Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” .....                     Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb .....                     AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır .....                     “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” .....                     ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib .....                     Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib .....                     “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! .....                     “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” .....                     Putin yenə darıxmağa başlayarsa... .....                     Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? .....                     KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin .....                     Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... .....                     Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? .....                     Prokuror “Kanal 11”in direktoruna cəza istəyib .....                     “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır .....                     "Bununla bağlı mənə məlumat verməlidirlər" .....                     "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" .....                     Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər .....                     "Özünə hörmət edən adam “feyk” profil işlətməz" .....                     Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır .....                     Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu .....                     Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib .....                     "Zəlzələ olanda birinci biz hiss edirik..." .....                     Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU .....                     Orbanla Fitsonun PUTİN SEVGİSİ .....                     Əli İnsanov İlham Əliyevi təbrik etdi .....                     Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır .....                     Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə .....                     "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" .....                     Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək .....                     "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" .....                     “5A Construction” şirkəti ölkədən pul çıxarıb? .....                     Culfa və Babək şəhərinin baş planının hazırlanması .....                     Tramp-Putin görüşünə hazırlıqlar başlayır .....                     "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" .....                     “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” .....                     Jurnalistə vəzifə verildi .....                     Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! .....                 

Fars mətbuatı yenə də Azərbaycan dövlətini hədəfə aldı - CASUSLARINA BELƏ SAHİB ÇIXIRLAR
Tarix: 24-01-2014, 09:43 | Çap et
Fars mətbuatı yenə də Azərbaycan dövlətini hədəfə aldı
DİA.AZ: - Fars-molla rejimi Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirir və bu dəfə də Bakıda həbsdə saxlanılan İranın xüsusi xidmət orqanlarının əməkdaşı Bəhrəm Feyzi məsələsini qabardan İran mətbuatı Azərbaycan dövlətini az qala yəhudilərlə işbirliyində ittiham edir. Hər halda, bu ittihamlarını əsaslandıra bilməyən və ələ düşən fürsətdən Azərbaycan türkünü, Azərbaycan dövlətini aşağılamağa çalışan molla mətbuatı düşünməməli idi ki, Bakıda terrora tədarük görən bir casuslarına burada böyük ehtiram göstəriləcəkdi. Yəni cinayət varsa, cəzası da olacaq…

DİA.AZ bildirir ki, dəfələrlə bu məsələ ilə əlaqədar rəsmi Bakı mövqeyini səsləndirsə də, hələ də İran tərəfi Bəhrəm Feyzinin günahsız olduğunu sübutlamaq əvəzinə, onun azadlığa buraxılması üçün Bakıya qarşı şər-böhtan kampaniyası apararaq təzyiq etməyə çalışır. Təbii ki, bu, alınmayacaq. DİA.AZ olaraq İran mediasında yer alan növbəti hədyanı diqqətinizə təqdim edirik:

«Bəhram Feyzinin həyat yoldaşı Aysel Feyzi, Azərbaycan müstəntiqlərinin sionist rejimnə xoş gələn etirafı almaq üçün Bəhram Feyziyə qarşı qeyri-əxlaqi istintaq üsulundan və işgəncələrdən istifadə etdiklərini bildirib.

Özü Azərbaycan vətəndaşı və iki uşaq anası olan Aysel, həyat yoldaşının günahsız olduğuna təkid edərək deyib: "Məni iki dəfə Milli Təhlükəsizlik Nazirliyinə apardılar. Bəhram günahsızdır. O, müstəntiqlərin təhdidləri nəticəsində onların dediklərini qəbul etməyə məcbur olub".

O artırıb: "Həyat yoldaşım öz günahsızlığını sübut etmək üçün 26 gün aclıq aksiyası keçirib. Bir dəfə isə ona edilən işgəncələrə dözməyərək öz damarını doğramaq məcburiyyətində qalıb və hal-hazırda onun vəziyyəti ağırdır".

Aysel Feyzi həmçinin qeyd edib ki, Azərbaycanın təhlükəsizlik orqanları onu da hədələyirmişlər və buna görə də o, ölkəni tərk etməyə məcbur olub. Bu üzdən o, ölkəmizin Xarici İşlər Nazirliyindən istəyib ki, günahsız həyat yoldaşının azadlığa çıxması üçün öz səylərinə davam etsinlər.

Fars mətbuatı yenə də Azərbaycan dövlətini hədəfə aldı

Təqribən 10 ay öncə Bakıda İsrail səfirliyinə hücum ittihamı ilə həbs edilən İran vətəndaşı Bəhram Feyzi gözdən pərdə asan və İran səfirliyinin nümayəndələri iştirak etmədiyi bir məhkəmədə 15 il həbs cəzasına məhkum olundu.

Azərbaycan XİN-nə dəfələrlə məktubla müraciət edilməsinə baxmayaraq, Bakı dövləti beynəlxalq qayda-qanunları pozaraq səfirlik nümayəndələrinin günahsız İran vətəndaşı ilə görüşməsinə şərait yaratmamışdır.

2 ay öncə Azərbaycan Milli Məclisinin deputatı Çingiz Qənizadə İranın Bakıdakı səfirliyinin nümayəndələrinə həbsdə olan Bəhram Feyzi ilə görüşə bir problem olmadığını, hətta İran səfiri ilə birlikdə Bəhram Feyzi ilə görüşə gedəcəyini iddia etdi.

İranın Azərbaycandakı səfiri bu birgə görüşü qəbul etdi, lakin Milli Məclisin deputatı hələ də öz sözünə əməl edə bilməyib və jurnalistlərin bu barədə suallarını cavablandırmaqdan yayınır.

Bir müddət qabaq İran səfirliyinin konsulluq məsulu Movlayi, Bəhram Feyzidən aldığı məktubun məzmununa işarə edərək bildirdi: B. Feyzi məhkəmənin siyasi olduğuna etiraz edir və aclıq aksiyası keçirir. Onun durumu yaxşı deyil və səfirliyin həkimi tərəfindən müayinəyə ehtiyacı vardır.

4 ay bundan qabaq da İran vətəndaşı olan Hüseyn Fərəci sionist rejimin qarşısından keçməsi və şübhəli hərəkətləri bəhanəsi ilə həbs edildi. O da bir ay həbsdə işgəncələrə məruz qaldı. Fərəci azadlığa buraxıldıqdan sonra bildirdi ki, o sionist rejimin səfirliyi qarşısından keçməyib və Bakının bu barədə iddiaları məhz yalan olub.

Azərbaycan Respublikası sionist rejimi qarşısında İranla düşmənçilik barədə götürdüyü öhdəliklərə əsasən, bəzi vaxtlar günahsız İran vətəndaşlarını, ya da öz vətəndaşlarını əsassız ittihamlarla həbs edir və onlara işgəncə verməklə onlardan sionist rejimin xeyrinə etiraf almağa çalışır».

Təbii ki, belə bir ittihamın səsləndirilməsi absurddur. Xatırladaq ki, bu barədə keçən günlərdə təqdim etdiyimiz materialda da bildirmişdik. Və qeyd etmişdik ki, əgər Feyzi günahsız olsaydı, o zaman məhkəmə istintaqı zamanı bu barədə bir kəlmə də olsun, deyilərdi. Ən azından ona görə ki, onun özü hətta məhkəmə istintaqı zamanı belə ciddi etiraflarda bulunub və əgər ona hər hansı təzyiqlər edilmiş olsaydı, o zaman məhkəmə istintaqı dövründə bu barədə danışardı.

Bildirək ki, “Sepah” və “Hizbullah”dan sifariş alan İran vətəndaşı Bəhrəm Feyzinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq hərəkətləri həyata keçirilib. B.Feyzi ifadəsində bildirib ki, 2003-cü ildə İranın Miyanə İqtisad Universitetini mühasibatlıq ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra 2006-cı ilədək İranın Culfa şəhərində ticarətlə məşğul olub. 2006-cı ildən Bakı şəhəri, Keşlə qəsəbəsində yaşamağa başlayıb, sonra Keşlə bazarında bir ka-fe icarəyə götürüb. 2007-ci ildə Astara rayon sakini Aysel Hüseynova ilə ailə həyatı qurub və 2009- cu ildə onlar rəsmi nikah bağlayıblar.

B.Feyzi qeyd edib ki, 2010-cu ildə atası Həsən vəfat etdiyi üçün İranın Culfa şəhərinə gedib: "İrana keçən kimi məni sərhəddə İran xüsusi xidmət orqanı olan “ETTELAAT” əməkdaşları saxladı. Onlar Azərbaycan ərazisində çox yaşadığım üçün mənimlə maraqlandılar. Amma “Sepah”da işləyən və pol-kovnik rütbəsində olan dayım Mirmehdi Haşimi atamın yasına gəldiyimi deyərək buraxılmağımı xahiş etdi. “ETTELAAT”dan qorxduğum üçün üç gündən sonra İranı tərk etdim”.

B.Feyzi ifadəsində bildirib ki, 2003-cü ildə İranın Miyanə İqtisad Universitetini mühasibatlıq ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra 2006-cı ilədək İranın Culfa şəhərində ticarətlə məşğul olub. 2006-cı ildən Bakı şəhəri, Keşlə qəsəbəsində yaşamağa başlayıb, sonra Keşlə bazarında bir ka-fe icarəyə götürüb. 2007- ci ildə Astara rayon sakini Aysel Hüseynova ilə ailə həyatı qurub və 2009- cu ildə onlar rəsmi nikah bağlayıblar.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2010-cu ildə atası Həsən vəfat etdiyi üçün İranın Culfa şəhərinə gedib: “İrana keçən kimi məni sərhəddə İran xüsusi xidmət orqanı olan “ETTELAAT” əməkdaşları saxladı. Onlar Azərbaycan ərazisində çox yaşadığım üçün mənimlə maraqlandılar. Amma “Sepah”-da işləyən və polkovnik rütbəsində olan dayım Mirmehdi Haşimi atamın yasına gəldiyimi deyərək buraxılmağımı xahiş etdi. “ETTELAAT”dan qorxduğum üçün üç gündən sonra İranı tərk etdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2012-ci il oktyabrın 5-də yenidən İrana gedib. Orada “ETTELAAT”a Məşədi və Hacı ilə görüşmək istədiyini bildirib: “Təxminən bir saat sonra Hacı ilə Məşədi gəldi. Məşədi Yusifə gördüyüm işlər barədə danışdım. Dindarlar arasında İsrail əleyhinə təbliğat apardığımı, yəhudilərin Azərbaycandan qovulmalarının zəruriliyini dedim. Eyni zamanda İsrail səfirliyini müşahidə etdiyimi, səfirlik qarşısında heç bir güclü mühafizə və başqa şəxslər görmədiyimi bildirdim. Səfirliyə gedən yolları izah etdim. Məşədi Yusif İsrail səfirliyinin harada yerləşdiyini yaxşı bildiyini dedi. O, İsrail səfirliyinə terror planının vaxtı dəqiqləşən kimi mənə xəbər verəcəyini bildirdi”.

Bəhram Feyzi Cinayət Məcəlləsinin 276-cı (casusluq), 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasi-tələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilib.

Bildirək ki, İranın Xüsusi Xidmət orqanının (ETTELAAT) əməkdaşı olan Bəhram Feyzi İsrailin Azərbaycandakı səfirliyini partlatmağa hazırlaşırmış. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları B.Feyzini 2013-cü il martın 29-da həbs ediblər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10
ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01
“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00
Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58
Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12
KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10
Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55
"Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45
"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42
Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37
Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36
"Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35
Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25
Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20
Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18
Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12
"Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08
Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04
"Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51
“5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44
Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40
Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38
"Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31
Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24
Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18
Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03
Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59
Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58
Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55
Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49
Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41
Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34
4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30
“Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru