Əsas Səhifə > Siyasət, Manşet > 4 DÖVLƏT QURUMU HƏDƏFDƏ
4 DÖVLƏT QURUMU HƏDƏFDƏ21-10-2011, 14:29 |
BÖYÜK ANTİKORRUPSİYA ƏMƏLİYYATI HAZIRLANIR DİA.AZ: - Bu ilin əvvəllərindən start düyməsi basılan antikorrupsiya tədbirlərinin bir kampaniya olmasına tam olaraq əminlik olsa da, hakimiyyət yenə də bunun bir siyasət olduğunu sübutlamağa çalışır. Deyəsən, sübut cəhdi eyni zamanda çox ciddi olaylara nədən ola bilər. Çünki redaksiyamıza daxil olan məlumatda bildirilir ki, respublika prokurorluğu yanında korrupsiyaya qarşı mübarizə idarəsi və milli təhlükəsizlik nazirliyi tərəfindən irimiqyaslı antikorrupsiya əməliyyatına tədarük görülür. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) danışan Nazirlər Kabinetindəki mötəbər qaynağın iddiasına görə, tədbir bir neçə dövlət qurumunu əhatə edəcək: «Böyü miqyaslı əməliyyat hazırlanır. Eyni zamanda 4 dövlət qurumunun əməkdaşlarının qollarının qandallanması nəzərdə tutulur». Mənbə bildirir ki, külli miqdarda dövlət əmlakının talanması ilə müşayiət olunan bir korrupsiya faktının üstü açılıb və bu prosesdə 3 nazirliyin və bir dövlət komitəsinin işçilərinin rolu olub: «İndi onların hər biri haqqında konkret məlumatlar toplanılır. Və yaxın günlərdə bütün ölkəni lərzəyə salacaq bir əməliyyat baş verəcək». Mənbəmiz onu da bildirdi ki, artıq hakimiyyətin üst düzəyi də bu barədə məlumatlıdır: «Rəsmən icazə verilib. Hətta həbs olunması planlaşdırılanlardan biri hazırda Milli Məclisdə yüksək vəzifə tutan millət vəkillərindən birinin yaxın qohumudur». Geri qayıt |