"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                     Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? .....                     ADSU-nun rektor əvəzi özü də tələbədir? .....                     Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir .....                     Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik! .....                     Azər Qasımlı ilə bağlı qərar verildi .....                     Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür .....                     Dünyanın ən amansız ordusu Ermənistana girə bilər .....                     “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." .....                     “PASHA Real Estate”də yeni təyinat .....                     Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər .....                     Bu idarənin rəis müavininə cinayət işi açıldı .....                     Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi .....                     Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi .....                     Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb .....                     Ordumuzun əsgəri vəfat edib .....                     ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... .....                     Paşinyan KTMT-dən çıxdığını .....                     Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər .....                 

Bitki Mühafizə və TB Elmi-Tədqiqat İnstitutundakı özbaşınalıqlar... - NAZİR NİYƏ SUSUR?
Tarix: 17-09-2021, 09:00 | Çap et
Bitki Mühafizə və TB Elmi-Tədqiqat İnstitutundakı özbaşınalıqlar...
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) bəzi nöqsanlardan, kadr çatışmazlığından və aşkar maxinasiyalardan əziyyət çəkir. İnstitut bir neçə şəxsin süni diqtəsilə, xüsusilə ayrılan büdcə pullarının israfçılıqla xərclənib dağıdılması məqsədlərilə idarə olunur.
"Demokratik.Az"-ın əldə etdiyi özəl məlumatlara görə, institut son illər heç bir yararlı elmi tədqiqat işlərinə, aqrar sahənin inkişafına faydası olacaq geniş elmi-praktiki-nəzəri nailiyyətlərə imza atmayıb, əksinə, institutun ölkənin şəhər və rayonları üzrə özündə birləşdirdiyi təcrübə stansiyaları, çeşidli laboratoriya və şöbələr üzrə fəaliyyət formal hallar üzərində qurulub. İnstitutun idarə olunmasında qeydə alınan bəzi ağlasığmaz hallar isə öz qəribəliyi, qeyri-ənənəvi tənəzzül mütodları ilə xeyli unikal olmaqla maddi maxinasiyaları var edir.
Son məlumatda o da bildirilir ki hazırda institutun dayaq məntəqələrində məqsədli maliyyə yoxlamaları həyata keçirilir. Elçin Xəlilovun başı isə daha çox sabiq icra başçısı Elmar Vəliyevin diqtəsi sayəsində inşa edilmiş Gəncə Qrand Qafqaz ticarət kompleksi ətrafındakı qalmaqala qarışıb. sözügedən bazar institutun 1-ci mikrorayonu ərazisindəki məlum torpaq sahələri üzərində inşa edilib. Ərazidə institutun balansındakı köhnə inzibati binanın isə nazir İnam Kərimovun tapşırığı ilə fərdi otelə çevrilməsi prosesinə də yaxın günlərdə aydınlıq gətirməyə çalışacağıq.
İnstitutun narazı kollektivindən saytımıza verilən məlumata görə, hökumətin və Kənd Təsərrüfatı Nazirliyinin adıkeçən elm ocağından umacağı, maddi-texniki imkanları və elmi potensialı direktor Elçin Xəlilov və ətrafı tərəfindən xeyli korruziyaya uğrayıb. Xüsusilə institutun əsas maddi xərclərində təyinatdankənar məntiqə varan addımların atılması, yalançı formal tenderlərin keçirilməsi, şəxsi mənfəətə hesablanan ezamiyyələrin rəsmiləşdirilməsi, uyğun olmayan şəxslərin işə götürülməsi və institutun özünün gəlir əldə etmək imkanlarının yuxarılardan gizlədilməsi kimi hallar diqqət çəkir.
"Demokratik.Az" bildirir ki, "BM və TB ETİ"-nin direktoru bir çox maddi maxinasiyalarını müəssisənin baş mühasibi Ulduz Məmmədovanın əli ilə həyata keçirir.
Hələlik dəqiqləşdirə bildiyimiz məlumatlardan bir neçəsini diqqətinizə çatdıraq ki, təkcə 2019-2021-ci illər ərzində "BM və TB ETİ" ilə "RƏBUNƏ"MMC, "Çeşmə" və "Dondar" adlı MMC-lərlə, eləcə də "Uğur 2017" adlı və digər fərdi sahibkarlıq subyektlərilə aralarındakı müqavilələr əsasında ayrı-ayrı vaxtlarda "dəftərxana ləvazimatlarının satın alınması", eləcə də guya "çap işlərinin görülməsi" adları altında küllü miqdarda maddi vəsait xırıd edilib. İddiaya görə, 10 minlərlə manat vəsait sadəcə olaraq tərəflər arasında otkat edilib, bölüşdürülüb, zəruri çap işləri və təminat öhdəlikləri isə icra edilməyib. İllərlə dövlət maliyyələşməsilə sözügedən institutda dəftərxana ləvazimatlarının faktiki paylanışına rast gəlinməməsi, yeni dərci materialların ortada olmaması təsadüfə heç bənzəmir, fakt təkzibedilməzdir və sadə audit yoxlaması maddi mənimsəmələrin parlaq təzahürü ola bilər.
Baş mühasib Ulduz Məmmədovanın iştirakı ilə müəssisədə baş qaldıran ezamiyyə maxinasiyaları da adamı valeh edir. Təsəvvür edin ki, son illərdə durmadan yalnız özünə və istədiklərinə "bahalı" ezamiyyələr yazan Ulduz Məmmədova hər ayın bir neçə gününü regiondakı dayaq məntəqələrində və təcrübə stansiyalarında keçirir. Təbii ki, xanım Məmmədovanın səfərlərinin heç bir elmi qayəsi yoxdur, O, sadəcə rayonlara ezam olunaraq pul qazanır.
Məlumata görə, xanım mühasib səfərlər edib "şirinlik" və qonaqlıqlar müqabilində Təcrübə Stansiya direktorlarının maddi hesabatlarındakı əyrintilərini düzəldir, faydalı "pul sirkulyasiyası" həyata keçirir. Baş mühasibin və direktor Elçin Xəlilovun tez-tez Beyləqanda "İmamverdinin kababxanası" deyilən məkanda rayonun Təcrübə Stansiyalarının rəhbərliyi ilə yeyib-içməsini də institut kollektivi bu sayaq maddi maraqlara yozur.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mexanikləşdirmə şöbəsinin müdiri Anar Məmmədovun fevral ayından bu yana öz ezamiyyə xərcini Ulduz Məmmədovadan ala bilməməsi kimi biabırçılıq da yaşanmaqdadır. Eləcə də son ilin ezamiyyə sənədlərində Anar Məmmədovun əvəzinə yerli həmkarlar təşkilatının sədri Eldar Ələsgərzadənin də adına rast gəlinməsi gülməlidir. Digər alanların isə Ulduz Məmmədovanın birokratik əngəllərinə tuş gəlmələri araşdırılmalıdır.
İnstitutun yeni direktor müavini Natiqə İsmayılzadəyə isə baş mühasibin istəyilə "ezamiyyə xərci" kimi cəmi bir neçə ay içərisində 4000 (dörd min) manatdan artıq pul yazılışı absurdun ötəsində bir şeydir. Maraqlıdır ki, "ezamiyyə" məsələləri sanki şəxsi məqsədlidir, əksər göndərişlərin ümumiyyətlə institutun qanunla tənzimlənən fəaliyyətinə aidiyyatı yoxdur. Əksini eşitmək maraqlı olardı. Son illərdəki ezamiyyələrin maddi israfçılıqdan savayı Kənd Təsərrüfatı Nazirliyinə və sözügedən elm müəssisəsinə hansısa bir faydası toxunubmu görəsən?
O da dərindən araşdırılmalıdır ki, institutun icarəyə götürdüyü və özünün sahib olduğu torpaq sahələrində aparılan əkin-biçin işlərinin dövlətə nə qədər yayarı dəyib?
Xüsusi imtiyazlı şəxsə çevrilib istədiyi məsələdə direktorun adından qərarlar qəbul edən baş mühasibin yarıtmaz fəaliyyəti maddi maxinasiyalarla da məhdudlaşmır. Aldığımız məlumatlarda o da qeyd olunur ki, Ulduz Məmmədova kadr məsələlərində də aktiv rol alır, kimi istəsə Bitki Mühafizə institutundan qovur, kimi istəyir işə "götürür". Misal üçün, o öz yaxın rəfiqəsi Mənsurə Məmmədovanın qeyri-ixtisaslı olsa da mühasibatlıqda - öz yanında işə götürülməsini təmin edə bilib. Ən maraqlısı, institutun direktoru baş mühasibin təkidinə boyun əyərək həmin Mənsurə Məmmədovanın orta təhsili belə olmayan bacısı qızı Nazı Məmmədovanı da institutda laborant ştatı üzrə işə alıb.
Nəzərə alınmalıdır ki, Gəncədə yerləşən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin xüsusi diqqət mərkəzindədir. Kənd Təsərrüfatı Nazirliyi təkcə “ESTET” MMC ilə 27 İyun 2019-cu il tarixində bağlamış olduğu müqavilələrə əsasən Bitki mühafizə və texniki bitkilər Elmi-Tədqiqat İnstitutu üçün laboratoriya avadanlıqlarının satınalınmasına 848 min 980 manat vəsait ayırıb. Kiçik araşdırmamız göstərir ki, nazirliyin 1 milyon manata yaxın olan müqavilə bağladığı şirkət əsas etibarilə elektrik avadanlıqlarının satışı və quraşdırılması üzrə ixtisaslaşıb.
Şirkətin “feysbuk” səhifəsində belə də yazılır: “Şirkətimiz 1997-ci ildən bəri Azərbaycanda inşaat firmalarını, inteqratorları və digər firmaları orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin edir…” Şirkətin məqsədləri bölməsində isə göstərilir: “Məqsədimiz, Azərbaycanda struktur kabelləşdirmə və sonlandırma bazarındakı yüksək mövqeyimizi qorumaqdır… Şirkət 50-dən çox profesyonalı özündə cəmləyən böyük komandaya malikdir”
Maraqlıdır ki, elektrik avadanlıqları və kabelləşdirmə üzrə ixtisaslaşan bir şirkət bitkiçilik və sair tipli laboratoriyaları necə və nə ilə təmin edib? Axı hər halda bu institutun laboratoriyalarının təkcə elektrikləşdirilməsinə, yaxud kabelləşdirilməsinə bunca vəsait xərclənə bilməz. Lap əgər xərclənibsə belə qalır təftiş etmək – həqiqətənmi Elçin Xəlilov və ətrafı sözügedən institutun inkişafına çalışırlar? Büdcədən ayrılan küllü miqdarda vəsait institutun maddi-texniki bazasını yaxşılaşdırıbsa, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun elmi tərəqqisi niyə heç gözə dəymir?
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq!
Demokratik.Az












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17
Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10
ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08
Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02
Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58
"Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43
Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41
Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32
"Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02
Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00
“Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58
ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56
Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53
“Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru