Əsas Səhifə > Ölkə > XƏTAİDƏ BOMBA HƏYƏCANI

XƏTAİDƏ BOMBA HƏYƏCANI


31-10-2011, 12:23
XƏTAİDƏ BOMBA HƏYƏCANI

FİŞƏNGLƏR SAKİNLƏRİ QORXUYA SALDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "qaynar xətt"inə Bakı şəhəri Xətai rayonunda partlayıcı qurğu ehtimal olunan şübhəli əşyaların aşkarlanması barədə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıblar. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış əşyaların 4 ədəd fişəng olduğu müəyyən edilib.

Aşkarlanmış fişənglər xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Geri qayıt