Əsas Səhifə > Reklam, Güney Press > Veysəloğlu Şirkətlər Qrupu “Dayanıqlı İnkişaf” siyasətini yenilədi

Veysəloğlu Şirkətlər Qrupu “Dayanıqlı İnkişaf” siyasətini yenilədi


11-12-2024, 14:40
Veysəloğlu Şirkətlər Qrupu “Dayanıqlı İnkişaf” siyasətini yenilədi
Veysəloğlu Şirkətlər Qrupu, cari ildən dayanıqlı inkişaf sahəsində fəaliyyətlərini daha əhatəli və ictimaiyyətə əlçatan etmək üçün "Dayanıqlı İnkişaf üzrə Hesabatlılıq" siyasətini yenilədi. Bu siyasət, Qrupun iqtisadi, sosial və ekoloji sahələrdə həyata keçirdiyi korporativ sosial məsuliyyət (KSM) fəaliyyətlərinin strukturlaşdırılmış və sistemli şəkildə təqdimatını təmin edir. Şirkət, yenilənmiş siyasət çərçivəsində, növbəti ildən etibarən "Dayanıqlı İnkişaf üzrə Hesabatı"nı ictimaiyyətə rəsmi veb saytı vasitəsilə təqdim edəcəyini elan edir.

Bu, maraqlı tərəflərə dayanıqlı inkişaf sahəsində həyata keçirilən tədbirlər və onların nəticələri haqqında məlumatları daha əlçatan edəcək. Şirkətlər Qrupu, həmçinin korporativ sosial məsuliyyət layihələrində əməkdaşlar, müştərilər, tərəfdaş qurumlar və şəxslərin iştirakını təşviq etməklə onların sosial məsuliyyət mövzularında fərqindəliyini artırmağı hədəfləyir. Bu təşəbbüs, birgə icra olunan layihələrin əhatəsini genişləndirmək və tərəfdaşlarla birlikdə cəmiyyətin dayanıqlı inkişaf prinsiplərinə uyğunlaşmasına töhfə vermək məqsədini daşıyır. Siyasət çərçivəsində dayanıqlı inkişaf fəaliyyətləri aşağıdakı beş əsas istiqamət üzrə həyata keçiriləcək:

1.İqtisadi layihələr: kiçik və orta biznesə dəstək, istehsal yerlərinin yaradılması, dağıtım və logistika şəbəkəsinin inkişafı, yerli məhsulların ixracına dəstək, istifadəçilər üçün xüsusi sosial layihələr, iqtisadi əməkdaşlıq layihələri, rəqəmsal transformasiya layihələri, əməkdaşlıq və məşğulluq layihələri, vergi ödənişləri.

2.Təhsil və maarifləndirmə: təhsil təşəbbüsləri, tələbə təqaüdləri və gənclərin inkişafına yönəlmiş proqramlar;

3.Ekologiya və ətraf mühit: karbon izinin azaldılması, təkrar emal və ətraf mühitin mühafizəsi tədbirləri;

4.Milli dəyərlər və mədəni irsin qorunması: mədəni tədbirlərin dəstəklənməsi və milli irsin qorunması;

5.Sağlamlıq və idman: tibbi xidmətlər, sağlamlıq təşəbbüsləri və idman layihələrinin təşkili.

Şirkətlər Qrupu, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” münasibəti ilə yenilənmiş siyasəti ilə dayanıqlı inkişafa olan töhfələrini artıraraq, tərəfdaşlarının dəstəyi ilə sosial və ekoloji təsirlərini genişləndirməyi hədəfləyir. Bu yanaşma, həm cəmiyyətin rifahına, həm də dayanıqlı inkişaf prinsiplərinə uyğun birgə fəaliyyətlərin genişləndirilməsinə töhfə verəcəkdir.

'DIA-AZ'

Geri qayıt