Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                     Sabir Rüstəmxanlı siyasətdən gedir? .....                     Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum .....                     "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib .....                     Tibb bacısı necə ginekoloq oldu? .....                     `Bank Respublika`nın qurbanı oldu və... .....                     Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər .....                     Azərbaycan İrandan artıq heç nə ummur .....                     Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları .....                     Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ .....                     İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... .....                     Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" .....                     Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! .....                     Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... .....                     Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... .....                     Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... .....                     Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü .....                     İran hər baxımdan "kritik durumda" .....                     Paşinyanın qəbuledilməz təklifləri... .....                     Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında .....                     "Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." .....                     "İcra başçısı evimizi ikinci dəfə dağıtdı" .....                     "Ermənistan dəhlizi xoşluqla açmasa,,," .....                     Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək .....                     Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq .....                     Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub .....                     "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb .....                 

İşdən çıxarılan komitə sədrlərinin və sabiq nazirin başı dərddə - GƏLİŞMƏ
Tarix: 26-04-2018, 08:58 | Çap et
İşdən çıxarılan komitə sədrlərinin və sabiq nazirin başı dərddə
Nazirlər Kabinetinin üzvləri sırasında vəzifələrini itirən Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi Firudin Nəbiyevin başı üstündə “qara buludlar” dolaşır.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dəyişikliyi şərh edərkən Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazılıq ifadə edib və bu barədə prezident İlham Əliyevin məlumatlı olduğunu vurğulayıb: “Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

R.Mehdiyevin sözlərinə görə, Nazim İbrahimovun rəhbərliyi dövründə Gürcüstanda, Avropada, Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla hər hansı iş görülməyib: “Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin işi barədə də sərt danışıb. O, deyib ki, Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır: “Azərbaycan prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə müəyyən iradlar tutub, xidmətdəki nöqsanların aradan qaldırılmasının vacibliyini bildirib. Möhtərəm prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O, şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”.

Bəzi ekspertlər Ramiz Mehdiyevin bu açıqlamalarını hər iki qurumda korrupsiya və rüşvətxorluğun ifşa olunması kimi qiymətləndirirlər.

Maraqlıdır, Ramiz Mehdiyevin Diaspora Komitəsində dövlətin ayırdığı pulların təyinatı üzrə xərclənmədiyi, Dövlət Miqrasiya Xidmətində isə rüşvətxorluğun olduğu barədə dedikləri həmin pozuntularla bağlı cinayət işi açılmasını zəruri edirmi?

Hüquqşünas Ələsgər Əhmədoğlu “Yeni Müsavat”a bildirdi ki, Prezident Administrasiyasının rəhbərinin həmin bu ifadələri açıq şəkildə araşdırma başlamaq üçün əsasdır: “Cinayət Prosessual Məcəlləyə əsasən, KİV-də yayılan məlumatlar cinayət araşdırması başlamaq üçün əsas ola bilər. Bu ifadələr də KİV vasitəsilə yayılıb. Ona görə də cinayət işi açılıb araşdırma aparılması üçün əsas yaranır”.

Hüquqşünas Cavad Cavadov da modern.az-a bildirib ki, Ramiz Mehdiyevin səsləndirdiyi fikirlər prokurorluq orqanlarından araşdırma tələb edir: “Maliyyə məsələlərinin qeyd edilməsi korrupsiya xarakterli cinayətin əlamətlərindən xəbər verir. Bu baxımdan prokurorluq araşdırmalara başlamalıdır”.

Hüquqşünas bildirib ki, yeni komitə sədri özü də bununla bağlı müraciət edə bilər: “Komitəyə sədr təyin edilən Fuad Muradov özü məsələlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Hər bir halda Ramiz Mehdiyevin səsləndirdiyi ittihamlar cinayət araşdırılmasının başlanması üçün ciddi əsasdır”.

C.Cavadovun sözlərinə görə, Nazim İbrahimov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsilə cinayət işi açıla bilər: “Həmin maddədə külli miqdarda vəsaitin mənimsənilməsilə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hətta bura vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi də əlavə edilə bilər. Çünki səsləndirilən ittihamlar kifayət qədər ciddi ittihamlardır. Sadəcə, mənimsəmə ilə bağlı konkret rəqəm söylənilmədiyindən hüquqşünas olaraq mən də konkret fikir söyləyə bilmirəm. Amma Ramiz Mehdiyevin açıqlaması prokurorluq orqanları tərəfindən araşdırmalara başlanmasına səbəb ola biləcək fikirlər hesab olunur. Artıq Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsi ilə araşdırmalara başlana bilər”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən, təqsirkar min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu Məcəllənin 179.1. və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə- əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu Məcəllənin 179.1-179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Diasporla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov isə komitənin fəaliyyətinin təftişinin mümkünlüyü barədə danışarkən deyib ki, işləri göz qabağında olub. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq.

Dünən bir sıra saytlar isə Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin özünə və ailə üzvlərinə məxsus olduğu iddia edilən dəyəri milyonlarla manatlarla ölçülən villaların fotolarını yayıb.

Unikal.org saytı isə xəbər verir ki, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun vəzifəsindən uzaqlaşdırılması onun işinin öhdəsindən gələ bilməməsi, kənd təsərrüfatı sahəsində ciddi porblemlərin aşkar edilməsi ilə bağlıdır. Saytın əldə etdiyi məlumata görə, bu kimi yeyinti halları, Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbərinin maliyyə maxinasiyası aidiyyəti qurumlar tərəfindən araşdırılacaq. Bu da onu deməyə əsas verir ki, Heydər Əsədov qeyri-qanuni yolla əldə etdiyi milyon manatlarla pulun hesabını verməli olacaq. Onun məsuliyyətə cəlb olunma ehtimalı da təxmin edilir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33
Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27
Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22
Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... - Nəzarət orqanının rəhbərinə layihələr verilir
Bu gün, 07:14
Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... - İLGİNC FAKTLAR
Bu gün, 07:06
Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan
Bu gün, 07:02
İran hər baxımdan "kritik durumda" - GƏLİŞMƏ
Bu gün, 06:56
Paşinyanın qəbuledilməz təklifləri... - Bəndlər üzrə İNCƏLƏMƏ
Bu gün, 06:53
Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında - “Xəyali icma”nın gerçək təsviri
Bu gün, 06:47
"Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." - Orxan Saffari
Bu gün, 06:41
"İcra başçısı evimizi ikinci dəfə dağıtdı" - Gəncə terrorunda valideynlərini itirən şəxs FƏRYAD EDİR
Bu gün, 06:37
"Ermənistan dəhlizi xoşluqla açmasa,,," - deputat
Bu gün, 06:27
Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək - İLGİNC
Bu gün, 06:22
Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12
"Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35
Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29
Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28
Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23
Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05
Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02
“Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48
Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44
Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20
Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru