İddia: Qorxmaz Hüseynov nurçularla birləşib fəhlələrə "atır"... - "Balaxanı" Su Anbarları Kompleksinin tikintisində çalışan fəhlələrin maaşını kim verməlidir?
Tarix: 6-03-2015, 09:37 | Çap et
DİA.AZ: - Abşeron yarımadasındakı yüksəkliklərdən birində uzun illərdi ki, tikilən "Balaxanı" Su Anbarları Kompleksində problemlər heç bitib-tükənmir. Redaksiyamıza daxil olan məlumatda bu mühüm dövlət obyektində çalışan fəhlələrin əməkhaqqının artıq bir neçə aydır ki, verilməməsi səbəbindən ciddi narazılıq yarandığı bildirilir. Yadınızdadırsa, hələ bir neçə il öncə dövlət başçısı Balaxanı bərk məişət tullantıları zavodunun açılışında "Balaxanı" kompleksinin qısa zamanda hazır olacağı anonsunu vermişdi.Lakin, Paytaxt və ətraf qəsəbələrdə yaşayan təxminən, 1 milyon insanın içməli su probleminin həllinə yönəldilmiş bu mühüm layihə hələ də reallaşmayıb.
Bu "uzunömürlü" tikintinin xronologiyasına nəzər salaq. 2011-ci ilin dekabrında təməli qoyulan və 2013-cü ilin iyul ayında təhvil verilməli olan "Balaxanı" Su Anbarları Kompleksində işlər maliyyə problemləri üzündən bir müddət dayandırılmışdı. Baxmayaraq ki, "Azərsu" ASC rəsmiləri bəyan etmişdilər ki, obyekt 2013-cü ilin sonlarınadək təhvil veriləcək. Lakin kompleksdə bir il ərzində tikinti işləri demək olar ki, aparılmırdı. Buna səbəb kimi tikintiyə ayrılan təxminən milyonlarla manat vəsaitin mənimsənilməsi göstərilirdi. Əslində isə, bu məbləğin "Azərsu" ASC tərəfindən bir neçə banka faizə verildiyi deyilirdi. Nəhayət, ötən ilin ortalarından başlayaraq tikintidə yenidən canlanma müşahidə edildi. Podratçı təşkilat olan "Hidro-İnşaat Servis" MMC-nin rəhbərləri yenidən təcili qaydada tikintiyə işçi qüvvəsi cəlb etdilər.Tikinti işləri hazırda əsasən bir neçə sahə üzrə aparılır. Yəni nəzərdə tutlan 8 anbarın tikintisi ilə yanaşı, su kəmərlərinin də çəkilişi davam etdirilir. Təəssüf ki, nə tikintinin sürəti, nə də əməkhaqqı ödənişlərində yaranan problemlər vəziyyətin yaxın zamanlarda düzələcəyini vəd etmir. Əldə etdiyimiz məlumata görə, ötən il dekabrın ortalarından bəri tikintidə çalışan fəhlələrə və mühəndis-texniki işçilərə rəsmi olaraq bir qəpik də olsun əməkhaqqı verilməyib. Bu barədə "Azərsu" ASC-dəki məlumatlı mənbə DİA.AZ-a bildirdi ki, artıq bu səbəbdən tikintidə fəhlələrin bir hissəsi dağılışıb. Qalan fəhlələrin də işləməkdən imtina edəcəyindən ehtiyat edən podratçı təçkilatın rəhbərliyi əl-ayağa düşüb, təcili qaydada kiçik miqdarda qeyri-rəsmi "avans" ödəməli olub. Lakin böyük əksəriyyəti kirayədə yaşayan fəhlələrin bu məbləğin artırılması ilə bağlı tələbi hələ ki, yerinə yetirilməyib. Çıxılmaz vəsiyyətdə qalan "Hidro-İnşaat Servis" MMC-nin nümayəndələri mart ayının ortalarınadək əməkhaqqı probleminin tamamilə həll ediləcəyini artıq neçənci dəfədir ki, vəd ediblər. diaaz.space bildirir ki, "Balaxanı" Su Anbarları Kompleksinin tikintisi "Hidro-İnşaat Servis" MMC tərəfindən aparılır. 2011-ci ilin aprelində "qaçaraq" təşkil edilmiş şirkətin təsisçisi, Qorxmaz Hüseynovun qaynı Namiq Cəbrayılov, qanuni təmsilçisi isə Yavər Mereyevdir. Maraqlıdır ki, bu təcili təsisatlardan dərhal sonra, Nazirlər Kabinetinin mühüm bir qərarı qüvvəyə minib. Söhbət paytaxtın və regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən lahiyələrin reallaşması üçün sifarişçi təşkilatlara layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə imzalamaq səlahyyətinin verilməsindən gedir. Belə ki, "Azərsu" ASC Nazirlər Kabinetinə müraciət edərək Bakı şəhərinin və respublikanın regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar AR NK-nin 2011-ci il 16 iyun tarixli 156 s nömrəli sərəncamı ilə "Azərsu" ASC-nin nizamnamə kapitalının artırılması üçün ayrılan 100 milyon manat və 2011-ci ilin 10 avqust tarixli 239s nömrəli sərəncamının 2 nömrəli əlavəsində göstərilən obyektlər üzrə ayrılan 18 milyon 380 min manat məbləğində yerinə yetiriləcək işlərin birbaşa müqavilə əsasında icra edilməsinə icazə istəyib. Nazirlər Kabineti bu müraciətə baxıb və 2011-ci il üçün nəzərdə tutulmuş tikinti proqramının vacibliyini nəzərə alaraq müstəsna hal kimi bu işlərlə müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamasına sifarişçi təşkilatlara 22 avqust 2011-ci il tarixli 253s nömrəli qərarla icazə verib. Qərardan açıq-aydın göründüyü kimi, söhbət heç bir halda yeni təsis edilmiş şirkətlərdən getmir. Lakin "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov öz yaxın qohumlarının adına yeni təsis etdirdiyi şirkətlərlə işbirliyi qurmağa üstünlük verib. Düzdür, görüntü xatirinə bu işbirliyinin "gözünə" bir neçə xarici, o cümlədən türk şirkəti də qatılıb. Lakin elə bu günün özündə də "Azərsu" ASC-nin həyata keçirdiyi çoxmilyonluq infrastruktur layihələrini əsasən "Hidro-İnşaat Servis" MMC və "Hidro-Lotus" MMC gerçəkləşdirir. "Balaxanı" Su Anbarları Kompleksinin tikintisində baş verən biabırçılıqlara da elə bu "işbirliyinin" məntiqi nəticəsi kimi baxmaq lazımdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni ili qızı ilə keçirməyə gedirmiş - FOTO
Bu gün, 07:23 |
|
|
|
• Paşinyanın yeni “sülh” oyunu: “Azərbaycanın şərtlərinə...” - GƏLİŞMƏ
Bu gün, 07:13 |
|
|
|
• İnvestisiya Holdinqinin rəhbəri “Yeni stansiya tikiləcək” deyir, Metropoliten rəsmisi “Tikilməyəcək” - MÜƏMMA...
Bu gün, 07:11 |
|
|
|
• Tramp da işğala “başlayır”: 5 ölkə hədəfdə - ARAŞDIRMA
Bu gün, 07:08 |
|
|
|
• Zaminlik elə kredit götürmək kimi bir şeydir... - ODUR Kİ...
Bu gün, 06:53 |
|
|
|
• Qlobal savaş astanasında: Rusiya - NATO müharibəsi ehtimalı artıb - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• Culfa sakini haqsızlıqla ÜZ-ÜZƏ... - dalağı çıxarılan oğlunun...
Bu gün, 06:45 |
|
|
|
• Göygölün icra başçısı narazılıq yaratdı - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
• Bu gün konserti var idi, amma...
Bu gün, 06:27 |
|
|
|
• Kritik qərar: Ordu çevrilişə hazır vəziyyətə gətirilir – Tapşırıq bu ünvandan verilib
Bu gün, 06:25 |
|
|
|
• "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO
Bu gün, 06:21 |
|
|
|
• Qəzaya düşən təyyarədən xilas olan bələdçi ailəsi ilə DANIŞDI - VİDEO
Bu gün, 06:18 |
|
|
|
• Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı? - Yerində göstərilən reaksiya
Bu gün, 00:22 |
|
|
|
• Bu gün Azərbaycanda matəm günüdür - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 00:18 |
|
|
|
• "Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi
Dünən, 23:20 |
|
|
|
• AZAL və FHN birgə MƏLUMAT YAYDI - ekipaj üzvlərinin cənazələri...
Dünən, 23:10 |
|
|
|
• Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:51 |
|
|
|
• Təyyarəmizdə bu nə dəliklərdir? - Qazaxıstan rəsmisinin cavabı
Dünən, 21:46 |
|
|
|
• Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb - 23 vətəndaşımız ölüb
Dünən, 21:43 |
|
|
|
• “Hələ müəyyən edə bilməyiblər” - Stüardessanın qardaşı danışdı
Dünən, 21:08 |
|
|
|
• Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb - Nəqliyyat naziri
Dünən, 21:03 |
|
|
|
• ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Dünən, 19:32 |
|
|
|
• Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 19:09 |
|
|
|
• Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Dünən, 19:00 |
|
|
|
• 4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Dünən, 18:58 |
|
|
|
• Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Dünən, 18:16 |
|
|
|
• Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Dünən, 18:04 |
|
|
|
• “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Dünən, 17:52 |
|
|
|
• Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Dünən, 17:41 |
|
|
|
• AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Dünən, 17:31 |
|
|
|
• “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Dünən, 17:21 |
|
|
|
• Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
• Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Dünən, 17:13 |
|
|
|
• "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Dünən, 17:06 |
|
|
|
• Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Dünən, 17:02 |
|
|
|
• Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Dünən, 16:57 |
|
|
|
• “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Dünən, 16:46 |
|
|
|
• Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Dünən, 16:43 |
|
|
|
• Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Dünən, 16:40 |
|
|
|
• Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Dünən, 16:37 |
|
|
|
• Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Dünən, 16:33 |
|
|
|
• Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Dünən, 16:30 |
|
|
|
• “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Dünən, 16:27 |
|
|
|
• Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Dünən, 16:22 |
|
|
|
• Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Dünən, 16:20 |
|
|
|
• Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Dünən, 16:01 |
|
|
|
• Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:59 |
|
|
|
• Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Dünən, 15:57 |
|
|
|
• Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Dünən, 15:55 |
|
|
|
|