DİA.AZ: - Bir neçə gün əvvəl Gürcüstanın “Studio Monitori” qeyri-hökumət təşkilatı Azərbaycan benzininin, daha dəqiqi, Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrində satışa çıxarılan benzinin standarta uyğun olmadığını bəyan etdi. Bildirək ki, bu iddia böyük rezonansa nədən oldu. Hər halda, Gürcüstan bazarında maraqlı olan SOCAR ilk dəfə idi ki, belə bir ittihamla üzləşirdi
Onu da bildirək ki, bu ittihamın ardından Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Georgia Enegy” şirkətinin baş direktoru Mahir Məmmədov səslənən ittihama reaksiya verib. Doğrudur, Rövnəq Abdullayevin Gürcüstandakı adamı yenə də heç bir araşdırma aparmadan, ümumi dillə bəyan edib ki, o, “Studio Monitori” adlı bir QHT tanımır.
Onun sözlərinə görə, Gürcüstanda yüzlərlə, minlərlə belə şirkət və QHT var: “Mən onların apardıqları tədqiqatla və analizin nəticələri ilə tanış deyiləm. Ola bilər ki, bu sifarişli bir tədqiqat olsun”.
M. Məmmədov deyib ki, “SOCAR Georgia Energy” yanacağı Avropa ölkələrindən alır: “Biz benzini xaricdən alırıq. Təkcə dizel Azərbaycandan gətirilir. Şirkətin yanacaqdoldurma məntəqələrində keyfiyyətli yanacaq satılır və olduqca böyük bir seçim var. Alıcı hansı neft məhsulunu istəyirsə, onu da alır”.
Baş direktor sonda bir daha vurğulayıb ki, bu tədqiqat sifarişli və şirkətin işgüzar nüfuzuna xələl gətirməyə hesablana bilər.
Hər halda, Mahir Məmmədovun «Studio Monitori» adlı bir QHT-ni tanımamasının özü belə utancvericidir. Mahir Məmmədov Gürcüstanda fəaliyyət göstərir və bu ölkənin ən azından ictimai fəal çevrələri barədə məlumatlı olmalı idi.
Qərəzə gəlincə isə «Socar Georgia Energy»nin baş direktoru haqlıdır. Bu barədə DİA.AZ da maraqlı məlumatlar əldə edib.
Bildirək ki, Mahir Məmmədov təsadüfən «ola bilər ki, bu, sifarişli bir tədqiqat olsun» deyə iddiasını ortaya qoysa da, burada yetərincə haqlıdır. Gürcüstanda yaşayan soydaşlarımızın diaaz.space-a bildirdiklərindən belə aydın olur ki, əslində «Studio Monitori»nin bütün rəhbər heyəti Gürcüstan ermənilərindən ibarətdir və bu QHT Gürcüstanda erməni azlığın hüquqları, ermənilərin ənənələrinin təbliğatı ilə məşğuldur.
Və bu QHT-nin durub-dururkən araşdırma aparması və Azərbaycan dizelinin ən keyfiyyətsiz olduğunu iddia etməsi isə təbii ki, sifarişdən başqa bir şey deyil. Ən azından erməni kimliyindən doğan bir SİFARİŞ…
Bildirək ki, «Studio Monitori»nin tanınmış jurnalistlərindən olan və əslən Cavaxetiya ermənisi olan Nana Naskidaşvili keçən il özünün çəkdiyi bir filmlə Gürcüstanda «Efir məkanının ən yaxşı hadisəsi» mükafatını qazanmışdı.
DİA.AZ bildirir ki, Nana Naskidaşvilinin çəkdiyi və ilin ən yaxşı hadisəsi adını alan həmin filmin adı «Tabatskuri gölü və balıqçıların problemi» olsa da, bir erməninin həyatındanq bəhs edir. Belə ki, illər sonra öz ata-baba yurduna gələn erməni deputatın başına gələnlər bu filmdə lentə köçürülüb.
Hər halda, bütün bunlar təsadüfi hesab oluna bilməz. Yəni biz iddia etmirik ki, Azərbaycan benzini dünyada ən yaxşısıdır. Amma biz onunla da barışa bilmərik ki, Azərbaycanın istənilən bir uğurunu qısqanclıqla qarşılayan ermənilərin bir yalan sözünü özümüz hansısa siyasi maraqlar zəminində dövriyyəyə buraxmalıyıq, həqiqət kimi təbliğ etməliyik. Bu, axı düşmən sözüdür…
Bu isə həmin erməni deputatın həyatından bəhs edən filmdir: