Yavər Camalov illərdir üzləşdiyi ağır xəstəlikdən birdəfəlik can qutarır - Naziri İsraildə əməliyyat edəcəklər
Tarix: 28-08-2014, 10:53 |
Çap et
DİA.AZ: - Hakimiyyətin çox önəmli fiqurlarından biri kimi diqqətə gələn Müdafiə Sənayesi Naziri Yavər Camalovun illərdir ki, ağır xəstəlikdən əziyyət çəkdiyi məlumdur. Onun xərçəng xəstəliyinə yoluxduğu və bu səbəbdən illər ərzində xüsusi müalicə ilə həyatda qaldığı da söylənilir.
Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, Yavər Camalov demək olar ki, ayda bir dəfə məhz xəstəliyi səbəbindən İsrailə, bəzi hallarda isə Kanadaya getməli olur.
Mənbənin diaaz.space-a söylədikləri: «Yavər Camalova bir aylıq müalicəsi 12 min ABŞ dollarına başa gəlir. Yəni xüsusi preparatlar hesabına onu həyatda tutan həkimləri illərdir bu qədər vəsaiti nazirdən alırlar. Amma bu günlərdə nazirin əməliyyat olunacağı gözlənilir».
Mənbə iddia edir ki, artıq həkimlər MSN şefini üzləşdiyi xəstəliyindən birdəfəlik qurtulması üçün xüsusi cərahiyyə əməliyyatına tədarük görürlər: «Bakıda müdafiə sənayesi sərgisinin keçirilməsi gözlənilir. Bundan sonra nazir İsrailə gedəcək və həkimlər ona xəstəlikdən birdəfəlik qurtulacağı ilə bağlı vəd veriblər».
Biz də öz növbəmizdə cənab nazirə Allahdan şəfa diləyirik…