Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTİN ANTİMEHDİYEV PLANI
HAKİMİYYƏTİN ANTİMEHDİYEV PLANI31-10-2011, 13:36 |
İLHAM ƏLİYEV 2013-Ə ÖZ KOMANDASI İLƏ DAXİL OLACAQ DİA.AZ: - Qarşıdan prezident seçkiləri gəlir. Bəli, hələ prezident seçkilərinə 2 il vaxtın qalmasına baxmayaraq, hakimiyyət indidən tədarük içindədir. Bu isə iqtidar düşərgəsi üçün ənənəvi haldır. Necə ki, deyirlər «YAP bir seçki bitdiyi gün digərinə hazırlaşır», həqiqətən də hakim komandada hər zaman növbəti seçki həyəcanı prioritet olub. Bu, həm də iqtidar daxilində yaşanan gərginliklə də özünü biruzə verməkdədir. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) hakimiyyət içindəki mötəbər mənbələrdən daxil olan informasiyada bildirilir ki, 2013-cü il seçkilərinə qədər iqtidar daxilində çox ciddi kadr islahatlarının icrası planlaşdırılır. Bunun səbəblərini izahlayan mənbəmiz vurğulayır ki, əslində İlham Əliyev hələ də köhnə eşalonun təsiri altında olduğundan, onun nəhayətdə bir dövlət başçısı kimi özünütəsdiqə ehtiyacı var: «Bu gün hələ də əsas rıçaqlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əlindədir. Ölkənin idarə edilməsini təhlil etdikdə də Ramiz Mehdiyevin aparıcı fiqur olduğunu sezməmək mümkün deyil. Bu hal isə birbaşa olaraq İlham Əliyevin siyasi avtoritetinə qarşı yönələn faktdır». Mənbəmiz bildirir ki, bu səbəbdən İlham Əliyevə yaxın çevrə tərəfindən 2013-cü ilə qədər çox ciddi dəyişikliklərin tədarükünə baş vurulub: «Bu əsnada isə daha çox diqqətçəkəni Mehdiyevə yaxın fiqurların hakim komandadan çıxdaş edilməsilə bağlıdır. Nəzərdə tutulan islahatların yeganə hədəfi də budur». Ənbəmiz bildirir ki, konkret olaraq 4 nazir, 3 komitə rəhbəri məhz Ramiz Mehdiyevin komandası hesab olunur: «Artıq onların hər birinin yerinə kadrlar hazırlanır. Cəmiyyət ola bilsin ki, bu tədarükü hiss etmir. Amma çox ciddi planlar həyata keçirilməkdədir. Hətta bütün bu proseslərin son hədəfi olan Ramiz Mehdiyevi də əvəzləyəcək fiqur müəyyənləşib və onun kimliyi məlumdur». Mənbəmiz onu da bildirdi ki, daha ciddi islahatlar təbii ki, Prezident administrasiyasında həyata keçiriləcək: «Bu, dövlət qurumu Ramiz Mehdiyevin əsas istinadgahıdır. Və əsas kadr islahatları da məhz prezident administrasiyasında nəzərdə tutulub». Bütün bu tədbirlərin isə çox uzaqda deyil, «Avroviziya-2012» yarışmasının ardından işə düşəcəyini bildirən mötəbər qaynağımız onu da vurğuladı ki, həmin əsnada Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da yola salınacaq. Könül CƏLİLOVA -DİA.AZ Geri qayıt |