"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                     Azərbaycanda mənzillər 10 % bahalaşıb .....                     Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi .....                     Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? .....                     Həbsdə olan idmançıların şikayəti təmin edilməyib .....                     Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi .....                     “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi .....                     London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar .....                     Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır .....                     Paşinyanla Putin telefonla danışdı: .....                     “İstəyirsən proses tez-bazar bitsin” .....                     Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi .....                     Rusvari rüsvayçılıq .....                 

"O demək deyil ki, təzə əsərlər yazılırsa, köhnələri tamamilə kənara atmalıyıq"
Tarix: 1-12-2021, 08:14 | Çap et
"O demək deyil ki, təzə əsərlər yazılırsa, köhnələri tamamilə kənara atmalıyıq"
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən konsert zallarının, kinoteatrların, teatrların fəaliyyəti bərpa olundu. Bundan sonra teatr zallarının ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə tamaşaçı qəbul etməyə icazə verilib.

Beləliklə, pandemiya səbəbindən iki il bağlı qalan teatrlar artıq bir müddətdir ki, yenidən qapılarını tamaşaçıların üzünə açıb.

Lakin teatrların repertuarlarına diqqət edəndə görürük ki, yenə də köhnə tamaşalar səhnəyə qoyulur. Köhnə tamaşa deyərkən, bunlar ya klassik, ya da sovet dramaturgiyasından olan əsərlərdir. Yəni repertuarlarda yenə də yenilik nəzərə çarpmır. Halbuki indiki tamaşaçı daha rəngarəng, daha yeni tamaşalar tələb edir.

Bəs görəsən, teatrlar niyə yeni, müasir əsərlərə müraciət etmək istəmir? Qonşu ölkələrdə, o cümlədən Rusiyada, Gürcüstanda teatr həyatı yeni tamaşalarla qaynayır. Bizdə isə hələ də “köhnə hamam, köhnə tasdır”.

Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: "Teatrların açılması çox sevindiricidir. Bu yaxınlarda Opera və Balet Teatrının baş rejissoru ilə söhbət edəndə bildirdi ki, teatrlar açılandan xeyli tamaşaçı axını var, insanlar tamaşalara gəlirlər.

Yeni əsərlərə qalanda isə dramaturgiya bir neçə sahənin sintezidir və bunu da hər adam bacarmır. Klassik əsərlərin təkrar tamaşası əlbəttə ki, lazımdır. Amma eyni zamanda yeni nəsillər də olmalıdır. Yeni nəsillər var, onların arasında Elçin Hüseynbəylinin, Ülviyyə Heydərovanın adını qeyd etmək olar. Bu yaxınlarda Ülviyyə Heydərovanın əsəri Latviyada səhnəyə qoyuldu və mükafat qazandı. Həmçinin yazıçı Pərvinin Gənc Tamaşaçılar Teatrında pyesləri oynanılır. Lakin qeyd etdiyim kimi, dramaturgiya bir qədər çətindir. Amma gələcəkdə dramaturgiya sahəsində yeni nəslin yetişəcəyi ilə bağlı bədgüman deyiləm".

Gənc Tamaşaçılar Teatrının aktyor-rejissoru, əməkdar artist Nicat Kazımov da mövzu ilə bağlı danışıb. Bugünlərdə “Leyli və Məcnun” tamaşasında həm rejissor, həm də aktyor kimi çıxış edən əməkdar artist qeyd edib ki, əsər seçimi hər bir teatrın öz işidir: “O demək deyil ki, təzə əsərlər yazılırsa, köhnələri tamamilə kənara atmalıyıq. Məsələn, əgər mən ”Leyli Məcnun"u hazırlamışamsa və bu əsər bu günlə ayaqlaşa bilirsə, aktualdırsa, bu günün nəzəri ilə ona baxmaq olursa, niyə də ona müraciət etməyək? Yaxın vaxtlarda Şmitin “14 məktub” əsərini təqdim edəcəyik. Bu əsər də ötən əsrin 60-cı illərində yazılıb, amma bu günlə səsləşir, ayaqlaşır. Əsas odur ki, rejissor həmin əsərə yeni baxışla baxa bilsin. Həmçinin səhnədə niyə də Cəfər Cabbarlı, Hüseyn Cavid, Cəlil Məmmədquluzadənin əsərləri olmasın. Müasir əsərlərə gəlincə, müasir dramaturgiyada da az da olsa çox maraqlı əsərlər var. Sadəcə, həmin əsərləri seçmək rejissorların istəyindən asılıdır. Məsələn, İlqar Fəhminin üç pyesi var, “Şahnamə”, “Bazarertəsi” və “Sonuncu müsahibə”. Bu əsərləri çox bəyənirəm. Ümid edirəm ki, nə vaxtsa o əsərlərə də müraciət edəcəm".

Akademik Musiqili Teatrının gənc rejissoru Ərtoğrul Kamalov da mövzuya şərh bildirib: “Tam razıyam ki, indi teatrlarda nümayiş olunan əsərlərin böyük əksəriyyəti sovet dövründə yazılmış əsərlərdir. Uzun illərdir ki, teatrların repertuarlarında həmin dövrün dramaturqlarının əsərləri qalıb. Əlbəttə ki, repertuarlarda sovet və yaxud klassik dramaturgiyanın əsərləri də olmalıdır. Sadəcə, məsələ rejissorun onu necə səhnələşdirməsi ilə bağlıdır. Əgər bir əsər bir neçə teatrda eyni cür qoyulursa, bu, artıq problemdir. Müasir gəncliyin, gənc rejissorların düşüncələri bu problemi dağıtmalı, yaxşı mənada teatr inqilabı etməlidir. Müasir dramaturqların da kifayət qədər yaxşı əsərləri var. Akademik Milli Dram Teatrında işləyərkən ukraynalı yazıçı Anatoli Krımın ”Keçmişdən zəng" əsərini səhnəyə qoymuşdum. Deyə bilərəm ki, yetərincə müasir əsər idi və kifayət qədər də müasir səhnələşdirmə aparmışdıq, aktyorlarımız da əsəri çox gözəl oynamışdılar. Düşünürəm ki, teatrlara insanların gəlməməsinin, marağının olmamasının kökündə dayanan səbəblərdən biri də elə budur - səhnədə müasir effektlər, müasir üslubda yanaşma olmalıdır, hətta klassik əsər səhnələşdiriləndə belə... Hazırda Akademik Musiqili Teatrda çalışıram və Servantesin “Don Kixot” romanı əsasında “Psix” tamaşasını hazırlayırıq. Biz bu əsərə çox müasir bir yanaşma tətbiq etmişik. Deyə bilərəm ki, maksimum müasirliyə, maksimum teatrla inqilaba doğru gedirik. Azərbaycan teatr cameəsi, yəni istər rejissor, istərsə aktyor, istərsə də teatrşünaslar teatr inqilabı etməlidirlər, tamaşalar artıq yenilənməlidir".

Teatrşünas Xəyalə Rəis isə qeyd edib ki, səhnə ilə nəfəs alan teatrların yaradıcı heyəti iki il səhnəsiz qalmaqla müəyyən qədər formasını itirib: “İki il səhnədən uzaq düşməklə onlar bədən formalarını itirdilər, kökəldilər, səhnəyə, tamaşaçıların önünə çıxmağı yadırğadılar, hətta bir qismi özləri üçün başqa iş tapdı. Daha bir məsələ, indi aktyorların əksəriyyəti ölkədə baş verən Zəfər tarixindən sonra o məğlubiyyət dolu səhnələri oynamaq istəmir. Çünki bu dəfə onlar səhnəyə qalib xalqın nümayəndəsi kimi çıxırlar. Niyə məğlub xalqın tamaşalarını oynasınlar ki?”

Xalq artisti, Akademik Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı isə bildirdi ki, uzun illərdir ki, repertuarlara müasir əsərlərin salınması məsələsi müzakirə olunur: "Bu söhbət təzə deyil. Çox uzun illərdən bəri bir problem kimi müzakirə olunan söhbətdir. Deyim ki, bunun təqsirkarı kimdir, nədir, nəçidir, bunu da bilmək çox çətin deyil. Çünki hər şey göz qabağındadır. Müəyyən dramaturqlar olub ki, teatrı özü üçün özəlləşdirib, yazıb, amma nə olsun, ortalığa primitiv şeylər çıxıb. Adı ağıllı, ağır, amma baxırsan ki, tamaşa özü heç nədir. Və yaxud dramaturgiya yaxşıdır, amma seçilən aktyor bu əsər üçün çox cılızdır, o istedada malik deyil. Bütün bunların hamısı teatr aləmində qaynayan bir şeydir. Bu gün çox diqqətli olmaq, tamaşaçıları rəngarəngliyə öyrəşdirmək lazımdır. Tamaşaçılar uzun müddət idi ki, teatr üçün darıxıb. Bu qısa müddətdə onların zövqünü oxşamaq çox tezdir və çətindir. Deyə bilərəm ki, çalışdığım Musiqili Teatrın repertuarı çox rəngarəngdir. Hazırda teatrımızda paralel olaraq 8 tamaşa hazırlanır. Əminliklə deyə bilirəm ki, tamaşaçılar razı qalırlar. Çünki maraqlı musiqilər, gözəl səhnə tərtibatı, istedadlı səslər var. Son zamanlar teatrımıza universitetdən, konservatoriyadan çox istedadlı oğlan və qızlar cəlb olunub. Yəni kollektiv var və bütün bunların hamısı tamaşaçıların zövqünü, ruhunu oxşayır. O ki qaldı repertuar məsələsinə, rejissorlar öz peşələrinə məsuliyyətli olmalıdırlar. Sevdikləri sənəti hər an itirməkdən, hətta teatrın hər an bağlanmasından qorxmalıdırlar. Mən sözgəlişi, elə-belə demir, zarafat etmirəm. Bu, həyəcan təbilinin ilk sədalarıdır. Ona görə də repertuar seçimində düşünməlidirlər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23
Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19
Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17
ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15
Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10
"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02
“Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58
Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10
Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05
Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02
İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00
Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru