Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Şərurda işçilərin maaşını KİM KƏSİB?
Əsas Səhifə > Üst manşet, Güney Press > Şərurda işçilərin maaşını KİM KƏSİB?

Şərurda işçilərin maaşını KİM KƏSİB?


23-04-2025, 06:03
Şərurda işçilərin maaşını KİM KƏSİB?
Şərur rayon Su Təchizatı İdarəsinin bir qrup işçisi tərəfindən Hurriyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçilər maaşlarının azaldılmasına etiraz edirlər:

“Biz çox çətin vəziyyətdə qalmışıq. 2024-cü ildə aldığımız əmək haqqı 505 manat idi. Bundan əlavə, il ərzində 2 dəfə də mükafat olaraq maaşımızın 2 qatını alırdıq. İndi isə maaşımız 450 manat olub. Mükafat da ləğv olunub. Üstəlik, məzuniyyət haqqımızı da ləğv ediblər.

Hazırda 3 aylıq müqavilə ilə işləyirik. 8 saat işləməli olduğumuz halda, 24 saat işləyirik. 1 gün evdə qalırıq, səhərisi işdə oluruq. İş qrafikimiz çox çətindir.

Səsimizi çıxaran kimi bizə yol göstərirlər. “Bəyənmirsən, işləmə” deyirlər.

Nasosun səsinə görə də əlavə ödəniş olmalıdır, amma etmirlər. Nəyəsə etiraz edəndə Bakı İri Şəhərlərin Birləşmiş Su Təchizatını günahkar göstərirlər. “Biz bilmirik, Bakıdan belə tapşırıq gəlib”, - deyirlər.

Xahiş edirik, bizə bununla bağlı dəqiq-düzgün məlumat verilsin. Bizim əmək haqqımız niyə azalıb? Niyə iş qrafikimizi bu günə qoyublar?
Geri qayıt