"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                     Sabir Rüstəmxanlı siyasətdən gedir? .....                     Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum .....                     "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib .....                     Tibb bacısı necə ginekoloq oldu? .....                     `Bank Respublika`nın qurbanı oldu və... .....                     Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər .....                     Azərbaycan İrandan artıq heç nə ummur .....                     Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları .....                     Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ .....                     İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... .....                     Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" .....                     Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! .....                     Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... .....                     Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... .....                     Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... .....                     Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü .....                     İran hər baxımdan "kritik durumda" .....                     Paşinyanın qəbuledilməz təklifləri... .....                 

“Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri - sensasion faktlar
Tarix: 14-05-2018, 08:52 | Çap et
“Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri
İctimai vəkil Samir Zeynalov “Koroğlu” MMC-də baş verən cinayət xarakterli işlərlə, habelə digər qanunsuzluqlarla bağlı geniş məlumat verib. Onu dinlədikcə göz önünə Eldar Mahmudovun rəhbərlik etdiyi “MTN çetesi”nin vaxtı ilə törətdiyi qanunsuzluqlar göz önünə gəlir. Samir Zeynalov deyir ki, şirkətdə adam oğurluğu, işçilərin qanunsuz azadlıqdan məhrum edilməsi, iplə boğma, vəhşicəsinə döymə kimi hallar adiləşib. İşçilərə qarşı cinayətlər araşdırılmır deyə hər dəfə daha geniş miqyaslı qanunsuzluqlar baş verir.

Samir Zeynalov bildirir: “İctimaiyyət nümayəndələrimiz, QHT mənsublarımız və səlahiyyətli dövlət mənsublarımız uzun müddətdir ki, ölkəmizdə reketçiliyi, qanunsuzluqları və anti-sosial əməli fəaliyyəti ilə nüfuz qazanan ”Koroğlu" MMC şirkəti haqda səslənən təkzib olunmaz faktlarla tanış olmaqdadırlar. Buna baxmayaraq dövlət və cəmiyyət adına hədsiz zərər vuran əməllərə birbaşa sahiblənən “Koroğlu” MMC barəsində qanuna müvafiq tədbirlərin görülməsi bilinməyən səbəblərdən dolayı bu günə qədər gecikir. Qeyd edim ki, bu şirkət məhkəmə-hüquq işləri üzrə tarixi-praktikada ən çox adı hallanan şirkətdir. 1992-ci ildə təsis olunan “Koroğlu” MMC ölkəmizə qənnadı məmulatlarının idxalı, müxtəlif adlar və çeşidlər üzrə istehsalı ilə məşğuldur. Şirkətin hazırkı icraçı direktoru Rəşad Əliyevdir. Bundan əvvəl isə hazırkı vəzifəni “Koroğlu” MMC-nin neqativ fəaliyyəti ilə bağlı ən çox adı hallanan Rəşad Əliyevin əmisi Tahir Əliyev icra edirdi. Şirkət şəbəkə marketlər, kiçik sahibkarlıq üzrə fəaliyyət göstərən mağazalara və digər istehlakçı sifariş subyetlərinə ölkəyə idxal etdiyi və istehsal etdiyi məhsulların dağıtımını həyata keçirir. Şirkət birmənalı olaraq marketinq prinsipi ilə məhsullarının satışını gerçəkləşdirmir. İstehlak bazarında qənnadı məmulatlarına hər zaman tələbatın olduğunu nəzərə almaqla məhsulları məcburi olaraq ticarət nümayəndələrinin adına buraxılır. Hər bir vətəndaş ticarət nümayəndəsi işinə qəbul olunarkən aylıq nəzərdə tutulan plan-limiti təmin etmə kimi öhdəliyə yiyələnir. Belə ki, bir işçinin adına aylıq məcburi olaraq çıxan 10-20 min manatlıq malların satışından həmin işçilərə maaş olaraq həmin malların maliyyə dəyərinin 16-20 faizi miqdarında nominal əmək haqqı ödənilir. Real əmək haqqı isə bağlanılan əmək müqaviləsinə görə ənənəvi olaraq minimum əmək haqqından cüzi miqdarda yüksək olmaqla - 177, 180 AZN civarında göstərilir(vergidən yayınma). Qeyd edim ki, ticarət nümayəndələrinin adına çıxan malların satışı gerçəkləşmədikdə, həmin malların son istifadə tarixinin bitməsinə görə külli miqdarda şirkətə qaytarılması səbəbindən bu mıhsulların maliyyə dəyərinin 90 faizi həcmində işçilərə cərimə tətbiq edilir. Həmin andan etibarən cərimə sanksiyasına məruz qalmış işçilər “Koroğlu” MMC rəhbərliyinin ağır borc köləliyi altında çalışmağa ya məhkum olurlar, ya da adlarına yazılmış cərimə borclarını ödəməyə məcbur olurlar".

Onun sözlərinə görə, nəticə etibarı ilə şirkət rəhbərliyi hər bir halda özünü sığorta etməklə bərabər, öz işçisinə və cəmiyyətə misilsiz maddi-mənəvi zərər vurur: “Bu barədə daha dəqiq olaraq analoji faktlara diqqət yetirməkdə fayda var: Şirkətin keçmiş ticarət nümayəndəsi Namiq Məmmədov bildirir ki, 2010-cu ilin avqustunda o, şirkətin Sabunçu rayonunda yerləşən ofisinə çağırılıb (metronun ”Koroğlu" stansiyası və “Bakıxanov” qəsəbəsi arasındakı yol). Orada icraçı direktor Tahir Əliyevin iştirakı ilə ondan firmaya 20 min manat borcunu ödəməyi tələb ediblər. O, borcu olduğunu etiraf etməkdən imtina etdikdə amansızcasına döyülüb. Sonra onu şirkətin hüquq şöbəsinin rəhbəri kimi adı keçən Emin Babaşovun başçılığı altında çılpaq soyunduraraq kamera ilə çəkiblər və müəssisə əməkdaşları arasında həmin videonu yayıblar. Bundan sonra ağır vəziyyətdə olan Məmmədovu məhsul verdiyi mağazalardan pul toplamaq üçün Şirvan şəhərinə aparıblar. Növbəti gün onu yenidən şirkətin ofisinə çağırıblar, yenidən döyüblər və çəkilmiş kadrları internetdə yayacaqları ilə hədələyiblər. Bundan sonra Məmmədov borcunu etiraf etməsi barədə kağız imzalayıb. İndi onu təqib edərək pulları tələb edirlər.

“Koroğlu”da vəhşicəsinə döyülən işçiyə həkimlər beyin və daxili orqanlarının zədələnməsi diaqnozu qoyub!

Tusi adına klinikanın həkimləri tərəfindən beyni və daxili orqanlarının zədələndiyi təsdiq olunmuş Namiq Məmmədov Türkiyəyə qaçmaq məcburiyyətində qalıb.

Namiq Məmmədovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət etməkdən qorxurdular. Belə ki, “Koroğlu” MMC onları müxtəlif dövlət orqanlarında yüksək vəzifəli himayədarları olduğu ilə hədələyirdi. Yalnız bu ilin aprelində ölkə rəhbərliyinin korrupsiyaya qarşı mübarizə elan etməsindən sonra Namiq Məmmədovun anası Südabə Məmmədova oğlunun başına gələnlər barədə mətbuata danışmağı qərara alıb. DİN rəhbərliyi buna reaksiya verib və Sabunçu polisinə faktları araşdırmağı tapşırıb. Lakin 12-ci polis bölməsi zərərçəkmişin şikayətinin olmadığını əsas gətirərək, cinayət işi başlamayıb. Qeyd edim ki, hüquq-mühafizə orqanlarına bəlli olan ağır cinayət işləri üzrə zərərçəkmiş şəxsin şikayət ərizəsinə ehtiyac duyulmur. Belə ki, şirkət rəhbərliyi tərəfindən insan oğurluğu, hədələmə, döymə, hədə-qorxu və işgəncə yolu ilə pul tələb etmə, qanunsuz həbsdə saxlamaq kimi bir sıra ağır cinayətlər törədilib".

