Əsas Səhifə > Üst manşet, Güney Press > Zay məhsul satmaqları bir yana...

Zay məhsul satmaqları bir yana...


Bu gün, 08:35
Zay məhsul satmaqları bir yana...
"Şikayətim "İrşad Electronics" şirkətindəndir". "DİA-AZ" bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Gülay adlı istfiadəçi giley edir.
Narazı vətəndaş daha osnra yazır: "07.12.2024 tarixdə printer aldıq nağd pul ilə.... "və gətirib quraşdırdıq. 40 vərəq çap etdik.

Ertəsi gün səhər yenidən çap etmək istədikdə printer çalışmadı. Dükana geri apardıq. Dedilər, Bakıxanova aparın... Xətaidəki servis mərkəzimizə... Apardıq... 14 gün ərzində cavab deyilməlidir.
Zəng etmişik servisə deyir, niyə tələsirsən... 45 gün möhlətimiz var...
Başa düşə bilmirəm sizi, Möhtərəm "İrşad"... camaata niyə zay məhsul satıb işindən-gücündən... büdcəsindən edirsiniz?
Bu halda nə etməliyəm? Məhsulu qaytarıb 14 günə pulumu almaq hüququm vardır. Hara müraciət edə bilərik?"

Geri qayıt