İran 120 minlik ordu ilə kimə meydan oxuyur? .....                     “Azcosmetics” MMC-də QARANLIQ İŞLƏR... .....                     Burda körpələrin həyatı təhlükədədir .....                     Məhkəmə Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan şəxslə bağlı .....                     Azərbaycanda bələdiyyə sədrinin möhürü oğurlanıb? .....                     İran "Zəngəzur açıqlaması"nı niyə TƏKZİB ETDİ? .....                     MB-dəki islahatlar NƏYƏ HESABLANIB? .....                     Sabiq məmurun oğlu ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     İran sərhədimizə qoşun yığmağa BAŞLADI: Tehran NƏYƏ HAZIRLAŞIR? .....                     Dolların kursunda gözlənilməz dəyişiklik nə vəd edir? .....                     Müştərinin nə sifariş etdiyi önəmli deyil .....                     Aİ ilə Bakı arasında iki CİDDİ PROBLEM .....                     İrana daha hansı formada başa salınmalıdır ki... .....                     Tramp Kanadanın ABŞ-yə birləşdiyi yeni xəritə dərc edib .....                     "Mənə kömək edin... bu ölkədən ÇIXIM GEDİM..." .....                     Bir qrup müəllim ADNSU-u ilə bağlı Prezidentə müraciət ünvanladı .....                     Bakıda Peşə Təhsil Mərkəzinin tələbələrinə niyə iki aydır təqaüd verilmir? .....                     Fikonun Kiyevə təhdidləri: “Avropa ona təzyiq etməlidir” .....                     "Məlumatlar, artıq Qazaxıstanın istintaq orqanlarına təqdim olunub" .....                     İran ətrafında çənbər daralır: Əliyev şərtlərini elan etdi .....                     "Ömrümüzü dedi qodulardan uzaq yaşayaq" .....                     Yalnış laboratoriya diaqnozları ilə "müalicə" olunan QHT sədri MÜRACİƏT ETDİ .....                     Atəşkəsin pozulmasında kənar qüvvələrin rolu var .....                     Dövlət qurumu 1 milyon manata yaxın laborator avadanlıqlar aldı .....                     Xankəndidə 100 manat sərmayə ilə tibb mərkəzi yaradılıb .....                     Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar .....                     Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb .....                     Biri-birini təkzib edən açıqlamalar: .....                     "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, .....                     Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı .....                     Sülh olmasa, müharibə başlaya bilərmi? .....                     Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir .....                     Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR .....                     Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü .....                     İki ölkəni hədəf alan plan Bakıda məhv edildi .....                     “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib .....                     Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir .....                     Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib .....                     Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir .....                     Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı .....                 

Balakəndə təhsil sistemi iflic durumda - İTTİHAM VAR
Tarix: 10-09-2016, 09:33 | Çap et
Balakəndə təhsil sistemi iflic durumda
Artıq bir neçə müddətdir ki, redaksiyamıza Balakən Rayon Təhsil Şöbəsinin müdiri Vahid Əliyevin öz fəaliyyətində yol verdiyi bir sıra qanun pozuntularına dair məlumatlar daxil olmaqdadır. Qəzetimizin ötən saylarında həmin məlumatlar əsasında hazırlanmış bir neçə tənqidi material dərc olunmuşdu. Yazılarda xüsusən rayonun məktəblərində bu yaxınlarda baş vermiş kütləvi işdən çıxarmalardan bəhs olunmuşdu. Əks olunan faktlar isə, əsasən İbrahimov Eyvaz Xalid oğlu və digərləri tərəfindən redaksiyamıza təqdim olunan açıqlamalardan götürülmüşdü.

Dünən redaksiyamızın elektron poçtuna Balakən rauonundan növbəti məktub daxil olmuşdur. Məktubda Balakən təhsilində vəziyyətin gərgin olaraq qaldığı, hətta yeni dərs ili öncəsi bəzi insidentlərin də baş verdiyi vurğulanır. Eyni zamanda da məktubda Vahid Əliyevin yol verdiyi qanun pozuntularına dair yeni faktlar təqdim olunur. Məktubda deyilir: “2015-ci ildə təhsil şöbəsinin müdiri postuna gətirilən Vahid Əliyev, bu vəzifəyə son illər ərzində onun gözü qarışısında baş verən və özünün də iştirakçısı olduğu çoxsaylı korrupsiya hallarnı ört-basdır etmək üçün, məqsədli şəkildə təyin olunub. Heç bir il işləmədiyi, həmçinin bu vəzifədə hələ də təsdiq olunmadığı halda, Vahid Əliyev müəllimlərə qarşı qəddarlığı, özbaşnalığı, onsuz da maddi vəziyyətləri ağır olan müəllimlərin durumlarını daha da çətinləşdirməyi ilə ictimaiyyətin ciddi narazılıqlarını doğura bildi. Son bir ildə Balakən təhsilində vəziyyət daha da ağırlaşdı.

