Xaçmazda məmurlar BELƏ QAZANIR... - İDDİA
Tarix: 9-09-2021, 09:33 | Çap et
Son bir neçə aydır ki, Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsini daşıyan Vaqif Səlimovun həyata keçirdiyi idarəçiliyin mahiyyəti yenidən ölkə gündəmini zəbt etməkdədir. Bəlkə də kimlərsə adı çəkilən bu şəxsin həyata keçirdiyi idarəçiliyin bəzi detallarına lazımınca diqqət yetirmir, müəyyən incəliklərə lazımınca əhəmiyyət vermir. Amma, onu unutmaq olmaz ki, uzun illər ərzində səhhətində ciddi problemi olan (Allah ona şəfa versin!) Vaqif Səlimov, uzun müddət ərzində bugünkü vəzifəsini daşıdığından o, su təsərrüfatı sahəsinin “hər cikini, hər bikini” mükəmməl bilir, hətta “daşdan pul çıxarmağı” da mükəmməl bacarır. Məsələn, redaksiyamıza çatdırılan məlumatlara görə Vaqif Səlimovun rəhbərlik etdiyi Xaçmaz rayon Suvarma Sistemləri idarəsində bir hektar sahənin suvarma suyu ilə suvarılması üçün 44 manat pul alınır. Baxmayaraq ki, dövlət tərəfindən bu qiymətin məbləği 2 man. 50 qəp. müəyyən olunsa da, bu idarədə dövlətin müəyyən etdiyi məbləğə məhəl qoyan yoxdur. Faciə odur ki, ayrı-ayrı sahibkarlardan hər hektara görə 44 manat pul alınsa da, su təminatı davamlı ödənilmədiyindən bu ilin isti yay günlərində bağçılıq, bostançılıq təsərrüfatı ilə məşğul olan şəxslərə ciddi ziyan dəyir. Hətta, elə hallar da olur ki, ziyan çəkən şəxslər Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin giriş qapısına yığışıb, məhz Vaqif Səlimovun yarıtmaz idarəçiliyinə qarşı etirazlarını açıq formada ifadə edirlər. Bu sırada Qarabağ müharibəsi əlillərinin avqust ayında keçirdikləri etiraz aksiyasını buna misal çəkə bilərik. Söylənilənlərə görə, həmin vaxtlarda idarə rəisi əlilləri lazımi səviyyədə təhqir etməkdən də ehtiyat etmir. Buna əsas verən səbəblərdən biri də, Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisinin Zakir Quliyevə arxalanmasıdır, bu şəxsi özünə arxa-dayaq bilməsidir. Vaqif Səlimovun çoxsaylı maxinasiyalarından biri də, hələlik adının çəkilməsini istəmədiyimiz media qurumlarından birində əməlli-başlıca plagiatlığa qol qoymasıdır. Yəni, bu şəxs bir neçə gün bundan öncə ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın doğum günü bağlı keçirilən tədbirlə əlaqədar, media qurumlarından birində öz imzasını yazdırmaq şərtilə məqalə dərc etdirir. Tərəfimizdən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, qeyd olunan məqalənin sonunda Vaqif Səlimovun imzası getsə də, əslində həmin məqalə bu şəxsin beyninin məhsulu deyil, vaxtilə başqa müəllifin hazırladığı yazıdır. Əslində bu cür addımın adı plagiatlıq, başqa şəxsin məhsulunu oğurlayıb özününkülışdirmək deməkdir.Bəli, hər kəsə o da aydındır ki, Vaqif Səlimov hazırda həm belə bir idarəçiliyini həyata keçirir, həm də təqaüdə çıxacağı günlərini gözləyir. Əsas məqam ondan ibarətdir ki, bu şəxsi iş başında tapmağın özü müşkül məsələ olur. Tutaq ki, hansısa bir problemlə bağlı şəxsən onun özünə hansısa sualı verib cavab əldə etmək istəyirsən, o halda telefona cavab verən xanım katibə “Vaqif müəllim işdə yoxdur, işə nə vaxt gələcəyi haqda da məlumatım yoxdur” deyə cavab verir. Bu cür cavabların verilməsi, əslində Vaqif Səlimovla bağlı şübhələrin birəbeş artmasına səbəb olur. Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, bu şəxs daha çox gəlir əldə etmək üçün yerlərdəki su istifadəçiləri birlikləri ilə müqavilələr bağlayır və suvarma üçün nəzərdə tutulan suyu onlara verir. Su istifadəçiləri birlikləri də, onların ixtiyarına verilmiş suvarma suyunu ehtiyacı olan şəxslərə baha qiymətə satıb, əldə olunan gəlirlərin daha çox hissəsini Vaqif Səlimova çatdırırlar. Unutmaq olmaz ki, həmin şəxslərin tam əksəriyyətinin bu və digər yollarla Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisinə bağlı olduğu bildirilir.Qısa bir xatırlamanı yada salaq ki, xeyli müddət bundan öncə Vaqif Səlimovun iş otağında Melorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadə “Benladen” adlandırılmışdı. Bu cür yanaşmanın varlığı onu sübut edirdi ki, Vaqif Səlimov öz rəhbərinə “dönük çıxan” vəzifə sahiblərindəndir. O halda sual oluna bilər ki, görəsən idarə rəisi vəzifəsini daşıyan bu şəxs yeni rəhbərinə qarşı da “dönük çıxacaqmı?” və onu nə adlandıracaq? Mövzuya qayıdacağıq.
Nyus.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12 |
|
|
|
• ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01 |
|
|
|
• Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59 |
|
|
|
• Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57 |
|
|
|
• Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56 |
|
|
|
• Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53 |
|
|
|
• Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39 |
|
|
|
• “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35 |
|
|
|
• “PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32 |
|
|
|
• Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30 |
|
|
|
• Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24 |
|
|
|
• Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20 |
|
|
|
• Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17 |
|
|
|
• Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10 |
|
|
|
• ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08 |
|
|
|
• Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02 |
|
|
|
• Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58 |
|
|
|
• "Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43 |
|
|
|
• Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41 |
|
|
|
• Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32 |
|
|
|
• "Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02 |
|
|
|
• Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00 |
|
|
|
• “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58 |
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
|