Əsas Səhifə > Siyasət, Manşet > KEÇMİŞ BAŞ HƏRBİ KOMİSSARA CİNAYƏT İŞİ
KEÇMİŞ BAŞ HƏRBİ KOMİSSARA CİNAYƏT İŞİ26-10-2011, 12:02 |
ZİYA MƏMMƏDOVUN QUDASININ KÖHNƏ PAXIRLARI ÜZƏ ÇIXIR DİA.AZ: - Son günlər hakimiyyət antikorrupsiya tədbirləri çərçivəsində hərbi çağırış sistemində çox ciddi addımlar atdı. Artıq 10-a yaxın rayonunun hərbi komissarına qarşı cinayət işi qaldırılıb və daha bir neçə rayonunun hərbi komissarlığından gələn şikayətləri araşdırıldığı bildirilir. “Dünya” İnformasiya Agentliyi Redaksiyasına (diaaz.space) daxil olan informasiyalarda deyilir ki, artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində toplanan faktlar üzrə müvafiq araşdırmalara start verilib. Hətta bu araşdırmaların izi ilə çox ciddi çevrələrə də çıxış əldə edilib. Əslində burada yetərincə qaranlıq məqamlar var. Hər halda, dünənə qədər korrupsiya ilə mübarizə apardığını elan edən hakimiyyət bu istiqamətdəki fəaliyyətinin səmimiliyini nümayiş etdirmə yolunda demək olar ki, heç bir addım atmayıb. Elə buna görə də, «bu bir siyasət yox, müəyyən dövrü əhatə edən kampaniyadır» deyənlər haqlı çıxırmış kimi görünürdü. Amma deyəsən, hakim komanda bu qənaətin darmadağın edilməsi yönündə real addımlar atmaq niyyətindədir. Elə buna görə də bir sıra tədbirlər düşünülüb. Onlardan biri də Əlağa Hüseynovla bağlı məsələdir. Redaksiyamıza danışan mənbənin bildirdiklərindən məlum olur ki, rəsmi Bakı nəhayətdə ondan imitasiya yox, real hərəkət tələb edən beynəlxalq təşkilatların istəyini təmin etmək qərarını verib: «Yəni əgər hansısa rayonun hərbi komissarı həbs olunursa, proses fundamental olaraq həyata keçirilməlidir. Həmin hərbi komissarın arxasında dayanan şəxs və onun əlaqəli olduğu rüşvət şəbəkəsi də ifşa olunmalıdır». Mənbə bildirir ki, son qərara görə, hərbi çağırış sistemində məhz bu məsələ xüsusi önəm daşıyacaq. Bu isə öz növbəsində Əliağa Hüseynovun hədəfə çevrilməsi anlamını daşıyır. Hər halda, kimsə bunun əksini iddia edə bilməz ki, Əliağa Hüseynovun işçiləri ondan xəbərsiz rüşvət alıblar və kiməsə rüşvət veriblər. Onu da qeyd edək ki, bu məsələ ilə bağlı yayılan xəbərlərdə hərbi çağırış sistemində həyata keçirilən tədbirlərin əsas hədəflərindən biri elə ölkənin keçmiş baş hərbi komissarı, Salyan rayonunun icra başçılığını deputat mandatına dəyişən Əlağa Hüseynovun xüsusi hədəf kimi seçildiyi də söylənilir. Verilən məlumatlara görə, deputatın müvafiq iş üzrə dindirilməsi üçün bir neçə yuxarı instansiyalara müraciət edilib. Bildirilir ki, həbs olunan hərbi komissarların keçmişdə törətdikləri cinayət faktları da arışdırılmaqdadır və artıq Əlağa Hüseynova qarşı çox ciddi faktların yer aldığı ciddi bir dosya hazırlanıb: «Təbii ki, Əlağa Hüseynov hakimiyyətin müəyyən qanadları ilə qohumluq əlaqələrinə malikdir və bu səbəbdən də o, sona qədər qorunacağını düşünür». Amma mənbəmiz bunun heç də belə olmadığını bildirir: «Əksinə, deputat üçün arzuolunmayan dəqiqələrin startı verilib». Doğrudur, hazırda Əliağa Hüseynovun bir qorunma çətiri var. O, deputatdır və cibində daşıdığı mandat ona həm də toxunulmazlıq hüququ verir. Amma mənbəmiz vurğulayır ki, hətta bu halda belə Əliağa Hüseynov onu gözləyən aqibətdən sığortalanmayıb: «Artıq bu kimi təcrübələrə yetərincə şahidlik etmişik. Həm Hüseyn Abdullayevin məsələsi, həm də digər oxşar hadisələr belə deməyə əsas verir ki, Əliağa Hüseynova toxunmazdan öncə, onun toxunulmazlığı əlindən alınacaq». Geri qayıt |