“Kim acından ölür ki, biz də acından ölək?” – Bir ildir toysuz qalan məşhurlar
Tarix: 16-03-2021, 15:14 | Çap et
Azərbaycanda koronavirus pandemiyası səbəbi ilə toy məclislərinin keçirilməsinə qadağa qoyulmasından bir il ötür. Bu müddət ərzində dəfələrlə toylara qoyulan qadağaların götürüləcəyi iddia edilsə də, amma qərar qüvvədə qalmaqdadır.
Evlənmək planı quranlar, şadlıq saraylarında çalışanlar sənətçilər və toylardan qazanan digər sahənin adamları qadağaların götürüləcəyi günü səbirsizliklə gözləyirlər.
Bəs, sənət adamları toysuz 1 ili necə keçirdi? Onlar gizli keçirilən toylara dəvət alırmı? Sonuncu dəfə nə zaman toyda olublar?
Musavat.com mövzu ilə əlaqədar sənət adamlar arasında sorğu keçirib.
Müğənni Nadir Qafarzadə deyib ki, sonuncu dəfə martın 14-ü 2020-ci ildə toy məclisində iştirak edib:
“Artıq 1 ildir ki, tək mən yox, digər sənət dostlarım, musiqiçilər və toyla əlaqədar çalışan hər kəs işsizdir, pul qazanmırlar. Bu çox çətindir. Bir insanın 1 il pul qazanmaması, büdcəsindən yeməsi və o büdcənin də tükənməsi dəhşətdir. Musiqiçilər elə işlərdə çalışır ki, adam dəhşətə gəlir. Dözürük. Bu virus bütün dünyada var. Hər qaranlıq gecənin bir gündüzü var. Dövlətin qoyduğu qadağalara əməl etməliyik. Biz psixoloji travma aldıq. Sənətçinin səhnədən uzaq qalması onu sarsıdır. Mənim üçün bu bir il çox ağır keçdi. Indi də ağrıdır. Allah hər kəsə kömək olsun. Düşünürəm ki, qadağanı yumşaltmaq lazımdır. Toylara, bayramların keçirilməsinə icazə verilməlidir. Çünki toy bizim adətimizdir. Vacib deyil ki, 500 nəfərlə toy edilsin. 100-150 nəfərlə də toy keçirmək olar. Mən də atayam. Övladımın toyunu görmək istəyirəm. Hələ qız atalarını demirəm. Onlar da qızlarının ağ gəlinlikdə, zurna-balabanla evdən çıxmasını arzulayırlar. Hələ arzularımız ürəyimizdə qalıb. Inşallah hər şey qaydasına düşər”.
Rəqqasə Aytən bildirib ki, gizli keçirilən məclislərdə iştirak etmir: “Gizli keçirilən məclislərə getmirəm. Düzünü deyim ki, dəvət də yoxdur. Çağırsaydılar da, getməzdim. Çünki dövlətin qoyduğu qadağa var. Onu pozmaq qanun pozuntusudur. Türkiyədən gələndən ayaqqabı biznesimlə məşğulam. Düzdür, orada da satış yaxşı deyil. Amma yenə də dolanmağıma yetir”.
Aşıq Namiq Fərhadoğlu deyib ki, müəllimlik edərək qazanır:
“Bir ildir toy yoxdur. Bu bir il ərzində gizli ad günü keçirənlər olub ki, məni dəvət edib, amma getməmişəm. Hazırda dərs deyirəm, tələbələrim var. Allah verəndən yeyib, dolanırıq. Kim acından ölür ki, biz də acından ölək? Dövlətin qoyduğu qanun hamı üçün keçərlidir. Nə vaxt desələr ki, toylara, məclislərə icazə verilir, o zaman da gedib iştirak edəcəyəm. Bir neçə dəfə Rusiyaya toylara dəvət ediblər, gündəlik verilişim olduğu üçün gedə bilməmişəm. Bilirsiz ki, müğənnilərimizin çoxu oraya üz tutur. Inşallah Azərbaycanımızda toy, nişan olsun. Gedib 3-5 manatımıızı qazanaq”.
Müğənni Elvin Mirzəzadə toyların olmamasının ona vurduğu maddi ziyandan bəhs edib:
“Toyların olmaması mənə də maddi ziyan vurub. Azərbaycanda iqtisadiyyat sistemini inkişaf etdirən sahələrdən biri də toydur. Bir-iki dəfə 7-8 nəfər olan məclisə dəvət almışam, masa arxasında oturub gitara ilə ifa etmişəm. O da məclis sayılmır. Orada pandemiya qaydası pozulmayıb. Hamısı ailə üzvü olub. Düşünürəm ki, 1-2 aya toylara qoyulan qadağa aradan götürüləcək. Yoxsa musiqiçilər üçün daha çətin vəziyyət yaranacaq”. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Bu gün, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
|