Orta təhsilimi Ağdam şəhər 3 saylı məktəbdə almışam. Ağdam teatrında fəal iştirak etmişəm. Daha sonra Musiqi Texnikumuna sənədlərimi verdim və qəbul olundum. Musiqi Texnikumunda təhsilimi başa vurduqdan sonra, Cənubi Qafqaz komsomol məktəbinə daxil oldum. Ali təhsilimi isə Üzeyir Hacıbəyov adına İncəsənət Universitetinin Mədəni-maarif fakültəsində davam etdirdim. İlk əmək fəaliyyətimə Güllücə kəndində fəhlə kimi başlamışam. Sonralar Mədəniyyət evində bədii rəhbər olmuşam. 1970-ci illərdən başlayaraq, 50 ilə yaxın dövrdə Ağdam Uşaq Yaradıcılıq Mərkəzinin direktoru işləmişəm.
İlk yaradıcılıq gecəm Ağdam Mədəniyyət evində keçirilib. Bu tədbirlər 2007 və 2012-ci illərdə Mahnı Teatrında təşkil edilib, telekanallar vasitəsilə nümayiş olunub. Orada tanınmış insanlar, sənət adamları, millət vəkilləri iştirak edirdilər. “SSRİ Maarif xadimi”, “Respublikanın maarif xadimi”, “İlin müəllimi”, “Ustad sənətkar”, “Əmək veteranı”və s. adlara layiq görülmüşəm. Neçə-neçə beynəlxalq festivalın laureatı adını qazanmışam. Bu il mənim 75, «Qarabağ bülbülləri» ansamblının isə 50 yaşı tamam olur.
– «Qarabağ bülbülləri» ansamblı necə yarandı?
- Uşaq Yaradıcılıq Mərkəzində işlədiyim dövrdən həmişə bir kollektiv yaratmağı arzulayırdım. 1971-ci ildə, nəhayət, "Qarabağ bülbülləri" adlı kollektivi yaratmağa nail oldum. Bu kollektiv qısa zamanda böyük şöhrət qazandı. Onun haqqında çoxlu kitab yazılıb, filmlər çəkilib. "Qarabağ bülbülləri", "Əks-səda", "Uzun ömrün akkordları", "Qaçaq Nəbi", "Azərbaycan - 60", "Mən mahnı qoşuram", "Qalib səs", "Nəğməkar torpaq" və s. bədii və sənədli filmləri qeyd edə bilərəm. Anarın, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Surxay Əlibəylinin, Məleykə Göyçəlinin, Elnur Baxışın, Ramiz Heydərin, Germanın kitablarında bizim haqqımızda yazılıb.
- «Qarabağ bülbülləri» ansamblının yetirmələrindən kimlərin adlarını qeyd edə bilərsiniz?
- "Qarabağ bülbülləri"nin üzvləri olan çoxsaylı məşhur xanəndə və müğənnilərimiz var. Onların sırasında Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova, Cabir Abdullayev, Feyruz Səxavət; Əməkdar artistlərdən Teymur Əmrah, Sevinc Sarıyeva, Ramiz Paşayevin adlarını çəkə bilərəm. Həmçinin muğam müsabiqəsinin laureatlarından Murad Laçınlı, Səma Sultan, Zülfiyyə Cəbrayılzadə, Dürdanə Keytiyeva, Ülkər Orucova da "Qarabağ bülbülləri"nin yetirmələridir. Tanınmış müğənnilərdən Xatun, Tacir Şahmalıoğlu, Nihat Məlikli kimi adları da qeyd edə bilərəm.
- Ansamblın uğurları haqqında danışardınız...
- “Qarabağ bülbülləri” ansamblı yarandığı dövrdən bir çox ölkələrdə, o cümlədən keçmiş SSRİ-yə daxil olan 15 respublikanın hər birində konsert proqramları ilə çıxış edib. Həmçinin Almaniya, Bolqarıstan, İranda da konsertlərimiz olub. Moskvanın məşhur Qurultaylar sarayında da dəfələrlə çıxış etmişik. Bu çıxışlar gurultulu alqışlarla qarşılanırdı. Həmin zalda Sov.İKP MK-nın Baş katibi L.İ. Brejnev qarşısındakı çıxışımız yaddaqalan idi. Konsert proqramlarının ən yaxşı hissəsinə çıxışlarımızı salırdılar.
- Bu gün Azərbaycan muğamına göstərilən diqqətdən razısınızmı?
- Sovetlər dönəmində muğamımızı təbliğ etmək çox çətin idi. Konsertlərə gedəndə həmişə bizə deyirdilər, ancaq mahnı oxuyun, muğam ifa etməyin. Məşqlərdə onların dediyi kimi, çıxışları hazırlasam da, səhnəyə çıxanda arada muğam ifasına yer verirdim. Bu hərəkətimə görə danlansam da, muğamımızın təbliği üçün bacardığım qədər səy göstərirdim. Kremldə Azərbaycandan ən çox çıxış edən «Qarabağ bülbülləri» olub. SSRİ-nin Böyük Teatrında, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova ilə birlikdə çıxış etmişik. Bəzən elə olurdu ki, onlar dəvət olunmurdu, ancaq biz çıxış edirdik. Orada olarkən Azərbaycan haqqında soruşduqda bir çoxu ölkəmizi tanımırdı. Ağdam, «Qarabağ bülbülləri» deyəndə hamı bizi və ölkəmizi tanıyırdı. Müstəqillik qazandıqdan sonra isə muğamın yenidən dirçəlməsi, onun yaşadılması və tanıdılması, təbliği Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun muğam sənətinin inkişafı ilə bağlı müstəsna xidmətləri nəticəsində gənc nəslin unudulmaqda olan muğam sənətimizə sevgisi daha da artdı. Neçə illərdir, güclü səslərə malik muğam ifaçılarının müsabiqəsi təşkil olunur. Bu müsabiqələrdə qeyd etdiyim kimi, bizim də yetirmələrimiz iştirak edir.
- Ağdama, Şuşaya səfər etməyi planlaşdırırsınız?
- Bu illər ərzində həmişə doğma Ağdamımızda, Şuşada konsert proqramları ilə çıxış etməyi arzulamışıq. İndi bu arzumuz artıq reallaşır. Ağdama da, Şuşaya da sərbəst səfər etmək imkanlarımız var. Allah cənab Prezident İlham Əliyevə uzun ömür, cansağlığı versin. Ümummilli lider Heydər Əliyev hər zaman mənə böyük diqqət və qayğı göstərib. Heydər Əliyev ovaxtkı Lenin adına sarayda hər konsertdən sonra mədəniyyət xadimləri ilə görüşündə bir masa arxasında oturanda məni hər zaman öz yanında əyləşdirirdi. Deyirdi ki, «Qarabağlı, gəl mənim yanımda əyləş». Ulu Öndər «Qarabağ bülbülləri»ni həddən artıq çox istəyirdi.
- Nə üçün fəxri ad ala bilmirsiniz...
- Əgər Ümummilli Lider sağ olsaydı, çoxdan fəxri ada layiq görülmüşdüm. İndi bu məsələdə mənə bir az ögey münasibət göstərilir. Mədəniyyət Nazirliyinə ünvanladığım müraciətlərə 15-ə qədər cavab gəlib. Hamısında da gələn dəfə fəxri adlar veriləndə nəzərə alınacağı qeyd olunur. Neçə illərdir ki, fəxri adlar veriləndə nədənsə diqqətdən kənarda qalıram. SSRİ dövründə müxtəlif adlara layiq görülsəm də, müstəqillik illərində mədəniyyətimizin inkişafındakı xidmətlərim nəzərə alınmayıb.
İyirmi günə yaxındır, bir çox mədəniyyət xadimi, deputatlar 75 illik yubileyimlə bağlı fəxri ad verilməsi üçün Prezidentə müraciət ediblər. Bu müraciətin cavabını gözləyirik.
Həmişə deyirdim ki, Şuşa qayıtsın, orada konsert verək. Səhhətimlə bağlı Şuşaya gedə bilmədim. Bununla belə, Şuşadakı festivalda ilk olaraq mənim bəstələdiyim “Bayatı-Şiraz” improvizasiyası səsləndi. Daha sonra Prezident çıxış etdi. Özüm gedə bilməsəm də, Şuşaya sənətim gedib.
Azərbaycan muğam tarixində ilk improvizasiyanı mən etmişəm. Aqil Abbas deyirdi ki, “Bayatı-Şiraz” improvizasiyası Azərbaycanın misiqi himninə çevrilib. Bir çox bəstələrimi İlhamə Quliyeva, Flora Kərimova, Mirzə Babayev, Zöhrə Abdullayeva, Oqtay Ağayev kimi Xalq artistləri ifa ediblər. Mənim ən uğurlu işim “Bayatı-Şiraz” improvizasiyasıdır. Azərbaycanın bütün tədbirlərində bu parça səsləndirilsə də, çoxu onun mənim əsərim olduğunu bilmir. Hazırda tələbələrim incəsənət mərkəzlərində ustad, müəllim kimi fəaliyyət göstərirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
• Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10 |
|
|
|
• Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02 |
|
|
|
• İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00 |
|
|
|
• Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59 |
|
|
|
• “Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56 |
|
|
|
• Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54 |
|
|
|
• “AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51 |
|
|
|
• Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48 |
|
|
|
• Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41 |
|
|
|
• Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39 |
|
|
|
|