Qaradağ daş karxanasında torpaq uğrunda BÖYÜK MÜBARİZƏ - «Firuzə» saxta sübutlarla məhkəmələri necə aldadır?
Tarix: 4-12-2014, 09:56 | Çap et
«İşi daşdan çıxan» adamların münasibətləri, işgüzar qaydaları da «daşlığa» yönəltməsi vəziyyəti daha da çətinləsdirir. Özünü güclü bilib, suçlu olduğu halda «haqlı» görünməyə çalısanlarla münasibətləri aydınlaşdırmaq həmişə çətinlik yaradır. Çünki hər kəs öz içində nə qədər haqlı, nə qədər haqsız olduğunu bilir. Yeri gələndə, öz daxilində, vicdanı qarşisında arabir hesabat verəndə etiraf etdiyi məqamlar da olmalıdır. Belədə münasibətlərin aydınlaşdırılması, obyektiv və ya subyektiv səbəblərdən yaranmış problemin həlli yolunu tapmaq asan olur. Ancaq yalnız birtərəfli, inkarçı mövqe tutmaqla sonunda obyektiv nəticəyə gəlindiyini görməmişik. Bu fikirləri Analitik.az-a söhbətində hüquqşünas Natiq Abdullayev bildirir. Haqqında söhbət açacağımız mülki mübahisənin tərəflərindən birini təmsil edən hüquqşünasın şərhinə az sonra qayıdacağıq. Hələlik isə bu mövzuya nə üçün toxunduğumuzu izah edək. Haqqın.az saytında «Hakimlər və prokurorlar dəstəsi qadını təngə gətirir» başlıqlı yazıda «Firuzə» firmasının direktoru Firuzə Yusifovanın dedikləri diqqəti cəlb edir. Onun dediklərindən belə çixir ki, uzun müddət sahibkarlıq fəaliyyəti ilə məsgul olan «Firuzə» firmasının üzərinə müxtəlif hüquqi və fiziki şəxslər «səlib yürüşünə» çıxıblar və məhkəmələr də qərəzli şəkildə firmaya qarşi qanunsuz qərarlar qəbul edir. F.Yusifovanın mülahizələrinə görə, hüquqi dövlət olan Azərbaycanda istənilən şəxs digərinin sahibkarlıq fəaliyyətinə asanlıqla müdaxilə edir. Bir sözlə, hər kəs haqsızdır, bircə «Firuzə» firması haqsızlığa məruz qalan tərəf... Adətən, məhkəmə çəkismələrində bu cür mülahizələrin, iddiaların olması təbiidir. Çəkisən tərəflər həmişə biri-digərini ittiham edir, hər kəs özünün haqlı olduğunu sübut etməyə çalisir. Yeri gələrsə, hətta, mülki işin tərəfləri öz haqsızlığına «haqq donu» geyindirmək üçün yalan məlumatları verməyi özlərinə rəva bilirlər. Bu, mülki çəkismədə qadağan olunmayan davranışdır. Çünki mülki çəkismədə iddiasını sübut etmək hər tərəfin öz vəzifəsidir, məhkəmə isə yalnız tərəflərin təqdim etdiyi sübutları qanunauyğun qiymətləndirərək son qərarını verir. Bu mənada, məhkəmə çəkisməsində olan tərəfin birinin dediyinin, yazdığının mütləq həqiqət olduğunu qəbul etmək yanlış nəticələrə apara bilər. Hələ məhkəmədə baxılmamış və yekun qərar verilməmiş işlə bağlı olan məsələyə dair isə birtərəfli fikir elə birtərəfli olaraq da qalar. İş məhkəmədədir, bununla hüquqşünaslar məsgul olur Ancaq «Firuzə» firmasının ittihamları çox ciddidir. O, sanki «NFT» MMC ilə məhkəmə çəkisməsini udduqdan sonra digər bir müəssisə – «Karvansaray» MMC ilə məhkəmə çəkisməsinə düşüb. Onun dediyindən belə çixir ki, Qaradağ daş karxanasının təbii ehtiyatları bitənə qədər belə mübahisələr davam edəcək. Mövzunun məhkəmə çəkisməsi ilə bağlı olduğunu nəzərə alaraq araşdırma apardıq. Yuxarıda qeyd etdiyimiz kimi, bir tərəfin fikri elə həmin o tərəfin mövqeyidir. Məhkəmə isə birtərəfli olmur, ən azı ikinci tərəf də olmalıdır ki, çəkismə baş tutsun. Hazırda «Karvansaray» MMC-nin tərəfindən hədəfə alındığını deyən F.Yusifovanın ittihamlarına münasibət bildirmək üçün bu müəssisənin direktoru Fuad Əhmədova müraciət etdik. «Firuzə»nin adını eşitdikdə, o, məhkəmədə olan işlə bağlı danışmaq istəmədiyini bildirdi: “Bu iş məhkəmədədir, bununla hüquqşünaslar məsgul olur.” Aydındır, deməli, hüquqşünaslarla danışmaq lazımdır. Yaxşi ki, iş adamlarından fərqli olaraq, hüquqşünaslar mətbuatın sorğularına daha həssas yanaşmanın vacibliyini anlayırlar. «Karvansaray» MMC-ni məhkəmədə təmsil edən nümayəndə, hüquqşünas Natiq Abdullayevi mətbuatdan tanımağımız da işin araşdırılmasına kömək etdi. N.Abdullayev işin məhkəmədə olduğunu bildirərək, bu barədə danışmağın hələ tez olduğunu deyir. Ancaq «Firuzə»yə qarşi «NFT» MMC-dən sonra «Karvansaray» MMC-nin hücum çəkməsi fikrini də qətiyyən qəbul etmədiyini bildirdi. Elə isə... Bəs «Karvansaray»ın adı bu çəkismələrdə niyə hallanır? «Firuzə» durduğu yerdə özünə «ikinci cəbhə» açmazdı ki? Yəqin, onun hüquqları pozulub ki, ünvaniniza ittihamlar irəli sürülür. Hüquqşünas bu ittihamlara aydınlıq gətirməyə razılaşir. Beləliklə, «Firuzə»nin ittihamlarına «Karvansaray» MMC-nin nümayəndəsi cavab verir. Hüquqşünas deyir ki, məhkəmə müstəvisində araşdırılan işə dair subeyktiv mülahizələrlə yox, sənədlərlə danışmaq lazımdır: «Gəlin sənədlərin dili ilə, hüquq müstəvisində danışaq. Təmsil etdiyim «Karvansaray» MMC 15 oktyabr 2004-cü ildə hüquqi qeydiyyata alınaraq fəaliyyət göstərir. Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyəti başçisının 558a saylı 3 noyabr 2008-ci il tarixli sərəncamı ilə «Karvansaray» MMC-ə yer təkinin istismarına razılıq verilib. Həmin sərəncama əsasən daş karxanasının ərazisində 3 ha torpaq sahəsinin istismar edilməsi üçün Qaradağ rayon İH-dən eskiz layihə, həmin işlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyindən 5 il müddətinə lisenziya alınıb. Cəmiyyətə ayrılan torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəcəkmə Komitəsi tərəfindən «torpaq sahəsinin planı və ölçüsü» təsdiq edilib.» Bəs «Firuzə» firması ilə «Karvansaray» MMC-nin bölə bilmədiyi torpaq sahəsi varmı? Məlum olur ki, var. «Karvansaray» MMC iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə müraciət edərək iddia edir ki, ona məxsus torpaq sahəsinin sol qonşuluğunda yerləsən «Firuzə» firması torpaq sahəsinə 60 metr girərək, MMC-nin 4500 kv.m ərazisini zəbt edib və orada yerin təkindən öz xeyrinə istifadə edir. «Firuzə» firmasının iddiasına görə isə, ona Qaradağ daş karxanası ərazisində 64,5 hektar torpaq sahəsi məxsusdur və o, özünə məxsus sahədən istifadə edir. Yeri