"Burada azərbaycanlılar məni buraxmaq istəmir"
Tarix: 31-03-2021, 11:25 | Çap et
Əməkdar artist Mətanət İskəndərli Moderator.az-ın suallarını cavablandırıb. - Mətanət xanım, hal-hazırda Moskvadasız. Orada işləriniz necə gedir?
- Öncə sizin saytınız vasitəsilə bütün Azərbaycanı, xalqımızı və dostlarımı salamlayıram. Onların keçmiş Novruz bayramını təbrik edirəm. Mən 35 ildir ki, bu sənətdəyəm, hər dəfə Moskvaya gəlib getmişəm. Sözün düzü hazırlaşırdım ki, Almaniyaya gedim, Moskvaya iki toya dəvət alıb bura gəldim, uzun müddət qalmaq fikrim yox idi. Mən Moskvaya qışda gəlmişdim, gəldiyim müddətdə toylar çox yox idi, amma çoxlu konsert proqramlarına dəvət aldım. Amma indi toylarımız var, çünki bizim həmvətənlərimiz dünyanın hansı ölkəsində olursa-olsun qədim toy adət ən-ənəmizi yaşadırlar. Burada azərbaycanlılar məni buraxmaq istəmir. Əllərinə elə düşmüşəm ki. Deyirlər ki, səni buradan buraxmayacağıq, güclə əlimizə keçmisən (gülür). - Amma digər sənətçilərin biznesləri olduğundan heç Bakını tərk etmədilər. Heç vaxt fikirləşməmisiz ki, bir biznes qurasız? - Mən hər zaman istəmişəm ki, özümə biznes qurum, amma buna vaxtım olmayıb. Sənətimə o qədər bağlı olmuşam ki, ancaq onu fikirləşmişəm. Mənim biznesim öz sənətim olub, toylardan qazandığımı da həmişə sənətimə yatırım etmişəm. 700-ə yaxın mahnım var mənim. Çox şadam və sevinirəm ki, hər zaman tamaşaçı tərəfindən tələb olunan sənətçi olmuşam. Məni Mətanət İskəndərli edən də tamaşaçılarım, onların mənə, repertuarıma, mahnılarıma olan sevgiləri olub. Nə yaxşı ki, mənim var-dövlətim əsərlərim, oxuduğum mahnılar. Mən bilirəm ki, sabah dünyada olmasam da onlar yaşayacaq. Hələ də mahnılar yazdırıram, hətta Moskvada bir neçə klip də çəkdirəcəm. Mən işləməsəm dayana bilmərəm. Ona görə də bura gəldim. Çünki Bakıda toy yox, konsert yox, qazanc yox! Nə etməli idim? Bir müğənni nə qədər işsiz dayana bilər! Moskvada həm sənətimi inkişaf etdirirəm, həm də toylardan qazanc əldə edirəm. Ruzini verən Allahdır. Pul arxasınca heç vaxt qaçmamışam, qazancımın bərəkətli olmasını Allahdan istəmişəm. Onun icazəsi olmadan ağacdan yarpaq da düşə bilməz. Burada pandemiya heç hiss olunmur, həyat öz axarı ilə gedir. Koronovirus burada çox da meydan sulamır, bizimlə “çiling-ağac” oynamır. Hətta xəstələnmişdim, qorxurdum ki, koronavirus olaram. Burada azərbaycanlılar sağ olsunlar, neçə-neçə gözəl ailə ilə tanış olmuşam, qonaq aparırlar məni. Xəstələnəndə mənə əriştəyə kimi, əvəlikli umaca kimi hazırlayıb gətirmişdilər, küpə qoydular, qan aldılar, sağaltdılar məni. Sağ olsunlar başıma dolanırlar. - Ara-sıra Bakıya gəlib-gedirsiz? - 3 aydır ki, gəlmirəm. Ən çox nəvələrim üçün darıxıram. Ən çox da qız nəvəm, adımı daşıyan Mətişim üçün darıxıram. Ruhlan nəvəm də arada nəsə istəyəndə deyir ki, “Çəpənçə, filan şey istəyirəm” görürəm ki, yazır (gülür). Mətanət nəvəm hər gün zəng edir ki, mən səni çox istəyirəm. Onlar mənə “Çəpəncə” deyirlər. Onlar mənim nəfəsimdir! Bütün dostlarım üçün, Bakı üçün darıxmışam. Vətəndən uzaqda olanda daha da çox istəyirsən oranı. - Moskvaya getməyinizin səbəbi təkcə toy idi yoxsa başqa səbəblər də var idi?
- Xeyr, başqa nə səbəb ola bilər ki? Bəzi sözgəzdirən insanların bir çoxu yazır ki, “ayyy getdi Moskvaya”. Guya bir birinci dəfədir ki, Moskvaya gəlib gedirik. Bizim işimiz bundan ibarətdir də. - Mətanət xanım, son aylar sizin ünvanınıza qarşı çox iddialar səslənir, qarayaxma kampaniyalarına start verilib. Siz bir dəfə də olsun ki, bir söz danışmamısız, təbii ki, sizi müdafiə edən sənət dostlarınız çox oldu. Bütün bunlara veriləcək cavabınız var? - Təbii ki, mənə qarşı haqsızlıqlar hər zaman olub və indi də var. Yenə də şükür Allahın məsləhətin. Bizim dünyaya gəlişimiz imtahandır. Mən də belə anlarda Allahdan səbr və dözüm diləyirəm. Təki Allah bizi bundan da çətin imtahanlara çəkməsin. Hər şey Allahın qismətidir. İnsan yaşa dolduqca, həyatı başa düşdükcə gileylənmir. Təki ölüm-itim olmasın, can sağlığı olsun. İnsanın həyatında hər şey ola bilər. Taleyimizə nə yazılıbsa onu da yaşayacağıq. Mən naşükür bəndə deyiləm. Çətin anlarım olanda, haqsızlıqlarla üzləşəndə deyirəm ki, Allahım şükür sənin məsləhətinə. Dünya zülmlü, haqsız dünyadır, nahaq dünyadır. Belə şeylər təkcə mənim başıma gəlməyib ki. Tanınmış insanlara daş atanlar çox olur. Quyu qazmaq istəyənlər, qara yaxıb, gözdən salmaq istəyənlər olur. İbrahim Tatlısəs demişdi ki, tanınmış olmaq, alovdan don geyinmək kimi bir şeydir. Bu söz hər zaman mənim yadımda qalıb, hələ 20 il əvvəl demişdi. Allah bilir ki, kim necədir, kim nətərdir? Allah hamı üçün xeyirlisini qismət etsin. Çünki başqasının xoşbəxtliyini istəməyən insan heç vaxt özü xoşbəxt ola bilməz. Gərək sən bütün ətrafına xoşbəxtlik arzu edəsən ki, özün də xoşbəxt olasan! Hamını bəxtəvər, xoşbəxt görmək istəyirəm. Dərdli görmək istəmirəm, bir dərdli adam görəndə elə bilirəm ki, öz dərdimdir, özümə gələ bilmirəm. Mən həyatı belə başa düşürəm. - Azərbaycana nə vaxt qayıdacaqsız?
- Arzu edirəm ki, tezliklə gözəl vətənimizdə, ölkəmizdəki o toylu-düyünlü, xoşbəxt günlər geri qayıtsın. Biz də köçəri durnalar kimi qayıdıb gələk öz elimizə, vətənimizə. Mənim bu mövzuda bir mahnım da var. “ Telli durna, sanmakı yaralı, sancılmış qanadı ötən buluda, bir gün gələr, uçar öz yurduna”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|