"Ziya Məmmədovun sağ əli"nə qarşı ilginc maliyyə maxinasiyaları ittihamı - Arif Əsgərovun idarəsində şok qanunsuzluq
Tarix: 18-09-2014, 09:01 | Çap et
Ölkə mətbuatında gedən yazılardan məlum olduğu kimi Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində (ADY QSC ) baş verən maliyyə maxinasiyaları və digər qanunsuzluqlar səngimək bilmir. Çox maraqlıdır ki, loru dildə desək, «daşdan keçən” bu faktlara müvafiq dövlət orqanları tərəfindən lazımi reaksiya hiss olunmur. Ancaq bütün bunlara baxmayaraq qafqaznews.az saytı olaraq öz araşdırmalarımızı aparıb cəmiyyətə təqdim eləməkdən yorulub-usanan deyilik. Yəqin ki, bir gün müvafiq orqanlar bu biabırçılıqlar barədə gərəkən ölçü götürərlər. Beləliklə, əlimizdə olan rəsmi sənədləri təqdim eləməkdən öncə, ümumiyyətlə, ADY-nin yaxın keçmişinə, daha dəqiq desək 2 il əvvələ bir ekskurs eləmək istəyirik. İndi yazacaqlarımız hamısı rəsmi sənədlərə söykənir. Beləliklə 15 avqust 2012-ci il tarixdə Biləcəri deposunun maşinisti Xudayar Orucov ADY QSC-nin sədri Arif Əskərova və Biləcəri Lokomotiv Deposunun rəisi Tofiq Nəsibova şikayət ərizəsi ünvanlayıb. Ərizədə bildirilir ki, Deponun maşinist-təlimatçısı qeyri- qanuni olaraq marşrut vərəqələrinin yazılması və əsassız olaraq təmirdə dayanan lokomotivlərə marşrut vərəqəsi yazaraq qanunsuz ödənişlərlə əlaqədar araşdırmanın aparılmasını xahiş etmişdir. Sonra ərizəçi Orucov Xudayar İbad oğlunun iştirakı ilə deponun hüquqşunası Muradov Əli Kərəm oğlunun və depo istismar sexin HK-nin sədri Zeynalova Ruqiya Kamran qızının tərəfindən 17 avqust 2012-ci il tarixdə deponun istismar sexinin texniki Spasibuxova Tatyananın tabeliyində olan ADY QSC-nin 27 yanvar 2011-ci il tarixli 166-saylı təsdiq edilmiş TU-1 formalı jurnalında yoxlama apararaq həqiqətən maşinist-təlimatçıları M.Y. Abdullayev 4 marşrut vərəqəsi, Y.H.Həsrətov 1 marşrut vərəqəsi, R.Q.İsmaylov 14 marşrut vərəqəsi, A.N. Məmmədovun isə 6 marşrut vərəqəsi əsassız yazıldığı aşkar edilib müvafiq akt tərtib edilmişdir. Araşdırmanın nəticəsi olaraq qərara alınıb ki, maşinist-təlimatçıları M.Y. Abdullayevin, R.Q.İsmaylovun, A.N.Məmmədovun və Y.H.Həsrətovun izahatlarını, AR NK-in 24 iyun 2011-ci il tarixli 102 saylı intizam nizamnaməsini, AR ƏM-nin 205-ci və 186-cı maddələrini rəhbər tutaraq, maşinist-təlimatçıları M.Y.Abdullayevə 4 marşrut üzrə hesablanmış 270.92 azn., R.Q. İsmaylova 14 marşrut üzrə hesablanmış 1239.61 azn., A.N.Məmmədova 6 marşrut üzrə hesablanmış 521.61 azn. və Y.H.Həsrətov 1 marşrut üzrə hasablanmış 29.59 azn. məbləğində vəsait , cəmi 2061.73 azn onlardan hissə-hissə tutulsun. Qərarı uzun-uzadı dərc eləmədən münasibətimizi bildirmək istəyirik. Söhbət səhlənkarlıqdan, yaxud əmək intizamının pozulmasından deyil, dəyəri yüz minlərlə, milyonlarla ölçülən maxinasiyalardan gedir. Belə olan halda Nazirlər Kabinetinin İntizam Nizamnaməsinə əsaslanmaq hansı məntiqə söykənir? Bu çox gülüncdür. Görəsən, ADY QSC rəhbərliyinin bu «humanistliyi” nəyə əsaslanır? İcazə verin şübhələnək ki, bu maxinasiyaların bir ucu düz rəhbərliyə gedib çıxır. Yoxsa belə «insansevərliyi” necə izah eləmək olar? Ortada konkret olaraq cinayət hadisəsi var. Görəsən, DY QSC-nin rəhbərliyi bu faktı niyə hüquq-mühafizə orqanlarından gizlədir? Bütün bunlar azmış kimi istismar üzrə deponun rəis müavini Şirin Yaqubəliyevin məzuniyyətdə olması səbəbindən onunla bağlı məsələ məznuniyyətdən sonraya saxlanılıb. Belə anarxiya harada görünə bilər? Ancaq Arif Əsgərovun rəhbərlik elədiyi «Azərbaycan Dəmir Yolları» QSC-də… Arif Əsgərov, ya da onun təyin etdiyi təşkilat rəhbərləri tərəfindən belə yüngül cəzaların ( əslində cəzasızlığın ) verilməsi DY-da adi hala çevrilib. Çünki, bunlar özləri həmən cinayəti törədənlərin yanında gözü kölgəlidirlər. Misal üçün, bir neçə dəfə stansiyalarda kassirlər tərəfindən mənimsənilən pullar Arif Əsgərov tərəfindən araşdırılaraq «kosmetik cəza” tədbiri görülüb. Hətta vaxtı ilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) maliyyə xidmətinin gəlirlər şöbəsinin rəisi vəzifəsində işləyən Nəriman Məmmədovun ( Ziya Məmmədovun qardaşı ) imzasını saxtalaşdıraraq Duvannı stansiyasında külli miqdarda maxinasiyalar edilib. Ancaq bütün bu qanunsuzluqlar barədə Arif Əsgərov hüquq-mühafizə orqanlarına məlumat verməyib. Yenə sual doğur: niyə verməyib? Suallar çoxdur. Məsələn, Biləcəri deposu ilə bağlı yuxarıda qeyd elədiyimiz qərardan göründü ki, deponun rəis müavini Şirin Yaqubəlyev məzuniyyətdə olduğu üçün onun «istirahətini” pozmayıblar… Əslində Şirin Yaqubəliyev həmin vaxt məzuniyyətdə olmayıb. Sadəcə, rəis müavinini köhnə tarixlə «otpuska”ya göndəriblər ki, cəzadan kənarda qalsın. Çünki, rəis müavini