İki icra başçısının başı dərddə - adları...
Tarix: 19-04-2017, 08:56 | Çap et
Aprelin 15-də prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisinin dayandırılması ölkə gündəmin əsas müzakirə edilən mövzularından biridir.
Xatırladaq ki, tikinti “A-3 Sənaye Tikinti Korporasiyası” adlanan MMC tərəfindən başlanılıb. Şirkəti mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Bu, ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev sərt reaksiya göstərib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.
Rəsmi məlumata görə, ağacların qanunsuz kəsilməsi ilə bağlı şirkətə ümumilikdə 130 min 760 manat cərimə kəsilib.
Məlum olub ki, şirkət “Ovçular evi”nin ərazisində tikintinin icazəsini Bakı Şəhər İcra Hakimiyyətindən alıb. Hazırda “Ovçular evi” İctimai Birliyinin ərazisində qalan 27 ağacın mühafizəsinin təmin edilməsi üçün “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-yə məcburi göstəriş verilib və ərazi nəzarətə götürülüb.
İddialara görə, ərazidə Milli Məclisin deputatları üçün “Böyük Plaza” adlı yaşayış kompleksi, o cümlədən biznes-ticarət mərkəzinin inşa edilməsi planlaşdırılıbmış.
İndi əsas diqqətlər tikintiyə icazə vermiş Bakı meri Hacıbala Abutalıbova və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin sonrakı taleyinə yönəlib. Çünki bu qanunsuz əməllərdə əsas məsuliyyət əsasən onların üzərinə düşür.
Prezident 2015-ci ildə Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiq edib. Məcəlləyə edilən dəyişikliyə əsasən, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərməlidir. Həmin sorğuya 15 gün müddətində rəy bildirilməlidir.
Qanuna görə, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir.
Şəhərsalma və Tikinti Məcəlləsində icazə verən orqan “müvafiq icra hakimiyyəti” adı altında ümumiləşdirilsə də, aydındır ki, bu cür iri bir tikintinin icazəsi üçün BŞİH başçısının imzası mütləqdir. Məsələn, bir neçə ay əvvəl elə “Ovçular evi”nin bir addımlığında yerləşən Bakı Dövlət Universitetinin tələbələri üçün yataqxana tikintisinə də icazəni H.Abutalıbov imzalamışdı. Qanunda verdiyimiz qısa sitatlar və prezidentin tikintinin dayandırılması barədə qərarı da onu təsdiqləyir ki, müvafiq icra orqanları qanunun tələblərini heçə sayıb. Burada digər tikintiyə məsul qurumların da məsuliyyəti var ki, şübhəsiz, onların da “başı ağrıyacaq”.
Virtualaz.org tikinti aparan şirkətin Adəm İsmayılov adlı deputata məxsus olduğunu yazsa da, hazırda Milli Məclisin tərkibində belə bir şəxs yoxdur. Bizim araşdırmaya görə, A.İsmayılov deputat yox, 2015-ci ildə deputatlığa namizəd olub.
Ölkə mətbuatında hələ Bakıda “tikinti bumu” vaxtı belə xəbərlər vardı ki, 10-16 mərtəbəli bina üçün ən azı 500 min manat rüşvət vermək tələb olunur. Bakıda böyük binaların tikintisi məhdudlaşdırıldığından indi bu “şirinlik” yəqin ki, iki dəfə artıb. Bina deputatlar üçün nəzərdə tutulduğundan ola bilsin ki, müvafiq icazə üçün rüşvət tələb olunmayıb. Amma nəzərə alsaq ki, burada təkcə yaşayış binası deyil, həm də ticarət obyektlərinin tikilməsi də planlaşdırılıb, o halda şübhələr üçün əsas yaranır.
İddialar var ki, tikinti üçün icazə verilməsinin məsuliyyətini 2006-cı ilin sentyabrından hal-hazıra kimi Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan İbrahim Mehdiyevin üzərinə qoymaq istəyirlər. Çünki şirkət cərimələnsə də, ortada cinayət işi, prezidentin iradəsi var.
