"Kök aktrisa səhnədə daha gözəgəlimli görünür..."
Tarix: 10-04-2021, 10:31 | Çap et
Əməkdar artist Tünzalə Əliyeva Moderator.az-ın suallarını cavablandırıb.
- Tünzalə xanım, teatrlar yəqin ki, sentyabr ayına qədər qapalı olacaq. Bir aktrisa teatrsız necə yaşayır? - Təbii ki, çətindir, amma nə etmək olar? Biz dövlətin qoyduğu qayda-qanunlara riayyət edirik, etməliyik də. Sənətçilər səhnə üçün darıxıblar. Nə vaxt açılsa o vaxt da eyni sevgi ilə səhnəyə qayıdacağıq. Etiraf edim ki, tamaşaçı və səhnə üçün çox darıxmışam. - Siz əvvəldən İrəvan teatrında çalışmısız yoxsa? - Bəli, Bakıda ilk dəfə İrəvan teatrında çalışmışam. Gəncə Dövlət Kukla teatrında az müddət işləmişəm. Hal-hazırda iki bacım da bu teatrda çalışır. Biri rəssamdır, digəri isə aktrisa. - Demək ki, bu sənətə siz ailəlikcə xidmət edirsiz? - Atam fəhlə, anam isə tibb bacısı olub. Mən uşağlıqdan Gəncədə alimlər evi deyilən bir dərnək var idi, orada teatr kursuna gedirdim. Ona görə də evdəkilər artıq öyrəşmişdi və bilirdilər ki, mən teatrı sevirəm. Kiçik tamaşalarda da çıxış edirdim. Ona görə də valideynlərim bu sənəti seçməyimi etirazla qarşılamadı. - Səhhətiniz necədir? - Şükür Allaha, onu deyib durmuşuq. Sonuncu analiz nəticələrinə görə hər şey yaxşıdır, bir dəfə də may ayında yoxlanışdan keçəcəm. Mənə şirniyyat və un məmulatları olmaz, bunları qida rasionumdan çıxarmışam. Pəhrizə başlamışam. - Hazırda pariklə gəzirsiz. Bu sizdə kompleks yaratmır? - Əslində mən heç pariki də sevmirəm, başıma yaylıq örtürəm adi həyatda. Televiziyaya çıxanda isə parikdən istifadə edirəm. Tam komplekssizəm. Saçım olmayanda da efirlərə çıxırdım. - Yəqin ki, saçlarınız üçün darıxmısız? - Saçlarım yavaş-yavaş çıxır artıq. 3 ildir ki, buna öyrəşmişəm. Bu mənim üçün önəm daşımır, olacaqsa olacaq, olmayacaqsa yox. Bu xəstəliyə mənəvi cəhətdən güclü olan insanlar qalib gəlir. Xoşbəxt olmasan da özünü xoşbəxt kimi göstərməlisən. Xəstəliklə barışmaq yox, onu yenmək lazımdır. - Hal-hazırda xınayaxdılar da yoxdur, necə dolanırsız? - Bu günümüzə şükürlər olsun. Televiziyada verilişim var, serialda çəkilirəm və bir də teatrdan məvacib alıram. - Həyat yoldaşınız da işləyir? - Onun da biznesi hazırda dayanıb. İndi heç bir yerdə iş yoxdur. Bir az çətin günlərdən keçirik, Allah köməyimiz olsun - Ən çətin gününüz nə vaxt olub? - Xəstəliyim yenicə başlayanda çətin günlər yaşadım, sonra isə ətrafım, ailəm mənə kömək etdi və xəstəliyi birlikdə yendik. Sağ-salamat bir qızımızı böyüdürük. - İllər öncə çəkiniz çox idi, hətta çətinliklə gəzirdiniz, heç komplesk yaşayırdınız küçədə? - O vaxtkı verilişlər və proqramlar sırf mənim çəkimlə bağlı olduğuna görə heç bir kompleks yaşamırdım. Sadəcə sağlamlığıma görə bu əməliyyatı keçirdim. - Teatrda bu çəki ilə çıxış etmək çətin deyildi? - Heç bir çətinlik yaşamamışam. Mənim üçün xüsusi xarakterlər səhnələşdirilirdi. Xarici görkəmim nəyə imkan verirdisə həmin rolları da oynayırdım. - Amma kök vaxtınızı tənqid edənlər də olmuşdu.. Elə biri “Ulduz” filminin Naziki-Məleykə Ağazadə. Bir müsahibəsində bildirmişdi ki, Tünzalə efirə çıxıb, köklüyünü sərgiləyir. - Səhv etmirəmsə Məleykə xanım hazırda dünyasını dəyişib. Ölənin arxasınca danışmazlar. O ki, qaldı kök insanın efirə çıxmasına. Azərbaycanda artıq çəkili xanım aktrisalarımız da olub. Misal olaraq Münəvvər Kələntərli, Leyla Bədirbəyli və s. aktrisalarımızı göstərə bilərəm. Kök aktrisa səhnədə daha gözəgəlimli görünür. - Bəzən instaqram sosial şəbəkəsində köhnə fotolarınızı paylaşıb, xoşagəlməz sözlər yazan istifadəçilər olur. Onlara necə cavab verirsiz? - Nə mən, nə də həyat yoldaşım instaqramda yazılan o tənqidlərlə yaşayan insan deyilik. İndiyə qədər heç bir izləyicimi təhqir etməmişəm. Fikir mübadiləsi ola bilər, amma təhqirə keçməmişik. - Bəs həyat yoldaşınız yazılan o tənqidləri necə qəbul edir? - Həm mən, həm də həyat yoldaşım həyata başqa gözlə baxırıq. Övladımızı böyüdürük, onun sağlam yaşaması üçün əlimizdən gələni edirik. Hansısa rəyi görüb dərd etmirik. Rəydir də. Bu gün pis söz yazıb, sabah yaxşı yazacaqlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|