gəlmişkən, «NFT» MMC ilə «Firuzə» firması arasındakı mübahisədə, məhkəmələrin yekdil fikrə gələ bilmədiyi məqam məhz «Firuzə»nin 64,5 ha torpaq sahəsinə malik olub-olmamasıdır. Lakin «Karvansaray» MMC-nin nümayəndəsi hesab edir ki, məhz «Firuzə» tərəfindən sənədlər, faktlar təhrif edilib, əslində həmin prosesdə üzə çixarilmayan sənədlər «Firuzə»nin cəmi 2 ha torpaq sahəsi olduğunu sübut edir. «Biz yalnız sənədlərin dili ilə danışmağın tərəfdarıyıq» - deyə, hüquqşünas davam edir: «1997-ci ilədək indi mübahisələndirilən ərazidə dövlət müəssisəsi olan «Karvansaray» Mexanikləsdirilmiş Daş Karxanası (MDK) fəaliyyət göstərib. 03 dekabr 1991-ci ildə bu Daş Karxanasına mişar daşinın istehsalı üçün 64,5 ha sahə ayrılıb. 11 avqust 1997-ci ildə isə «Karvansaray» MDK o vaxtkı Dövlət Əmlak Komitəsi tərəfindən özəlləsdirilərək auksion yolu ilə müəssisənin əmək kollektivinə satılıb. O vaxt əmək kollektivi üzvləri sırasında «Karvansaray» MDK-nın mühasibi Yusifova Firuzə Əlimərdanovna da olub. Özəlləsdirilən müəssisənin əmək kollektivi onun bazasında «Firuzə» firmasını təsis edib, ilk direktoru isə əmək kollektivinin üzvü olan Eyniyev Sarıbala Ağabəy oğlu seçilib. Beləliklə, sənədlərə görə, «Firuzə» firması «Karvansaray» MDK-nın hüquqi varisidir. 21.12.1998-ci ildə «Firuzə» firmasının direktoru S.A.Eyniyev o vaxtkı aidiyyəti qurum olan AR Dövlət Sənaye İşlərinin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-mədən Nəzarəti Komitəsinə məktubla müraciət edərək, əvvəlki 64,5 ha torpaq sahəsini istismar etmək iqtidarında olmadığını bildirərək, firmaya yalnız 2 (iki) ha sahənin ayrılmasını xahiş edib. Beləliklə, hələ 21.12.1998-ci ildə «Firuzə» firması varisi olduğu «Karvansaray» KDM-ə məxsus olmuş 64,5 ha sahədən İMTİNA EDİB» (Ərizənin surəti əlavə olunur). Bunun nəticəsində 22.12.1998-ci il tarixli adıçəkiən səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş «Dağ-mədən ayırması» Aktına əsasən «Firuzə» firmasına Qaradağ rayonundakı karxana ərazisindən cəmi 2 (iki) ha sahə ayrılıb (Akt və eskiz-plan əlavə olunur). Beləliklə, məhkəmədə araşdırılan iş materialarında keçmiş «Karvansaray» MDK-nın istifadəsində olmuş 64,5 ha torpaq sahəsinin «Firuzə» firmasının mülkiyyətinə (və yaxud istifadəsinə) keçməsini təsdiqləyən HƏR HANSI HÜQUQ MÜƏYYƏNEDİCİ SƏNƏD YOXDUR. Təəssüf ki, «NFT» MMC ilə «Firuzə» firması arasında olan məhkəmə işində bu fakta ümumiyyətlə, toxunulmayıb və məhkəmələr tərəfindən işin bu halı araşdırılmayıb. «Karvansaray» MMC ilə «Firuzə» firması arasında olan məhkəmə işində də birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən bu faktlar araşdırılmayıb və nəzərə alınmayıb. Məhz Ali Məhkəmənin iş üzrə 02 oktyabr 2010-cu il tarixli qərarında «Firuzə» firmasının yalnız 2 (iki) ha torpaq sahəsinə malik olduğuna dair sənədlər qiymətləndirilərək, «Karvansaray» MMC-nin kassasiya şikayəti təmin olunub.
İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Lakin təssüf ki, «Firuzə» firması aramızdakı mübahisənin qanuni və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən işin bu halı ilə barışmaq istəmir və mətbuatda da yanlış informasiya yaymaqla diqqəti əsas məqamlardan yayındırır. Əsas məqamlar həm də ondan ibarətdir ki, «Firuzə» firması uzun illərdir «Karvansaray» MDK-nın hüquqi varisi olduğunu əsas gətirərək, guya, ləgv edilmş müəssisəyə məxsus olmuş 64,5 ha torpaq sahəsinin onun istifadəsinə keçdiyini iddia edir. Lakin bu cür iddialar sözlə deyil, hüquqi sənədlərlə, qüvvədə olan qanunvericiliyə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.5-ci maddəsinin tələbinə əsasən, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təskilatıi-hüquqi formanın dəyişməsi) yenidən təskil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Yəni, bu, o deməkdir ki, «Karvansaray» MDK-nın «Firuzə» firmasına çevrilməsi zamanı birincinin hüquq və vəzifələri, hər cür əmlakı ikinciyə təhvil aktı ilə keçməli idi. İşdə belə bir akt da yoxdur. İşdə olan sənədlərlə «Karvansaray» MDK-nın özəlləsdirilməsi zamanı (08.08.1997-ci il tarixli auksion protokolu, 11.08.1997-ci il tarixli müəssisənin alqı-satqı müqaviləsi, 12.08.1997-ci il tarixli Şəhadətnamə və s.) yalnız «Karvansaray» MDK adlı müəssisənin alqı-satqısı təsdiq olunur, müəssisənin əmlakı, o cümlədən, torpaq sahəsinə dair hər hansı sərəncam verilməsi faktı müəyyən edilmir. Əksinə, «Firuzə» firmasının «Karvansaray» MDK-ya məxsus olmuş 64,5 ha torpaq sahəsindən rəsmən imtina məktubu, bu imtinanın dövlət orqanı tərəfindən qəbul olunması nəticəsində «Firuzə» firmasına cəmi 2 (iki) ha torpaq sahəsinin ayrılmasına dair rəsmi sənədlər var.» 2 hektar torpaq sahəsi necə 64,5 hektar oldu? Bəs axı «Firuzə» iddia edir ki, «NFT» MMC ilə aralarında olan mübahisə üzrə məhkəmə qərarlarında bu firmanın 64,5 ha torpaq sahəsinə sahib olduğu müəyyən edilib. Bu halda belə çixmirmi ki,«Karvansaray» MMC «Firuzə»nin ərazisinə girib? Hüquqşünas bu iddia ilə də razılaşmır: «Əvvəla, «NFT» ilə «Firuzə» arasında müəyyən olunan hər hansı halın «Karvansaray» MMC ilə bu firma arasındakı məhkəmə mübahisəsinə tətbiq olunması qanunda nəzərdə tutulmayıb. «Firuzə»nin bu iddiası yenə də hüquqdan, qanundan kənar mülahizənin məhsulu kimi qiymətləndirilməlidir. İkincisi, hətta, o iş üzrə məhkəmə sənədlərində, xüsusən, Ali Məhkəmənin (Ş.Hidayevin sədrliyi ilə qəbul edilmiş) qərarında «Firuzə»nin 64,5 ha torpaq sahəsinə malik olması halı müəyyən edilmədiyi qeyd olunub. Onu da xüsusilə qeyd etməliyik ki, «Firuzə» «NFT» MMC ilə çəkisməsində yuxarıda qeyd etdiyimiz imtina məktubunu, 2 ha torpaq sahəsinə malik olduğunu təsdiqləyən sənədləri təqdim etmək əvəzinə, bilə-bilə işin hallarını təhrif edərək, 1991-ci ildə «Karvansaray» MDK-a 64,5 ha torpaq sahəsinin ayrılmasına dair sənədləri təqdim edib. Bununla da «Firuzə» faktiki olaraq hüquqi qüvvəsi olmayan (buna «saxta sübutlar» da demək olar) sənədlər əsasında məhkəmə qərarlarının çixarilmasina nail olub. Bizdə olan məlumata görə, hazırda «NFT» MMC də «Firuzə»nin cəmi 2 ha torpaq sahəsinə malik olmasına dair sənədləri əldə edərək yeni açılmış hallarla bağlı Ali Məhkəmənin Plenumuna müraciət üçün müvafiq prosedurları həyata keçirir.
