Əsas Səhifə > Gündəm, Manşet > DAHA BİR BAŞ REDAKTOR HƏDƏFDƏ

DAHA BİR BAŞ REDAKTOR HƏDƏFDƏ


30-10-2011, 19:29
DAHA BİR BAŞ REDAKTOR HƏDƏFDƏ

HAKİMİYYƏT MƏTBUATLA BAĞLI SİYASƏTİNDƏ TARANA GEDİR

DİA.AZ: - ““Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi media işçilərinə sərt münasibət baxımından hakimiyyətin sonuncu addımı olmayacaq”. Bu sözlər bu gün günün sonuna yaxın “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan məlumatda yer alıb.

Hakimiyyət içindəki mötəbər mənbə iddia edir ki, daha bir qəzetin baş redaktoru həbs olunacaq: “Artıq belə bir qərar verilib və yaxın günlərdə yeni plan işə düşə bilər”.

Qeyd edək ki, hal-hazırda “Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəriyə qarşı da cinayət məcəlləsinin iki maddəsi ilə - vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi açılıb. Eyni zamanda “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı da müəyyən təxribatların olacağı istisna deyil. Bu barədə “Azadlıq”ın rəhbəri də açıqlamalarında xüsusi olaraq vurğulayıb. Bu günlərdə isə “ənimət Zahid məhz basqılardan ailə üzvlərini yayındıra bilməsi üçün onları Fransaya köşürdü.

Konkret olaraq kimin həbs olunacağı barədə heç bir söz deməyən məbəmiz yalnız onu qeyd etdi ki, hakimiyyət mətbuatın birdəfəlik olaraq susdurulması niyyətindədir: “Bu gün müstəqil və müxalif mətbuat iqtidara ciddi şəkildə problem yaradır. Problem də həll olunmalıdır”.

Geri qayıt