Qeyd etmək lazımdır ki, bu gün Vahid Əliyev fərdi qaydada uşaqlarlaa məşğul olmaq üçün ayrılan saatları təhsil şöbəsinin metodistlərinin monopilyasına verib. Məsələn, RTŞ-nin metodisti Mahirə Dibirova 3 saylı Z.Əliyeva adına məktəbdə 12 saat fərdi, 12 saat dərs tədris edir. Onun dərsi kiminsə üstünə yazılıb. Tülü 2 saylı ümumi orta məktəbində isə, metodist olan, biologiya ixtisaslı Qumru müəllimə 12 saat fərdi dərs aparır. Biologiya müəllimi uşağa həm də rizayiyyat, dil-ədəbiyyat, tarix, xarici dil və sairə fənnləri tədris edir. Belə universal işçiləri olan təhsil şöbəsində hər şey dəvənin beli kmi olar. Müəllimlər qeyd edir ki, təhsil şöbəsinin işçisi olan R.Orucovun həyat yoldaşı Hənifə kənd orta məktəbində 24 saat dil-ədəbiyyat dərsini tədris edir. Diqqət edin,həmin məktəbdə işləyən digər dil-ədəbiyyat müəllimlərinin cəmi 10 və 12 saat dərsləri var. Ayrı-seçkiliyə baxın...

Bir müddət əvvəl aparılmış Maliyyə yoxlamasının gedişində isə müəyyən olunmuşdu ki, Nizami adına 1 saylı məktəbdə dünyasını dəyişmiş bir uşağın adı sinif jurnalında qeyd olunub. Məlum olub ki, uşaq vəfat etsə də, hər gün dərslərdə “iştirak edib”, hətta qayibi belə yoxdur.

Balakən rayon Təhsil şöbəsində baş verən koorrupsiya halları haqda dərc olunmuş yazılarda da qeyd edildiyi kimi ki, RTŞ müdirinin direktorlara verdiyi diktatorsayağı əmri nəticəsində əlil, 3 yaşınadək uşağı olan müəllimlər, hətta hamilə olan xanım müəllimələr də qanuna zidd olaraq işdən çıxarılmışlar.Məsələn, Qazbinə kənd tam orta məktəbinə 01 noyabr 2012-ci il tarixdə müddətsiz müqavilə ilə işə götürülən, əsas iş yeri Qazbinə məktəbi olan , işdən çıxrılan günyəni 16.06.2016-cı il tarixdə də müddətsiz müqaviləsi qüvvədə olan hamilə müəllimə ( 4 il təcrübəyə malik), guya əmək müqaviləsinin vaxtı bitdiyi üçün işdən azad edildiyi sənədlərdə qeyd olunub. Hamilə qadını, 3 yaşınadək uşağı olan qadınları işdən çıxaran və ona rəvac verənlərin nə əmək qanunvericliyindən, nə də Konstitusiya Məhkəməsinin Palatasının 2016-cı ilin fevral ayında qəbul etdiyi qərarından belə xəbərləri yoxdur.

Bunu da bildirim ki, on nəfərədək müəllim məhkəməyə müraciət edib, rayon təhsil şöbəsinin özbaşnalığı nəticəsində müəllimlərə hesablanmayan 14 gün üçün orta əmək haqqının hesablanıb verilməsi haqda iddia tələbi irəli sürülmüşdür. Məhkəmə iclası 05 sentyabr təyin edilmişdi. Artıq 02 sentyabr tarixdə isə, məhkəməyə müarciət edən 10 nəfərin 14 günlük əmək haqqı ödənilmişdi.

Həmçinin 05 sentyabr tarixdə məlum oldu ki, bir sıra məktəblərdə özbaşnalıq nəticəsində işdən azad edilən gənc müəllimlərin valdeyinləri məktəb direktorlarının həyətlərinə soxulmuşlar. Belə ki, Tülü kənd tam orta məktəbində işdən çıxarılmış 14 nəfər müəllimin valideyinləri məktəbin

direktoru Akif Mirzəyevin evinə soxulmuşlar və ondan uşaqlarnı işə qəbul edərkən götürdüyü rüşvəti tələb etmişlər. Gərgin vəziyyət yaranmışdır. Bu hadisədən sonra xəstələnən Akif Mirzəyev hazırda Bakı şəhərində müalicə olunur.

29 avgust tarixindən müəllimlərin məzuniyyət müddəti bitmiş, məktəbə gedib-gəlməyə başlamışlar. Yeni dərs ilinə hazırlıq işləri görülür. Bu dövr bir növ müəllimlərin boşdayanma günləridir. Diqqət yetirin, Region üzrə mühasibatlıq şöbəsinin rəisi Ş.Qallacov məktəblərə gedib, müəllimlərin işə gəlmə davamiyyətini yoxlayır. Bu şəxs hələ öz vəzifə funkisyalarını bilmir. Vəzifə səlahiyyətlərini aşır, məktəb direktorlarının vəzifəsini mənimsəyir.

Bu arada isə Dövlət Əmək Müfəttişliyindən əldə etdiyimiz bir sənəddə, Təhsil nazirinin “İntizam tənbehlərinin tətbiqi” barədə əmrində Balakən rayonunun təhsil şöbəsində baş vermiş mənfi hallarla bağlı görülən intizam tədbirləri qeyd edilmişdir. Həmin əmrin 4.1 maddəsində qeyd olunur: Rayonun ümumtəhsil məktəblərində mövcud qaydalara zidd olaraq, müddətsiz müqavilə əsasında işə qəbul edilmiş müəllimlərlə 14 iyun 2016-cı il tarixdə müddətli əmək müqaviləsinin bağlanması, müddət başa çatdıqdan sonra bağlanmış əmək müqavilələrinin ləğv edilməsi təmin olunsun. Diqqət yetirin, Təhsil naziri Balakən rayon təhsil şöbəsinə tapşırıq verir ki, mövcud qayadalara zidd olaraq müddətsiz müqavilə ilə işə qəbul edilmiş ( yəni 3-4 il işləmiş) müəllimlərlə 14 iyun 2016-cı il tarixdən müddətli əmək müqavilələri bağlansın. Bu əmr 30 noyabr 2015-ci il tarixdə verilmiş və Balakən rayon Təhsil şöbəsinə göndərilmişdir.

Təhsil şöbəsinin müdiri V.Əliyev, baş məsləhətçilər Rasim Orucov və Cavanşir kütləvi saxtakarlıqlar törətməklə, məktəb direktorlarını da bu saxtakarlığı etməyə məcbur etməklə 300-dən çox müəllimlə 30 noyabr 2015-ci ildən əvvəlki, arxa tarixə 2015-ci il 15 sentyabr tarixə saxta əmək müqavilələri bağlamışlar. Bu kütləvi saxtakarlığı törətməklə 14 - 16 iyun 2016-ci il tarixlərdə 300-dən çox müəllimin hüquqları kobud şəkildə pozulmuş, onlar işdən çıxarılmışlar...”

