“Ata sığorta” niyə atalıq edə bilmir? - NARAZILIQ!
Tarix: 21-04-2021, 08:36 | Çap et
Sığorta şirkətləri haqqında qəzetlərdə və saytlarda tez-tez müxtəlif məzmunlu yazılar dərc olunur. Bunların içərisində necə deyərlər, yaxşısı da olur, pisi də. Amma açıq etiraf edək ki, sığorta şirkətləri haqqında pis, yəni tənqidi yazılar daha çox üstünlük təşkil edir. Çünki sığorta şirkətləri əksər hallarda işlərini günün tələbləri səviyyəsində qura bilmirlər. Bu şirkətlərin rəsmiləri öz şirkətini daha da genişləndirmək, nüfuzunu daha da yüksəklərə qaldırmaq və digər bu kimi şirkətlərlə müqayisədə rəqabətə davam gətirərək daha öncül sıralara çıxmaq barədə yox, şəxsi maraqlarını güdərək öz ciblərinin inkişafı üçün çalışırlar. Qeyd etdiyim kimi, belə şəxsi maraqları güdən sığorta şirkətlər haqqında yetərincə tənqidi yazılar var. Elə bu yazı da “Ata sığorta” şirkətinin bəzi əməkdaşlarının bir vətəndaşın başına açdığı oyunlar barədədir. Açıq etiraf etmək lazımdır ki, “Ata sığorta” sığorta şirkətləri arasında adına, sambalına və nüfuzuna görə fərqlənir. Amma görünür, “iş olan yerdə nöqsan da olar” prinsipi ilə bəzi işçilər şirkətin yox, öz mənafelərini güdərək ciddi nöqsanlara yol verirlər. Nəticədə vətəndaş narazı qalır və şirkətin də nüfuzuna ciddi zərbə dəyir. İndi isə mətləbə keçək: Ağdaş rayonu, İstiqlal küçəsi- 2/8 ünvanda yaşayan Azər Ədilov redaksiyamıza müraciət edərək “Ata sığorta” ASC-dən şikayətçi olduğunu bildirdi. Səbəbini də telefonla izah etdi, sonra özünü canlı olaraq dinlədik: “...Mənə məxsus 10 VG 323 dövlət nömrə nişanlı “Mersedes avanqard” markalı maşını 28.03.2021-ci il tarixdə Qəbələ rayonu, “Savalan massivi”ndə 90 CF 697 dövlət nömrə nişanlı “07” markalı “Jiquli” maşını arxadan vurmuşdur. Maşınım “Ata sığorta” ASC tərəfindən sığortalandığı üçün, dərhal şirkətin Göyçay Regional Şöbəsinə məlumat verdim. Gəldilər, baxdılar, şəkillərini çəkdilər və getdilər. Məlumat üçün qeyd edirəm ki, “Jiquli” maşınının arxadan mənim maşınımı zərbə ilə vurması nəticəsində, maşının bir çox hissələri sıradan çıxmışdır. Sıradan çıxan hissələr bunlardır: Arxa kapot, arxa stoplar, arxa bufer, kranşteyn, Arxa baqajın “zamok”u, nömrə altlığı, sağ krelin sağ və arxa zədələri və s. Bütün bu zədələrin aradan qaldırılması və maşının əvvəlki vəziyyətə gətirilməsi üçün, usta pulu daxil olmaqla, mövcud bazar qiyməti ilə 1000-1500 manat arası xərc tələb olunurdu. Amma “Ata sığorta” ASC-nin Göyçay Regional şöbəsinin əməkdaşları bir neçə gündən sonra mənə zəng edib məlumat veriblər ki, bəs sənə 525 manat pul hesablanıb. Mən etirazımı bildirdim və qeyd etdim ki, bu məbləğ həddindən artıq aşağıdır. Buna baxmayaraq, bu qiymətin dəyişməyəcəyini bildirdilər. Ona görə də sizdən xahiş edirəm ki, “Ata sığorta”ASC ilə əlaqə saxlayıb bu problemin müsbət həllində mənə kömək edəsiniz”. *** Ağdaş rayon sakini Azər Ədilovun bu müraciətindən sonra “KİV haqqında” qanuna əsasən, əks tərəfin də mövqeyini öyrənmək istədim. Bu məqsədlə Azər Ədilova zəng olunan telefon nömrəsi ilə “Ata sığorta” ASC-nin Göyçay Regional Şöbəsinin əməkdaşı Pərvin Qurbanova ilə əlaqə saxladım. Pərvin xanım bildirdi ki, onun bu işdə heç bir rolu yoxdur, ona görə də regionalın rəhbəri Rəşad müəllimlə əlaqə saxlayın. “Ata sığorta” ASC-nin Göyçay Regional Şöbəsinin rəhbəri Rəşad Qurbanovla çox səmimi söhbət etdik. Söhbətimiz zamanı o, bildirdi ki, bu məsələlər ondan asılı deyil, bu kimi məsələlərdə Baş ofis qərar verir. Biz sadəcə icraçıyıq və s. Məcburiyyət qarşısında qalıb “Ata sığorta” ASC-nin Bakıdakı Baş ofisində məsələyə aydınlıq gətirə biləcək səlahiyyət sahiblərini axtardım. “Ata sığorta” ASC-nin rəis müavini Toğrul Qaçayevin 211-lə başlayan cin nömrəsinə bir neçə gün zəng etsək də, cavab vermədi. Daha sonra “Ata sığorta” ASC-nin 070-325-38-39 saylı iş telefonuna iki gün ardıcıl olaraq zəng etdik. İki gündən sonra cavab verən xanım məni şirkətin Qiymətləndirmə və Tənzimlənmə Departamentinə yönəltdi.
Burada da 055-209-97-83 saylı iş telefonuna cavab verən Vüqar Nurbəyli, məni çox səmimi və səbrlə dinləyib, maraqlandığım məsələni araşdırıb iki gündən sonra cavab verəcəyini qeyd etdi. Səhəri günü əlaqə saxladığımız V.Nurbəyli bunları bildirdi: “Mən araşdırdım, məlum oldu ki, şirkət nümayəndələri heç bir qanunsuzluğa yol verməyib, vətəndaş Azər Ədilova 525 manat sığorta pulu müəyyən edilib. Sizin zənginizdən sonra müştəri məmnunluğunu nəzərə alaraq 52 manat da artırmışıq. Hazırda A.Ədilova 577 manat sığorta pulu təyin edilib. İstədiyi vaxt gedib pulunu götürə bilər”. “Vüqar müəllim, vətəndaş verilən bu məbləğlə razı deyil, o bildirir ki, onun maşınına dəymiş ziyan, usta pulu ilə birlikdə 1000 manatdan çoxdur. Siz isə 577 manatdan artıq verə bilmirsiniz. Ola bilərmi maşını sizin şirkətin servislərinin birində təmir etsinlər və verilən pul da özünüzə qalsın?”, -sualıma V.Nurubəyli təsdiq cavabı verərək, bildirdi ki, heç bir problem yoxdur. “A.Ədilov maşını gətirsin Bakıya və biz onu burada təmir elətdirək”. Ancaq bu barədə A.Ədilova bildirəndə cavabı belə oldu: “Əvvəla, o maşını ora aparıb-gətirmək üçün xeyli yanacaq pulu lazımdır, sonra da ki, ən azı maşın 10 gün təmir üçün qalacaq. Bu 10 gün ərzində mənim orada oteldə qalmağım, yeməyin pulu kifayət qədər məbləğ edir. Mənim o qədər pulum olsaydı, elə şirkətin verdiyi 577 manat pulun üstünə qoyub maşınımı təmir elətdirərdim. Mən isə çox imkansız bir adamam, o qədər pulum yoxdur. Ona görə də şirkətdən xahiş edirəm ki, bazar qiymətinə uyğun olaraq maşınımın zərərini tam ödəsin, mən də maşınımı burada təmir elətdirim”. A.Ədilovun sözlərində müəyyən həqiqətlər var. Şirkət maşını özü evakuatorla gətirə bilmir. V.Nurbəylinin sözlərinə görə, sürülən maşın üçün evakuator verilmir. Belədə problem gəlib dalana dirənir. Onu da diqqətə çatdırım ki, mənim şirkət nümayəndəsi V.Nurbəyli ilə danışığımdan sonra, maşına dəymiş zərərin hesablanması üçün tərtib olunmuş akt yenidən hazırlanıb və ümumi məbləği 577 manat göstəriblər. Yəni, şirkət bizə 52 manatlıq hörmət qoyub. A.Ədilovun mənə göndərdiyi həmin akta nəzər salaq. Yuxarıda qeyd etdik ki, A.Ədilovun maşınına 7 növ ziyan dəyib. Amma “Ata sığorta” ASC əməkdaşlarının tərtib etdiyi akta nəzər salanda isə, cəmi iki növ zədə göstərilib. Arxa işıq - 100 manat Arxa bamperin kranı - 35 manat Bunları təmir etmək üçün isə dəmirçi pulu 160 manat, rəngsaz üçün 250 manat, plastmasçı üçün isə 32 manat nəzərdə tutulub. Ümumilikdə isə, maşını təmir etdirmək üçün A.Ədilova 577 manat pul yazılıb. Qeyd etdiyimiz kimi, onun 52 manatını bizim zəngimizdən sonra əlavə ediblər. İndi sual olunur. Aktda qeyd olunan, arxa işıqla, arxa bamper krantına rəng lazımdırmı? Məgər arxa işığın rəngsaza ehtiyacı varmı ki, bunun üçün şirkət 250 manat nəzərdə tutur? Dəmirçi üçün isə 160 manat qeyd edilib. Onda yenə sual olunur: -Arxa işıqla, arxa bamperin krantını dəmirçi 160 manata düzəldir? Ümumiyyətlə, buna dəmirçi lazımdırmı? “Ata sığorta” ASC adında olduğu kimi, müştəriyə bir atalıq qayğısı göstərməlidir ki, müştəri razı qalsın...
Burada qaranlıq məqamlar çoxdur. Maşının yuxarıda A.Ədilovun sadaladığı zədələri, əlbəttə, dəmirçi və rəngsaz işi tələb edir. Ancaq çox təəssüf ki, “Ata sığorta” ASC-nin Qiymətləndirmə və Tənzimlənmə Departamentinin rəsmisi Vüqar Nurubəyli qeyd edir ki, zədələr aktlaşdırılarkən dəmir hissələri qeyd olunmur. Ancaq onların dəyəri nəzərə alınır. İndi siz deyin, mən “Tarix-”Nadir”i yarıya qədər oxuyan adam kimi bu izahatdan heç nə başa düşmədim, bəs “Tarix-Nadir”dən xəbərsiz olan Azər Ədilov və onun kimi digər sadə müştərilər “Ata sığorta” ASC-nin bu məntiqsizliyini necə başa düşsünlər? Göründüyü kimi, burada aydın olmayan və ya “Ata sığorta” ASC əməkdaşının aydınlaşdıra bilmədiyi məqamlara aidiyyətı mütəxəssislər aydınlıq gətirə bilər. Bu, ilk növbədə “Ata sığorta” ASC kimi böyük və nüfuzlu bir şirkətin özünə lazımdır. Axı, bildiyimiz kimi, indi sığorta şirkətlərinin sayı-hesabı yoxdur. Ona görə də bu bazarda rəqabətə davam gətirib, özünü saxlamaq və inkişaf etdirmək istəyirsənsə, mütləq müştərini razı salmalısan. Bu səbəbdən də “Ata sığorta” ASC adında olduğu kimi, müştəriyə bir atalıq qayğısı göstərməlidir ki, müştəri razı qalsın. Mən demirəm ki, hər hansı bir qəzadan sonra müştəriyə sığorta şirkəti təzə maşın alıb verməlidir, ancaq “Ata sığorta” ASC-nin rəhbərliyi və əməkdaşları da Azərbaycan adlı bir məmləkətdə yaşayırlar və öz sahələrinə uyğun bazarın qiymətini də yaxşı bilirlər. Ona görə də qəza nəticəsində maşınlara dəymiş ziyanın məbləği elə hesablanmalıdır ki, heç olmasa, vətəndaş əlavə xərcə düşməsin. Bu isə “Ata sığorta”ASC kimi nüfuzlu bir şirkəti daha çox maraqlandırmalıdır ki, müştəriləri çox olsun. Ancaq biz təqdim etdiyimiz bu problemlə əlaqədar araşdırmalarımızı davam etdirəcəyik. Aidiyyatı mütəxəssislərlə əlaqə saxlayıb, “Ata sığorta” ASC əməkdaşlarının tərtib etdiyi qiymətləndirmə aktının dəymiş zərərə uyğun olub-olmamasını müəyyən etməyə çalışacağıq.
Tezadlar.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11 |
|
|
|
|