Son aylar Yasamaldakı söküntü işləri ilə bağlı İbrahim Mehdiyev tez-tez hədəfə çıxır. Mikayıl Müşfiqin heykəlinin sökülməsindən sonra yaranmış qalmaqalı xatırlamaq kifayətdir. İ.Mehdiyev “Sovetski” dəki “Hacı Cavad” məscidin sökülməsi ilə bağlı da narazılığın əsas fiquru idi. İndi isə ortaya daha bir ciddi qanunsuzluq çıxıb...
H.Abutalibovun Bakının icra başçısı vəzifəsindən tezliklə çıxarılacağı barədə çox yazılsa da, o, paytaxtda hələ ki söz sahibi olaraq qalır. Amma ondan da İ.Mehdiyev kimi narazılıq kifayət qədərdir...
Prezident cidd-cəhdlə ölkə iqtisadiyyatında dönüş yaratmaq üçün çalışdığı bir vaxtda bəzi məmurların “qaşınmayan yerdən qan çıxarması” və əhalidə narazılıq yaratması ümumi siyasətə tam ziddir. Təsadüfi deyil ki, son bir həftədə prezident İlham Əliyev iki dəfə-həm “Hacı Cavad”, həm də “Ovçular evi” ilə bağlı yaranmış məsələyə şəxsən müdaxilə etməli olub, hər iki halda əhalini narazı salan söküntü işlərini dayandırmaq barədə göstəriş verib. “YM”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AZNEFT rəhbərliyindən `RADİKAL İSLAHAT` - AY BƏRƏKALLAH...
Bu gün, 09:39 |
|
|
|
• "Döyülə-döyülə buralara gəlib çıxmışıq" - Sabir Rüstəmxanlı
Bu gün, 09:27 |
|
|
|
• Ermənistan Ukraynanın taleyini yaşaya bilər – Qarşısını almağın yeganə yolu…
Bu gün, 09:22 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək
Bu gün, 09:09 |
|
|
|
• "Juninyo "Flamenqo"da oynamağa hazırdır" - Julio Romao
Bu gün, 09:08 |
|
|
|
• Nə vaxta qədər ZAY MƏHSUL satacaqlar? - ETİRAZ VAR...
Bu gün, 09:06 |
|
|
|
• AMEA prezidentinin oğlunun ŞOK İFADƏSİ - və ŞƏRTİ CƏZA...
Bu gün, 08:58 |
|
|
|
• Azərbaycan dünyada bir çox dərin layları tərpədib - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:55 |
|
|
|
• Deputatın şirkəti NARAZILIQ YARADIR... - "Əslində yaxşı işləsələr..."
Bu gün, 08:54 |
|
|
|
• Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Bu gün, 08:46 |
|
|
|
• Paşinyanın yeni sülh sazişi blefi - FAKT BUDUR!
Bu gün, 08:40 |
|
|
|
• Burada da əyri-üyrü İŞLƏR ÇEVRİLİR - bir araşdıran olsa...
Bu gün, 08:36 |
|
|
|
• Nəsimi rayonu özbaşına qalıb, yoxsa?.. - İDDİA
Bu gün, 08:35 |
|
|
|
• Hacıqabulda köhnə rəhbərliyin yeyintisini TƏZƏ RƏHBƏRLİK ÖRT-BASDIR EDİR? - İTTİHAM VAR...
Bu gün, 08:29 |
|
|
|
• Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqələrinin verilməsi... - Ekspert danışır...
Bu gün, 08:17 |
|
|
|
• Rusiya qazının alışına getməməliyik - ÇÜNKİ...
Bu gün, 08:13 |
|
|
|
• Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
Bu gün, 08:11 |
|
|
|
• İcra başçısı sakinlərlə görüşdə belə qızındı - İstini sevirmiş...
Bu gün, 08:06 |
|
|
|
• İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21 |
|
|
|
• Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
• "Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02 |
|
|
|
• Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55 |
|
|
|
• Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52 |
|
|
|
• "Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47 |
|
|
|
• Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41 |
|
|
|
• Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34 |
|
|
|
• Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32 |
|
|
|
• Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29 |
|
|
|
• Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24 |
|
|
|
• Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22 |
|
|
|
• “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43 |
|
|
|
• Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40 |
|
|
|
• Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35 |
|
|
|
• Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32 |
|
|
|
• Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02 |
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
|