Göründüyü kimi, Balakən ictimaiyyətinin bu rayonun təhsil sistemində baş verənlərdən doğan narahatlıqları getdikcə artmaqdadır. Artıq uzun müddətdir ki, Balakən Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə, hətta aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə redaksiyamıza Balakəndə olan mənbələrdən mütəmadi olaraq daxil olan məlumatlarda xəbər verilir. Təəssüf doğurucu haldır ki, Balakən təhsilində müşahidə olunan bu geriləmələr, əslində dövlət tərəfindən bu sahənin inkişafına göstərilən böyük diqqət və qayğının fonunda müşahidə olunmaqdadır. Digər tərəfdən də, bir çox mənbələr Balakən RTŞ-nin keçmiş müdiri öz vəzifəsindən alındıqdan sonra əksər problemlərin öz həllini tapacağına böyük ümidlərin olduğunu qeyd edirdilər. Lakin Balakən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Vahid Əliyev təyin olunduqdan sonra, vaxt ötdükcə rayon təhsilinin inkişafına olan ümidlər də ketdikcə sönməyə başladı. Artıq bu gün Balakəndən aldığımız məlumatlarda bildirilir ki, RTŞ-nin rəhbərliyində olmuş bu kadr dəyişikliyi heç bir müsbət nəticə verməyib. Əksinə, yeni şöbə müdirinin fəaliyyəti bir çox ciddi nöqsanlarla ictimaiyyətin diqqətini daha çox cəlb etməyə başlayıb.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran 120 minlik ordu ilə kimə meydan oxuyur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:22
“Azcosmetics” MMC-də QARANLIQ İŞLƏR... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:18
Burda körpələrin həyatı təhlükədədir - VİDEOFAKT
Bu gün, 09:11
Məhkəmə Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan şəxslə bağlı QƏRAR VERDİ
Bu gün, 09:03
Azərbaycanda bələdiyyə sədrinin möhürü oğurlanıb?
Bu gün, 09:01
İran "Zəngəzur açıqlaması"nı niyə TƏKZİB ETDİ? - Ermənistanda yaranan panikanın DETALLARI
Bu gün, 09:00
MB-dəki islahatlar NƏYƏ HESABLANIB? - ŞƏRH
Bu gün, 08:58
Sabiq məmurun oğlu ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 08:57
İran sərhədimizə qoşun yığmağa BAŞLADI: Tehran NƏYƏ HAZIRLAŞIR? - Görünəni odur ki...
Bu gün, 08:56
Dolların kursunda gözlənilməz dəyişiklik nə vəd edir? – Sabiq nazir mühüm məqamları açdı
Bu gün, 08:54
Müştərinin nə sifariş etdiyi önəmli deyil - Önəmli olanı "Starex kargo"nun nə göndərəcəyidir...
Bu gün, 08:52
Aİ ilə Bakı arasında iki CİDDİ PROBLEM - Danışıqların nəticəsi...
Bu gün, 08:47
İrana daha hansı formada başa salınmalıdır ki... - NET MÖVQE
Bu gün, 08:43
Tramp Kanadanın ABŞ-yə birləşdiyi yeni xəritə dərc edib - FOTO
Bu gün, 08:38
"Mənə kömək edin... bu ölkədən ÇIXIM GEDİM..." - "Artıq bu yaşda dərk etdim ki..."
Bu gün, 08:35
Bir qrup müəllim ADNSU-u ilə bağlı Prezidentə müraciət ünvanladı - REKTOR ƏVƏZİNDƏN ŞİKAYƏT
Bu gün, 07:34
Bakıda Peşə Təhsil Mərkəzinin tələbələrinə niyə iki aydır təqaüd verilmir? - NARAZILIQ VAR...
Bu gün, 07:28
Fikonun Kiyevə təhdidləri: “Avropa ona təzyiq etməlidir” - GƏLİŞMƏ
Bu gün, 07:24
"Məlumatlar, artıq Qazaxıstanın istintaq orqanlarına təqdim olunub" - deputat
Bu gün, 07:20
İran ətrafında çənbər daralır: Əliyev şərtlərini elan etdi - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
"Ömrümüzü dedi qodulardan uzaq yaşayaq"
Bu gün, 02:00
Yalnış laboratoriya diaqnozları ilə "müalicə" olunan QHT sədri MÜRACİƏT ETDİ - "Mənimlə bərabər 1800-ə yaxın insanın həyatı..."
Bu gün, 01:59
Atəşkəsin pozulmasında kənar qüvvələrin rolu var - BU, FAKTDIR!
Bu gün, 01:51
Dövlət qurumu 1 milyon manata yaxın laborator avadanlıqlar aldı - QALİB ŞİRKƏT
Bu gün, 00:05
Xankəndidə 100 manat sərmayə ilə tibb mərkəzi yaradılıb
Bu gün, 00:02
Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar - “O molla qovulmalıdır, Azərbaycandan üzr istəməlidir"
Dünən, 22:38
Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb - VİDEO
Dünən, 22:36
Biri-birini təkzib edən açıqlamalar: - İranda hakimiyyət bir nöqtədən idarə olunmur
Dünən, 19:00
"Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
Dünən, 18:58
Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Dünən, 18:09
Sülh olmasa, müharibə başlaya bilərmi? - ŞƏRH
Dünən, 18:08
Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir
Dünən, 18:01
Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Dünən, 17:56
Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
Dünən, 17:52
İki ölkəni hədəf alan plan Bakıda məhv edildi – Qafqazda yeni təhlükə
Dünən, 17:48
“Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
Dünən, 17:45
Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
Dünən, 17:36
Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib - FOTO
Dünən, 17:35
Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir
Dünən, 17:23
Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı - TƏFƏRRÜAT
Dünən, 17:21
Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər - BU DA BU...
Dünən, 17:16
Moskvanın “ölüm səssizliyi”... DAVAM EDİR!
Dünən, 17:10
"Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." - deputat
Dünən, 17:06
Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib
Dünən, 17:00
İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? - AKTUAL
Dünən, 16:45
Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Dünən, 16:40
Bu şirkət icarə xidmətindən 1,5 milyon manat – QAZANACAQ
Dünən, 16:36
Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... - "...camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır"
Dünən, 16:30
Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Dünən, 16:26
Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Dünən, 16:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru