"...Elə film çəkməliyik ki, dünya səviyyəsinə çıxmalıdır"
Tarix: 12-01-2021, 15:32 | Çap et
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Qarabağ Azərbaycandır!” devizi ilə senari müsabiqəsi elan edib. İttifaqın məlumatında bildirilir ki, müsabiqənin məqsədi təqdim olunan senarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsini, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılması, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına hərtərəfli dəstək göstərən sadə, fədakar Azərbaycan vətəndaşlarının fəaliyyətini bütün parametrləri, əlvanlığı və obyektivliyi ilə əks etdirməkdir.
Müsabiqənin şərtlərini sadalamayacağıq. Çünki məqsədimiz müsabiqənin necə, hansı şərtlər altında keçiriləcəyinə aydınlıq gətirmək deyil. Əsas məsələ müqəddəs Vətən savaşımız barədə filmlərin çəkilməsi üçün düymənin basılmasıdır. Təbii, düymə basılıbsa. Bilmək istədiyimiz də elə budur; filmlərin ərsəyə gəlməsi üçün tələb olunan nədir? Müsabiqə elan olunmasını başlanğıc hesab etmək olarmı?
Əməkdar incəsənət xadimi, kinorejissor və kinoprodüser Hüseyn Mehdiyev məsələ ilə bağlı fikirlərini “Şərq”lə bölüşdü:
- Vətən müharibəsindəki qələbəmiz bütün dünyada Azərbaycanın imicini daha da yüksəltdi. Azərbaycana artıq potensial gücə malik bir ölkə kimi baxırlar. Ərazilərimizin işğaldan azad edilməsi, insanlarımızın doğma yurdlarına qayıdışı məsuliyyətimizi daha da artırır. İndi biz həm də intellektimizin, bacarıqlarımızın dünyaya tanıdılmasına çalışmalıyıq. Əldə etdiyimiz imkanlar daha geniş realizə olunmalıdır. Kinematoqrafiya sənət, tarix baxımından böyük imkanlar açan sahədir.
Niyə bundan istifadə etməyək? İstifadə edəcəyiksə də, ən yüksək səviyyədə istifadə etməliyik. Tutalım, bir film çəkildi, əgər o film xaricə - dünyaya çıxmayacaqsa, dövlətin siyasətini, haqq işimizi, xalqın sözünü çatdırmayacaqsa, bunun heç bir xeyri yoxdur. Məncə, dövlət səviyyəsində kinematoqrafiyada təcili struktur dəyişikliyi aparılmalıdır.
Konsepsiya qəbul edilib. Çox yaxşı. Amma təcili təşkilat yaratmaq lazımdır. Azərbaycan kinosunun səviyyəsi dünya səviyyəsinə qaldırılmalıdır. Bu işi uzatmaq olmaz. İnamsızlıq yaranacaq ki, heç nə dəyişmədi, yenilik olmadı, köhnə vəziyyət davam edir. Müştərək işlər görülməlidir. Bunlar hamısı peşəkarların işidir. Yoxsa bu müsabiqələr və sairə, əhəmiyyətsiz olacaq.
- Müştərək iş deyəndə, nəyi nəzərdə tutursunuz? Dünyada tanınan istehsalçılarla, aktyorlarla birgə işləmək?
- O da var. Amma ümumiyyətlə peşəkarlarla işləmək lazımdır. Bu işlə xüsusi təşkilat məşğul olmalıdır. Məsələlər peşəkar səviyyədə həll olunmalıdır. Kinematoqrafiyanın statusu qalxmalı, kinomuzun imici yüksəlməlidir. Yanlış anlaşılmasın, kinomuzun imici var, yüksəkdir. Söhbət ondan gedir ki, daha da yüksəlsin. Kinomuz xaricə çıxa bilsin. Ona münasibət dəyişsin.
- Konsepsiyadan danışdınız. Deyəsən, Prezidentin belə bir sərəncamı olmuşdu, “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası”nın hazırlanmasına dair...
- Azərbaycan Respublikası Prezidentinin 1 mart 2019-cu il tarixli “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” yaradılması sərəncamı ilə bağlı Kinorejissorlar Gildiyası 29 may 2019-cu ildə Prezidentə yolladığı “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası”nın layihəsini və onun qısa tezislərini sosial şəbəkələrdə ictimayyətin diqqətinə çatdırdıq. Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsi tərəfindən konsepsiya hazırlandı, biz də onun hazırlanmasında iştirak etdik, müzakirələrə də qatıldıq. Nəhayət qəbul olundu. Ancaq icraçılar düzgün işləmədi.
- Hüseyn müəllim, “Qarabağ Azərbaycandır” senari müsabiqəsinin keçiriləcəyi anonsu ki, verilib, necə düşünürsünüz, Vətən müharibəsi günlərində sosial şəbəkələrdə paylaşılan videolar, eləsi vardı əsgər tərəfindən çəkilmişdi, həvəskar çəkilişlər vardı, bunlar Qarabağ haqqındakı filmlərə mövzu ola bilərmi? Yəni onlardan istifadə edilə bilərmi?
- Əlbəttə. Siz elə bilirsiniz, o videolara ancaq sizlər baxmısınız? Hamı, bütün xalq – aktyorlar, rejissorlar, sənətçilər, hamı o videolara baxırdı. O videolar, çəkilişlər kino yaradıcılığı prosesində bir element olacaq. Gələcəkdə yaradılacaq əsərlərə, fərq etməz kinodur, dramdır, romandır... ruh verəcək bütün əsərlərə. Onların hamısı gələcək əsərləri ruhlandıran videolardır. Bəlkə birbaşa yox, amma o cizgilər, elementlər mütləq əsərlərdə əksini tapacaq. Əsərlərin leytmotivini təşkil edəcək.
- Hüseyn müəllim, Qarabağ müharibəsi ilə bağlı adətən narazılıq edilirdi ki, yaxşı film yoxdur, əsərlər yaranmır, hərçənd xeyli müharibə filmimiz var. Adlarını bu tələsikdə çəkə bilməyəcəm. Siz məndən də yaxşı bilirsiniz. Eyni zamanda sətənçilər də bəzən belə izah verirdilər ki, müharibə, yaxud hansısa tarixi hadisə barədə yaxşı filmin ərsəyə gəlməsi üçün bir müddət, zaman keçməlidir. Məsələn, nə qədər zaman? Tutalım, İkinci Dünya savaşından bəhs edən məşhur sovet filmi var... (adını yadıma sala bilmədim, baş rolda Sergey Bondarçuk olduğunu dedim, Hüseyn Mehdiyev anında reaksiya verdi)
- Həə, “İnsanın taleyi”ni deyirsiz. Balaca oğlan uşağını övladlığa götürür, Sokolov...
- Deyirlər, filmdə balaca oğlanın “ata, atacan, bu sənsən?! Sən qayıtdın!..” (təxminən belə) çığırtısına bütün ölkə hönkür-hönkür ağlayırmış...
- Bəli, təsirli filmdir...
- Elə filmlərin ərsəyə gəlməsi üçün yəni, nə qədər zaman keçməlidi? Ümumiyyətlə zaman keçməlidimi?
- Bu məsələdə bir neçə məqam var. Bir var sənətkarlıq baxımından yanaşma, bir də var, təbliğat vasitəsi, ideoloji tərəfdən yanaşma. Elə əsərlər var, orada ideoloji təsir əsas götürülür və kütləvi təsirə hesablanır. Amma elə sənət əsərləri olur ki, orada sənətkarlıq meyarları əsas götürülür, peşəkarlığa üstünlük verilir. Bunlar bir-birinə mane olan məsələlər deyil.
Zamanı gözləmədən və vaxt itirmədən bu gün etibarilə müharibə filmləri çəkilə bilər. Və onunla dünyaya çıxmaq, ölkə içində təbliğatı təşkil etmək mümkün olar. Elə işlər var ki, zamanə gözləməməlisən. Bu gün etməlisən. Amma bunun üçün böyük vəsait lazımdır. Kinematoqrafiya sənətin çox ağır, çox böyük vəsait, böyük sənaye səviyyəsində olan istiqamətidir. Onun yaranmasında böyük kollektiv iştirak etməlidir.
Ən azı 50-60 nəfər. Bu 50-60 nəfərin hərəsinin öz işi var. Biri o birini əvəz edə bilməz. Etməməlidir. Amma bizdə vaxtilə kinematoqrafiyanı əfsuslar olsun ki, çox ucuzlaşdırdılar.
O qədər “ekonom” etdilər ki vəsaitə, 20 nəfərin işini bir nəfər icra etməyə başladı. Nəticədə kinomuzun səviyyəsi endi. Ucuzlaşdı. Dünya kinematoqrafiyasında ciddi ölçülər var. Kinonun təkcə bədii, intellektual səviyyəsinə baxmırlar. Həm də texniki səviyyəsinə baxırlar.
Film necə çəkilib, hansı vəsaitə başa gəlib. Nələrdən istifadə olunub və sair. Yəni hər şeyə diqqət edirlər. Əgər biz də kinomuzun dünya səviyyəsinə çıxmasını, tanınmasını və qəbul olunmasını istəyiriksə, bu parametrlərə cavab verən filmlər istehsal etməliyik. O zaman məqsədimizə çatarıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50 |
|
|
|
|