Tofiq Mansurovun bacısı oğludur. Əcəba, Tofiq Mansurov kimdir? Tofiq Mansurov uzun illərdi «Kaspar”ın ( Xəzər Dəniz Gəmiçilik İdarəsi) maliyyə xidmətinin rəisi vəzifəsində işləyir. Bu vəzifədən əvvəl Nazirlər Kabinetində və ondan da əvvəl ADY-də iqtisadi məsələlər üzrə rəis müavini, lap əvvəl isə ADY-də maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb. Bir sözlə, indiki rəis Arif Əsgərov dəmir yolunda ilk gözlərini açanda Tofiq Mansurovu görüb. Elə bundan da Tofiq Mansurov və onun bacısı oğlu Şirin Yaqubəliyev istifadə edərək Şirinin cəzalanmamasını Arif Əsgərovdan xahiş edib. Beləcə cəzasızlıq dairəsi qapanıb.Tofiq Mansurov uzun illər nəqliyyat sistemində çalışdığına görə böyük nüfuza malik olan insandır. Amma oğlu Emin Mansurov dələduzluqla həbs olunandan sonra Tofiq Mansurova bu hadisə bir ata kimi çox pis təsir edib. Ancaq buna baxmayaraq bu gün də dəmir yol sistemində Şirin və Vidadi Yaqubəliyev qardaşları dayılarının adından gen-bol istifadə edir. Arif Əsəgərov isə köhnə rəisinin bacısı uşaqlarına söz deyə bilmir. Yenə sual doğur: bəs, ortada bu qədər faktlar olduğu halda Korrupsiyaya qarşı Mübarizə İdarəsi hara baxır? Bu barədə növbəti yazımızda bəhs edəcəyik. Bizi izləyin…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Bu gün, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Bu gün, 19:00 |
|
|
|
• Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Bu gün, 18:58 |
|
|
|
• Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Bu gün, 18:00 |
|
|
|
• "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Bu gün, 17:58 |
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Bu gün, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Bu gün, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Bu gün, 17:04 |
|
|
|
• Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Bu gün, 17:02 |
|
|
|
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 16:58 |
|
|
|
• Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Bu gün, 16:56 |
|
|
|
• Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Bu gün, 16:54 |
|
|
|
• 1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 16:46 |
|
|
|
• Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Bu gün, 16:40 |
|
|
|
• Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Bu gün, 16:29 |
|
|
|
• Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Bu gün, 16:25 |
|
|
|
• Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Bu gün, 16:00 |
|
|
|
• Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Bu gün, 15:55 |
|
|
|
• Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Bu gün, 15:52 |
|
|
|
• General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Bu gün, 15:51 |
|
|
|
• Ramil Usubovun ailəsində xoş gün
Bu gün, 15:49 |
|
|
|
• Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Bu gün, 15:46 |
|
|
|
• “Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Bu gün, 15:44 |
|
|
|
• “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Bu gün, 15:40 |
|
|
|
• “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Bu gün, 15:36 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Bu gün, 15:19 |
|
|
|
• Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Bu gün, 15:18 |
|
|
|
• Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Bu gün, 15:14 |
|
|
|
• İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Bu gün, 15:13 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Bu gün, 15:09 |
|
|
|
• Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Bu gün, 15:07 |
|
|
|
• Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Bu gün, 15:05 |
|
|
|
• Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Bu gün, 15:02 |
|
|
|
• Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Bu gün, 14:59 |
|
|
|
• Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Bu gün, 14:58 |
|
|
|
• Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 14:00 |
|
|
|
• "Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Bu gün, 13:58 |
|
|
|
• Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Bu gün, 13:28 |
|
|
|
• SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Bu gün, 13:05 |
|
|
|
• Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Bu gün, 13:02 |
|
|
|
• "Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Bu gün, 12:45 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İlhamə Elşadqızı saxlanılıb
Bu gün, 12:37 |
|
|
|
• "Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur" - RƏY
Bu gün, 12:33 |
|
|
|
• Tərtərdə İlham Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 12:29 |
|
|
|
• Azər İsmayılovdan qonşular dəfələrlə şikayət edibmiş - Tiktokerlərlə bağlı ŞOK MƏLUMATLAR
Bu gün, 12:24 |
|
|
|
|