Fazil Məmmədovun "Qara qutu"ları sonadək açılacaqmı? - Gözlər Mikayıl Cabbarovda
Tarix: 12-01-2018, 08:57 | Çap et
“Yeni Müsavat” qəzeti 9 şirkət və bir fiziki şəxsin Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verməsini ötən ay işdən qovulan vergilər naziri Fazil Məmmədovun həbsi istiqamətindəki növbəti addım kimi qiymətləndirib.
Qəzet yazır: “Məsələ ondadır ki, Lokal Gəlirlər Departamenti orta və kiçik sahibkarlara divan tutan əsas qurum olub. Məhz həmin orqanın əməkdaşları iş adamlarını aylıq, illik “haqq”a oturdublar, dövlət büdcəsinə çatmalı olan pulları mənimsəyiblər. Fakt isə ondan ibarətdir ki, bu qurumun rəhbər şəxsləri birbaşa Fazil Məmmədovun ən yaxın adamları olub. Şübhəsiz ki, buradakı proseslər nazirdən xəbərsiz həyata keçirilməyib”.
Əlbəttə, qəzetin iddiaları ilə razılaşmamaq mümkün deyil və adıçəkilən qurumun ölkə sahibkarlığına divan tutması heç kimə sirr deyil. Heç də təsadüfi deyil ki, üzləşdikləri vergi repressiyalarına görə bu günədək susmağa məcbur olan bir neçə sahibkar Moderator.az-a müraciət edərək dövlət başçısının Fazil Məmmədovun işdən qovulması haqqında sərəncamını alqışlamışdı (moderator.az/news/205506.html). Sahibkarlar az qala fəryad edərək Lokal Gəlirlər Departamentinin rəisi İlqar Əhmədovun onlara zülm etdiyindən bəhs etmişdilər. Üstəlik, onlar hələ bir müddət də səbrlə gözləyəcəklərini və vergilər naziri Fazil Məmmədovun özünün və talançı komandasının rəsmi olaraq məhşər ayağına çəkilməyə başlamasından sonra üzə çıxaraq tükürpədici faktları açıqlayacaqlarını bildirmişdilər. Odur ki, indi 9 şirkətin və 1 fiziki şəxsin rəsmi olaraq məhkəməyə müraciət etməsi başadüşüləndir və gözləmək olar ki, tezliklə zərərçəkmişlərin uzun-uzadı siyahısı mətbuata ayaq açacaq və obrazlı ifadə olunsa, "MTN işi" çərçivəsində rəsmi olaraq zərərçəkmiş kimi tanınanların sayı vergi başkəsənlərinin qurbanlarının sayının yanında toya getməli olacaq.
Ancaq qəzet adıçəkilən departamenti sahibkarlara divan tutan “əsas qurum” kimi təqdim etməkdə bir az qeyri-dəqiqliyə yol verib. Məsələ burasındadır ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin, sonradan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi, ən sonda isə nazirin müşaviri təyin olunmuş Habil Məmmədov İlqar Əhmədovdan daha betər bir soyğunçuluq kampaniyasına rəhbərlik edib. Bir sözlə, Habil Məmmədov böyrü üstə düşmüş ölkə sahibkarlığının nəzərində daha böyük günahlar sahibi kimi tanınır və "Yeni Müsavat"ın İlqar Əhmədovun rəhbərlik etdiyi departamenti “əsas qurum” kimi təqdim etməklə özü də bilmədən Habil Məmmədovun günahına girib və onun seriallar bəzəyi olacaq bir əsrə sığmayan “xidmətlər”ini kiçiltmiş olub.
Əslində cəmiyyətdə çaşqınlıq yaradan amilllərdən biri də ölkədə islahatçı məmur kimi ad çıxarmış yeni vergilər naziri Mikayıl Cabbarovun iki gün öncə açıqlanmış 64 nəfərlik "qara siyahı"sına məhz Habil Məmmədov başçılıq etməli olduğu halda onun adına rast gəlinməməsidir. Doğrudur, bəzi müşahidəçilər iddia edir ki, Mikyıl Cabbarov Habil Məmmədovu məqsədli şəkildə bir müddət öz postunda saxlayıb, bununla da Fazil Məmmədovun cinayətkar şəbəkəsinin əməllərini təfərrüatı ilə ortaya qoyacağı, nazirlə səmimi davranacağı, gizli dosyeləri deşifrə edəcəyi halda həbs edilməyəcəyinə zəmanət almaqla işindən kənarlaşdırılacaq.
Çünki əslində Habil Məmmədovla İlqar Əhmədov Fazil Məmmədovun "qara qutu"ları hesab olunur və onların bu illər ərzində törədilən tükürpədici cinayətlərin 50 faizini deşifrə etmələri kifayət edər ki, keçmiş vergilər nazirini uzunmüddətli, bəlkə də ömürlük həbsə göndərmək mümkün olsun. Çünki dövlət başçısı İlham Əliyev vaxtilə keçirdiyi müşavirədə vergi orqanlarını ittiham edərkən onların əməllərini dövlətə, Vətənə xəyanət kimi qəbul etdiyini vurğulamışdı. Cinayət Məcəlləsinə görə Vətənə xəyənət maddəsi ilə ittiham olunanlar ömürlük həbs cəzası ilə cəzalandırılır. Bu baxımdan Mikayıl Cabbarovun 64 nəfərlik qara siyahısını obrazlı olaraq onun cəmiyyətə hələ də təfərrüatı bəlli olmayan şahmat gedişi kimi də xarakterizə etmək olar.
Doğrudur, Şahmat Federasiyasının rəsmi prezidenti Mərkəzi Banklın sədri Elman Rüstəmovdur. Amma Badminton və Qılıncoynatma Federasiyalarının prezidenti olan Mikayıl Cabbarovun da yaxşı şahmatçı olduğu və onun 64 xanalıq şahmat taxtasında gözlənilməz gedişlər etdiyi deyilir. Odur ki, məhz bu məntiqlə onun Habil Məmmədovla bağlı son qərar vermədiyini proqnozlaşdırmaq olar. Çünki məhz Habil Məmmədov sahibkarlara çoxpilləli torba tikmə kampaniyasına əsas rəhbərlik edənlərdən olub və kimlərə ağılasığmaz vergi borcu yükləmək, kimləri qabaqcadan tasa oturdaraq iki il öncədən vergi istəməyi bilir və bu şəbəkənin işlək mexanizminin uzmanı kimi tanınır. Ona görə də onun silkələnərək qara qutunun içərisindəkilərin heç olmasa yarısının üzə çıxarılması lazımdır və cəmiyyətin də əslində dörd gözlə islahatçı nazirdən gözlədiyi budur. Hamı yeni vergilər nazirindən peşəkar şahmatçı gedişləri gözləyir və ümid edilir ki, o ölkə sahibkarlığının qəbirqazanı olmuş şəbəkəni ifşa etməklə başda Fazil Məmmədov olmaqla ölkə iqtisadiyyatının qara yarasına çevrilmiş vergi başkəsənlərini mat qoyacaq qərarlara imza atacaq. Əks halda cəmiyyətin özü mat vəziyyətinə düşəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14 |
|
|
|
• Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12 |
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
• Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29 |
|
|
|
• Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28 |
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46 |
|
|
|
|