İşçini vəhşicəsinə döyüb atasını girov götürüblər!

Şirkətin digər keçmiş əməkdaşı Elgün Teymurov da analoji səbəblərlə döyüldüyünü qeyd edir. Bundan başqa, onun atasını bir müddət girov kimi şirkətdə saxlayıblar. Şirkətin daha bir əməkdaşı Mirrəhim Qənizadənin də atasının və əmisi oğlunun başına eyni oyun açılıb. Qənizadə öz avtomobilini şirkətin “cəza qrupunun” üzvlərindən birinin adına keçirdikdən sonra onları buraxıblar.

“Koroğlu”da işgəncə otağı var!

O, digər əməkdaşların bütün kollektivin gözü qarşısında döyülməsinin və təhqir edilməsinin şahidi olduğunu təsdiq edib. Qənizadənin sözlərinə görə, ofisdə insanların girov saxlanılması və döyülməsi üçün istifadə olunan xüsusi otaqlar var.

Şirkətin keçmiş əməkdaşı Vəkil Quliyevin də paltarlarını soyundurub videoya çəkiblər: “Şirkətin rəhbəri Tahir Əliyev gəlib istehza ilə deyib ki, Prezident Administrasiyasında da, prokurorluqda da mənim adamlarım var, istədiyim adamın başına oyun açaram. Polisə getsəniz, onları da susduracağıq”.

Şikayətçi deyir ki, “Koroglu” MMC-nin rəhbəri Tahir Əliyev dəfələrlə iclas keçirərək işçiləri təhdid edib: O deyib ki, “kimin pulu mənim pulumdan çoxdur? Kim bizdən böyükdür? Bu ölkəni idarə edən qollardanıq. Özünüzü yığışdırın, çaşmayın”.

“Gördüm ki, Saleh adlı iş yoldaşımın boğazına ip keçirib sürüyürlər”

Şirkətin keçmiş əməkdaşı Arif Əliyev deyib ki, işgəncə halları “Koroğlu” şirkətində artıq normaya çevrilib: �?’Mən uzun zaman orda işləmişəm. Bir dəfə öz gözlərimlə gördüm ki, Saleh adlı iş yoldaşımın boğazına ip keçirib sürüyürlər. Pilləkəndən sürüyə-sürüyə yuxarı qaldırdılar. Saleh huşun itirdi. Tahir Əliyev özü gəlib Salehin dilini çölə çıxarıb qucagına alıb apardı. Çünki qorxurdular ki, ölüb üstlərində qalar. Şirkət “vorzakon”luqla məşğuldur. Müəyyən nüfuzlu şəxslərin adını hallandırır və əllərindən nə gəlirsə edirlər. Balalarımın canına and olsun, şirkətdə işləyənlərin hamısının bütün məsələlərdən xəbəri var".

“Get, kimə istəyirsən şikayət elə, arxamda general dayanıb!”

Şirkətin digər keçmiş və həbs edilən əməkdaşı Fuad Əzimovun anası Zöhrə Əzimova isə təşkil etdiyi mətbuat konfransında qeyd edib ki, MMC rəhbəri T.Əliyev oğluna vaxtı keçmiş mal yollayıb və buna görə ondan 780 min manat pul tələb edib. T.Əliyevdən şikayət edəndə isə “Get, kimə istəyirsən şikayət elə, arxamda general dayanıb” sözlərini eşidib.

Şirkətin keçmiş əməkdaşı Asif Rəhimovu da analoji qondarma ittihamlara və bərbad, qanunsuz iş sisteminə görə döyüb evinin kupçasını əlindən alıblar.

“Koroğlu” saxta qaimə-fakturalarla külli miqdarda vergidən yayınır"

Şirkətin keçmiş əməkdaşı Rauf Əliyev 5 il əvvəl - 2013-cü ildə “Koroğlu” MMC-nin direktoru Tahir Əliyevin idarəetmə sisteminə etiraz olaraq şirkətdə tutduğu yüksək vəzifədən imtina edərək ayrılıb. Bundan sonra Tahir Əliyev dəfələrlə onu şirkətə qaytarmaq istəyib. Rauf Əliyev rəsmi olaraq əmək kitabçasına qeyd olunmaqla 01.02.2013-cü il tarixdə işdən ayrılıb. Buna baxmayaraq o gündən sonra yenə də onun adına şirkətdən qənnadı məmulatlarının müstəqil istiqamətdə çıxışı həyata keçirilib. Şirkətə yenidən qayıtdıqdan sonra məsələni aydınlaşdırıb, buna etirazını bildirib. Məlum olub ki, işdən uzaqlaşdığı müddət ərzində adına qeyri-qanuni olaraq 134 min 471 manat həddində mal buraxılıb. Həmin vəsaitin 25 min manatı naməlum formada mənimsənilib.

Rauf Əliyev apardığı araşdırma zamanı müəyyən edib ki, şirkət daxilində 93 min 184 manat 81 qəpik kəsir var. Bu haqda hesabat hazırlayıb Tahir Əliyevə təqdim edib. Elə bundan sonra da Rauf Əliyevin qara günləri başlayıb. Həmin kəsiri dolayısı ilə elə onun özünün “ayağına” yazıblar. Bakı Ağır Cinayətlər Məhkəməsində “Koroğlu” MMC-nin işçisi Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir. Cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. Rauf Əliyev şirkətin 120 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur.Ona qarşı irəli sürülən ittiham isə heç bir sübuta malik olmamaqla bərabər, bumeranq xarakterlidir. Belə ki, “Koroğlu” MMC-in ittiham üzrə istifadə edilən saxta qaimə-fakturalar külli miqdarda vergidən yayınma faktıdır.

Samir Zeynalov bildirir ki, “Koroğlu” MMC-nin apardığı qanunsuzluqlara, özbaşınalıq hərəkətlərinə dözməyərək, intihar etmiş şəxslər də çox təəssüflər olsun ki, mövcuddur: “Həmin şəxslərin də adlarını təqdim edirəm:

İsmayıllı rayonu Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü Tofiq Adıgözəlov ( İntihar tarixi 14.05.2014).

Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Xəyyam Vüsal oğlu Nağıyev (İntihar tarixi 05.12.2011).

Göründüyü kimi, “Koroğlu” MMC-nin rəhbərlik səviyyəsində neqativ təmayüllü uzun tarixi əhatə edən əməlləri mütəşəkkil cinayətkar dəstənin fəaliyyəti haqqında real təsəvvür yaradır. Nəticə etibarı ilə onu da qeyd edim ki, “Koroğlu” MMC tərəfindən istehlaka təqdim edilən mallar külli miqdarda son istifadə müddətləri bitməsinə rəğmən belə müəssisədə yenidən qablaşdırılaraq istehlaka təqdim edilir. Bununla da ölkə miqyasında görünməmiş antimilli, antisosial, xəyanət tərkibli əməllərə imza atılır".

Qeyd: Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33
Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27
Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22
Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... - Nəzarət orqanının rəhbərinə layihələr verilir
Bu gün, 07:14
Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... - İLGİNC FAKTLAR
Bu gün, 07:06
Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan
Bu gün, 07:02
İran hər baxımdan "kritik durumda" - GƏLİŞMƏ
Bu gün, 06:56
Paşinyanın qəbuledilməz təklifləri... - Bəndlər üzrə İNCƏLƏMƏ
Bu gün, 06:53
Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında - “Xəyali icma”nın gerçək təsviri
Bu gün, 06:47
"Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." - Orxan Saffari
Bu gün, 06:41
"İcra başçısı evimizi ikinci dəfə dağıtdı" - Gəncə terrorunda valideynlərini itirən şəxs FƏRYAD EDİR
Bu gün, 06:37
"Ermənistan dəhlizi xoşluqla açmasa,,," - deputat
Bu gün, 06:27
Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək - İLGİNC
Bu gün, 06:22
Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12
"Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35
Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29
Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru