Əsas Səhifə > Gündəm, Manşet > NAZİRLƏR KABİNETİNDƏ ŞOK OLAY
NAZİRLƏR KABİNETİNDƏ ŞOK OLAY26-10-2011, 13:08 |
ŞİKAYƏTÇİLƏRDƏN BİRİ ŞAHİN MUSTAFAYEVİ HƏDƏLƏDİ DİA.AZ: - Nazir postuna keçidindən sonra dah çox oliqarxların inhisarçılıq maraqlarını qoruması ilə diqqətləri cəlb edən iqtsadi inkişaf naziri Şahin Mustafayevə qarşı bu gün səhər saatlarında şok bir hadisə baş verib. Bu barədə redaksiyamızı məlumatlandıran hadisə şahidlərinin sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən hədəfə alınan bir neçə yerli duz istehsalçısı İİN-nin də yerləşdiyi nazirlər kabinetinin qəbul otağının qarşısına Şahin Mustafayev üçün «hədiyyə» buraxaraq gediblər. Mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) bildirdiyinə görə, həmin «hədiyyə» iki qutu yerli istehsal olan duz olub: «Həmin duz qutularından biri «Azərsun» Holdinqlə İİN-nin birgə invsetisiyası hesabına inşa edilmiş «Azərduz» zavodunun istehsalı idi, digəri isə fəaliyyətinə qadağa qoyulmuş duz sexlərindən birinin isthsalı. Və hər iki duzun tərkibi ilə bağlı Türkiyə laboratoriyalarından alınmış rəylər var idi». Hadisə ilə bağlı apardığımız araşdırmalar nəticəsində nazirə həmin hədiyyəni buraxan narazı duz istehsalçıları ilə əlaqə yarada bildik. Və onlar redaksiyamıza maraqlı faktları açıqladılar: «Nazirlik bizim fəaliyyətimizə ona görə qadağa qoyur ki, gua bizim istehsal etdiyimiz duzlar aşağı keyfiyyətdədir və insan sağlamlığı üçün təhlükəlidir. Biz də müstəqil şəkildə Türkiyə laboratoriyalarında həm öz istehsalımız olan duz və həm də «Azərduz» duz haqqında ekspert rəyi aldıq. Nəticədə məlum olur ki, bizim istehsal etdiyimiz duzun insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur. Amma İİN-nin keşiyində dayandığı və sadəcə olaraq qablaşdırması gözəl olan «Azərduz»un duzunda yodun miqdarı həddindən artıq yüksək çıxdı ki, bunun özü də insan sağlamlığı üçün təhlükəlidir». Şikayətçilər belə bir qəribə etiraz üsuluna əl atmalarının səbəblərini də izahladılar. Onların sözlərinə görə, dəfələrlə nazirlə və yaxud da bu sahəyə cavabdeh olan nazirliyin əməkdaşları ilə görüşməyə cəhd etsələr də, heç nəyə nail ola bilməyiblər: «Əksinə, nazirə çıxış imkanlarımızın qarşısı hər dəfə alınıb. Biz də bu səbəbdən əlimizdəki sübutları bu şəkildə nazirə çatdırmaq istədik». Geri qayıt |