5 dəqiqəyə 20 minin xərclənməsi... .....                     Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... .....                     Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir” .....                     Minimum əməkhaqqı ARTIRILDI .....                     Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? .....                     "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib .....                     “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” .....                     Bundan sonra utanıb siçan deşiyinə girsinlər .....                     Fransanın yerini hansı dövlət tutub? .....                     Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? .....                     Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb .....                     Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri .....                     Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... .....                     1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı .....                     Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam .....                     Xaos davam edir: .....                     Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı .....                     Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? .....                     Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI .....                     Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib .....                     General bu xanımı idarə rəisi təyin etdi .....                     Ramil Usubovun ailəsində xoş gün .....                     Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR .....                     “Mənə pul xərcləyən adamı tapsanız...” .....                     “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” .....                     Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib .....                     “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” .....                     Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb .....                     Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ .....                     Ət kağız üstündə artır, bəs bazarda? .....                     İsrail Pezeşkianın istefasını gözləyir .....                     Ən çox sığorta haqqı toplayan .....                     Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları .....                     Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri .....                     Yeni il şənliyi bizə neçəyə başa gələcək? .....                     Tiktokerlərə hansı cəza verilə bilər? .....                     Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq .....                     Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir .....                     "Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq .....                     Professordan tiktokerlərin həbsinə reaksiya: .....                 

Daha bir inşaat firması fırıldaqda ittiham olunur - "Körpü-Bina-Tikinti"yə qarşı iddialar - maxinasiya...
Tarix: 7-10-2014, 12:03 | Çap et
Daha bir inşaat firması fırıldaqda ittiham olunur - "Körpü-Bina-Tikinti"yə qarşı iddialar
Bir sıra qurum və təşkilatlar tərəfindən şübhəli maliyyə əməliyyatlarının aparılması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində dərc olunan materiallarda "Körpü-Bina-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətin adı xüsusi olaraq vurğulanır. 2001-ci ildə təsis edilən, sonradan isə fəaliyyətini daha da genişləndirərək nəzdində "Asfalt zavodu", "Balka sexi", "Beton zavodu", "Çınqıl karxanası", "Beton boru zavodu", "Körpü istehsalat zavodu" və "Beton qovşaqları" kimi istehsalat müəssisələri fəaliyyət göstərən sözügedən MMC paytaxtın əksər yerlərində salınan körpülərin, yeraltı və yerüstü keçidlərin tikinti işlərini həyata keçirir. 13 il ərzində aylıq qazanclarını hansısa yollarla artıran şirkətin adı bir sıra xoşagəlməz məsələlərdə vurğulanır.

Məsələn, hələ bir neçə il əvvəl "Körpu Bina Tikinti" MMC Ziya Bünyadov prospekti ilə Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki yol qovşağının tikintisini reallaşdırmışdı. Müvafiq hesabatlarda qeyd olunurdu ki, bu məqsədlər üçün 125 milyon manat vəsait xərclənib. Lakin 2007-ci ildə həmin şirkət elə həmin rayonda yol qovşağını 32 milyon manata inşa etmişdi. Bəs, görəsən, sonradan bu məbləğ hansı səbəbdən 4 dəfə artdı? Deməli, burada külli-miqdarda mənimsəmələr mövcuddur.

Ümumi dəyəri 10 milyon manat olan hansısa körpü üçün 20 milyon manatlıq smetanın hazırlanması və həmin məbləğdə pulun büdcədən alınması MMC-nin işindəki qaranlıq məqamlara dəlalət edir. Şirkətin bütün nəqliyyat sektoruna aid layihələri asanlıqla ələ keçirməsi heç də yaxşı nəticələrdən xəbər vermir.

"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovun qanundan kənar maliyyə əməliyyatları, dövlət sifarişli layihələrin icrası zamanı ciddi nöqsanlara yol verdiyi bildirilir. Qeyd olunur ki, dövlət büdcəsi hesabına sifariş edilən layihələrin tikintisi zamanı MMC-nin rəhbərliyində təmsil olunan şəxslər, xüsusilə də şirkətin sahibi Xəlil Göyüşov külli miqdarda vəsaitdən şəxsi məqsədləri üçün yararlanır. Bununla bağlı qəzetimizə daxil olan ən son mədlumatlara görə, şirkət tikinti işlərində ən ucuz materiallardan istifadə etdiyi halda, MMC sədri kağız üzərində şişirtmələrə yol verərək büdcənin vəsaitlərini bir neçə dəfə artıq göstərir. Şübhəsiz ki, bütün bunların da müəyyən səbəbləri var. Xəlil Göyüşovun habelə yerli sexlərdə istehsal olunan tikinti məhsullarını xarici mal adı altında sənədləşdirərək, qanunsuz maliyyə maxinasiyalarına yol verdiyi qeyd olunur. Hal-hazırda paytaxtımızın infrastrukturunda aparılan irimiqyaslı təmir-bərpa, tikinti-quruculuq işləri və yenidənqurmalar inşaat sahəsində müşahidə olunan dinamikanı stimullaşdıran əsas faktorlardır. Amma bütün bunlara baxmayaraq, bu işlərin hətta ən böyük əhəmiyyətinə və zərurətinə rəğmən onların müxtəlif qanun pozuntularının müşayiəti ilə həyata keçirilməsinə yol vermək olmaz.

Hələ bir neçə il əvvəl bəzi informasiya vasitələrində yayımlanan informasiyalarda Nəqliyyat Nazirliyinin tabeliyində olan Açıq Səhmdar Cəmiyyətlərdən birinin tenderin nəticəsini gözləmədən Bakıda 4 yeraltı piyada keçidinin tikintisi üzrə "Körpu Bina Tikinti" MMC ilə müqavilə bağladığı xəbər verildi. Qeyd olunurdu ki, "Azneft" meydanında 3 keçid və Neftçilər prospekti ilə Sərdar Səfərov küçəsinin kəsişməsində bir keçid tikintisi üzrə elan edilmiş tenderin qəzetlərdən birində dərc edilən şərtlərə əsasən tikinti şirkətlərindən sənəd qəbulu müəyyən vaxta qədər davam edəcək. Lakin bu layihədə sifarişçi kimi çıxış edən səhmdar cəmiyyət göstərilən müddəti və tenderin nəticələrini qabaqlayaraq "Körpu Bina Tikinti" MMC ilə müqavilə bağlamışdı. Şübhəsiz ki, şirkətə qarşı belə xüsusi münasibət "Körpu Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovun müstəsna imtiyazlara malik olduğunu göstərir. Nəzərinizə çatdıraq ki, belə müqavilələr çox böyük məbləğlərdə layihə-smeta dəyərinə malik olurlar. Həmin müqavilələrin bağlanması zamanı xüsusi imtiyazlardan yararlanan bəzi müəssisə rəhbərləri isə sonradan özlərini ayrılan dövlət vəsaitlərinin tam olaraq səmərəli və məqsədyönlü istifadəsinə kökləməyə müvəffəq olmurlar. Elə buna görə də bəzən irimiqyaslı mənimsəmələrə, keyfiyyətsiz icraatlara yol verilir.

Paytaxtın bir sıra ərazilərində profili üzrə inşaat işləri aparan "Körpu Bina Tikinti" MMC-nin həyata keçirdiyi qaranlıq işlərlə bağlı isə müntəzəm olaraq bir çox irad və ittihamlar mövcuddur. Məsələn, bir müddət əvvəl Nəsimi rayonu 3-cü mikrorayon ərazisində MMC-nin gördüyü inşaat işlərinin gedişində çoxsaylı qanun pozuntularına dair məlumatlar bu qəbildən idi. Qeyd olunurdu ki, "Körpu Bina Tikinti" MMC-nin rəhbərliyi tərəfindən məsrəflərin süni şəkildə şişirdilməsi yolu ilə külli-miqdarda mənimsəmələr həyata keçirilib. Bunu düşünmək üçün əsaslar da var. Məsələ burasındadır ki, sifarişlərin minimal müddətə və yüksək keyfiyyətlə icra olunmasının xüsusi şərtlənməsi həqiqətən də müəyyən maliyyə maxinasiyaları üçün münbit şərait yaradır. Eyni zamanda mal-material mənimsəmələri artıq ifrat bir həddə yaxınlaşdıqca işlərin keyfiyyətinə ağır zərbə dəyir. Bütün bunlar bir yana, bəzi sahələrin həm də qeyri-peşəkar nəzarətdə olması keyfiyyət göstəricilərinə mənfi təsir edir. Belə halların ortaya çıxmasına əsas səbəb isə icraçı müəssisənin ciddi rəqabət mühitində seçilməməsi və deməli, həmin müəssisə rəhbərliyinə məsuliyyət hissinin aşılanmamasıdır.

Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, "Körpü-Bina-Tikinti" MMC növbəti maxinasiyalarından birini Ziya Bünyadov prospektindən "Yeganə" şadlıq sarayına gedən ərazidə reallaşdırıb. Həmin ərazidə yeni körpünün inşası sifarişini alan Xəlil Göyüşovun rəhbəri olduğu "Körpü-Bina-Tikinti" MMC üçün hətta körpünün istifadəyə verilməsi üçün konkret vaxt da müəyyənləşdirilib. Lakin ayrılan vəsaitin böyük hissəsi naməlum məqsədlər üçün xərcləndiyindən yeni körpünün istifadəyə verilməsi həyata keçməyib. Yaranmış bu vəziyyət də əsasən mənimsəmə halları ilə əlaqədar imiş. Bütün bunlar onu göstərir ki, "Körpu Bina Tikinti" MMC sifarişlərin icrasında nöqsanlı fəaliyyəti ilə seçilən müəssisədir. Bu müəssisənin fəaliyyəti sayəsində getdikcə imkanlarını daha da artıran Xəlil Göyüşovun adı isə artıq maliyyə maxinasiyalarında açıq-aşkar hallandırılır. Şirkət tərəfindən alınan sifarişlərə hər il milyonlarla manat vəsait xərcləndiyi deyilsə də, görülən faktiki işlərə görə rəqəmlərin şişirdilməsi bununla bağlı araşdırmaların başlanılması zərurətini ortaya qoyur. Bu məsələlərə vergidən yayınma halları ilə bağlı müəmmaları, habelə əmək qanunvericiliyinə əməl olunub-olunmaması amillərini də əlavə etsək, məlum olur ki, Xəlil Göyüşovun son vaxtlar öz imkanlarını genişləndirməsi hansı məsələlərlə əlaqədardır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Bu gün, 20:27
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Bu gün, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Bu gün, 18:58
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Bu gün, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Bu gün, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Bu gün, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Bu gün, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Bu gün, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Bu gün, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Bu gün, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 16:58
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Bu gün, 16:56
Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Bu gün, 16:54
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 16:46
Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Bu gün, 16:40
Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Bu gün, 16:29
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Bu gün, 16:25
Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Bu gün, 16:00
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Bu gün, 15:55
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Bu gün, 15:52
General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Bu gün, 15:51
Ramil Usubovun ailəsində xoş gün
Bu gün, 15:49
Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Bu gün, 15:46
“Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Bu gün, 15:44
“Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Bu gün, 15:42
Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Bu gün, 15:40
“Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Bu gün, 15:36
Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Bu gün, 15:19
Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Bu gün, 15:18
Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Bu gün, 15:14
İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Bu gün, 15:13
Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Bu gün, 15:09
Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Bu gün, 15:07
Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Bu gün, 15:05
Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Bu gün, 15:02
Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Bu gün, 14:59
Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Bu gün, 14:58
Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
"Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Bu gün, 13:58
Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Bu gün, 13:28
SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Bu gün, 13:07
Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Bu gün, 13:05
Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Bu gün, 13:02
"Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Bu gün, 13:00
Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Bu gün, 12:45
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
İlhamə Elşadqızı saxlanılıb
Bu gün, 12:37
"Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur" - RƏY
Bu gün, 12:33
Tərtərdə İlham Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 12:29
Azər İsmayılovdan qonşular dəfələrlə şikayət edibmiş - Tiktokerlərlə bağlı ŞOK MƏLUMATLAR
Bu gün, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru