Aprel döyüşlərində Ağdamı tərk etməyən aktrisa
Tarix: 8-03-2017, 08:56 | Çap et
İnsanın gerçək gücü fürsətlərin, imkanların sıfıra bərabər olduğu şəraitdə üzə çıxır. Daha dəqiq desək, ən çətin şərtlərdə, dar imkanlar çərçivəsində onun real resursları özü üçün də aydınlaşır. Fəqumə Yusifova ilə ötən ilin payızında Ağdamda tanış olmuşuq. O, ARB TV və Novo Qoriça kinomərkəzinin birgə istehsal elədiyi “Gecikmə” adlı bədii-sənədli filmin qəhrəmanıdır. Filmin ssenari müəllifi mən, rejissoru Tahir Tahiroviçdir. Əyalətdə yaşayan aktyorların həyatı mənim üçün həmişə bədii material kimi maraqlı olub, xüsusən aktrisaların. Çünki biz kiçik şəhərlərdə qadınların həyatının necə olduğunu, cəmiyyətin onlara tanıdığı imkanların nə qədər məhdud olduğunu bilirik. İllah da ki o, aktrisadırsa (bu sənətin cəmiyyətdə birmənalı qarşılanmaması səbəbindən) onda onun üçün həyat ikiqat çətindir. Fəqumə xanımın peşəkar aktyorluq təhsili yoxdur. O, 15 yaşından Ağdam teatrına gəlib. Bu teatrda Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesinin tamaşasını görüb. Tamaşanın ona emosional təsir gücü olduğundan taleyini teatra bağlayıb. Fəqumə xanımın aktrisa kimi manerası, ritorikası aktyorluq məktəbimizin ənənəsindən kənara çıxmır. Amma məsələ bunda deyil. Həyatı ilə tanış olduqca mənim üçün peşəsi arxa plana keçdi, o, şəxsiyyət kimi böyüdü. Müharibə başlayanda Fəqumə xanım qaçqın düşüb, uzun müddət vaqonda yaşayıb. Beş, körpə uşaqla təkbaşına. Özünüz təsəvvür edin, müharibə illəri, iqtisadi-sosial böhran, qaçqınlıq, tutunacaq nəsə yox, yay-qış vaqonda... Gənc qadın tək körpələrini yaşatmaq, həyatda qalmaq üçün mübarizə aparmalıdır. Demək olar ki, bütün günü işləyib, vağzallarda köşklərdə su, kakao satıb, ağır işlərdən yapışıb. Mümkün olan və olmayan hər şeyi eləyib... Fəquma xanım bunları bizə qəhrəmanlıq, fədakarlıq kimi yox, sadəcə, keçmişdə olmuş adi bir əhvalat kimi danışırdı. Artıq uşaqları böyüyüb, ailə qurub və gedib. O, Ağdamın Ayaq Qərvənt qəsəbəsində (sonradan salınıb) tək yaşayır. Yaşadığı ev sərhədə nisbətən yaxın ərazidə yerləşir.
Aprel döyüşlərində bəzi ailələr qəsəbəni tərk edəndə o, getməyib. “Siz niyə getmədiniz? Bakıda da övladlarınız yaşayır, onlara gedə bilərdiniz”. O, sualımdan təəccüblənir (və mən sualımın yersiz olduğunu anlayıram), çiyinlərini çəkir: “Niyə gedim ki, elə şeylər görmüşəm. Bu nədir ki...” Mənə elə gəldi ki, Fəqumə xanım qorxu hissini elə müharibə illərində, sağ qalmaq üçün mübarizədə apardığı dövrdə həmişəlik itirib. ...Yaşadığı qəsəbəyə avtobus işləmir, o, həftənin altı günü, yağışda, palçıqda teatra yolu piyada gedir. Mərkəzi yola çatanda da avtobus ola, ya olmaya. Maşınla təxminən bir saatlıq yolda o, piyada üç-dörd saatını itirir. Amma Fəqumə xanımın dilindən bir dəfə də olsun giley, bunun sənət naminə qurbanvermə olduğunu eşitmədim. Əksinə, onun həyat dolu olmasına heyrətlənirəm. O, soyuq evində məşq də edir, həyat-bacaya əl də yetirir, gül-çiçək, meyvə ağacları becərir. Demək istəmirəm ki, biz belə şərtlərdə yaşamağı norma kimi qəbul etməliyik, sosial həyatımızı yaxşılığa doğru dəyişməkdən ötrü nəsə etməməliyik. Əksinə, hər bir insan normal şərtlərdə yaşamalıdır. Bu vəziyyətdə məni məsələnin başqa tərəfi sarsıdır. Heç nəyə baxmayaraq qadının daxili gücü, iradəsi, ruhdan düşməməsi. Bu gün 8 Martdır... 8 Martdan danışanda qadının təhsilli olmasının vacibliyini önə çəkirik. Təhsil əlbəttə ki, vacibdir. Amma təkcə təhsilmi? Son 20 ildə keyfiyyətli təhsil alan adamların mənəvi dəyərlərinin laxlandığını, pis mənada fürsətcilliyinin şahidi olduq. Sağlam cəmiyyətin özəyi təkcə təhsili qadında (bayramdan dolayı qadını vurğulayıram) yox, bəlkə daha çox mənəvi dəyərlərin möhkəmliyindədir. Fəqumə xanımın ali təhsili yoxdur. Və hələ də bizdə işıqlı, sağlam nəsə qalıbsa, həm də Fəqumə xanım kimi mənəviyyatı güclü, təmiz qadınlara borcluyuq. \\KULİS.AZ\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
|