Ümumiyyətlə isə, qeyd edim ki, 11 avqust 1997-ci ilədək – yəni, «Karvansaray» MDK özəlləsdirilənədək ona məxsus olmuş 64,5 ha torpaq sahəsində hazırda bu iki müəssisədən başqa 5 fərqli hüquqi şəxs fəaliyyətdədir, bu sahədən istifadə edirlər. Həm «Karvansaray» MMC, həm «Firuzə», həm də digər 5 hüquqi şəxs həmin o 64,5 ha torpaq sahəsində fəaliyyət göstərirlər. Bunu səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş və məhkəmə işinə əlavə olunmuş rəsmi sənədlər təsdiq edir». Hüquqşünas onu da qeyd etdi ki, son vaxtlara, yəni, məhkəmədə mübahisə yarandığı dövrə qədər, «Firuzə» firması nəinki bu hüquqi şəxslərə, o cümlədən, «Karvansaray» MMC-ə qarşi heç bir tələb, iddia irəli sürməyib, əksinə, öz fəaliyyətinə dair müxtəlif dövlət orqanlarına təqdim etdiyi hesabat-məlumatlarda özünün cəmi 2 (iki) ha torpaq sahəsindən istifadə etdiyini bəyan edib. Bəzi sənədlərdə isə «Firuzə» firmasının 4 ha torpaq sahəsindən istifadə etdiyi qeyd olunur. Bunlar hamısı firmanın özü tərəfindən tərtib edilərək dövlət orqanlarına təqdim edilib. Məsələn, «Firuzə» firması fəaliyyəti dövründə vergi orqanlarına hesabatında 64,5 ha deyil, yalnız 2 ha torpaq sahəsinə sahib olmasına dair hesabat verib. O cümlədən, digər dövlət orqanlarına hesabatlarda, rəsmi sənədlərdə bu, əksini tapıb: «Bu gün «Firuzə» firmasından soruşmaq lazımdır ki, mülkiyyətində və ya istifadəsində 64,5 ha torpaq sahəsi olmasına dair hansısa səlahiyyətli orqandan rəsmi sənədə malikdirmi? Sual olunur ki, 1997-ci ildən indiyədək «Firuzə» firması dövlət orqanlarına hesabatlarında niyə 2 (və ya 4) ha torpaq sahəsinə malik olduğunu qeyd edirdi? Bu, vergilərdən yayınma, qanunsuz sahibkarlıq fəaliyyətinə cəhd idi, yoxsa həqiqət budur ki, «Firuzə»nin istifadəsində cəmi 2 (iki) ha torpaq sahəsi var? Hələ biz onu demirik ki, bildiyimizə görə, «Firuzə» firması həmin 2 ha torpaq sahəsini də başqalarına (buna hüququ olmadan) faktiki olaraq «satıb». Hazırda digər 5 hüquqi şəxsə, o cümlədən, «Karvansaray» MMC-ə məxsus torpaq sahəsində qanunsuz daş kəsilməsi ilə məsgul olur. Əlbəttə, bu sualların sayını artırmaq da olar. Ancaq hesab edirik ki, biz mətbuat səhifələrində deyil, rəsmi məhkəmə prosesində çəkisməliyik.» Məhkəmə işində Siz deyən sənədlər olduğu halda, bəs «Firuzə»nin ona qarşi qərəzli, qanunsuz qərarlar çıxarilmasında məhkəmələri, digər şəxsləri ittiham etməsinin səbəbi nədir? Həm də axı hələ iş məhkəmədə araşdırılır, yekun qərar yoxdur? Hüuqşünasın bu suallara cavabı belə oldu: «Mən də hesab edirəm ki, işin məhkəmədə araşdırılması zamanı bu cür müzakirələr məqsədəuyğun deyil. Bəlkə də «Firuzə» firmasının rəhbərliyi bu vasitələrlə məhkəməyə təzyiq göstərmək niyyətindədir. Əslində, onların çixislari məhkəməyə təzyiq cəhdidir. Maraqlıdır, həm əlində hüquqmüəyyənedici sənədlərin, sübutların olmaya, faktları, sənədləri, işin hallarını təhrif edəsən, həm də məhkəməyə təzyiq etməyə çalisasan. Bu, sivil çəkismə üsulu deyil və heç arzu etməzdik ki, bundan artıq müzakirələr aparaq. Qarşida məhkəmə prosesləri var. Hər kəs öz mövqeyini məhkəmə iclasında ortaya qoysa, yaxşidır. Ümid edirik ki, məhkəmələr hay-küylü ittihamları, qurama iddiaları deyil, sənədlərə, faktlara əsasən sübutları qəbul edərək qanunauyğun qiymətləndirəcək. Bundan sonra «Firuzə»nin məhkəmələri aldatmasına yol verilməyəcək» - deyə, N.Abdullayev bildirir.
Biz də hesab edirik ki, son söz məhkəmənindir. Həm də bunu kimin deməsindən asılı omayaraq, QANUN tələb edir!.. Qanun isə məhkəmə mübahisəsində daşdan da keçərlidir, təki onu düzgün qiymətləndirib, düzgün tətbiq etsinlər…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50 |
|
|
|
• BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48 |
|
|
|
• FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37 |
|
|
|
• "Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25 |
|
|
|
• Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24 |
|
|
|
• Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07 |
|
|
|
• Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01 |
|
|
|
• "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56 |
|
|
|
• Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51 |
|
|
|
• Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48 |
|
|
|
• Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36 |
|
|
|
• İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22 |
|
|
|
• Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14 |
|
|
|
• İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11 |
|
|
|
• DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24 |
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58 |
|
|
|
• Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00 |
|
|
|
• "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58 |
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04 |
|
|
|
• Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02 |
|
|
|
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56 |
|
|
|
• Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54 |
|
|
|
• 1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46 |
|
|
|
• Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40 |
|
|
|
• Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29 |
|
|
|
• Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25 |
|
|
|
• Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00 |
|
|
|
• Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Dünən, 15:55 |
|
|
|
• Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Dünən, 15:52 |
|
|
|
• General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Dünən, 15:51 |
|
|
|
• Ramil Usubovun ailəsində xoş gün
Dünən, 15:49 |
|
|
|
• Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Dünən, 15:46 |
|
|
|
• “Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Dünən, 15:44 |
|
|
|
• “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Dünən, 15:42 |
|
|
|
• Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Dünən, 15:40 |
|
|
|
• “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Dünən, 15:36 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Dünən, 15:19 |
|
|
|
• Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Dünən, 15:18 |
|
|
|
• Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Dünən, 15:14 |
|
|
|
|