İmam Xomeyni adına İmdad Komitəsinə Bakıda niyə qadağa qoyuldu? - FARS-MOLLA REJİMİ QƏZƏBLİDİR
Tarix: 3-02-2014, 11:34 | Çap et
DİA.AZ: - Məlum olduğu kimi, keçən günlərdə İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycandakı fəaliyyətinə qadağa qoyuldu. Əslində belə bir qadağanın qoyulması gözlənilən idi. Ən azından Azərbaycan dövlətçiliyi adından bu addım atılmalı idi. Çünki dəfələrlə fars-molla rejiminin bu kimi qurumların adı altında əslində fərqli mahiyyətdə XİDMƏT GÖSTƏRDİKLƏRİ haqda iddialar səsləndirilmişdi. Bu barədə yerli Azərbaycan mətbuatında da yetərincə informasiyalar yayılsa da, hər dəfəsində məlum olay aktuallıq qazandığında İran tərəfi İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycanda məcburi köçkün ailələrinin İMDADINA YETİŞDİYİNİ iddia edərək, bütün ittihamları rədd etmişdi.
Belə bir şəraitdə tək qalanı komitənin fəaliyyətinin durdurulması idi. Digər tərəfdən də artıq Azərbaycanın bu kimi qayğı və himayəyə ehtiyacının olmadığı faktı da mövcuddur. Yəni əvvəlki illərdən fərqli olaraq özü ayaq üstündə durmağı bacaran Azərbaycanın İrandan gələn yardımları dayandırması təbiidir. Xüsusən də bu yardımların içində fərqli çalarlar aşkar surətdə duyulursa.
DİA.AZ-ın apardığı araşdırmalar da təsdiqləyir ki, fars-molla rejimi illərdir ki, məhz bu «xeyriyyə cəmiyyətinin» xətti ilə Azərbaycandakı casus şəbəkəsinə müxtəlif vaxtlarda pullar ötürüb. Yəni «yardım» hədəfi göründüyü kimi, tək ehtiyac içində olan məcburi köçkünlər olmayıb. Və elə bu səbəb də Azərbaycanı İmam Xomeyni adına İmdad Komitəsindən imtinaya vadar edib. Hər halda, nə qədər imkanın olmasına rəğmən Azərbaycanın istənilən bir yardımdan normal şəraitdə imtina etməsi heç də ağıllı qərar sayılmalı deyildi. Deməli, burada səbəb heç də Azərbaycanın artıq belə yardımlara ehtiyacının olmaması deyil.
Bildirək ki, rəsmi Bakının verdiyi bu qərar fars-molla rejimi tərəfindən böyük əsəblə qarşılanıb. Hətta bu gün məlum olaya nəzər salan İran mediası Azərbaycanı nankorluqda belə ittiham edir. DİA.AZ olaraq «arannyus» portalında «20 ildən yuxarı yardımlara görə naşükürlük» başlığı ilə təqdim olunmuş qəzəb dolu fars-molla mövqeyini olduğu kimi diqqətinizə təqdim edirik:
«Azərbaycan Respublikası İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsinin Bakıdakı nümayəndəliyinin fəaliyyət lisenziyasını uzatmaqdan çəkinərək, bu təşkilatın 20 ildən yuxarı humanitar yardımlarına naşükürlük və qədirbilməzliyini göstərdi
İnformasiya qaynaqlarının məlumatlarına əsasən, Bakı tərəfindən fəaliyyət lisenziyasının uzadılmaması səbəbindən ötən ilin iyul ayından xeyriyyə fəaliyyəti dayanmış İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsinin Bakıdakı nümayəndəliyinin tabeliyində olan İmam Əli(ə) Tibb Klinikası Azərbaycan Respublikasının əlaqədar orqanlarının həmkarlıq etməmələri üzündən bağlıdır.
Bu məlumata görə, Qərbin onlarla sözdə xeyriyyə orqanının Azərbaycan Respublikası boyu azad şəkildə fəaliyyət göstərdikləri bir halda, rəsmi Bakı İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsinin Bakıdakı nümayəndəliyini öz humanitar fəaliyyətlərini dayandırması üçün bu nümayəndəliyin binasının suyunu kəsmək kimi etikaya sığmayan üsullara əl atıb.
Azərbaycan Respublikası xalqının İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsinin Bakıdakı nümayəndəliyinin ötən iyirmi ildəki humanitar və heç bir məqsəd güdməyən yardımlarını unudulmaz adlandırıb, bu fəaliyyətlərin davam etməsini istədiyi bir halda, Bakının əlaqədar orqanları iddia edirlər ki, İmdad Komitəsinin yardımlarına ehtiyacları yoxdur.
Belə bir şəraitdə, ümumi fikir üçün belə bir sual yaranır ki, humanitar yardımlara ehtiyacın duyulmadığı bir şəraitdə, Qərbin və sionistlərin onlarla sözdə xeyriyyə orqanının Azərbaycan Respublikasında fəaliyyətinin səbəbi nədir?
Britaniya Humanitar Təşkilatının Nümayəndəliyi, sionist rejimin Soxont və Maşav təşkilatlarının nümayəndəlikləri, Yəhvə Şahidləri, Norveçdən olan Norveç Mühacirlər Şurası, Ekilir fransız humanitar təşkilatının nümayəndəliyi və Yunanıstandan olan Yunan Həkimlər Dünyası adlı humanitar təşkilatın nümayəndəliyi bu orqanlardandırlar.
Bu müəssisələrin bəziləri, o sıradan Amerika Milli Demokratiya İnstitutu Bakı rəsmilərinin etiraflarına görə, aşkar surətdə hökumətlə müxalifətdə olanlara maddi vəsait verir, lakin Azərbaycan Respublikası onların əleyhinə heç bir addım atmır.
Deyilənlərə görə, İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsinin Bakıdakı nümayəndəliyi ötən ildən bu nümayəndəliyin və onun tabeliyində olan İmam Əli(ə) klinikasının fəaliyyət lisenziyalarının uzadılmasını istəyib, ancaq Bakının əlaqədar orqanları öz vədlərinə rəğmən, cavab verməkdən çəkiniblər.
Hər gün onlarla ehtiyaclı azəriyə pulsuz tibb xidmətləri göstərən İmam Əli(ə) klinikasının fəaliyyətinin dayandırılması xalqın narazılığına səbəb olubdur.
İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsinin Bakıdakı nümayəndəliyi təqribən iyirmi il bundan öncədən on minlərlə ehtiyaclını və Qarabağ müharibəsi didərginini öz himayəsi altına alaraq, Azərbaycan Respublikasında milyonlarla dollar humanitar yardım xərcləyibdir.
Özünüidarəetmə layihələrinin icrası, faizsiz kreditlərin verilməsi, təhsil köməklərinin təqdimi, ehtiyaclı təzə gəlinlərin cehizlərinin təmini, nağd və qeyri-nağd yardımlar, pulsuz tibb yardımları İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsinin iyirmi ildə göstərdiyi fəaliyyətlərin bir hissədir».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00 |
|
|
|
• Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57 |
|
|
|
• Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55 |
|
|
|
• Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39 |
|
|
|
• Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37 |
|
|
|
• İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36 |
|
|
|
• Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32 |
|
|
|
• “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30 |
|
|
|
• Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21 |
|
|
|
• Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18 |
|
|
|
• AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16 |
|
|
|
• “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10 |
|
|
|
• ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09 |
|
|
|
• Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04 |
|
|
|
• “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01 |
|
|
|
• “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58 |
|
|
|
• Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12 |
|
|
|
• KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10 |
|
|
|
• Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08 |
|
|
|
• Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02 |
|
|
|
• Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01 |
|
|
|
• “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55 |
|
|
|
• "Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52 |
|
|
|
• "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50 |
|
|
|
• Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
• Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45 |
|
|
|
• "Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42 |
|
|
|
• Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40 |
|
|
|
• Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37 |
|
|
|
• Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36 |
|
|
|
• "Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35 |
|
|
|
• Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25 |
|
|
|
• Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20 |
|
|
|
• Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18 |
|
|
|
• Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15 |
|
|
|
• Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12 |
|
|
|
• "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08 |
|
|
|
• Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04 |
|
|
|
• "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51 |
|
|
|
• “5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44 |
|
|
|
• Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40 |
|
|
|
• Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38 |
|
|
|
• "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33 |
|
|
|
• “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31 |
|
|
|
• Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24 |
|
|
|
• Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18 |
|
|
|
• Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03 |
|
|
|
|