Əsas Səhifə > Üst manşet, Güney Press > Daun xəstəsi olan uşağı sağlam çıxarırlar...

Daun xəstəsi olan uşağı sağlam çıxarırlar...


Bu gün, 08:12
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar...
Şəki rayonu, Baş Göynük kənd sakini,hazırda Bakı şəh., Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 73, mənzil 19-da kirayədə yaşayan  ağır  sağalmaz xəstə ( Daun sindromlu ) Saatov Əziz  Nəzirməmməd oğlunun anası  Saatova Nuranə Alı qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:

"Xatırladım ki, mənim oğlum Əziz  2015-ci ildə Şəki rayonun Baş Göynük kəndində andan olub. 2 yaşından məlum olub ki, uşaqda daun  xəstəliyi var.

 Yəni, övladım birdəfəlik  əlil olmuşdur.  Dəfələrlə uzun müddətli müalicələr etsək də effect vermədiyinə görə  əlil kimi nəzərə alınmışdır. Mən anasına da baxıcı kimi aylıq 100 manat pul verilmişdir. Lakin 4 aydır ki, 2016-cı ildən təyin olunan pensiyasını əsassız olaraq kəsiblər. Bu məsələ üçün uşaqla birlikdə 2024-cü ilin dekabrın 4-də və 10-da  ƏƏSMN-nin 17 saylı TSEK-də həkim komissiyasında olduq.Dediləer ki, 1 həftəyə komissiyanın cavabı olacaq. Lakin həftələr keçməsinə baxmayaraq onlar pensiyanın kəsilməsinə qərar versələr də bu barədfə bizə rəsmi məlumat vermirlər. Lakin fakt bundan ibarətdir ki, 2033-cü ilə qədər nəzərdə tutulmuş əlillik ləğv edilmişdir ki, pensiya da verilmir. Mahmud həkim də Natiq həkim də bildirirlər ki, uşağa əlillik düşmür. Bu həmin adamlardır ki, 24.02.2016-cı ildə 17 saylı TSEK üzvləri 2033-cü ilədək əlilliyin təyin olunması bardə qərar qəbul etmişlər. Lakin uşaq indiyədək məktəbə getmir, və heçnə bilmir. Və heçnə də öyrədə bilmirik. Yəni ciddi daun sindromlu ( F71, F-72, F-73, Q90) xəstədir. Axı necə ola bilir ki, əvvəl əlillik təyin edilir. İndi isə heç bir səbəb göstərmədən əlillikdən məhrum edilir. Dünyanın bütün ölkələrində belə uşaqlar həmişə əlil hesab ediliblər. İndi ƏƏSMN-nin 17 saylı TSEK nə fikirləşibsə daun sindromlu ciddi xəstə olan oğlumu əlil hesab etmirlər. Sadəcə heç bir izahat vermədən deyirlər ki, əlillik düşmütr. Vəsəlam. Mən bu əsassız fikir və düşüncələrlə razı deyiləm.

 İndi də özlərini ağıllı hesab edən, əslində Hipokrat andına tüpürüb, evinə maraqları təmin edilməklə çörək aparan bu tiplər uşağı əsassız olaraq əlillikdən məhrum etmişlər.Və bununla da  bilərəkdən böyük bir cinayətə yol vermişlər.

 Bunların əsassız qərarından sonra mən bir ana kimi...

  Həkimlərin əsassız rəyindən isə nəticə çıxır ki, guya Əziz Saatov artıq sağalmaq üzrə imiş. Doğrudur, biz çox kasıb vəziyyətdə yaşadığımıza görə pulumuz olmur.Əzizin atası Nəzirməmməd indi böyrək çatışmazlığından əziyyət çəkir. Hər dəfə dualism aparataına qoşulur. Başımı ata və oğul xəstələr arasında tam itirmişəm. Yoldaşım iş qabiliyyətini itirmişdir.  Birtəhər yeməyə quru çörək tapırıq. Hesab edirəm ki, ona görə də vicdansız həkimlər tərəfindən belə formada “cəzalandırıldıq”.

Cənab Səhiyyə naziri Teymur Musayev!

Xahiş edirəm ki, Siz bu ƏƏSMN-nin həkim komissiyasının “peşəkar” üzvlərinizi başa salasınız ki, sağalmaz xəstəlik –daun sindromu diaqnozu qoyulanoğlumun  müalicəsi mümkünsüzdür ki, sağalsın.

Tibbi komissiyanın belə bir ağır xəstənin əlillik hüququndan məhrum etməsi başa düşülən deyil.

Hesab edirəm ki, adi həkim adına təhqirdir, savadsızlıqdır, təxribatdır. Heç olmasa özünüzü orta təhsilli tibb bacısı səviyyəsində aparın, insanların heysiyyatı ilə oynamayın! Bir az Utanın..."         

Geri qayıt