“Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” .....                     Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var .....                     "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi .....                     Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir .....                     “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” .....                     Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub .....                     ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir .....                     Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb .....                     Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır .....                     Əfv və ya amnistiya olacaq? .....                     Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR .....                     Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir .....                     Baydendən növbəti əfv qərarı .....                     4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında .....                     “Xəstəliyində yanında olmadığım üçün peşmanam” .....                     “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" .....                     Vəzifəli şəxs hamamda yıxılıb öldü .....                     Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? .....                     Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? .....                     Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin .....                     Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb .....                     Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? .....                     Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq .....                     Əmək pensiyasının minimum məbləği .....                     Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib .....                     Müharibə və qırğınlar dayanmayacaq… .....                     Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: .....                     “Benzində su olmur axı...” .....                     Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: .....                     Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... .....                     Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi .....                     Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət .....                     "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum" .....                     Əsədi devirən “türk” MOSSAD agentidir? .....                     Ərinin öldürdüyü plastik cərrahla bağlı .....                     Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... .....                     Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… .....                     Cənubi Qafqazda yeni savaş təhlükəsi .....                     Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR .....                     Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? .....                 

Əli Həsənov nədən DÖVLƏT BABA olmağa bu qədər həvəslidir PA işçisi vitse-prezidentlik marağında - İlginc araşdırma
Tarix: 11-03-2014, 10:06 | Çap et
Əli Həsənov nədən DÖVLƏT BABA olmağa bu qədər həvəslidir PA işçisi vitse-prezidentlik marağında
DİA.AZ: - «Bəzi mətbuat orqanları yazırlar ki, Prezident Administrasiyasında qarşıdurma başlayıb, bir şöbə müdiri o birisinə qarşı kompromat aparır. Bu, əsla belə deyil». Xatırladaq ki, bu ifadələri keçən həftə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov işlətdi. Doğrudur, Əli Həsənov fikirlərini bu ifadələrlə başlasa da, ardından iqtidar daxilində - konkret olaraq Prezident Administrasiyası daxilində bir çəkişmənin olduğunu rəsmən etiraf etdi.

Əslində Əli Həsənovun rəqiblərinə əzələ nümayişi kimi qəbul edilən və keçən həftə baş tutan "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfransda PA rəsmisi çox ilginc gedişləri ilə də diqqətə gəldi.

DİA.AZ olaraq Əli Həsənovun çıxışından bəzi məqamları təkrar olaraq diqqətinizə təqdim edirik: O, bildirdi ki, əlbəttə, cəmiyyətdən gələn müəyyən siqnallar var və PA-nın şöbə müdirləri və digər strukturlar bunları araşdırmalıdır. Dövlət strukturunda yerləşən məmurun vəzifəsi başqadır, həmin məmurun vəzifəsini həmin strukturun əsasnaməsi, onu vəzifəyə təyin edən və ondan hesabat istəyən adam müəyyən edir: "Biz məmur olaraq Prezident Administrasiyasında yalnız Prezidentin qoyduğu vəzifələri icra etmək üçün məmuruq. Biz bu və ya digər cərəyanlara qoşuluruqsa, artıq məmurluqdan çıxırıq. Biz hər birimiz yalnız məmur olaraq öz funksiyamızın dürüst icrasına cavabdehik. Təəssüflər olsun ki, belə qarşıdurma meyilləri də var, belə qarşıdurma meyillərini qızışdırmaq istəyənlər də var. Amma eyni zamanda, həqiqəti danmaq istəyənlər də var. Bu siqnalların içərisində bəzi həqiqət də var. Azərbaycan insanlarının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşma meyarları eyni deyil. Bəzi insanlar var ki, sabitdir, inadkardır, qətiyyətlidir, onu doğru yoldan sapdırmaq qətiyyən mümkün deyil. Bəzi insanlar var ki, onunla müvafiq söhbət aparmaqla onun fikrini dəyişmək olar, onu bu və ya digər istiqamətdə istifadə etmək olar. Bu anlamda biz dövlət olaraq bu məsələləri görürük, nəzarətdədir və idarə edirik".

Təbii ki, burada Əli Həsənovun daxili intriqaları etiraf etməsi bir ayrı məsələdir, bu hadisəni qiymətləndirməsi bir ayrı. Diqqət yetirin, Əli Həsənov əslində üz-üzə gələn tərəflərindən birini təşkil etdiyi iç savaşla bağlı kənardan qiymət verməyə qalxır. Sanki bu konfliktin tərəfi deyil və hətta bu qiymətləndirməsi zamanı özünü daha da yuxarı mərtəbədə təqdim edərək, sanki rəqiblərinə meydan oxuyurmuş kimi davranır. «Biz dövlət olaraq bu məsələləri görürük, nəzarətdədir və idarə edirik» deyən Əli Həsənov əslində ilk dəfə deyil ki, yuxarı mərtəbədə dayanmağa cəhdlər edir.

diaaz.space-ın apardığı qısa araşdırmalar nəticəsində də ortaya maraqlı məqamlar çıxır. Məsələn, aydın olur ki, illərdir Əli Həsənov hakimiyyət daxilində şəxsi reytinqinin formalaşdırılması üçün çabalar sərf edir. Hətta ona müraciət edənləri belə xüsusi rituallara əməl etməyə vadar edir. Təbii ki, vəzifəcə ondan aşağı olanlara. Halbuki onunla eyni ranqda olan və yaxud da ondan yuxarı vəzifədə olan digər hakimiyyət mənsubları heç bir halda Əli Həsənov qədərində qeyri-təvazö görüenməyiblər, görünməyə cəhdlər də etmirlər.

Bu barədə redaksiyamız maraqlı faktları da əldə edib. Məsələn, aydın olur ki, Əli Həsənov xarici ölkələrə səfəri zamanı, xüsusən Türkiyə ziyarətlərində özünü Azərbaycanda olmayan bir statusda - vitse-prezident statusunda təqdim edir. Halbuki bu günə qədər nəinki PA-nın hansısa digər şöbə müdirləri, nəinki PA rəhbərinin müavinləri, hətta PA rəhbəri Ramiz Mehdiyevin özü belə özünün təqdimatı zamanı Azərbaycanın vitse-prezidenti statusundan istifadə etməyib.

Təbii ki, kimlər üçünsə bu fakt qeyri adi görünə bilər. Amma burada çox ciddi məqamlar var. İlk olaraq araşdırmalarımız zamanı Əli Həsənovun iştirak etdiyi tədbirlər barədə Türkiyə mediasında yer alan iki xəbərdən çıxarışı diqqətinizə təqdim edirik:

Əli Həsənov nədən DÖVLƏT BABA olmağa bu qədər həvəslidir PA işçisi vitse-prezidentlik marağında
Əli Həsənov nədən DÖVLƏT BABA olmağa bu qədər həvəslidir PA işçisi vitse-prezidentlik marağında

Ekovitrin Medya Grubu’ndan SOCAR’a “Yılın Yabancı Yatırımcısı” ödülü

Azeri Cumhurbaşkanı Yardımcısından Dünyaya Kardeşlik Mesajı

Bu faktlardan da görünür ki, Əli Həsənov cənabları təsadüfi olaraq özünü DÖVLƏT BABA kimi görmür və bu, onun ilk dəfəsi deyil. Hakimiyyətin ona tanıdığı imtiyaz və resurslardan öz şəxsi mənafe və mənfəəti üçün gen-bol istifadə fürsətindən yetərincə yararlanan və günü bu gün də yararlanmaqda olan Əli Həsənov çox güman özünü daha yuxarı mərtəbələrdə gördüyündən indidən irearxiya pillələrində adını yuxarılara daşımağa tələsir.

Onu da bildirək ki, Əli Həsənovdan fərqli olaraq, məsələn, ondan daha yuxarı mövqedə və vəzifədə dayanan PA rəhbərinin müavini Novruz Məmmədov özünü nə ölkə içində, nə də kənarda fərqli formatda, statusda tanıtmağa heç bir lüzum görmür. Necə var, eləcə …

Əli Həsənov nədən DÖVLƏT BABA olmağa bu qədər həvəslidir PA işçisi vitse-prezidentlik marağında

Azerbaycan Cumhurbaşkanlığı İdaresi Başkan Yardımcısı Memmedov, Ankara'da - Bu faktı da təsadüfən diqqətlərə təqdim etmədik. Çünki düşünülə bilərdi ki, Əli Həsənov Türkiyədə Prezident Administrasiyası institutunun olmadığını əsas tutaraq özünü qardaş ölkədə qeyd olunan şəkildə nişan verib. Əsla. Türkiyədə prezident idarəçiliyinə keçidlə bağlı yeni tədarüklənmə olsa da, qardaş ölkədə bu idarəetmə üsulu ilə bağlı yetərincə bilgilidirlər. Yəni gözlərini dünyaya qapamayıblar və hansı vəzifənin hansı əhəmiyyət daşıdığının tam olaraq fərqindədirlər…

Bildirək ki, Əli Həsənov Türkiyəyə müxtəlif adlar və mərasimlər altında tez-tez səfərlər edir. Belə isə anlaşılanı odur ki, möhtərəm şöbə müdiri qardaş ölkədə VİTSE-PREZİDENTLİYİN dadını çıxarmaq üçün səfərlərini intensiv etməkdədir…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Bu gün, 19:31
Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 19:25
"Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Bu gün, 19:02
Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00
“Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Bu gün, 18:58
Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Bu gün, 18:24
ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Bu gün, 18:21
Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Bu gün, 18:16
Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Bu gün, 18:14
Əfv və ya amnistiya olacaq? - AKTUAL
Bu gün, 18:11
Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Bu gün, 18:10
Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Bu gün, 17:55
Baydendən növbəti əfv qərarı
Bu gün, 17:51
4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 17:47
“Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Bu gün, 17:45
“Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Bu gün, 17:38
Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Bu gün, 17:35
Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Bu gün, 17:26
Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Bu gün, 17:19
Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 17:14
Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Bu gün, 17:11
Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04
Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58
Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57
Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52
Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47
“Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39
Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34
Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28
Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25
Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21
"17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19
Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14
Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08
Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00
Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57
Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37
İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32
“Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30
Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10
ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru