Texniki Universitetdə REKTOR DƏRƏBƏYLİYİ - İLGİNC FAKTLAR
Tarix: 7-07-2022, 08:41 | Çap et
DİA.AZ: - "Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Əvvəli BURADA: Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
DİA.AZ müraciətin davamını təqdim edir: "Təbii olaraq, belə “reformalar” şəraitində təhsil almış tələbələr 3-4 vərəq qrafik hissədən və hesabat hissəsindən ibarət olan buraxılış işi layihəsini də yerinə yetirə bilməyəcəklər. Çıxış yolu isə yenə də kəsmək, ləğv etməkdir. Əvvəllər AzTU-nu mühəndis ixtisasları üzrə bitirən bakalavrların hamısı son kursda yekun dövlət attestasiyası olaraq, buraxılış işini yerinə yetirməli və onu Dövlət attestasiya komissiyası qarşısında müdafiə etməli idilər. Buraxılış işi layihə formasında, hesabat hissəsindən və 3-4 çertyoj vərəqi həcmində qrafik hissədən ibarət olurdu. Son iki ildə isə yekun dövlət attestasiyası kimi tələbələrə buraxılış işi və ya dövlət imtahanından birini seçmək hüququ verilir. Tələbələr isə bacarmadıqları layihə üzərində bir semestr müddətində işləməkdənsə, əlbəttə ki, yarım saatlıq dövlət imtahanını seçirlər. Hər fakültədə yüzlərlə tələbədən yalnız 3-5 nəfər ağıllı, öz gələcəyini fikirləşən tələbə buraxılış işini seçir. Hazırda dövlət imtahanları keçirilməkdədir. Bəs bu imtahanlar necə keçirilir? Çox biabırçı vəziyyətdə. İmtahanlar şifahi formatda keçirilir. Tələbələr imtahandan yarım saat əvvəl elektron sistemə daxil olaraq, onlara hansı suallar düşdüyünü öyrənirlər. Bundan sonra imtahan başlayana qədər yarım saat müddətində həmin sualları mühazirə konspektləri materiallarının mobil telefonda və ya çap olunmuş kağızlardakı mətnlərindən oxuyub, öyrənirlər. Sonra imtahana daxil olurlar və həmin materiallar yenə də imtahan getdiyi 2-3 saat müddətində qarşılarında stolun üstündə açıq şəkildə qalır və bunu heç kim onlara qadağan etmir (???). Bu 2-3 saat müddətində heç nəyə hazırlaşmayan tələbə də ona düşən 5 sualı oxuyub, əzbərləyə bilir. Tələbə yalnız cavab vermək üçün ayağa qalxdıqda bu materiallardan ayrılır. Belə imtahandan kim inciyər ki? Buna heç hazırlaşmaq da lazım deyil, nəinki 4 ay çalışıb, buraxılış işi layihəsini işləmək. Qəribəsi odur ki, bütün bu biabırçılıq “innovativ metodlardan” istifadə etməklə, yəni video kameraların çəkilişi şəraitində baş verir və imtahan zamanı tələbələrin istədikləri materiallarının qarşılarında olmaları və onlardan istifadə etmələri də çəkilişə düşür. Əgər inanmırlarsa, Təhsil Nazirliyindən bir komissiya (və ya heç olmazsa, bir nəfər) gəlsin və həmin videoçəkilişləri tələb edib, onlara baxsın. Bu da dövlət imtahanı adında bir Vilayət komediyası! Biz əvvəllər də yazmışdıq ki, Vilayət Vəliyev özü tələbəlik dövründə zəif tələbə olub və indi bu zəif tələbə rektor olub və zəif tələbənin xəyallarını həyata keçirir. O, tələbələrlə şəxsi görüşlərində onlardan tez-tez soruşur – “müəllimlər sizi çox incitmirlər ki?”. Əlbəttə ki, incidirlər. Ümumiyyətlə, pandemiya bitdikdən sonra, AzTU-da iki semestrdir ki, semestr imtahanları da şifahi formatda, eynilə dövlət imtahanını təsvir etdiyimiz şəkildə keçirilir (həm də video çəkiliş aparılmaqla, əlbəttə ki, “şparqalka” materialları da öz yerində).
Vilayət Vəliyev elə hesab etməsin ki, bu qədər yazdıqlarımız, aşkara çıxardığımız faktlar boş yerə, havaya gedir. Əlbəttə, biz çox təəssüflənirik ki, müvafiq qurumlar bu faktlara hələ ki, heç bir reaksiya vermirlər. Amma bu, tamam belə də deyil. V.Vəliyev bilsin ki, müvafiq qurumlar dərc olunan bütün material və faktları diqqətdən kənar da qoymurlar. Bizə məlumdur ki, hər belə vəzifəli şəxsin haqqında dərc edilən faktlar həmin qurumlar tərəfindən toplanır, sistemləşdirilir və dosye şəklində saxlanılır. Bir gün vaxtı gələndə, onlar hamısı V.Vəliyevin təbirincə desək, “ortalığa qoyulacaq” və ondan cavab tələb olunacaq. Onun buna şübhəsi olmasın. Bizim də şübhəmiz yoxdur. Amma biz bunun tez olmasını arzu edirik ki, heç olmazsa, dağıntılar arasından bədbəxt Azərbaycan Texniki Universitetinin qalıqlarını tapmaq və onu dirçəltmək mümkün olsun. Universitetdə eşidirik ki, yaxın günlərdə Təhsil Nazirliyinin müvafiq komissiyası akkreditasiya aparmaq üçün AzTU-ya gəlir. Həmin komissiyadan xahiş edirik ki, əvvəllər də yazdıqlarımız daxil olmaqla, göstərdiyimiz faktları araşdırsınlar, son 2 ildə universitetə daxil olan tələbələrdən çağırıb sorğu aparsınlar, görsünlər, hər qrupda neçə tələbə çertyoj demirik, sadəcə olaraq bolt, qayka, ya da heç olmazsa, şaybanın eskizini çəkə bilir və ümumiyyətlə qruplarda belə tələbələr varmı? Görsünlər, aşağı kurs tələbələri ümumiyyətlə söz danışa bilirlərmi? Yuxarı kurs tələbələrindən sorğu aparıb, görsünlər ki, bunlara heç olmazsa, yarımçıq mühəndis demək olarmı? Azərbaycan Respublikasının Hesablama Palatasına müraciət edirik. Bu qurum əvvəllər hər il AzTU-da maliyyə işlərinin yoxlanmasını aparırdı, V.Vəliyev rektor gələndən isə bir dəfə də AzTU-ya təşrif gətirməyiblər. Buyursunlar, gəlsinlər, maliyyə işlərini yoxlasınlar, lazım gəlsə, onlara nəyi yoxlamaq haqqında istiqamət də verə bilərik. Heç olmasa, görsünlər ki, rektor heç nəyə lazım olmayan qeyri-tədris ştatını niyə bu qədər şişirdib, niyə bu qədər bir-birini təkrar edən struktur bölmələri yaradıb və onlara maaş verir, niyə öz adamlarına yerə-göyə sığmayan məbləğlərdə maaşlar təyin edib, niyə tədrisdən vəsaiti kəsir, niyə müəllimlərə saathesabı ödənişləri vermir və s.?
P.S. Napoleon Bonapart kimi, Adolf Hitler kimi, Vladimir Putin kimi, Babanlı Mustafa kimi, Vilayət Vəliyev kimi böyük iddialı, balaca adamların əlinə vəzifə düşəndə, bu, ətrafdakılar üçün bir faciəyə çevrilir, əlbəttə ki, onların hərəsinin öz miqyasında".
SON
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38 |
|
|
|
• Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36 |
|
|
|
• Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32 |
|
|
|
• Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30 |
|
|
|
• Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29 |
|
|
|
• Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26 |
|
|
|
• Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19 |
|
|
|
• Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16 |
|
|
|
• "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05 |
|
|
|
• Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58 |
|
|
|
• Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55 |
|
|
|
• Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54 |
|
|
|
• "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52 |
|
|
|
• Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46 |
|
|
|
• Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45 |
|
|
|
• Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44 |
|
|
|
• “Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12 |
|
|
|
• Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07 |
|
|
|
• "Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03 |
|
|
|
• Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56 |
|
|
|
• “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41 |
|
|
|
• "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36 |
|
|
|
• Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33 |
|
|
|
• Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26 |
|
|
|
• Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16 |
|
|
|
• Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10 |
|
|
|
• İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06 |
|
|
|
• Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00 |
|
|
|
• ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55 |
|
|
|
• Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44 |
|
|
|
• `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37 |
|
|
|
• Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28 |
|
|
|
• Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25 |
|
|
|
• Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20 |
|
|
|
• ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12 |
|
|
|
• İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10 |
|
|
|
• "Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06 |
|
|
|
• İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02 |
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
|