Oskanyan Qərbi Azərbaycandan danışdı .....                     "Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox" .....                     Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib .....                     Hakim Pənah Kərimovu ev dustlağınıa buraxdı... VƏ ARA QARIŞDI! .....                     Pakistanın Baş naziri Azərbaycana səfər edəcək .....                     BMT Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb .....                     AZNEFT rəhbərliyindən `RADİKAL İSLAHAT` .....                     "Döyülə-döyülə buralara gəlib çıxmışıq" .....                     Ermənistan Ukraynanın taleyini yaşaya bilər .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     "Juninyo "Flamenqo"da oynamağa hazırdır" .....                     Nə vaxta qədər ZAY MƏHSUL satacaqlar? .....                     AMEA prezidentinin oğlunun ŞOK İFADƏSİ .....                     Azərbaycan dünyada bir çox dərin layları tərpədib .....                     Deputatın şirkəti NARAZILIQ YARADIR... .....                     Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... .....                     Paşinyanın yeni sülh sazişi blefi .....                     Burada da əyri-üyrü İŞLƏR ÇEVRİLİR .....                     Nəsimi rayonu özbaşına qalıb, yoxsa?.. .....                     Hacıqabulda köhnə rəhbərliyin yeyintisini TƏZƏ RƏHBƏRLİK ÖRT-BASDIR EDİR? .....                     Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqələrinin verilməsi... .....                     Rusiya qazının alışına getməməliyik .....                     Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür .....                     İcra başçısı sakinlərlə görüşdə belə qızındı .....                     İrəvanın Aİ İDEYASI... .....                     Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi .....                     "Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" .....                     Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? .....                     Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır .....                     "Bərdədə biz kasıbların başına oyun açırlar..." .....                     Bankların kredit siyasətində ədalətsiz yanaşma... .....                     Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər .....                     ABŞ-Azərbaycan münasibətləri necə olacaq? .....                     Hollivud ulduzundan Aytənin şərhinə reaksiya .....                     Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib .....                     Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? .....                     Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... .....                     Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu .....                     “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” .....                     Benziya niyə hələ də Azərbaycana qayıtmayıb? .....                 

"OMD” xəstəxanası uşaq qatilinə çevrilir... - Qalmaqallı aktrisanın 2 aylıq körpəsi xəstəxanada öldü
Tarix: 29-04-2017, 09:40 | Çap et
"OMD” xəstəxanası uşaq qatilinə çevrilir...
"İşlə əlaqədar Bakıda deyildim. Evdən zəng vurdular ki, uşaq xəstədir. Aparıblar həkimə, müalicə yazıb. Müalicədə sistem də olub. Sistem vuranda körpə şok keçirib ölüb”.

Bunu açıqlamasında azərbaycanlı aktrisa Türkan Əliyeva deyib. Aktrisanın iki ay yarımlıq oğlu aprelin 12-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda vəfat edib. O, övladının ölümündə həkimləri günahlandırır: "Uşaq anadan olanda yemək yazılmışdı, ona düşməmişdi. Sonra uşağa "malış” verdik. Qatılaşdırılmış süddən bağırsaqlarına mikrob düşüb. Ona görə həkim sistem yazmışdı. Bağırsaqları yuyulmalıydı. Uşağı "OMD” xəstəxanasına aparıblar, reanimasiya şöbəsinə yerləşdiriblər. Birinci sistemdən sonra uşaq yaxşı olub. Lakin ikinci sistemi qoşanda uşağın nənəsini otaqdan çıxarıblar ki, xaricdən qonaqlar gəlib. Sonra başları qonağa qarışıb. Uşağı sistemin altında qoyub gediblər qonaqları qarşılamağa. Gəlib görüblər ki, uşaq şok keçirib və ölüb”.

Aktrisa deyir ki, hadisə aprelin 12-də baş verib. Bakıda olmadığı üçün körpənin öldüyünü ailə üzvləri ona dərhal deməyib. T. Əliyeva uşaq doğulan zaman və sonra heç bir problemi olmadığını iddia edir: "Uşaq xəstələnəndə mən yoldaşımla Bakıda deyildim. Çox təəssüf edirəm ki, nə mən, nə atası yanında olmuşuq. Mənə dedilər ki, uşağın vəziyyəti ağırdır. Gəldim gördüm ki, evdə ağ kəfənə büküblər. Öldüyü gündən bir gün sonra gəlib çatdım. 2 ay yarımlıq sağlam uşaq idi. Uşağa ölüm kağızında yazıblar ki, guya nə qədər xəstəliyi vardı. Halbuki doğulanda heç bir xəstəliyi olmayıb. Bir neçə dəfə müayinədən keçirmişdik, çox sağlam idi. Doğulduğu xəstəxananın da həkimi onun sağlam olduğunu təsdiqləyə bilər. "OMD”-də Solmaz, Aygün və Rəna adlı 2-3 həkim uşağa baxırmış. Ölüm kağızını da Rəna həkim yazıb. Mən uşağın ölümünə səbəb olan həkimlərdən şikayət etmək istədim. Lakin körpənin meyitinin yarılması məsələsinə görə dayandım. İstəmirəm uşağı yarsınlar. Amma uşağın ölümünə həkimlərin diqqətsizliyinin səbəb olduğunu düşünürəm”.

Ailem.az məsələyə münasibət bildirməsi üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Nəsib Quliyevlə əlaqə saxlayıb. Baş həkim aktrisanın iddialarının əsassız olduğunu deyib: "Xanımın iddialarının heç bir əsası yoxdu. Burda həkim diqqətsizliyindən söhbət gedə bilməz. Uşaq nəinki sağlam olmayıb, xəstəxanaya triaqoniya vəziyyətində gəlib. Yəni kəskin ürək-tənəffüs çatışmazlığı, hipotermiya, anemiya diaqnozundan canvermə, ölü vəziyyətində xəstəxanaya daxil olub. Uşaq doğulandan ona un qovurub veriblər, qida verməyiblər. Uşağın vəziyyəti ölümcül həddə çatanda xəstəxanaya gətiriblər. Reanimasiyaya daxil olub, 18 saat bütün tədbirlər aparılıb. Aparılan yardımlara baxmayaraq, tələf olub”.

T. Əliyeva ikinci övladını vətəndaş nikahında yaşadığı ikinci həyat yoldaşından dünyaya gətirib. Aktrisa ikinci həyat yoldaşı ilə nikaha girməməsinin səbəbini də açıqlayıb: "İki il olar ki, ikinci dəfə ailə qurdum. Böyük oğlum Amin hələ balaca idi. Bu həyat yoldaşım mənim sahəmin adamı deyil. Onun haqqında məlumat vermək istəmirəm. Çünki elə işlə məşğuldur ki, məlumat verilməsini istəmir. Azərbaycanlıdır, Bakıda yaşayır. İkimizin də qeydiyyatla bağlı problemimiz olduğu üçün nikaha girə bilmirik”.

Xatırladaq ki, Türkan Əliyeva "ATV”də yayımlanan "Qız yükü” serialında rol aldığı yataq səhnəsi ilə tanınmışdı. Sonradan isə aktrisa nikahdankənar övlad dünyaya gətirməsi ilə söz-söhbətə səbəb olmuşdu. O, uşağının atasının tanınmış müğənni olduğunu və adını açıqlayacağını desə də, sonradan bu fikrindən daşınmışdı. T. Əliyeva hazırda böyük oğlu Aminin atası ilə heç bir əlaqəsi olmadığını bildirib: "Aminin atası ilə əlaqəmin olmağı məsləhət deyil. Oğlu ilə maraqlandı, lakin özüm əlaqəni kəsdim. Onun ailəsində bilirdilər, hər şey yaxşı idi, bəzi problemlərə görə onunla münasibətimiz alınmadı. Sadəcə, axırda elə məsələlər ortaya çıxdı ki, ona görə də oğlumuzla görüşməsinə icazə vermirəm. Onunla nikahımız yox idi, oğlum öz soyadımdadır”.

//Ailem.az

"OMD” xəstəxanası uşaq qatilinə çevrilir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15
"Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14
Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11
Hakim Pənah Kərimovu ev dustlağınıa buraxdı... VƏ ARA QARIŞDI! - MÜƏMMALI QƏRAR...
Bu gün, 09:58
Pakistanın Baş naziri Azərbaycana səfər edəcək - “The News International”
Bu gün, 09:45
BMT Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Bu gün, 09:42
AZNEFT rəhbərliyindən `RADİKAL İSLAHAT` - AY BƏRƏKALLAH...
Bu gün, 09:39
"Döyülə-döyülə buralara gəlib çıxmışıq" - Sabir Rüstəmxanlı
Bu gün, 09:27
Ermənistan Ukraynanın taleyini yaşaya bilər – Qarşısını almağın yeganə yolu…
Bu gün, 09:22
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək
Bu gün, 09:09
"Juninyo "Flamenqo"da oynamağa hazırdır" - Julio Romao
Bu gün, 09:08
Nə vaxta qədər ZAY MƏHSUL satacaqlar? - ETİRAZ VAR...
Bu gün, 09:06
AMEA prezidentinin oğlunun ŞOK İFADƏSİ - və ŞƏRTİ CƏZA...
Bu gün, 08:58
Azərbaycan dünyada bir çox dərin layları tərpədib - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:55
Deputatın şirkəti NARAZILIQ YARADIR... - "Əslində yaxşı işləsələr..."
Bu gün, 08:54
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Bu gün, 08:46
Paşinyanın yeni sülh sazişi blefi - FAKT BUDUR!
Bu gün, 08:40
Burada da əyri-üyrü İŞLƏR ÇEVRİLİR - bir araşdıran olsa...
Bu gün, 08:36
Nəsimi rayonu özbaşına qalıb, yoxsa?.. - İDDİA
Bu gün, 08:35
Hacıqabulda köhnə rəhbərliyin yeyintisini TƏZƏ RƏHBƏRLİK ÖRT-BASDIR EDİR? - İTTİHAM VAR...
Bu gün, 08:29
Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqələrinin verilməsi... - Ekspert danışır...
Bu gün, 08:17
Rusiya qazının alışına getməməliyik - ÇÜNKİ...
Bu gün, 08:13
Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
Bu gün, 08:11
İcra başçısı sakinlərlə görüşdə belə qızındı - İstini sevirmiş...
Bu gün, 08:06
İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21
Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05
"Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02
Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55
Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52
"Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47
Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41
Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37
ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34
Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32
Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29
Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27
Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24
Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22
“Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43
Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40
Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35
Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32
Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02
Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42
“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39
İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37
"Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58
DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru