Qazaxda belə həkimlər də var... - Özbaşınalıq...
Tarix: 27-09-2016, 09:40 | Çap et
Qazax Rayon Mərkəzi Xətəxanasının nəzdində fəaliyyət göstərən poliklinika nadir hallarda müdir sarıdan yarıyıb. Uzun illər şəhər poliklinikasının müdiri olmuş, mərhum Şaiq Mehdiyevin zamnında sözügedən səhiyyə ocağında necə deyərlər, din-bərəkət olub. Ələlxüsus da poliklinikaya Şaiq Mehdiyevin şəxsi gücü naminə nazirlikdən ayrılan külli miqdarda vəsait onun yüksək səviyyədə təmirini başa çatdıra bilmişdi. Yoxsa uzun illərdi təmirsiz qalan bu səhiyyə ocağı ayıb olmasın, ifadəmə görə üzr istəyirəm, “toyuq damını” xatırlayardı. Nə isə... Bu gün haqq dünyasında olan Şaiq Mehdiyevə bir daha Allah rəhmət eləsin! ... Hazırda isə poliklinikada vəziyyət acınacaqlı və bərbaddır. Uzun müddət poliklinikada şəkərli-diabet xəstəliyinin guya müalicəsi ilə məşğul olmuş, sonradan avanqard kimi qələmə verilən həkim Sevda Məmmədovanın baş həkimliyi yarıtmaz bir şəkil alıb. Xanımın işi səhər 5 dəqiqəliyindən sonra yerindəcə əyləşib “pul qırmaqdır”. Xəstələrdə olan xəstəliyi də bir anda “heç nə yoxdur!” kəlməsini istənilən vaxt deməyə hazır olan Sevda Məmmədova “əl-ayaq” kadrların yerləşdirilməsində də ciddi nöqsanlara yol verir. Məsələn, şəkərli-diabet xəstələri üçün ayrılan dərman və preparat vətəndaşlara elə zorla verilir ki, adamın şəkəri 2 dəfə qalxmasa qarşısındakında dinclik yaranmır. Gülməlidir ki, poliklinikanın aptekində bir vaxtlar saxta diplom verən, sonradan bağlanılması məqsədəuyğun sayılan Ekologiya İnstitutunun Qazax Filialının yox bir tibb fakültəsini bitirmiş Hacıyeva Samirə adlı bir xanım əyləşib. İnanın ki, bu adam adicə tetratsiklini də tanımır. Görünür bir vaxtlar şəkər dərmanını da açıqca satışa çıxaran Sevda xanım bu kadrı da özü təyin edib. Əks halda bunu necə izah etmək mümkündür? Eyni zamanda, xanımdan dərman alanlar da beziblər. Belə ki, xanım vətəndaşlardan o qədər sənəd tələb edir ki, elə bil özünə şəkər dərmanı deyil, sosial yardım üçün sənəd düzəldirsən. Belə gülünc və acınacaqlı vəziyyət harada görünüb? Məsələ ilə bağlı Sevda Məmmədova ilə “kurortda”da olsa telefon əlaqəsi saxladıq. O, bizə kinayəli şəkildə bildirdi ki, “dedikləriniz tam doğrudur. Lakin onun diplomunu vaxtı ilə Qazaxda fəaliyyət göstərən Ekologiya İnstitutu versə də nazirlik təsdiqləyib, həm də həmin qadın kursda olub”. Başa düşmədik: “Gəmi hara, zəmi hara?” Ekologiya hara, tibb diplomu hara?.. Nə etməli, bizə əlac isə yenidən bu barədə səhiyyə nazirliyinə sorğu göndərmək qalıb. Poliklinikada baş alıb-gedən antisanitariyadan da danışmaq yerinə düşərdi. Hələ poliklinikada su sistemi yoxdur. Çürümüş dəmir boruları heç olmasa Sevda Məmmədova “ikinci hesabından” təmir elətdirsə daha yaxşı olardı. Yəqin xanım baş həkim yeganə gəlir mənbəyi olan Qazax Şəhər Poliklinikasında hansı vəzifədə olmasını da unudub. Bir sual da meydan çıxır: necə olur ki, hər il ev-eşiyini yüksək şəkildə, aylarla təmir etdirən Sevda Məmmədova poliklinikaya da öz evi kimi baxmır? Qeyd etdiyimiz kimi, xəstəxanaları və poliklinika kimi sahələri susuz təsəvvür etmək qeyri-mümkündür. Qazax Şəhər Poliklinikasının həyətində isə daşdan hörülmə su qabı mövcuddur. İşçilər nahar zamanı qab-qaşıqlarını yalnız bu su qabının hesabına yumalı olurlar. Məsələ burasıdır ki, poliklinikada çalışanların 90 faizi qadınlardır. Su qabının krandı isə demək olar ki, yerə bitişikdir. Utana –utana qadınların millətin içində əyilib-qalxaraq qab-qaşıq yuması hansı milli mentolitetimizə uyğundur? Bir halda ki, Sevda Məmmədova qadındırsa onda bu məsələyə yaxşı olar ki, özü qiymət versin... Poliklinikanın ayaqyolu da acınacaqlı vəziyyətdədir. Heç “nuh nəbidə” də bu cür ayaqyolu olmayıb. Necə olur ki, hər il ölkəmizin ən bahalı istirahət yarlərində dincələn poliklinika müdiri bir günlük vəsaitini də buradan əsirgəyib? Qarşı tərəfin fikrini də dinləməyə hazırıq. Mövzunu davam etdirəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu zaman daha çox xarici ölkələrdə işlənən vəzifə adları qeyd olunur ..." - Ekspert danışır...
Bu gün, 09:33 |
|
|
|
• Makronun Azərbaycanı Rusiyaya doğru SIXIŞDIRMA CƏHDİ... - NƏ ETMƏLİ?
Bu gün, 09:29 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır
Bu gün, 09:28 |
|
|
|
• Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...
Bu gün, 09:26 |
|
|
|
• İran 120 minlik ordu ilə kimə meydan oxuyur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:22 |
|
|
|
• “Azcosmetics” MMC-də QARANLIQ İŞLƏR... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:18 |
|
|
|
• Burda körpələrin həyatı təhlükədədir - VİDEOFAKT
Bu gün, 09:11 |
|
|
|
• Məhkəmə Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan şəxslə bağlı QƏRAR VERDİ
Bu gün, 09:03 |
|
|
|
• Azərbaycanda bələdiyyə sədrinin möhürü oğurlanıb?
Bu gün, 09:01 |
|
|
|
• İran "Zəngəzur açıqlaması"nı niyə TƏKZİB ETDİ? - Ermənistanda yaranan panikanın DETALLARI
Bu gün, 09:00 |
|
|
|
• MB-dəki islahatlar NƏYƏ HESABLANIB? - ŞƏRH
Bu gün, 08:58 |
|
|
|
• Sabiq məmurun oğlu ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 08:57 |
|
|
|
• İran sərhədimizə qoşun yığmağa BAŞLADI: Tehran NƏYƏ HAZIRLAŞIR? - Görünəni odur ki...
Bu gün, 08:56 |
|
|
|
• Dolların kursunda gözlənilməz dəyişiklik nə vəd edir? – Sabiq nazir mühüm məqamları açdı
Bu gün, 08:54 |
|
|
|
• Müştərinin nə sifariş etdiyi önəmli deyil - Önəmli olanı "Starex kargo"nun nə göndərəcəyidir...
Bu gün, 08:52 |
|
|
|
• Aİ ilə Bakı arasında iki CİDDİ PROBLEM - Danışıqların nəticəsi...
Bu gün, 08:47 |
|
|
|
• İrana daha hansı formada başa salınmalıdır ki... - NET MÖVQE
Bu gün, 08:43 |
|
|
|
• Tramp Kanadanın ABŞ-yə birləşdiyi yeni xəritə dərc edib - FOTO
Bu gün, 08:38 |
|
|
|
• "Mənə kömək edin... bu ölkədən ÇIXIM GEDİM..." - "Artıq bu yaşda dərk etdim ki..."
Bu gün, 08:35 |
|
|
|
• Bir qrup müəllim ADNSU-u ilə bağlı Prezidentə müraciət ünvanladı - REKTOR ƏVƏZİNDƏN ŞİKAYƏT
Bu gün, 07:34 |
|
|
|
• Bakıda Peşə Təhsil Mərkəzinin tələbələrinə niyə iki aydır təqaüd verilmir? - NARAZILIQ VAR...
Bu gün, 07:28 |
|
|
|
• Fikonun Kiyevə təhdidləri: “Avropa ona təzyiq etməlidir” - GƏLİŞMƏ
Bu gün, 07:24 |
|
|
|
• "Məlumatlar, artıq Qazaxıstanın istintaq orqanlarına təqdim olunub" - deputat
Bu gün, 07:20 |
|
|
|
• İran ətrafında çənbər daralır: Əliyev şərtlərini elan etdi - NƏ BAŞ VERİR?
Bu gün, 07:16 |
|
|
|
• "Ömrümüzü dedi qodulardan uzaq yaşayaq"
Bu gün, 02:00 |
|
|
|
• Yalnış laboratoriya diaqnozları ilə "müalicə" olunan QHT sədri MÜRACİƏT ETDİ - "Mənimlə bərabər 1800-ə yaxın insanın həyatı..."
Bu gün, 01:59 |
|
|
|
• Atəşkəsin pozulmasında kənar qüvvələrin rolu var - BU, FAKTDIR!
Bu gün, 01:51 |
|
|
|
• Dövlət qurumu 1 milyon manata yaxın laborator avadanlıqlar aldı - QALİB ŞİRKƏT
Bu gün, 00:05 |
|
|
|
• Xankəndidə 100 manat sərmayə ilə tibb mərkəzi yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar - “O molla qovulmalıdır, Azərbaycandan üzr istəməlidir"
Dünən, 22:38 |
|
|
|
• Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb - VİDEO
Dünən, 22:36 |
|
|
|
• Biri-birini təkzib edən açıqlamalar: - İranda hakimiyyət bir nöqtədən idarə olunmur
Dünən, 19:00 |
|
|
|
• "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
Dünən, 18:58 |
|
|
|
• Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Dünən, 18:09 |
|
|
|
• Sülh olmasa, müharibə başlaya bilərmi? - ŞƏRH
Dünən, 18:08 |
|
|
|
• Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir
Dünən, 18:01 |
|
|
|
• Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Dünən, 17:56 |
|
|
|
• Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
Dünən, 17:52 |
|
|
|
• İki ölkəni hədəf alan plan Bakıda məhv edildi – Qafqazda yeni təhlükə
Dünən, 17:48 |
|
|
|
• “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
Dünən, 17:45 |
|
|
|
• Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
Dünən, 17:36 |
|
|
|
• Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib - FOTO
Dünən, 17:35 |
|
|
|
• Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir
Dünən, 17:23 |
|
|
|
• Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı - TƏFƏRRÜAT
Dünən, 17:21 |
|
|
|
• Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər - BU DA BU...
Dünən, 17:16 |
|
|
|
• Moskvanın “ölüm səssizliyi”... DAVAM EDİR!
Dünən, 17:10 |
|
|
|
• "Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." - deputat
Dünən, 17:06 |
|
|
|
• Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib
Dünən, 17:00 |
|
|
|
• İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? - AKTUAL
Dünən, 16:45 |
|
|
|
• Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Dünən, 16:40 |
|
|
|
|