Əsas Səhifə > Siyasət, Manşet > İRAN AZƏRBAYCANDA DÖVLƏT ÇEVRİLİŞİ HAZIRLAYIR
İRAN AZƏRBAYCANDA DÖVLƏT ÇEVRİLİŞİ HAZIRLAYIR25-10-2011, 12:15 |
BU TƏHLÜKƏLİ PLAN FARS-MOLLA REJİMİNİN GÜNDƏMİNDƏDİR DİA.AZ: - Artıq İranın Azərbaycana dost yox, düşmən ölkə olduğunun hər kəs fərqindədir. Və münasibətlər o müstəviyə yetişib ki, bu gün rəsmi Tehranın Azərbaycana diş ağartması ilə Qarabağ danışıqları ilə bağlı görüşlərdə erməni dövlət başçısı Serj Sarkisyanın Azərbaycan prezidenti İlham Əliyevə sırf olaraq diplomatik nədənlərdən gülümsəməsi arasında heç bir fərq qalmayıb. Yalnız kağız üzərində Azərbaycana dostluğunu nümayiş etdirən, realda isə ölkəmiz əleyhinə müxtəlif təxribatlara imza atan İraın fars-molla hakimiyyəti hər zaman özünün idbar əməlləri ilə diqqətləri cəlb edib. Və son olaraq Azərbaycan-İran sərhəddində baş verən insident zamanı bir fars casusunun Azərbaycan sərhədçiləri tərəfindən zərərsizləşdirilməsi də rəsmi Tehranın əsl simasını yenidən ortaya qoydu. Belə ki, baş vermiş olayı «Azərbaycanın nadanlığı» kimi təqdim edən İranın silahlı qüvvələrinin baş qərargah rəisi Seyid Həsən Firuzabadi mətbuata açıqlamsında bildirib ki, əslində bu olaya görə, İranda böyük səs-küy yarana bilər, Azərbaycan əleyhinə aksiyalar təşkil olunardı: «Lakin biz bu hadisəni mətbuatda çox qabartmadıq. Bu səbəbdən də İran xalqı olaya ciddi reaksiya vermədi». Əslində Firuzabadinin bu yanğılı açıqlamasının nədənlərini anlamamaq qeyri-mümkündür. Yəni onlar Azərbaycan-İran sərhəddində baş vermiş olaya «İran xalqı» deyilən qövmün reaksiyasızlığından narahatdırlar. Lakin bu reaksiyasızlığın əsl nədəni hər kəsə aydındır. Hər halda, əhalisinin böyük hissəsi Azərbaycan türklərindən təşkil olunan İran adlanan dövlətdə Azərbaycanın əleyhinə aksiyalar silsiləsinin təşkili o qədər də asan məsələ deyil. Onu da xatırladaq ki, Firuzabadi bir neçə müddət öncə Azərbaycan xalqının və Azərbaycan prezidentinin əleyhinə kəskin ifadələri ilə də diqqətə gəlmişdi. Və həmin ifadələrinin arxasından qaçmaq zorunda qalan bu general bu arada Azərbaycan əleyhinə yeni bir planı ilə də diqqət mərkəzinə gəlib. Qərb mənbələrindən «Dünya» İnformasiya Agentliyi redksiyasına (diaaz.space) sızan informasiyalarda bildirilir ki, əslində İran Azərbaycanda yeni bir dövlət çevrilişi projesinə baş vurub və bu işdə Firuzabadi əsas açar isimlərdən bridir: «Məhz onun nəzarəti altında bəzi Azərbaycan vətəndaşları İranda təlimatlandırılır və böyük bir təxribatçı projeyə hazırlanırlr. Onların arasında hətta Azərbaycanın tanınmış simaları da var. Bu məqsədlə İranın xüsusi xidmət orqanlarının büdcəsindən külli miqdarda vəsait ayrılıb». Mənbə iddia edir ki, hətta İrana bu işdə ortaqlıq edən ölkələr də var: «Ermənistan da bu layihədə iştirakçıdır». Yəni buradan aydın olur ki, Ermənistan azərbaycanda hakimiyyət dəyişikliyi layihəsində iştirak edir. Mənbəyə görə, yenə də ənənəvi üsullarla Azərbaycanda vətəndaş toqquşması yaratmaq niyyətini güdən rəsmi Tehran bu məqsədlə Azərbaycanın cənub bölgəsində yaşayan və sayları kifayət qədər az olan talışlardan istifadə etməklə yanaşı, radikal şiə camaatlıqlarını da prosesə qoşmaq niyyətindədir: «Rəsmi Bakının Azərbaycanda fəaliyyət göstərən İslam Partiyasına qarşı aqressiv reaksiyası əslində səbəbsiz deyil. Hər halda, Azərbaycan dövləti də İranın bu planlarından məlumatlıdır». Mənbə bildirir ki, əslində bu ilin sentyabr ayında irançı qüvvələr azərbaycanda bir gərginlik yaratmalı imişlər: «Lakin planlarının icrasını ertələməli olublar. Amma vaz keçməyiblər». Geri qayıt |